Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə14/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

51 
bilirəm ki, cənab Ernesto Rodriqes Belarusu sevir və buna 
görə də üstündə Belarus ölkəşünaslarının, səyahətçilərinin, 
coğrafiyaçılarının portretləri olan miniatürləri yığır. Onda 
Aleksandr  Yelskiyə,  İqnatiy  Domeykoya,  Yevstafiya 
Tışkeviçə, Mikola Kasperoviçə həsr olunmuş markalar da 
var...Müxtəlif  ölkələrdə  nəşr  olunmuş  bu  markalar  artıq 
"Belarus  tədqiqatçıları  kubalı  filatelistin  poçt  markaları 
kolleksiyasında" adı altında sərgilərdə nümayiş etdirilir...". 
"Belə 
kubalıya 
gərək 
Belarusda 
heykəl 
qoyasan...Dubovik,  icazə  olar  mən  bir  az  palıd  qozası 
yığım?" 
"Əlbəttə, əlbəttə..." 
Maksimka küçənin o biri başına keçdi, çay sahilinə 
aparan  cığıra  düşdü.  Palıd  ağacının  qarşısındakı  bütün 
çəmənlik  palıd  qozalarıyla  doluydu.  Maksimka  qozaları 
yığmağa başladı, ən gözəllərini və yetişmişlərini seçdi. 
"Bilirsənmi,  belə  bir  inanc  var:  əgər  kimsə  qızılı 
şapkalı  palıd  qozasını  tapsa..  –  deyə  arxadan  Dubovikin 
səsi  gəldi,-  onda  onu  fəza  məkanına  heyrətamiz  səyahət 
gözləyir.  Amma  tapmaq  azdır,  gərək  həm  də  bu  şapkanı 
çıxarasan... Bəlkə elə atalar məsəlində deyildiyi kimi oldu: 
balaca oğlan damdan yıxıldı, şapkasını itirdi..." 
Maksimka geri boylandı, Dubovikin izi-tozu yox idi. 
Başladı  palıd  qozasını  yığmağa.  Bir  cibini  doldurmuşdu. 
Birdən saralmış palıd  yarpaqları  arasından  gözünə hamar 
bir qoza sataşdı. 
–  Aha,  bu  da  qızılı  şapkalı  qoza!-  Maksimka 
xatırladı.- Bəlkə elə bu şapka çıxacaq? 
Maksimka  dırnağıyla  qozanın  şapkasını  ehtiyatla 
qurdaladı,  qozadan  şapkanı  qopartdı,  şapka  sürüşüb  yerə 
düşdü.  Elə  bil  yer  qozalarla  yox,  daş  döşəmələrlə 
örtülmüşdü. Qəflətən ətraf əlvan odlarla işıqlandı. Nəhəng 
palıd  ağacı  möhtəşəm  günəş  tonqalının  ortasında 


52 
durmuşdu,  sanki  göy  üzünü  əlləriylə  tutub  saxlamışdı. 
Maksimka  da  günəş  işığıyla  birgə  parıldadı  və  birdən  o, 
qızılı asimana doğru raket kimi sürət götürüb uçdu.  
 
  
Bilici Babanın söylədikləri 
 
Nesvij şəhərdir, Minsk vilayətinin Nesvij rayonunun 
mərkəzidir. Minskdən 112 kilometr aralıda yerləşir. 
Avtomobil yolları Baranoviç, Kleçk, Novoqrudka, Stolbça 
ilə, Minsk-Sluçk avtomagistralı ilə kəsişir. Nesvijin adı ilk 
dəfə 1223-cü ilin yazılı mənbələrində çəkilir. O zaman 
monqol-tatarlarla döyüşlərdə Kolışka çayı sahillərində 
altı knyazla birlikdə Yuri Nesvijski həlak olub. 1523-cü 
ildən başlayaraq buranın sakinləri Radzivillər olub. 
1583-cü ildə Nesvij qalasının tikintisinə başlanılıb. 16-cı 
yüzilliyin birinci yarısında şəhərdə 30-dan çox peşə 
sahibi -dəmirçilər, dülgərlər, duluzçular, çəkməçilər, 
qəssablar və digər sənətkarlar çalışıblar. Nesvijin 
məşhur abidələri arasında Sluçk qapılarını, şəhər 
bələdiyyə idarəsini, sənətkarlar evini, yezuit monastrını, 
şəhərin müdafiə qalasını... göstərmək olar. 
Radzivillər – Belarusda, Litvada, Ukraynada iri maqnat nəsli 
hesab olunurlar. Onların nümayəndələri 15-18-ci 
yüzilliklərdə Böyük Litva knyazlığında yüksək dövlət və 
hərbi postları tutmuşlar. Radzivillərin gerbi 
"Trubalardır": üç qara ovçu trubasıdır, müştüklə 
birləşdiriliblər. Radzivillərin nəsli qədim köklərə 
malikdir. Radzivillər Belarus, Litva, Ukrayna, Polşa 
ərazilərində iri torpaq mülkədarları olublar. Təkcə 
Nesvijdə yox, ətraf rayonlarda, habelə Kopıs, Şuçin, 
Kleçk, Çernovça və digər şəhər və qəsəbələrdə mülk 
sahibləri olublar. Albrext Vladislav Radzivil ös dəstəsiylə 
İsveçlə müharibədə iştirak edib. Antoni Henrix Radzivil 
isə bəstəkar, musiqiçi olub. Bir çox alətlərdə çalıb və 
oxuyub. Bethoven və Şopen kimi bəstəkarlarla dostluq 
edib. Getenin "Faust"una musiqi bəstələyib. Napoleona 


53 
qarşı müharibədə Prussiya, Rusiya və Avstriya 
koalisiyasının tərəfdarı olub. Frantişka Urşulya Radzivil 
xanım yazıçı-dramaturq olub. Maarifçilik sahəsində çox 
böyük işlər görüb, Nesvij mətbəəsinin fəaliyyətinin 
genişlənməsinə dəstək verib. Və bunlar Radzivillər 
nəslindən olan işıqlı şəxsiyyətlərdən yalnız bir neçəsidir. 
Alba parkı Nesvijin cənub bölgəsində bir kompleksdir, Uşa 
çayının sağ sahilində yerləşir. Belarusun ən iri və qədim 
parkı hesab olunur. 200 hektar ərazisi var. 16-cı 
yüzilliyin sonlarında Radzivilllərdən biri tərəfindən 
salınıb. İtaliya parkları və şəhərətrafı villaları 
üslubundadır. "Alba" latın dilində ağ, təmiz deməkdir. 
Parkda Radzivillər özləri üçün yay istirahət iqamətgahı 
tikiblər. Uşa çayını bəndlərlə bağlayıb göl sistemi 
yaradıblar. Çayın sahili boyu uzunsov Böyük Kanal var. 
Buranın əsas su sistemini Kruq anbarı təşkil edir, nəhəng 
su anbarıdır. Bu anbardan eni 8-10 metr və uzunluğu 
200-800 metr olan 8 kanal şüa kimi ayrılır. Parkın bu 
hissəsinə "heyvanxana" deyirlər, buradakı kanallar 
arasındakı ərazilərdə maral, ayı, canavar, qaban, buğa 
kimi heyvanlar yetişdirirdilər. Alba parkına Radzivillər 
hətta dəvə və şirlər də gətirirdilər. Parka ən çox yaraşıq 
verən unikal qırqovul sahəsidir ki, burada qırqovullarla 
bərabər kəkliklər də yaşayırdı. 
Albadakı ağacların isə misli yoxdu!.. Nəhəng palıdlar, 
küknarlar, göyrüş, vələs ağacları, hətta Veymutov və 
Banks şamları... 
Snov malikanəsi Snov kəndində saray-park kompleksidir, 
Nesvijin bir neçə kilometrliyində yerləşir. Malikanənin 
ərazisi 6 hektara yaxındır. Snovda sarayın tikilməsi və 
parkın salınması işlərinə 19-cu əsrin birinci yarısında 
başlayıblar. Park düzbucaq formasındadır, ortasında 
saray yerləşir. Bir zamanlar sarayın əsas giriş hissəsinin 
qabağında çiçək ləkləri və dekorativ kollarla bəzədilmiş 
yaşıl otluq olub. Parkın ikinci hissəsi öz mənzərəsi ilə 
diqqəti cəlb edir. Snovda əsasən yarpaqlı ağaclar-cökə, 
ağcaqayın, göyrüş, hətta tikanlı küknara da rast gəlmək 
olar. 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə