Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

47 
 
          daşqınlarla üz-üzə qaldı: 1990-cı ildə Tunisdə, 1991-ci ildə Malavidə, 1994- 
          cü ildə Misirdə daşqınlardan yüzlərlə insan həyatını itirmiş, yüz milyon ABŞ   
          dolları zərər dəymişdir. Hətta, quraq regionlardan Yəmənin subasmalara  
          məruz qalmaması da istisna deyildir. 
                       
XX əsrin son onilliyində baş verən daşqınlar nəinki ümumi ziyana görə 
          həm də suyun səviyyəsinin qalxmasına, yəni geofiziki xarakteristikaya görə  
          də əvvəlkilərdən dəhşətlidir. Məsələn, Polşada baş verən sonuncu subasması  
          rəsmi statistika, ölkənin minillik tarixində ən nəhəng və ən dəhşətli təbii   
          fəlakət kimi göstərmişdir. Həmçinin, 2000-ci ildə dünyanın müxtəlif  
          regionlarında baş vermiş güclü daşqınlar çoxlu sayda insan tələfatına və  
          böyük dağıntılara səbəb olmuşdur. Təkcə iqlim dəyişməsi deyil, həmçinin  
          insan fəaliyyətinin bir çox sahələri daşqınların baş vermə təhlükəsini artırır.   
          Meşələrin kütləvi qırılması, urbanizasiya və çayların məcrasının dəyişdiril- 
          məsi suyun akkumulyasiya
21
 imkanlarını azaldır ki, bu da yağışlar və su  
          axını arasındakı vaxtın qısalması ilə nəticələnir
.
 
-
 
Qlobal iqlim dəyişikliyi: Bu problem özünü qlobal istiləşmə səviyyəsinin 
artışı və bununla əlaqədar yaranan dəniz səviyyəsində yüksəlmədə göstərir. 
Müasir  dövrdə  qlobal  istiləşmə  xüsusilə  Banqladeş,  Misir,  Hindistanda 
milyonlarla  iqlim  mühacirlərinin  yaranma  təhlükəsini  yaradır.  Ümumilikdə 
isə  dünyada  bütün  sahilboyu  ərazilər  və  adalarda  yaşanan  təxminən 
150.000.000 insan bu təhlükə ilə qarşı-qarşıyadırlar. 
                Qlobal istiləşmənin artması ilə bağlı irəli sürülən proqnozlara görə dəniz   
          səviyyəsinin təxminən 1metr yüksəlməsi nəticəsində: 
1)
 
bir çox dövlətlər yox olacaq
2)
 
120.000.000 banqladeşli evli qalacaq; 
3)
 
Misir ərazisinin 1/3-ni itirəcək;  
4)
 
30.000.000 çinli dəniz səviyyəsindən aşağı ərazidə yaşadıqları üçün təhlükə 
         qarşısında qalacaq 
                                                 
21
 
Akkumulyasiya   axar  suların,  küləyin  və  s.  özləri  ilə  apardıqları  süxur  hissəciklərini  çökdürməsi 
prosesidir.
 


48 
 
5)
 
 Ümumilikdə isə 40.000.000-dan çox “iqlim mühaciri” yaranacaq.
49
 
-
 
      Münaqişə  və  müharibələr:  Bəşəriyyətin  qarşısında  duran  ən  kəskin 
problem  müharibə  və  sülh  problemidir.  Verilən  məlumatlara  əsasən  bütün 
dünya  tədqiqat  sahəsində  çalışan  alimlərin  40%-i,  yəni  400  min  yüksək 
ixtisaslı alim hərbi sahədə tədqiqat işlərinin aparılmasında iştirak edir. Elmə 
sərf olunan xərclərin beşdə iki hissəsi ancaq hərbi tədqiqatlar üçün nəzərdə 
tutulmuşdur.  Son  600  ildə  isə  dünyada  14.513  müharibə  olmuşdur.  Bu 
müharibədə 3.640 milyon adam həlak olmuşdur

 
      Təbii  resurs  əldə  etmək  və  ya  hakimiyyət  uğrunda  mübarizəni  əks 
etdirən  münaqişə  və  müharibələr  iqtisadiyyata  mənfi  təsir  göstərdiyi  qədər 
ekologiyaya da  mənfi təsir göstərir. Məsələn: 1955-1975-ci ildə baş vermiş 
Vyetnam  müharibəsi  zamanı  hərbi  əməliyyatlar  gedən  əraziyə  zəhərli 
maddələr buraxmış və 15.000 km
2
 -lik meşə sahəsini məhv etmişlər.  
      1990-cı  illərin  əvvələrində  isə  Yuqoslaviyanın  parçalanması  zamanı 
Serbiyanını Dunay çayına neft və kimyəvi maddələr axıtması Dunay çayının 
çiklənməsinə səbəb olmuş, nəticədə Bolqarıstan, Ruminiya kimi ölkələrdə su 
problemi  yaranmışdı.  Mövcud  ekoloji  problemlə  əlaqədar  Bolqarıstan  və 
Ruminiya əhalisi qonşu Balkan ölkələrinə köç etmişlər. 
      Eyni  zamanda,  müharibə  zamanı  atılan  bombaların  yaratdığı  çuxurlar 
əkinçiliyə  yararlı  sahələri  məhv  etmişdi.  Ümumilikdə  isə  müharibə 
zonalarında 62 ölkədə 85-100 milyon insan öz vətənlərinə qayıda bilmirlər. 
Müharibələrin yaratmış olduğu problemlərdən biri də minalanmış ərazilərin 
təmizlənməsidir.  Bütün  dünyada  isə  minalanmış  ərazilərin  təmizlənməsinə 
85.000.000.000 dollar tələb olunur.
50
 
       Sonda  bir  məsələ  də  qeyd  olunmalıdır  ki,  ekoloji  tənəzzül  əhali  köçlərini 
sürətləndirir,  digər  ölkələrin  ərazisində  məskunlaşmış  əhali  qrupu  həmin  ölkədə 
etnik  münaqişələrin,  hətta  müharibələrin  yaranmasına  səbəb  olurlar.  Beləliklə, 
yaranmış ekoloji tənəzzül yoxsulluğun artmasına gətirib çıxarır.  
                                                 
49
 www.climate.org/publications/environmental-refugees.html (son baxılma tarixi:05.11.2014) 
50
https://www.academia.edu/6440173/_G%C3%96R%C3%9CNMEZ_B%C4%B0R_K%C3%9CRESEL_SORUN_
%C3%87EVRE_M%C3%9CLTEC%C4%B0LER%C4%B0 
(son baxılma tarixi: 11.11.2014)
 


49 
 
2.3 Qlobal ekoloji problemlərin geosiyasi aspekti. “Su diplomatiyası” 
       Müasir dövrdə dünya ölkələrinin ortaq maraq dairəsi ətraf mühitin mühafizəsi 
və  ekoloji  təhlükəsizliyin  təmin  edilməsi,  antropoloji  təsirlər  səbəbindən  yaranan 
neqativ  təsirləri  qarşısının  alınması,  sağlam  və  təhlükəsiz  həyat  şəraitinin 
yaradılmasıdır.  Xüsusən  XX  əsrin  əvvəllərindən    dünyanı  təhdid  edən  qlobal 
ekoloji  problemlər,  XXI  əsrdən  etibarən  geosiyasətdə  və  beynəlxalq 
münasibətlərdə mühüm rol oynamağa başladı və bu faktorlar artıq dövlətlərin bir-
birinə təzyiq vasitəsi kimi əsas siyasi alətinə çevrildi.  
       Bugün  qlobal  problemlər  fonunda  ən  aktual  məsələlərdən  biri  də  şirin  su 
qaynaqlarının çatışmazlığı, daha dəqiq desək, normal yaşayış standartlarına cavab 
verməməsidir.  Hesablamalara  görə  hazırda  dünyada  təxminən  1,5  milyard  nəfər 
içməli  su  çatışmazlığından  əziyyət  çəkir.  BMT-nin  1998-ci  ildə  hazırladığı 
hesabatında  göstərilir  ki,  1950-ci  illərdə  əhalisi  50  milyondan  az  olan  yalnız  12 
ölkə, 1990-cı illərdə əhalisi 300 milyon nəfər olan 26 ölkə su qıtlığı problemi ilə 
qarşılaşmışdır.  2050-ci  ildə  isə  65  ölkədə  10  milyard  nəfərə  yaxın  əhali  bu 
problemlə qarşı-qarşıya qalacaqdır. 
51
 
       Dünyada hal-hazırda suyun 97.5%-i duzlu sulardan meydana gəlir. Şirin suyun 
nisbəti isə yalnız 2.5%-dir. Şirin suyun 70%-i qütblərdə donmuş halda, 30%-i yer 
altındadır. Planetimizdə içməli sudan istifadənin illik miqdarı 3829 km
3
 təşkil edir 
ki,  bunun  525  km
3
-i  Şimali  Amerika,  265  km
3
-i  Cənubi  Amerika  materiklərinin, 
2404  km
3
-i  Asiya,  418  km
3
-i  Avropa,  217  km
3
-i  Afrika  qitələrinin  əhalisinin 
payına düşür. 
         Bundan  başqa,  dünya  əhalisinin  yalnız  4%-i  sudan  kifayət  qədər,  yəni 
adambaşına sutkada 300-400 litr (onun 10%-i keyfi yyətli içməli sudur) su işlədilir. 
Afrikada və Asiyada yerləşən əhalinin üçdə ikisi üçün sudan istifadə normadan 10 
dəfə azdır.  
         Hər  il  3,4  milyon  adam  su  çatışmazlığı  və  su  ilə  əlaqədar  xəstəliklərdən 
dünyasını  dəyişir.  Xəstəliklərin  80%-i,  ölüm  hadisələrinin  isə  üçdə  biri  içməli 
                                                 
51
 
http://www.anl.az/down/meqale/yeni_az/2015/mart/424614.htm (son baxılma tarixi: 29.03.2015)
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə