Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə11/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

39 
əslində  zəlzələdir  –  hələ  ikinci  minilliyin  əvvəlində 
Dudiçdə  və  ətraf  rayonlarda  baş  verib.  O  zamanlar  Ptiç 
çayının sahillərində yarıqlar və dərələr əmələ gəlib. Əgər 
onlardan birini tapsaq onda hidroloji kostyum geyinib belə 
yarıqlardan keçib əməlli-başlı mağaralara rast gəlmək olar. 
Bax budur, xəritə! Bunu Aleksandr Karloviç Yelski tərtib 
edib. 
Ekranda  dərin  mənalı  bir  şəkil  göründü.  Mavi 
oxlarla mağaraya üç giriş istiqaməti göstərilmişdi. 
– Mən qayıqçını tapsam, onu necə dirildə bilərəm? 
Axı o, mağarada yaşaya bilməz, orada hava yoxdur!-deyə 
Maksimka professordan soruşdu. 
–  Çox  təəssüf  ki,  mən  bunu  bilmirəm.  Lakin 
düşünürəm  ki,  sirri  yerində  açmaq  olar.  Yelskilərin 
qeydlərində suyun şəfaverici gücü haqqında da məlumatlar 
var... 
– Görünür, bulaq barədədir, – deyə Maksimka kubalı 
professorun sözünü kəsdi.-Bağışlayın, cənab Ernesto, mən 
tələsməliyəm.  Sağ  olun  ki,  Yelskilərin  gündəliyini 
saxlamısınız... 
–  Sənə  uğurlar,  oğlan!  Əgər  xeyirxah  məqsədin 
varsa, şübhə etmə, hər şey alınmalıdır... 
"Kaş  Lekarı  tapaydım!"  deyə  Maksimka  öz-özünə 
dedi.  Dodaqları  birləşməmiş  ağsaçlı  qoca  əl  ağacına 
söykənərək qarşısında peyda oldu. 
– Oğlan, görürəm, sən nəsə təzə bir şey tapmısan... 
Hörmətli idmançı Sobolun xilas edilməsi yolunu bilirsən. 
Bəs mənim köməyim sənə nə üçün lazımdır?.. 
–  Professor  Rodriqes  suyun  şəfaverici  gücündən 
danışdı. Bəlkə o, bulaq balzamını nəzərdə tuturdu? 
–  Elədir  ki  var!  Lakin  hələ  məlum  deyil  sən 
qayıqçını  nə  qədər  axtaracaqsan.  Gərək  bulaqdan  su 
götürəsən, xüsusi qaba doldurasan. Həm də suyun içinə ot 


40 
tökəsən,  bu  otun  adı  həyatverici  adlanır.  Ot  suyun 
həyatverici gücünü uzun müddət saxlayır... 
Lekardan  məsləhət  və  üstəlik  ondan  gözəl  keramik 
qab  alandan  sonra  Maksimka  bulaqdan  su  götürdü, 
qocanın  ona  verdiyi  otu  suyun  içinə  tökdü  və  mərkəzi 
muzey malikanəsinə getdi. Orda, kirə stansiyasında öz pul 
hesabının  nömrəsini  və  parolunu  dedi,  sonra  oğlan  öz 
ölçüsündə  olan  hidroloji  kostyum  götürdü.  Buna  heç  kəs 
xüsusi  maraq  göstərmədi.  Doğrudur,  kirə  stansiyasının 
sahibi  xəbərdarlıq  etdi:"Əgər  Ptiçin  dərin  qatlarına 
səyahətə  gedirsənsə,  onda  onun  sualtı  aləmini  müşahidə 
elə, amma tələs, ola bilsin ki, tezliklə bir daha belə bir çay 
olmasın..." 
"Pis  proqnoz  verməyə  tələsməyin,  bizim  çayı  xilas 
etməyə  hələ  vaxtımız  var",  -oğlan  düşündü.  Lakin 
görünür,  onun  bütün  düşüncələrini  üzündən  oxumaq 
olurdu. Stansiyanın sahibi də başa düşdü ki, nəsə yaxşı şey 
demədi,  tutuldu  və  Maksimkanın  dalınca  cəld  qapını 
örtdü. 
 
  
Bilici Babanın söylədikləri 
 
Sotbis – hərracdır, burada incəsənət əsərləri, qiymətli 
zərgərlik işləri ən baha qiymətə satılır. 
Fenologiya – elmdir, canlı təbiətdə mövsümi hadisələri 
öyrənir, bitki və heyvanat aləmində ilin fəsilləri və hava 
şəraiti ilə bağlı mövsümi hadisələri izləməklə məşğul 
olur. 
 


41 
 
Ptiç çayı xilas edilir 
 
Maksimka axtarışa yollanır. Qayığın izləri sualtı 
səltənətə aparır. Sobolla görüş. Çayı Balıqçı 
qoruyur. İmtahan götürənin xeyirxahlığı. 
Maksimka və Sobol Ptiç sahilinə qayıdırlar. 
 
 
tiçdəki  lazımi  yeri  Maksim  tez  tapdı.  Çayın 
burulduğu  döngənin  ətrafına  əllərində  fotoaparat 
çoxlu  reportyor  toplaşmışdı.  Onların  sinələrindən 
asılmış birkalardan məlum olurdu ki, müxtəlif ölkələrdən 
gəlmiş  jurnalistləri  hansısa  vacib  hadisənin  şahidi  olmaq 
üçün çayın kənarına gətirmişdilər. Maksimka özünə qarşı 
əlavə  diqqət  cəlb  olunmasın  deyə  çayın  üstüylə  getdi. 
Xırda  söyüdlüklərin  və  hündür  otların  arasında  gizləndi. 
Əynini dəyişdi, bulaq suyu ilə dolu camı sinəsinin üstündə 
saxladı,  cəsarətlə  suya  baş  vurdu  və  axınla  üzməyə 
başladı.  Fənəri  yolu  işıqlandırdı,  o,  sahilə  tərəf  baxdı. 
Hardasa iki rəngli yer gördü- biri yaşıl, digəri qırmızıydı; 
hansısa  lövhəciyin  qırıntılarıydı.  Maksim  diqqətlə  baxıb 
üç  hərf  gördü:  "SOB..."  "B"  hərfi  bir  qədər  qırılıb 
tökülmüşdü.  Gənc  macəraçı  zənn  etdi  ki,  bu  Sobolun 
avarının  parçası  ola  bilər."Deməli,  hadisə  hardasa 
buralarda  baş  verib",  düşündü.  Maksimka  diqqətlə  ətrafı 
gözdən  keçirtdi,  sonra  sahil  tərəfdə  dar  bir  yarıq  gördü. 
"Axı oraya məkiklə necə girmək olardı?.." Lakin elə girişə 
yaxınlaşmışdı  ki,  gözəgörünməz  bir  qüvvə  Maksimkanı 
yaxaladı,  onu  mağaranın  içinə  tulladı-geniş  işıqlı  bir  zal 
idi!  Sualtı  səltənət  arxada  qalmışdı.  Burda  divarlarda 
qəşəng,  təzə  balıqçı  torları  asılmışdı.  Merejka,  kriqa, 
klomlya...  nə  qədər  desən  balıqçı  ləvazimatları  vardı! 


42 
Küncdə  balıq  tutmaq  üçün  yeddi  dişi  olan  çəngəllər  də 
qoyulmuşdu.  Bir  sözlə,  lap  balıqçılıq  muzeyi  idi.  Otağın 
ortasında  avarçəkən  qayıqçı  da  vardı,  yorğun-yorğun 
başını  qollarının  üstünə  qoymuşdu,  görünür  yatmışdı. 
Maksimka  cəld  Sobola  tərəf  qaçdı,  dərhal  kostyumunun 
sinə  düymələrini  açdı,  bulaq  suyu  ilə  dolu  camı  çıxartdı. 
Ovcuna su töküb Sobolun dodaqlarına damızdırdı. Ona elə 
gəldi  ki,  idmançının  çiyinləri  tərpəndi.  Bundan  sonra 
oğlan  camı  idmançının  dodaqlarına  dayadı  və  Sobol  iri 
qurtumlarla  sudan  içməyə  başladı.  Başını  qaldırdı,  ayağa 
durmağa çalışdı, lakin nəsə onu saxladı. 
– Bəs sizin xilasedici gödəkçəniz hardadı? Hamı elə 
bilirdi ki, siz bu xüsusi geyimə görə sağ qalmısız. Axı bu 
gödəkçə su buraxmır... 
–  Hər  şey  elə  qəfil  baş  verdi  ki,  heç  gözümü  aça 
bilmədim.  Şnuru  dartmaq  lazım  idi,  yalnız  bundan  sonra 
mənim gödəkçəm dönüb olardı xilasedici qayıq... Bəs sən 
kimsən və məni necə tapdın? 
– Mənim adım Maksimdir. Bütün hər şey barədə və 
mənim bura necə düşməyim barədə sonra danışarıq... İndi 
isə burdan cəld çıxmaq, Ptiçin sahilinə qayıtmaq lazımdır. 
Onlara  demək  lazımdır  ki,  siz  sağsınız...  Əgər  geciksək, 
Belarus Ptiçsiz qalacaq!.. 
–  Oğlan,  sən  nəyisə  qarışdırırsan!  Bu,  heç  vaxt ola 
bilməz!..  Çay-sənin  üçün  hansısa  çuxur  deyil  günəş  onu 
qurutsun... Çay bircə dəfə doğulur və əbədi qalır... O, uzun 
zaman yaşayır, hətta bizim hər birimizdən də milyon dəfə 
çox yaşayır... 
– Hər halda, gəlin tez çıxaq burdan... 
Qayıqçı bulaq suyunu ləzzətlə içirdi. Maksimka başa 
düşürdü ki, indi bütün məsuliyyət onun üzərindədir; götür-
qoy  edirdi,  lazımi  qərar  qəbul  eləmək  barədə  düşünürdü. 
Hətta  fikirləşdi  ki,  öz  hidroloji  kostyumunu  idmançıya 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə