Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

38 
 
                                    
 
Şəkil 2.1 İstixana effektinin yaranması
40
 
         
 İstixana effektini yaradan qazlara isə karbon qazı (SO
2
), metan (SN
4
), xlorflü-
orkarbonlar  (freonlar)  və  azot  1-oksid  (N
20
)  aiddir. Bu  qazların  artma  səbəblərinə 
enerjinin  əldə  edilməsi  və  sərfi  (57%),  sənayenin  qeyri-energetik  sahələrinin 
inkişafı (20%), kənd təsərrüfatı fəaliyyəti (14%), meşələrin qırılması (9%) aiddir. 
       Aparılan  araşdırmalar  nəticəsində  müəyyən  olmuşdur  ki,  son  10  ildə  Yer 
kürəsində  orta  illik  temperatur  0.8°C  artmış,  problem  həll  olunmadığı  təqdirdə 
temperaturun daha 2-5.8
°C artacağı da bildirilir.
41
 Bunun nəticəsidir ki, 2007-ci və 
2013-cü il son 150 ilin ən isti ili kimi qeydə alınmışdır. Bəs qlobal istiləşmə hansı 
təhlükələr vəd edir? 
1)
 
Buzlaqların  əriməsi. Buzlaqların  əriməsi nəticəsində Dünya okeanına axan 
buz kütləsinin axma sürəti təqribən 30 dəfə  artmışdır və hesablamalara görə, 
20 il əvvəl dünyada buzlaqların qalınlığı indikindən təqribən 2 dəfə qalın idi. 
Mövcud  problem  Qrelandiya,  Antaraktida, Şimal  Buzlu  Okeanında  qeydə 
alınmışdır. Hesablamalara görə son 10 ildə Qrealandiyanın buz örtüyü 10 km 
azalmış  və  Qrelandiya  hər  il  200.000.000  кm³ buz  itirir.  Şimal  Buzlu 
Okeanında da buzlar sürətlə əriyir. Son dörd onillikdə buz örtüyünün qalınlığı 
42%,  onun  sahəsi    isə  6%  azalmış,  nəticədə  Şimal  Buzlu  Okeanında    buz 
                                                 
40
 
http://skool.edu.az/id748.htm (son baxılma tarixi :20.10.2014 )
 
41
 Qlobal istiləşmənin səbəbləri 
http://www.mediaclimate.org/index.php?option=com_content&view=article&id=17%3Aqlobal-
isti&catid=1%3Astatik-materiallar&Itemid=5&lang=az (son baxılma tarixi: 22.10.2014)
 


39 
 
kütləsinin  bütövlükdə  təxminən  yarısı  qalmışdır.  Norveç    alimləri  isə 
bildirirlər ki, 50 il sonra Şimal Buzlu Okeanının səthi tamamilə buzdan azad 
olacaqdır.Antraktida isə buz qayasının qalınlığı 2,3 km olub nisbətən sabitdir, 
lakin şelf buzlaqları, sərbəst olaraq yanındakı dənizə düşərək, hazırda sürətlə 
yoxa çıxır. Planetimizdə buzlaqların 90%-i Antarktika buz laylarının payına 
düşdüyünü  nəzərə  alsaq,  təhlükənin  yaradacağı  faciənin  miqyasını  təxmin 
etmək çətin olmur. 
2)
 
Dünya okeanında dəyişikliklər. Dəniz səviyyəsi qlobal istiləşmənin həssas 
indikatorudur.  Temperaturun  yüksəlməsi  və  quruda  yerləşən  buzlaqların 
əriməsi  ona  neqativ  təsir  göstərir.  Son  illərdə  dənizlərin  (okeanlarıın) 
səviyyəsinin  10-20  sm  qalxması  qeydə  alınmışdır  ki,  bu  da  normal 
göstəricidən  50%  çoxdur.  Dənizin  (okeanın)  səviyyəsinin  qalxması  isə  bir 
sıra neqativ nəticələrə gətirib çıxaracaqdır: 
-
 
Daşqınların sayı artacaq.  
-
 
Duzlu  su  sahilləri  basacaq.  Dənizin  səviyyəsi  qalxdıqca  duzlu  su  sahilyanı 
şirin  sulu  horizontlara  keçir.  Bu  haldan  İsrail,  Pakistan,  Hindistan  və  Çin 
daha çox ziyan çəkəcək.  
-
 
Sahil  eroziyası  artacaq.  Bildiyimiz  kimi,  dalğalar  quruya  doğru  basılarkən 
onlar sahil torpaqlarını yuyur. Dənizin səviyyəsi 1mm  qalxarsa, sahil xətti 
quruya doğru orta hesabla 1,5 m geri çəkilir. Dəniz səviyyəsi 1 m. qalxdıqda 
isə sahil xətti 1500 m geri  çəkiləcəkdir. 
-
 
Okean  səviyyəsinin  qalxması  Banqladeş,  Misir,  Qambiya,  İndoneziya, 
Maldiv  Respublikası,  Mozambik,  Pakistan,  Seneqal,  Surinam  və  Tailand 
kimi  sahilyanı  ölkələrə  xüsusilə  güclü  təsir  göstərəcək.  Dəniz  səviyyəsinin   
1m.  artması  Maldiv  adalarının  sahəsinin  80%-nin  su  altında  qalmasına, 
Banqladeşdə düyünün istehsal edildiyi  əsas bölgələri su basmasına və ölkə 
əhalisinin  10%-nin  köçməyə  məcbur  olmasına,  səviyyənin  cəmi  50  sm 
artması  Misirdə  əhalinin  16%-nin  yaşadığı  Nil  çayı  deltası  ətrafındakı 
torpaqların  çox  hissəsinin  su  altında  qalmasına  səbəb  olacaq.  Problem 
Avropa  ölkələrində,  xüsusən  Hollandiyada  da  hiss  olunacaq,  Nyu-Yorkda 


40 
 
isə  şəhərin  çox  hissəsini,  üç  aeroportunu  və  bütün  yeraltı  nəqliyyat 
infrastrukturunu su basacaq. 
3)
 
Dağıdıcı  tufanlar  və  qasırğalar.  Temperatur  artımı  ilə  tufanların  gücü  
birbaşa  bağlıdır.  Okean səthinin  temperaturu  tropik və subtropik ərazilərdə 
artdıqca  istilik  atmosferə  daxil  olaraq  dağıdıcı  fırtınaların  baş  verməsinə 
səbəb  olur.  Təhlükəli  hal  xüsusilə  Çin,  Yaponiya,  Filippin,  Hindistan, 
Banqladeş,  həmçinin  ABŞ-nın  Atlantik  okeanı  sahilləri,  Mərkəzi  Amerika 
və Qərb hövzəsi ölkələrində daha çox qeydə alınacaq. 
4)
 
Quru landşaftlarının transformasiyası. Orta en dairələrində temperaturun 
yaxın  100  illikdə  1-3,5°C  qalxması  ekvivalent  sürətdə  bitki  örtüyünün 
dəyişməsi  ilə  nəticələnəcəkdir.  Flora  və  fauna  inkişaf  edib  uyğunlaşdığı 
iqlimdən  yeni  bir  iqlim  rejiminə  keçəcək,  bəzi  bitki  növləri  məhv  olacaq. 
Mülayim  qurşaq  meşələrində  karbon  qazının  çoxalması  ilə  əlaqədar  bəzi 
ağac növləri məhv olacaq. 
Ən  çox  dəyişikiik  arktik  və  subarktik  qurşaqlarda  baş  verəcəkdir: 
kriosferin
17
 komponentiəri-okean  buzlaqları,  dağ  və  dəniz  buzlaqları,  daimi 
və  mövsümi  qar  örtüyünün  sahəsi  və  baş  verdiyi  müddəti  dəyişəcəkdir. 
Landşaftlar  dəyişkənliyə  uğrayaraq  qütbə  doğru  hərəkət  edəcəklər. 
Landşaftların  bəzi  elementləri  (tundra  və  meşə-tundra)  iqlimin  istiləşməsi 
zamanı tamamilə məhv olacaqlar. 
-
 
Kənd  təsərrüfatı  istehsalının  kəskin  azalması.  Çayların  deltaları  və  aşağı 
axarları  ətrafında  yerləşmiş  münbit  torpaqların  su  altında  qalması 
nəticəsində  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  kəskin  surətdə  aşağı 
düşəcək  və  dünyada  ciddi  ərzaq  qıtlığı  başlayacaq.  Avstraliyada,  Mərkəzi 
Asiyada, Cənubi Avropada, Mərkəzi və Cənubi Amerikada kənd təsərrüfatı 
istehsalının kəskin aşağı həddi qeydə alınacaq. Azalmanın ən yüksək həddi 
(25%) qarğıdalı, düyü və buğda məhsullarında qeydə alınacaq. 
                                                 
 
17
 Kriosfer  Yer  kürəsinin  atmosfer,  hidrosfer  və  litosfer  ilə  sərhəd  zonasında  temperaturu  mənfi  olan 
soyuq təbəqəsidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə