I,II aparıcı:(birlikdə)Yaşasın Ali baş komandan yaşasın Azərbaycan ordusu



Yüklə 22,26 Kb.
tarix13.03.2023
ölçüsü22,26 Kb.
#102407
novruz şənliyi ssenarisi


I II Aparıcı:(Birlikdə)Salam xoş gördük sizləri əziz qonaqlar ,sevimli müəllimlərimiz ,valideyinlər və şagirdlər ilk öncə sizləri və sizin timsalınızda bütün Azərbaycan xalqını təbrik edirik Novruz bayramı şənliyini Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edirik.
II Aparıcı
İndi isə vətənimizin azadlığı və ərazi bötüvlüyü uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükütla yad edək.
II Aparıcı: Ümummili liderimiz Heydər Əliyev demişdir Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı
IAparıcı:Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
I,II Aparıcı:(birlikdə)Yaşasın Ali baş komandan yaşasın Azərbaycan ordusu.

I Aparıcı: Qoy bu təravətli Novruz bayramı süfrəmizi ruzi ,qəlbimizi isə xoş hislərlə doldursun sağlamlığımız möhkəm ,arzularınız sonsuz ,ümidlərimiz gerçək olsun .


II Aparıcı:Azərbaycan xalqı milli adət -ənənələrimizi qoruyub saxlayan onu yaşadan bir xalqdır .Hər bir bayramın öz gözəlliyi olduğu kimi bahar fəslinin də öz gözəllikləri çoxdur.bu gözəlliklərdən biri də Novruz bayramının bahar fəslinə təsadüf etməsidir.
I Aparıcı: Novruz elimizə əliboş gəlmir .İnsanlara ümid ,sevinc,arzu gətirir.Təbiətə gül-çiçək gətirir
Novruz gəlir, yaz gəlir,bir əlində saz gəlir.
Bir əlində xonçası ,açıb gülün qönçəsi .
Bülbülə avaz gəlir ,novruz gəlir, yaz gəlir.
II Aparıcı:
Novruza bax yaza bax ,bir əriyən buza bax
Sellər axır şırhaşır ,çöllər olur yamyaşıl
Ot bitər ,yemlik bitər ,keçəl başda tük bitər
I Aparıcı :Keçəl başı yağlasın dəsmal verin bağlasın rəqs eliyək oynayaq çırtıq çolaq şadlanaq,bu məclisi başlayaq.
1.İndi isə xalqımızın milli rəqsi “UZUN DƏRƏ"rəqsini oynamaq üçün şagirdlərimizi səhnəyə dəvət edirik .
II Aparıcı: Bayramlar… Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.
I Aparıcı:
Bahar gəlir ,yaşıl dona
Bürünür uca dağlar
Dərələrdə axır yenə
Gur çeşmələr bulaqlar
Uzaq qərib ölkələrdən
Köçəri quşlar gəlir .
Yenə bahar ölkəsinə
Yaz gəlir,bahar gəlir.
Qızıl arı qonur qızıl
Ləçəyinə güllərin
Bahar varı ,dövlətidir
Sərvətidir ellərin .
II Aparıcı: Bu gözəl bayaram günlərində ürək sözlərini eşitmək üçün sözü veririk məktəbimizin direktoru Hüseynov Aqif müəllimə .
II Aparıcı :
Baharın müjdəçisi, Qaranquşun nəğməsi
Xəbər verir güllərə ,bahar gəlir ellərə
Günəş duyub baharı ,əridir dağda qarı
Qovuşdurur sellərə ,bahar gəlir ellərə
I Aparıcı :
Al-əlvan geyir meşə ,pıçıldaşır bənövşə
Düşür neçə dillərə ,bahar gəlir ellərə
Gözəl novruz səhəri ,bəzəyir kənd-şəhəri
Zövq verir könüllərə ,bahar gəlir ellərə
Qış yenə də boğulur ,yaz təzədən doğulur
Güman qalır illərə bahar,qalır ellərə
II Aparıcı :İndi isə Çaylı kənd icra nümayəndəsinin ürək sözlərini eşidək.
I Aparıcı: Azərbaycan mədəniyyətinin tarixində mühüm hadisə. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb;
II Aparıcı:Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub;
I Aparıcı: Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub;
II Aparıcı:Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”;
I Aparıcı :Aqif müəllim Musa müəllim və Hüseyn müəllim başda olmaqla yumurta döyüşdürməyə başlayaq .
II Aparıcı :1 ci sinif şagirdlərini rəqsə dəvət edirik.
I Aparıcı :Novruz “təzə il “ deməkdir ,baharın ilk günüdür .Bütün müsəlmanların həyatında əsl yeni il baharın ilk günündən başlayır.
II Aparıcı: Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir.
I Aparıcı: - Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır.
II Aparıcı - Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
I Aparıcı :”Mübarək olsun” Mahnısını söyləmək üçün söz verilir məktəbimizin şagirdlərinə.
II Aparıcı: 2-ci sinif şagirdlərini rəqsə dəvət edirik.
I Aparıcı : Novruz axşamı axır çərşənbədə olduğu kimi niyyət edib qulaq falına çıxırlar. Eşidilən ilk söz niyyətin baş tutub-tutmayacağını aşkar edir. Bu qədim adət illərin sınağından çıxaraq özünü doğruldub. Papaqatma da Novruzun qədim adətlərindədir. Ev yiyəsi papağa bayram şirnilərindən yığaraq onu qapıya qoyur. Papağın yiyəsi öz sovqatını götürüb gedir.
II Aparıcı: Çox erkən yaranan mərasimlər içində Novruz bayramı günlərində göstərilən tamaşa və oyunlar xüsusi yer tutur.
I Aparıcı: İndi isə “Maral oyunu” üçün 7-ci sinif şagirdi Nəbiyev Natiqi səhnəyə dəvət edirik.
II Aparıcı : 3-cü sinif şagirdlərini rəqsə dəvət edirik.
I Aparıcı :İnsan ,kainat 4 ünsürdən su,od,yel,və torpaqdan yaranıb.Hər il dörd çərşənbə Novruzdan gecə ilə gündüzün bərabərləşməsimdən əvvəl qeyd olunur . Bu çərşənbələrin hər birinin öz adı özünə məxsus inancları var.
II Aparıcı: Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülən ,torpaq yavaş- yavaş islanmağa başlayır.
I Aparıcı:İkinci od çərşənbəsi adlanır . Ona görə ki,bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır.
II Aparıcı:Üçüncü yel çərşənbəsidir . Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı,təzəcə çıxmış yaza həsrət gülləri tərpədir,tumurcuqlanan ağacları yellədir
I Aparıcı : Axırıncı torpaq çərşənbəsidir. Torpağı ana təbiət , su ilə islatdı ,günəş isitdi, onu yaratmağa hazırladı .
II Aparıcı : 4-cü sinif şagirdlərini rəqsə dəvət edirik .
I Aparıcı:”Uşaq bağçası “ səhnəciyini çıxarmaq üçün məktəbimizin şagirdləri Cihan ,Canan və Zeynəbi səhnəyə dəvət edirik .
II Aparıcı :5-ci sinif şagirdlərini rəqsə dəvət edirik.
I Aparıcı:Tədbirimizi “Yağlı güləş “yarışı ilə davam edək, Yağlı güləş üçün yarışmaçılarımızı səhnəyə dəvət edirik.
II Aparıcı: Baharın gəlişindən əvvəl suda isladılmış toxumdan səməni göyərdirlər.
I Aparıcı:- Həyat, bolluq nişanəsi olan səməni baharın ilk müjdəçisi hesab olunur. Səməni göyərtmək novruzun ən müqəddəs ayinidir. Bayramı müəyyən tarixi dövrlərdə təzyiqlərə məruz qalsa da, xalq tərəfindən unudulmamış, inkişaf etdirilmişdir.

II Aparıcı: - Bu milli bayramın indi dövlət səviyyəsində qeyd olunması Azərbaycanın müstəqilliyinin bəhrələrindəndir.
I Aparıcı:6-cı sinif şagirdlərini rəqsə dəvət edirik.
II Aparıcı: “Fincan oyunu “ yarışını keçirmək üçün şagirdlərimizi səhnəyə dəvət edirik .
I Aparıcı: Novruz bayramını kosa və keçəlsiz təsəvvür etmək mümkün deyil. El şənliyini şənləndirmək üçün kosa və keçəli məclisimizə dəvət edək.
I - II.. Aparıcı: ( birlikdə)
A kos kosa gəlsənə.
Gəlib salam versənə.
Bu şənliyi görsənə,
Məclisi güldürsənə.
II Aparıcı: Novruz bayramı illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni yeni adətlər əmələ gəlib və nəsildən nəsilə ötürülüb hal hazırda isə Azərbaycanda Novruz bayramında aşağıda qeyd etdiyimiz adətlər var.
I Aparıcı:Papaq atmaq. Əsasən gənclər və uşaqlar arasında yayılan bu adət zamanı atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər.
II Aparıcı :Qulaq falı da papaq atmaq qədər məşhur adətlərdən biridir hansı ki, bu adətdə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir əgər yaxşı söhbətlər danışılırsa onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.
I Aparıcı :Tonqaldan tullanmaq isə növbəti adətlərimizdəndir bu adət həm Novruz bayramı günü həm də əsas Od çərşənbəsi günü həyata keçirilir.
II Aparıcı:Üzük falı isə qızlar arasında yayılan ən meşhur adətlərdən sayılır, odur ki, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə niyəti qəbul olunur
I Aparıcı: Səməni əkmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir.
II Aparıcı:Yumurta döyüşdürmək isə elə balaca vaxtlarımızdan hamımızın ən sevdiyi olub. Yumurtası qırılan tərəf digərinin dediklərini etməli idi bu oyunda
I Aparıcı:Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridir.
II Aparıcı :7-ci sinif şagirdlərini rəqsə dəvət edirik.
I Aparıcı: - Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramı adətləri. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir;
-II Aparıcı:Səməni xonçası. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir;
I Aparıcı:Novruz ənənələri incəsənətdə. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib;
II Aparıcı: Xalqı birləşdirən bayram şənlikləri. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.
Aparıcı:8-ci sinif şagirdlərini rəqsə dəvət edirik.
I Aparıcı:
Mən baharı sevirəm ,bahar könül açandır
Açılmış könüllərə,bahar şəfəq saçandır
Bahar yaşıl təbiət ,bahar quşların səsi
Bahar sevən könüldə məhəbnətin nəğməsi
Bahar bəlkə ürəkdə ilk sevgini oyadan
II Aparıcı:
Bahar çölü çəməni min bir rəngə boyadan
Sevib sevilənlərə bütün fəsil bahardır
Sevib sevilənlərə saf təmiz duyğulardır
Gəlişini bu fəsilin gözləmişəm haçandır
Mən baharı sevirəm bahar könül açandır
I Aparıcı:9-cu sinif şagirdlərini rəqsə dəvət edirik
II Aparıcı. Şagirdlərimizi bahar şeiri söyləmək üçün səhnəyə dəvət edirik
I və II Aparıcı :Aqif müəllimi öz kollektivi il ə birlikdə rəqsə dəvət edirik.
I Aparıcı : İndi isə gəlin birlikdə Novruzun bəzəyi olan bahar qızını dəvət edək ,elimizə ,obamıza bahar təravəti gətirsin.
II Aparıcı :Mahnı sədaları altında stol yarışı keçiririk :hər sinifdən 2 nəfər səhnəyə dəvət edirik.
I Aparıcı :10-cu sinif şagirdlərini rəqsə dəvət edirik
II Aparıcı: İndi isə son yarışımız olan cəldlik yarışını təşkil etməy üçün 6və 7 ,8və 9-cu sinif şagirdlərindən 1 nəfər iştirakçı səhnəyə dəvət edirik .
I Aparıcı:11-ci sinif şagirdlərini rəqsə dəvət edirik .
II Aparıcı :Əziz Müəllimlərimiz , şagirdlərimiz və qonaqlarımız beləcə nəğmə ilə sevinclə başlanan görüşümüz nəğmə ilə başa çatır . Qoy bu bahar xalqımıza sülh əmin-amanlıq gətirsin. Ocaqlarımızdan bərəkət xalqımızdan vətən qeyrəti əksik olmasın . Bayramınız mübarək olsun
I Aparıcı:İndi isə hər birinizi tonqal ətrafında yallı rəqsinə dəvət edirik
Yüklə 22,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə