Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

65 
 
4  dəfə  çox  olduğu  aşkarlanmışdır.  Kəskin  iyə  malik  fenol  turşusunun  tibbdə  az 
miqdarda olmaq şərti ilə dezinfeksiya zamanı istifadə olunduğunu və fenol buxarı 
ilə  nəfəs  aldıqda  selikli  qişanı  zədələndiyini,  dəriyə  təmas  olduqda  ağır  yanıqlar 
əmələ  gətirdiyini,  qida  yoluna  düşdükdə  isə  qaraciyər  və  böyrəkləri  zədələdiyini 
nəzərə alsaq, təhlükənin nəticələrini müəyyən etmək elə də çətin deyil. 
       Azərbaycan  sularına  qarşı  həyata  keçirilən  ekoloji  terror  siyasəti  balıqçılıq 
sənayesinin  də  inkişafına  mənfi  təsir  göstərir.  Araz  çayı  üzərində  Azərbaycan  və 
İran  İslam  Respublikasının  birlikdə  inşa  etdirdiyi  Naxçıvan  ərazisində  yerləşən 
Araz  su  anbarı  balıqçılıq  sənayesində  mühüm  rol  oynayır.  Çirkli  suların, 
tullantıların  birbaşa  olaraq  Araz  çayına  axıdılması  bu  su  hövzəsinin  dərin 
hissələrində  polisaprob
28
 orqanizmlərin  intensiv  inkişafına  səbəb  olur.  Ağır 
metallar  və  zəhərli  maddələr  isə  qida  vasitəsilə  insanlarımızın  orqanizmini 
zəhərləyir.  
       Keçirilmiş  monitoriqlər  nəticəsində  müəyyən  olmuşdur  ki,  Ağstafaçay  və 
Xramçay  çayları  Kür  çayına  qoşulduqdan  sonra  Kür  sularında  müxtəlif  kimyəvi 
birləşmələrin,  Oxçuçay  Araz  çayına  birləşdikdən  sonra  isə  Araz  sularında  ağır 
metalların miqdarı normadan 10-30 dəfə artıq olmuşdur. Mehri, Qacaran, Qafan və 
Dəstəkert dağ-mədən (metalsaflaşdırma) kombinatlarının yüz min tonlarla qatı turş 
suları,  ağır  metal  duzları  və  başqa  tullantıları  Oxçuçayı  hədsiz  dərəcədə 
çirkləndirir.  Ayrı-ayrı  vaxtlarda  suyun  tərkibində  misin  miqdarı  normadan  25-50 
dəfə, fenolların  miqdarı isə  mütəmadi olaraq normadan  6-15  dəfə  artıq  olmuşdur. 
Alüminium,  sink,  manqan,  titan  və  bismut  çirkləndirici  elementlərə  Oxçuçayda 
daim rast gəlinir.
71
 
       Bugün  Ermənistanın  nəinki  Azərbaycan,  bütün  dünya  ölkələrinin  faciəsinə 
səbəb olacaq ən aktual ekoloji problemi “Metsamor AES”-in təhlükəli vəziyyətdə 
olmasıdır.  Ermənistanın  paytaxtı  İrəvandan  40  km  qərbdə  yerləşən  AES  1979-cu 
ildə istismara verilmişdir. 1988-ci ildə 25.000 insanın ölümü ilə nəticələnən Spitak 
                                                 
71
 
http://files.preslib.az/projects/azereco/az/eco_m2_8.pdf  (son baxılma tarixi:18.12.2014) 
___________________________ 
28
 
Polisaprob su hövzələrinin dərin qatlarında yaşayan üzvi birləşmələrdir.
 
 


66 
 
zəlzələsindən  sonra  stansiya  fəaliyyətini  dayandırmış,  1995-ci  ildən  beynəlxalq 
etirazlara  baxmayaraq,  fəaliyyətini  bərpa  etməklə  yanaşı,  ikinci  reaktorunu  da 
istehsala buraxmışdır.  
       “Metsamor AES” Azərbaycan və Gürcüstan sərhədlərinə 120 km, İran 60 km, 
Türkiyədən isə 16 km uzaqlıqda yerləşir və real təhlükə mənbəyidir. Bu isə bir çox 
səbəblərlə bağlıdır: 
-
 
8 bal gücündə zəlzələyə hesablanaraq inşa edilmiş AES 9 bal gücündə zəlzələ 
riski olan seysmik ərazidə yerləşir.
72
 
-
 
AES-də müasir AES-lərin heç birində istifadə edilməyən I nəsil VVER sovet 
reaktorunun  quraşdırılmışdır  ki,  bu  texnologiya  da  baş  verəcək  hər  hansı 
qəzaya qarşı son dərərcədə zəifdir. 
-
 
Hazırda  dünyada  beş  növ  atom  reaktorundan  istifadə  edilir,  lakin  Metsamor 
AES-də  fəaliyyət  göstərən  sulu  qrafitli,  kanallı  reaktor  təhlükəsizlik 
baxımından xeyli geri qaldığı üçün həmin beşliyə daxil edilmir. 
-
 
Stansiyanın  fəaliyyəti  üçün  lazımi  uran  Rusiyadan  Ermənistana  Cənubi 
Qafqaz  hava  yollarından  istifadə  ilə  daşınır.  Bu  isə  çox  kiçik  bir  səhvin 
regionda II Xerosima faciəsinin yaşanması deməkdir.
73
 
       Fəaliyyətinin ilk 10 ilində 150-dən çox qəzanın yaşandığı stansiyanın ətrafında 
hal-hazırda  5 tektonik  çat var. Onlardan  ən  yaxını  stansiyaya  500  m, digərləri isə 
16 km və 34 km məsafədə yerləşir. O da nəzərə alınmalıdır ki, “Metsamor AES”-
də  baş  verə  biləcək  hər  hansı  hadisə  zamanı  Azərbaycan  hökumətinə  evokuasiya 
üçün  24  saatdan  da  az  vaxt  qalacaq.
74
  Yaşanacaq  faciənin  miqyası  yalnız 
Azərbaycanı  deyil,  bütün  Cənubi  Qafqaz,  Yaxın  və  Orta  Şərq,  Avropanın  böyük 
hissəsini əhatə edəcəkdir. 
       Problemin  həlli  istiqamətində  Azərbaycan  tərəfi  AŞPA-da  məsələ  qaldırılmış 
və  buraya  təqdim  olunması  üçün  qətnamə  layihəsi  hazırlanmışdır.  Azərbaycan 
tərəfindən AŞPA-ya təklif olunmuş “Metsamor  AES - Cənubi Qafqaz və Avropa 
                                                 
72
 
71
 http://azecology.az/az/news/inthecountry/4487-metsamor-8-ballq-zlzly-hesablanb.html  
(son baxılma tarixi: 09.02.2015)  
73
 http://www.azadinform.az/news/a-92077.html (son baxılma tarixi:11.02.2015) 
74
 http://previous.publika.az/?id=8118 (son baxılma tarixi:13.02.2015)
 


67 
 
üçün daimi təhlükə” adlı qətnamə layihəsi Böyük Britaniya, Fransa, İtaliya, İsveç, 
Norveç, Macarıstan, Yunanıstan, Slovakiya, Sloveniya, Bolqarıstan, Serbiya, San-
Marino, Polşa, Andorra kimi 20 ölkədən 30 deputat tərəfindən imzalamışdır.  
       Assambleya  isə  regionun  və  Avropanın  bugünkü  və  gələcək  təhlükəsizliyini 
nəzərə  almış,  “Metsamor”  AES-in  yerləşdiyi  Ermənistanın  stansiya  ilə  bağlı 
yerləşmə  tələbləri və  texniki  şərtləri  qarşılaya  bilməməsi  məsələsini vurğulayaraq 
aşağıdakıları tövsiyə etmişdir: 
-  məsələ  ilə  bağlı  təcili  və  ətraflı  araşdırma  aparmaq  üçün  xüsusi 
məruzəçinin təyin edilməsi; 
-  müvafiq  ixtisaslı  parlamentarilərdən  ibarət  olan  fakt  araşdırıcı  qrupun 
formalaşdırılması; 
-  Ətraf  Mühit,  Kənd  Təsərrüfatı,  Yerli  və  Regional  Məsələlər  üzrə 
Komitədən,  Hüquqi  Məsələlər  və  İnsan  Hüquqları  üzrə  Komitədən  məsələ 
ilə bağlı tanınmış mütəxəssislərin iştirakı ilə dialoqun keçirilməsi üçün təcili 
bazanın formalaşdırılması. 
75
 
       Bundan  başqa,  Azərbaycan  və  Türkiyə  dövlətləri  dəfələrlə  Beynəlxalq  Atom 
Enerjisi  Agentliyinə  müraciət  edərək,  AES-in  region  üçün  real  təhlükə  mənbəyi 
olduğunu  bildirmişlər,  lakin  Ermənistan  rəhbərliyi  heç  bir  müraciəti  nəzərə 
almamaqda davam edir. 
        2004-cü  ildə  isə  Avropa  İttifaqı  “Metsamor  AES”-in  bütün  bölgə  üçün 
təhlükə  olduğunu  nəzərə  alaraq,  stansiyanı  2011-ci  ildən  gec  olmayaraq 
bağlanmasını  tələb  etmiş,  Ermənistanın  enerji  ehtiyaclarını  ödəmək  üçün  isə  200 
milyon  avro  verməyə  hazır  olduğunu  bildirmişdir.    Qarşı  tərəfin  1  milyard  avro 
tələbi  səbəbindən  razılaşma  baş  tutmadı.  Buna  qarşılıq  olaraq,  Ermənistan 
“Metsamor”-u 2016-cı ilədək, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək 
niyyətində olduğunu gizlətmədi. Enerjiyə olan təlabatının 40%-ni bu AES vasitəsi 
                                                 
75
 
http://ganirapashayeva.com/2012/06/28/metsamor-atom-elektrik-stansiyasi-c%C9%99nubi-qafqaz-
v%C9%99-avropa-ucun-daimi-t%C9%99hluk%C9%99-adli-q%C9%99tnam%C9%99-layih%C9%99si-
aspa-nin-burosunda-v%C9%99-avropa-surasini/ (son baxılma tarixi:17.02.2015)
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə