Mövzu Erkən yaşlı uşaqların psixologiyası. Yeni doğulmuş uşağın anatomik- fizioloji və psixi



Yüklə 23,96 Kb.
səhifə1/3
tarix28.12.2022
ölçüsü23,96 Kb.
#98011
  1   2   3
mövzu 9


imkanları
Ailədə uşağın doğulması ata-ana və yaxın qohum-əqrəba üçün fərəhli bir hadisədir. Günlər, aylar keçdikcə uşaq yaşlıların əhatəsində, onların qayğı və nəvazişi sayəsində böyüyür və dəyişir: bu gün o dünənkinə bənzəmir, sabah isə artan imkanları sayəsində dünənkindən fərqlənəcək. Budur, o altı aylığında oturur, altı- yeddi aylığında iməkləməyə başlayır, təxminən bir yaşın sonunda dil açır və ilk titrək addımları ilə yeriməyə başlayır. Zaman keçdikcə uşağın artan fiziki imkanları öz təsirini psixi sferaya da göstərir. Uşaq orqanizminin təbii- fizioloji imkanları genişləndikcə o, müstəqil fəaliyyət subyektinə çevrilir, fərd, bioloji varlıq səviyyəsindən yeni, daha yüksək sosial keyfiyyətlərə doğru inkişaf edir, sosiallaşır və şəxsiyyətə çevrilir.
Bətndaxili inkişaf dövrünü başa çatdıran körpə doğularaq real fərd olur. Doğulduğu ilk anlarda o, tamamilə iqtidarsız bir məxduq olmaqla heç nəyə qadir deyildir. Tədqiqatçıların fikrincə, körpəni dünyaya gətirən qadında doğuşdan sonna keçən ilk 24 saat ərzində «analıq instinkti» meydana gəlir və o, körpəni ilk dəfə olaraq özü də bilmədən sol qolu üstə götürür. Ona görə də, bu instinktin yaranması üçün doğuşdan sonra ötən ilk sutka xüsusi əhəmiyyətə malikdir.
Yeni doğulmuş uşağın dərisi doğulma anında piy yaxması ilə örtülü, rəngi açıq göyümtül, azacıq tüklə örtülü, bədəni bir qədər şişkin olur. Uşağın bədən əzələləri, xüsusilə ətraf əzələləri zəif inkişaf etmiş olduğundan doğulduğu ilk günlərdə uşaq ana bətnindəki vəziyyətini saxlayır. Yəni onun qolları dirsəklərindən bükülü və ayaqları qarnına sıxılmış olur. Yeni doğulmuş uşağın bədəninin bütün toxumaları zərif olur, hüceyrə elementlərinin və damarlarn zənginliyi nəzərə çarpır.
100

Antropometrik ölçülərə görə, müəyyən edilmişdir ki, yeni doğulmuş çağanın bədəninin uzunluğu 50 sm, döş qəfəsinin və başın çevrəsi 30 sm, oturaq vəziyyətdə boyu 32 sm,çiyinlərinin eni 10 sm, bir dəqiqədə ürək döyüntülərinin sayı 134-ə bərabər olur. Qeyd olunan bu ölçülərin qızlara nəzərən oğlanlarda bir qədər böyük olduğu diqqəti cəlb edir. Doğulma anında oğlanların çəkisi orta hesabla 3250 qram, qızlarda 3000 qram olur. Bununla belə, tibb elminin qənaətinə görə, vaxtında doğulmuş uşaqların yarıdan çoxunun çəkisi 2800-3500 qram həddində olur ki, bu da normal hal hesab edilir. Bəzən uşaqların çəkisində orta ölçülərdən fərqli göstəricilər 2500-4000 qram həddində çəki göstəricilərinə də təsadüf edilir ki, bu da mütəxəssislər tərəfindən normal hal kimi qiymətləndirilir. Müəyyən edilmişdir ki, ata və ana nəsli xətti ilə keçən irsi xüsusiyyətlər, onların yaşı, həyat şəraiti, peşəsi, uşağın doğulması vaxtı və s. kimi amillər uşaqların çəki və boy göstəricilərinə təsir edir.
Uşaq doğulduqdan 2-4 gün sonra onun çəkisində fizioloji azalma halı baş verir. Bu dövrdə uşağın bədən çəkisində 150-350 qram həddində çəki itkisi baş verir. Müəyyən edilmişdir ki, ilk dəfə ana olan qadınların uşaqlarında çəkinin azalması halı daha çox müşahidə olunur. Lakin çox çəkmədən, təxminən 15 gün sonra uşaqların çəkicə azalması həddi aradan qalxır və onların doğulma anındakı çəkiləri bərpa olunur. Bir qədər sonra, yəni uşağın həyatının birinci ayı ərzində onların çəkiləri orta hesabla 800 qram, sonrakı hər bir ay ərzində isə, orta hesabla 50 qram az olmaqla artır. Beləliklə, 5 aylıqda uşağın çəkisi orta hesabla 6250-6500 qram, bir yaşın sonunda 9500-9800 qram həddinə çatır. Qeyd etmək lazımdır ki, körpələrin inkişaf tempində bir sıra fərdi fərqlər müşahidə olunduğu kimi, bu fərqlər eynilə onların çəki artımında da nəzərə çarpır. Bu fərqlər əsasən azalma istiqamətində müşahidə olunur və bu da bəzi körpələrin təbii ana südü ilə qidalanmaması ilə bağlıdır. Müəyyən edilmişdir ki, süni surətdə yedizdirilən uşaqlarda çəki artımı tempi zəif olur. Burada vitamin çatışmazlığının, uşaqların
101

bəsləmə şəraitinin, gigiyenik amillərin də təsiri vardır. İnkişaf etmiş müasir tibb elmi ananın körpəsini əmizdirməsini həm öz sağlığı, həm də uşağın sağlamlığı baxımından fövqəladə dərəcədə əhəmiyyətli olduğunu sübut etmişdir.
Ana südü ilahi qüdrət dolu bir mükəmməlliyi ifadə edir. Onun tərkibində, körpənin həyati ehtiyac duyduğu vitaminlər, hormonlar, qoruyucu maddələr, mikroblarla mübarizə aparan pereparatlar və mənəvi cəhətdən ananın xarakterini körpədə təşəkkül etdirəcək ünsürlər mövcuddur.
Ana südünün tərkibindəki, insanın bəslənməsi üçün əsas ünsür olan protein, şəkər, yağ, fosfor və vitaminlər hamısı birlikdə, körpənin orqanizminə uyğun şəkildə çox ahəngdar nisbət və ölçüdə daxil olur.
Yeni doğulmuş uşaqlarda təbii çəki artımı ilə yanaşı, böyümə, boy artımı da müşahidə olunur. Əgər yeni doğulma anında onların boyu orta hesabla 50 sm olursa, birinci üç ayda onların boyu 9 sm, ikinci üç ay ərzində 8 sm, sonrakı altı ay ərzində cəmi 3,5 sm artır. Beləliklə, südəmər dövrdə uşaqların boyu orta hesabla 23-25 sm artır və bir yaşın sonunda bu orta hesabla 73-75 sm-ə çatmış olur. Boy artımı göstəriciləri 5 yaşında 100 sm-ə, 14-15 yaşda 150 sm-ə çatır. Oğlanlarla qızların boy artımında müxtəlif yaşlarda bir-birini üstələmə halları baş verir.Qızların boy artımı, təxminən 18 yaşında başa çatdığı halda, oğlanlarda bu proses 20-25 yaşlarınadək uzanır. Müəyyən edilmişdir ki, qızlar 7 yaşadək olan dövrdə və 12-13 yaşlarında böyümə tempinə görə oğlanları geridə qoyurlar. Oğlanlar 7 yaşdan və 15 yaşdan sonra qızlardan daha sürətli bir tempdə boy atırlar. Uşaqlarda ən çox böyümə halları yay aylarına təsadüf edir. Avqust-dekabr aylarında boy atma tempi zəif baş verir. Böyümə surəti endogen (mərkəzi sinir sistemi, endokrin vəziləri) və ekzogen (mühit, şərait, qida və s.) amillərdən çox asılıdır. Həyatın ilk aylarında böyümə sinir sistemi, habelə timus vəzisi ilə, 3-4 aydan başlayaraq qalxanabənzər vəzi ilə tənzim olunur. Bir qədər sonra, uşağın həyatının 5-7-ci
102

ilində hipofiz vəzisinin ön payının fəaliyyəti xeyli güclənir, cinsi yetişkənlik dövründə öz fəaliyyətinin yüksək həddinə çatmış olur.
Yeni doğulmuş uşağın başı böyük, bədəni uzun, aşağı və yuxarı ətrafları gödək olur. Doğulma anında uşağın başı onun boyunun dörddə birinə bərabər olur. İnkişaf prosesində bu nisbət tədricən dəyişir. Belə ki, bu nisbət 2 yaşda beşdə birə, 6 yaşda altıda birə, yaşlı adamlarda isə səkkizdə birə bərabərdir. Bütün uşaq yaşı dövründə qıçların uzunluğu 5 dəfə, qollarınkı 4 dəfə,gövdəninki isə 3 dəfə artır. Tibbi tədqiqatlar sayəsində müəyyən edilmişdir ki, bədən uzununa və eninə böyüdükcə, onun ayrı-ayrı hissələrinin, xüsusilə, kəllənin və döşün konfiqurasiyası da dəyişir. Kəllənin ayrı-ayrı sümüklərinin böyüməsi ilə ədaqədar olaraq, alın və təpə qabarları itir, alın- burun yastığı və qaşüstü qövslər yaranır, kəllədə böyük relyeflik baş verir, gicgah və peysər xətləri, peysər qabarı əmələ gəlir. Uşaqlıq dövründə kəllənin daha intensiv böyüməsi həyatın ilk 3-4-cü ilində, xüsusilə bir yaşında müşahidə olunur. Uşağın onurğa sütunu bir yaşadək olan dövrdə daha sürətlə böyüyür. 2-7 və 11-15 yaşlarında isə o, bədən uzunluğunun illik artımından geri qalır. Südəmər uşaqlıq dövründə (ilk 12-14 ay) onurğa sütunu elastikdir və onun «S» şəkilli əyriliyi yoxdur. 6-7 yaşlardan sonra elastiklik yox olduğuna, 14 yaşınadək olan dövrdə onurğaarası sahə qığırdaqla dolu olduğu üçün bədənin düzgün duruş vəziyyətində saxlanılması olduqca vacibdir. Məktəb yaşlı uşaqlarda parta arxasında düzgün olmayan oturuş formaları onurğanın «skolioz» və «kifoz»lar adlanan əyilmələrinin meydana gəlməsinə səbəb ola bilir.
Uşaqlarda dişlərin çıxma tempi düzgün inkişafın yaxşı göstəricisidir. Onların çoxunda dişlər 6-7 aydan çıxmağa başlayır. Əvvəlcə alt çənədə 2 kəsici diş, sonra üst çənədə 2 kəsici diş, bir qədər sonra yenə üst yan kəsicilər, ilin sonunda isə alt çənədə yan kəsici dişlər çıxmış olur. Beləliklə, bir yaşın sonunda uşağın 8 dişi olur. Həyatın iknici ilində uşağın süd dişlərinin
103

çıxması sürəti bir qədər də artır. 2 yaşın sonunda onların sayı 20-yə bərabər olur. Tibbi ədəbiyyatlarda daimi dişlərin çıxması əsasən dörd dövrə ayrılır:

  • İlk daimi dişlərin çıxması (5-7 yaşlar)

  • Süd dişlərinin daimi dişlərlə əvəz olunması (6-8 yaşlardan 13-14 yaşlaradək)

  • Üçüncü daimi dişlərin çıxması (12-14 yaşlar)

Л

  • Ağıl dişlərinin çıxması (18-22 yaşlar)1

Uşaqlarda dayaq hərəkət sisteminin inkişafı onların ümumi fiziki və somatik inkişafının başlıca göstəricilərindən biri hesab edilir. Dayaq- hərəkət aparatına somatik əzələ və skelet aiddir. Skelet bədənin ən möhkəm hissəsi olub, əzələlər, qarın boşluğunda və çanaqda yerləşən daxili orqanlar üçün dayaq, döş və baş beyin boşluqlarında yerləşən orqanlar üçün müdafiə və
o
eləcə də orqanizmin yerdəyişməsini- hərəkətini həyata keçirir2.
Yeni doğulmuş uşaqlar qaydasız, nizamsız və aralarında heç bir koordinasiya olmayan xaotik hərəkətlər edirlər. Bu hərəkətlər qeyri-ixtiyari olub, impulsiv xarakter daşıyır, periferik qıcıqlanma olmadan baş verir. Körpədə istər müəyyən vəziyyət almaq, istərsə də, bədənin vəziyyətini dəyişmək üzrə heç bir müəyyən edilmiş hərəkətlər olmur.
Aktiv hərəkətlərin və statistik reaksiyaların inkişaf dinamikası bir tərəfdən mərkəzi sinir sisteminin ontogenetik inkişaf prosesi ilə, beyin qabığının hərəkətləri idarə işinə tədricən cəlb olunması ilə, digər tərəfdən xarici təsirlər və tərbiyə şəraiti ilə əlaqədardır. Körpədə əzələlərin funksional inkişafı yuxarıdan aşağıya doğru bir qədər qeyri-müntəzəm gedir. Əvvəlcə başın hərəkəti, sonra əşyaları tutmaq şəklində əllərin hərəkəti əmələ gəlir. Bundan sonra körpədə bədənin vəziyyətini saxlamaq, onun yerini dəyişmək, çevrilmək, iməkləmək, ayağa qalxmaq, gəzmək şəklində ümumi hərəkətlər inkişaf edir. Üçüncü ayda uşaq əşyaları əlləri ilə izləməyə, onları tutmağa başlayır və qarnı üstə uzanaraq başını qaldırmaqla yanaşı, əllərindən dayaq
1 M.S.Maslov. Uşaq xəstəliklri. B., 1961, s.50
2 C.Ə.Nəcəfov və b. Uşaq anatomiyası və fiziologiyası. Bakı, 2001, s.121
104

kimi istifadə etməklə bədənini bir qədər qaldırmağa nail olur. Dördüncü aydan başlayaraq körpə arxası üstə duruş vəziyyətindən qarnı üstə çevrilir, ilk dəfə olaraq ixtiyari tutma hərəkətləri müşahidə olunur. Altı aya çatdıqda uşaq əvvəlcə köməklə, sonra isə köməksiz, müstəqil olaraq oturmağa nail olur. Bu dövrdən başlayaraq uşaq uzanma vəziyyətindən oturma vəziyyətinə keçməyi bacarır. О, 7-8 aylığında hər hansı bir dayaqdan tutmaqla ayaq üstə qalxır, 11 aylıqda müstəqil olaraq ayaq üstə durmağa nail olur, həyatının 10-13-cü aylarında müstəqil gəzməyə başlayır, psixomotorika meydana gəlir.
Uşaqlarda sinir sisteminin inkişaf xüsusiyyətlərinin öyrənilməsi uşaq psixologiyası elmi üçün əhəmiyyətli bir mövzudur. Beyin psixikanın maddi əsası olduğuna görə, uşaqlarda sinir-psixi fəaliyyətin inkişaf dinamikasını izləmək, onun xüsusiyyətlərini bilmək olduqca vacibdir.
Yeni doğulmuş uşaqların beyninin çəkisi təxminən 350-390 qram, altı ayda 632 qram, bir yaşında 925 qrama bərabər olur. Göründüyü kimi, bir yaşın sonunda uşaqların beyin çəkisi doğulma anı ilə müqayisədə 2,5 dəfə, üç yaşın sonunda 3 dəfə artır. Beş yaşında uşaqların orta beyin çəkisi 1138 qram, on yaşında 1362 qram, on beş yaşında isə 1460 qrama bərabər olur. Qeyd etmək lazımdır ki, yeni doğulmuş uşağın beyin çəkisi onun ümumi çəkisinin təxminən 1/8 bərabər olduğu halda, yaşlı adamlarda bu nisbət 1/45 bərabərdir. Bu rəqəmlərdən göründüyü kimi, uşaq yaşının bütün dövrlərində beynin çəki artımı dinamik şəkildə gedir və ilk gənclik dövrünün sonunda demək olar ki, əsasən başa çatmış olur.
Yeni doğulmuş uşaqların beyin yarımkürələrinin qabığı yaşlı adamlarınkına nisbətən nazikdir. Qabıq təbəqələri kifayət qədər diferensiasiya olunmadığından qabıq mərkəzləri tam inkişaf etməmiş olur. Uşağın həyatının 7-8-ci aylarından başlayaraq sinir hüceyrələri diferensiasiyaya uğrayır, 5-6 yaşlarından sonra bu hüseyrələrin diferensiasiya tempi sürətlənir. Uşaqlarda baş beyinlə yanaşı onurğa beyin də müəyyən tempdə inkişaf etsə də, onun böyümə sürəti baş beyindən bir qədər geri qalır. Belə ki, onurğa beyin uşağın
105

doğulduğu anla müqayisədə 5 yaşında öz çəkisini 3 dəfə artırmış olur. Cinsi yetişkənlik dövründə bu çəki 4-5 dəfə artır.
Körpənin həyatının ilk 10-14-cü günləri ərzində anadangəlmə qida refleksləri əsasında ilk şərti reflekslər formalaşır. Bu prosesdə şərti qıcıqlandarıcılar rolunda mürəkkəb taktil-proprioseptiv qacıqlandırıcılar çıxış edir: uşaqda əmmə hərəkətləri zamanı bu refleks müşahidə olunur. Belə ki, körpəni əmmə vəziyyətdə qucaqda saxladıqda o, ağzı ilə ananın döşünü axtarır. Uşaq inkişaf etdikcə, böyüdükcə, hər cür qıcıqlandırıcılara qarşı beyin qabığının davamlığı yüksəlir, nəticədə o, uzun müddət oyaq vəziyyətində qalır ki, bu da şərti reflektor rabitələrin yaranmasına geniş imkan yaradır. Həyatın 3-cü ayından etibarən uşaqda görmə qıcıqlandırıcılarının təsiri altında
Yüklə 23,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə