Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

41 
 
-
 
Qlobal istiləşmənin insan sağlamlığına təsiri.
 
Qlobal istiləşmə nəticəsində 
bir  çox  balıq  növləri  şimal  sularına  köçəcək,  bu  isə  tropik  regionların 
sakinlərinin  ərzaq  təhlükəsizliyində  özünü  göstərəcək.  Ürək,  tənəffüs  yolu, 
yoluxucu xəstəliklər, allergik və digər xəstəliklərə tutulma halları artacaq.
42
 
       Beləliklə,  təbii  və  antropogen  təsirlər  nəticəsində  bugün  ekosistem  normal 
yaşayış standartlarına cavab vermir. Ən çox ölüm faktı isə uşaqlar arasında qeydə 
alınmışdır.
 
Qeyri-sağlam və qeyri-təhlükəsiz mühit dünya üzrə hər 4 uşaqdan 1-nin 
ölümünə bais olur. Hər il ətraf mühitin şəraiti ilə bağlı yaranan xəstəliklər, tənəffüs 
yollarının kəskin infeksiyası və diareya da daxil olmaqla, ən azı 3 milyon yaşı 5-
dən aşağı uşaqların ölməsinə gətirib-çıxarır ki, bu rəqəm Avstriyanın, Belçikanın, 
Hollandiyanın, Portuqaliyanın və İsveçrənin yaşı beşdən aşağı olan əhalisinin birgə 
sayından artıqdır.
43
 
        BMT  ekspertləri  isə  bildirirlər  ki,  planetimizdə  3.6  milyard  hektar  sahə 
səhralaşmaya  məruz  qalmışdır.  Səhralaşma  Antarktida  istisna  olmaqla,  bütün 
kontinentlərdə, dünyanın  110  ölkəsində mövcuddur. Hazırda  səhralaşmanın  arealı 
çox sürətlə genişlənir: 1 dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir
il ərzində bu rəqəm 6 milyon hektara çatır. Səhralaşmanın ən əsas səbəbi fasiləsiz 
olaraq  meşə  sahələrinin  azalması  nəticəsində  kontinental  su  dövriyyəsi 
intensivliyinin  aşağı  düşməsi  sayılır.  Məhz  qurunun  biotası
18
 kontinentlərə  suyun 
dövriyyəsinin 70-75%-ni təmin edir. Təbii meşələrdə Günəş radiasiyasının 90%-i 
yarpaqlar tərəfindən udulur və transpirasiyaya
19
 sərf olunur, meşənin yerində insan 
tərəfindən yaradılan ərazilərdə  Günəş radiasiyasının yalnız 40%-i transpirasiyaya 
sərf olunur.
 
Güclü və çox güclü səhralaşmaya məruz qalan rayonlarda hazırda 78 
milyon  əhali  yaşayır  və  onların  böyük  hissəsi  (50  milyona  qədər)  səhralaşmanın 
                                                 
42
 Qlobal istiləşmə ilə bağlı proqnozlar 
http://www.mediaclimate.org/index.php?option=com_content&view=article&id=17%3Aqlobal-
isti&catid=1%3Astatik-materiallar&Itemid=5&lang=az (son baxılma tarixi:24.10.2014) 
 
 
43
  
Ətraf mühit. 7.1 İnsan inkişafı və ekoloji dayanıqlıq,  səh. [ 193 ]     
http://www.az.undp.org/content/dam/azerbaijan/docs/publications/sustainabledevelopment/HDtextbook/7
.pdf (son baxılma tarixi:25.10.2014)
 
___________________________ 
 
18
 
Biota daha böyük bitki və heyvanat aləminin növlərinin məcmusudur. 
19
Transpirasiya bitkinin torpaqdan aldığı suyun yarpaqlar vasitəsi ilə buxarlandırmasıdır. 


42 
 
əlverişsiz  təsirinin  nəticələrini  çəkir.  Səhra  və  səhralaşan  ərazilər  Afrikada  yer 
səthinin  80%-ni,  Avstraliyada  yer  səthinin  50%-ni,  Asiyada  yer  səthinin  45%-ni, 
Cənubi, Şimali Amerika və Avropada 20-30%-ni təşkil edir.
44
 
        Ekoloji  təhlükəsizliyin  təmin  olunması  məqsədi  ilə  beynəlxalq  səviyyədə 
qərarlar  qəbul  edilsə  də,  dövlətlərin  götürdükləri  öhdəlikləri  lazımi  səviyyədə 
yerinə  yetirməməsi  səbəbindən  qlobal  ekoloji  problemlər  tamamilə  həll  oluna 
bilmir.  Bütün  bunlara  baxmayaraq,  bəzi  ölkələr  problemin  həlli  istiqamətində 
müəyyən nailiyyətlər əldə edə bilmişlər.  
        Belə  ölkələrdən  İspaniyanı  göstərmək  olar.  İspaniyanın  şimalında  Bask 
bölgəsində  yerləşən  Vitori-Qasteiz  şəhəri  bu  məsələdə  bariz  nümunədir.  240.000 
əhalisi olan şəhər bugün dünyanın ən təmiz ekologiyasına malikdir. Şəhər 2009-cu 
ildən  qlobal  ekoloji  problemlərə  qarşı  mübarizə  aparmaq  üçün  şəhər  daxilində 
avtomobillərə 
sürət  həddini  30  km/saat  müəyyənləşdirildi.  Avtomobil 
dayanacaqlarında  ödənişlər  yüksək  həddə  çatdırıldı.  Əhalinin  ekologiyaya  ziyan 
vurmamaq üçün avtomobilərdən deyil, velosipedlərdən istifadəsi ilə bağlı təbliğat 
kompaniyası keçirildi. Avtobuslar tramvaylarla əvəz edildi. Park və meşə sahələri 
artırıldı.  Görülən işlər  nəticəsində  2012-ci  ildə  Vitori-Qasteiz   “Avropanın ilk  ən 
yaşıl paytaxtı” elan edildi.
45
 
        Yaponiya  isə  problemi  texnologiyanın  köməyi  ilə  həll  etməyə  çalışdı. 
Bununla da dünyanın ən ekoloji təmiz şəhəri - “Fucisava” şəhəri salındı. Şəhərdəki 
bütün  evlərdə  günəş  batareyalarından  istifadə  olunur.  Bununla  da  enerjiyə  30% 
qənaət edilir. Eyni zamanda, şəhərdəki ictimai nəqliyyatda da elektromobildən və 
velosipedlərdən  istifadə  olunur.  "Fucisava  SST  Meydanı"  isə  şəhərin  mərkəzi 
meydanında  yerləşən  memarlıq  kompleksidir  və  şəhərin  bütün  infrastrukturu 
buradan idarə olunur. Şəhər bütövlükdə 3 min sakin və min evdən ibarətdir. 2018-
ci  ilə  qədər  şəhərdə  bütün  planşaldırılan  işlərin  başa  çatması  gözlənilir.  Şəhərin 
elektrik  enerjisinə  tələbatının  30%-i  alternativ  enerji  mənbələrindən  təmin 
olunacaq  və  ilk  növbədə  günəş  batareyalarından  istifadə  ediləcək.  Bu  isə  ən  azı 
                                                 
44
 Q. Məmmədov, M. Xəlilov “Ekologiya, ətraf mühit və insan” Bakı-2006, səh [ 406-410 ] 
45
 Vitoria-Gasteiz Capital Verde Europea 2012, pg. [ 24, 45 ]
 


43 
 
yanacağa 70% qənaət etməyə imkan verəcək. Su tələbatı da 30% ixtisar ediləcək. 
Zəlzələ zamanı elektrik təchizatı dayandırılsa belə, bu batareyalar 3 sutka  ərzində 
şəhəri nəinki, elektrik enerjisi, hətta isti su ilə təchiz edə biləcək. Şəhərdəki bütün 
qurğular enerjiyə qənaət edə bilən, iqtisadi baxımdan səmərəli olan avadanlıqlarla 
təchiz olunacaqlar. 
        Fucisavada yanacaq doldurma məntəqələri yoxdur, əvəzində elektromobillərin 
ehtiyacının  ödənilməsi  üçün  geniş  şəbəkə  yaradılıb.  Elektromobili  olmayanları 
sərfəli  qiymətə  elektromobil,  elektroskuter,  velosiped  və  ya  digər  ekoloji  təmiz 
nəqliyyat  növləri  ilə  təmin  etmək  üçün  əlverişli  şərait  yaradılmışdır.  Şəhər 
sakinlərinin  təhlükəsizliyi  isə  ictimai  yerlərdə  quraşdırılmış  və  sensorla  təchiz 
edilən  müşahidə  kameraları  vasitəsilə  qorunur.  Bundan  başqa,  küçələrin 
işıqlandırılmasında  elektrik enerjisinə tam qənaət etmək üçün işiqlandırılma yalnız 
küçədən insan keçən zaman baş verir.  
       Layihənin  ümumi  dəyəri  isə  500  milyon  dollardır,  ancaq  böyük  büdcəyə 
baxmayaraq, bu innovasiyalı ekoloji təmiz şəhər hələ başlanğıcdır. Şirkət Fucisava 
modelini kütləvi şəkildə ölkə ərazisində tətbiq etmək niyyətindədir.
46
 
           
Göründüyü  kimi,  istər  İEÖ,  istərsə  də  İEOÖ-in  iqtisadi  maraqları  ekoloji 
tarazlığın  pozulmasına  və  qlobal  ekoloji  problemlərin  yaranmasına  səbəb  olsalar 
da,  problemin  həm  təsir,  həm  də  həlli  baxımından  çıxılmaz  haldadırlar.  Vəziyyət 
İEOÖ-də  daha  da  çətindir  çünki,  İEOÖ  İEÖ-ə  nisbətən  daha  az  gəlir  əldə 
etdiklərindən, İEOÖ İEÖ-lə müqayisədə iqlim dəyişikliklərinin təsirlərinə daha çox 
məruz qalırlar və bu təsirlərə uyğunlaşmaq üçün çox az imkanları vardır. Bundan 
əlavə,  İEOÖ-in  emissiyaları  bütövlüklə  qalxır  və  İEÖ-ə  nisbətən  emissiyaların
20
 
adambaşına düşən səviyyələri daha azdır. Bir çox İEOÖ üçün emissiyaların mütləq 
səviyyəsi  ekstremal  dərəcədə  azdır.  Məhz  bu  səbəbdən,  problemlə  bağlı  qlobal 
razılaşma,  İEÖ-in  iqtisadi  maraqlarını  qorumaqla  yanaşı,  İEOÖ-in  maraqlarına 
ünvanlanmalıdır.  
                                                 
46
 
http://moderator.az/?xeber=65247 (son baxılma tarixi: 07.01.2015) 
____________________________ 
 
20
 
Emissiya qiymətli kağızlar və kağız pullar buraxılmasıdır.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə