Yuxarı ətraf əzələləri ”



Yüklə 24,75 Kb.
səhifə1/3
tarix30.12.2023
ölçüsü24,75 Kb.
#166722
  1   2   3
Ayxan Anatomiya


Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası

Tələbə: Mustafazadə Ayxan
Qrup: 112a9
Kurs: 1
Fənn: Anatomiya
Fakültə: Məşqçilik
Mövzu: Yuxarı ətraf əzələləri

Bakı – 2022


Yuxarı ətraf əzələləri ”
Yuxarı ətraf əzələləri dörd qrupa ayrılır:

  1. Çiyin qurşağı

  2. Bazu

  3. Said

  4. Əl əzələləri.

Çiyin qurşağı əzələləri.

  1. Deltayabənzər əzələ- m. deltoidens- bazu oynağını örtür. Körpücük sümüyü və kürək tinindən başlayıb bazu sümüyünün deltayabənzər qabarıqlığına bağlanır, ön lifləri çiyini önə və yuxarı, arxa lifləri arxaya və yuxarı çəkir. Bütövlükdə isə yığılarkən bazunun üfüqi vəziyyətə qədər uzaqlaşdırır.

  2. Tinüstü əzələ- m. supraspinatius- kürəyin tinüstü çuxurundan başlayaraq bazu sümüyünün böyük qabarcığına bağlanır, deltayabənzər əzələ ilə birlikdə çiyini uzaqlaşdırır.

  3. Tinaltı əzələ- m. infrospinatis- kürəyin tinaltı çuxurundan başlayıb bazunun qabarcığına bağlanır, çiyini bayır tərəfə hərləndirir.

  4. Kiçik girdə əzələ- m. teres minor- kürəyin bayır kənarından başlayaraq bazunun böyük qabarcığına bağlanır, çiyini bayıra hərləndirir.

  5. Böyük girdə əzələ- m. teres major- kürəyin aşağı bucağından başlayaraq bazunun böyük qabarcığının darağına bağlanır, çiyini arxaya çəkir və içəri hərləndirir.

  6. Kürəkaltı əzələ- m. subscapularis- kürəyin eyni adlı çuxurundan başlayaraq bazunun kiçik qabarcığına bağlanır, böyük döş qəfəsi ilə birlikdə çiyini içəri hərləndirir.

Çiyin qurşağı nahiyyəsində yerləşən hər bir əzələ öz adına müvafiq fassiya ilə örtülür.Çiyin qurşağı əzələləri qoltuqaltı çuxurun əmələ gəlməsində iştirak edirlər. Bu çuxurun 4 divarı və 2 dəliyi ayırd olunur: ön divarı böyük və kiçik döş əzələləri ilə, arxa divarı kürəkaltı əzələ , böyük girdə əzələ və arxanın enli əzələsi ilə, içəri divarı ön dişli əzələ ilə və bayır divarı ilə bazu sümüyü ilə ( bazu əzələləri ilə birlikdə) əmələ gəlir.Yuxarı dəlik I qabırğa, körpücük sümük körpücük altı əzələ ilə və kürəyin yuxarı kənarı ilə əhatə olunur. Bu dəlik vasitəsi ilə boyun tərəfdən damar və sinirlər keçir.Aşağı dəlik dəri ilə örtülü olur. Bu dəlik öndən böyük döş əzələsinin aşağı kənarı ilə, içəri arxadan arxanın enli əzələsinin aşağı kənarı ilə, içərdən ön dişli əzələ ilə və bayır tərəfdən bazu sümüyü ilə (əzələləri ilə birlikdə ) hüdudlanır. Bundan əlavə qoltuqaltı çuxurun arxa divarında damar və sinirlərin keçməsinə məxsus iki xırda dəlik yerləşir.



Yüklə 24,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə