Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə71/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   63   64   65   66   67   68   69   70   71

176 
 
miqdarda  hava  ilə  nəfəs  ala  bilər.    Bu  resurs  məhdud  olmadığından,  onun 
barəsində  qərarın  verilməsi  iqtisadi  baxımdan  çox  da  əhəmiyyət  (ekoloji 
məsələləri nəzərə almadan).  Dünyada olan almaların sayı isə  məhduddur və biz 
onların necə istifadə edilməsi barədə qərar qəbul etməliyik – misal üçün, bu gün 
biz  alma  alaq  yoxsa  dondurma?
190
.  Yuxarıda  qeyd  olunanların  hüquqla  sıx 
əlaqəsi  vardır:  belə  ki,  hüquq  məhdud  resurslar  barədə  qərar  verilməsində 
mühüm  bir  instrument  kimi  çıxış  edir.  Qəbul  olunan  iqtisadi  qərarlar  bir  çox 
hallarda hüquq vasitəsi  ilə  icra olunduğundan, hüquqşünas  üçün hansı  iqtisadi 
qərarın necə qəbul edildiyini bilmək vacibdir
191
.     
Necə qərar verməliyik?  Əlbəttə bütöv bir iqtisadiyyat elminin böyük bir 
hissəsi elə bu barədədir və bir neçə səhifə ilə məhdudlaşan yazı ilə bu suala tam 
cavab  vermək  mümkün  deyil.  Ancaq  bir  sıra  ümumi  prinsipləri  qeyd  etmək 
istərdik.  Bu  prinsiplərdən  biri  şüurlu  seçim  nəzəriyyəsidir  (rational  choice 
theory)
192
  .    Bu  nəzəriyyə  əsasən  insan  bütün  üstünlükləri  (və  ya  mənfəəti)  və 
itkilərini (və ya xərcləri) bir-biri ilə müqayisə edərək özünə ən çox xeyir gətirən 
qərarı verir – başqa sözlə, “öz xeyrini güdür”.  Misal üçün, əgər A-nın və B-nin 
satdığı  almanın  hər  ikisinin  dəyəri  ayrı-ayrılıqda  10  manat  olarsa,  (yəni  eyni 
qiymət)  və  A-nın  satdığı  alma  daha  yüksək  keyfiyyətə  malikdirsə,  o  zaman 
şüurlu istehlakçı A-nın satdığı almanı alacaq. Qeyd edilməlidir ki, şüurlu seçim 
xəsisliklə eyniləşdirilə bilməz: misal üçün, insan öz xeyrini digər şəxslərə xidmət 
etməkdə görə bilər.     
 
Şüurlu  seçim  nəzəriyyəsinin  bu  izahından  görünür  ki,  onun  əsasında 
mənfəətlə  xərcləri  müqayisə  etmək  durur.    Bu  iqtisadiyyatda  xərclər  və 
mənfəətin analizi adlanır (cost-benefit analysis).  Bir qayda olaraq iqtisadi səmərəli 
seçim  o  zaman  olur  ki,  mənfəət  xərcləri  üstələyir.  Bu  prinsipi  mülkiyyət 
hüququna  aid  “mülkiyyətin  dövlət  tərəfindən  müsadirəsi”  məsələsinə  tətbiq 
etsək: dövlət şəxsi mülkiyyəti o zaman ictimai maraqlar üçün müsadirə edə bilər 
və  etməlidir  ki,  bu  müsadirədən  bütöv  cəmiyyətin  götürdüyü  mənfəət 
müsadirədən  irəli  gələn  xərclərdən  (istər  birbaşa  kompensasiya  formasında, 
                                                 
190
 Baxın, misal üçün, N. Gregory Mankiw, Principles of Macroeconomics, (5
th
 Ed), səh. 3-4 
191
 Sovet hüquq elminə ümumi nəzər yetirsək görərik ki, bu elm çox hallarda hüququn texniki 
aspektlərinin – yəni maddələrə baxaraq onların nə tələb etməsini, maddələrin strukturu və s. – 
öyrənilməsi ilə məhdudlaşmışdır.  Ən yaxşı halda hüququn fəlsəfi aspektlərinə nəzər yetirlirdi.  
Bu səbəbdəndir ki, bir çox hüququ dissiplanarın tədrisi və öyrənilməsi qərb-sayağı nəzəriyyələr 
deyil, sadəcə qüvvədə olan qanunların və onların qısa şərhlərinin üzərində qurulmuşdur.  Ən-
ənəvi Sovet hüquq elmində hüququn iqtisadi əsaslarının dərindən öyrənilməsi hüquqa aidiyyəti 
olmayan bir məşğuliyyət kimi qəbul olunardı, halbuki müasir hüquqda sadəcə hüququn texniki 
tərəflərinin öyrənilməsi sadəcə əzbərliyə bərabər tutulur. 
192
 Baxın Thomas S. Ulen, Rational Choice in Law and Economics,  


177 
 
istərsə də mülkiyyət sahiblərinə müsadirə ilə bağlı dəyən zərər formasında) daha 
çox olsun.   
Şüurlu seçim nəzəriyyəsinin və onunla bağlı olan xərc-mənfəət analizinin 
bir  sıra  üstünlükləri  vardır  və  bu  üstünlüklər  onun  iqtisadiyyat  elmində  geniş 
istifadəsinə şərait yaradır.  İllüstrasiya üçün: şüurlu seçim nəzəriyyəsi fərdin və 
ya bütöv bir cəmiyyətin necə addım atacağını əvvəlcədən görməyə imkan verir.  
Yuxarıdakı  alma  ilə  bağlı  misalda,  bütün  digər  göstəricilər  dəyişmədikdə, 
istehlakçının  hansı  qərar  verəcəyini  bilmək  elə  də  çətin  deyil:  o  A-nın  satdığı 
almaları alacaqdır.  Bu üstünlüklərlə yanaşı şüurlu seçim nəzəriyyəsinin bir sıra 
boşluqları da vardır.  Bu,əsasən hər hansı mənfəət və xərclərin subyektiv xarakter 
daşıması  ilə  bağlıdır.    Yəni  nəyin  mənfəət  (xeyir)  və  ya  xərc  (itki)  olması 
insandan-insana  dəyişə  bilər:  bir  insan  üçün  mənfəət  digəri  üçün  əhəmiyyət 
daşımaya  (mənfəət  olmaya)  və  ya  əksinə  ola  bilər.    Alma  misalına    yenidən 
müraciət etsək,, ola bilsinki müəyyən bir istehlakçı üçün keyfiyyət deyil, almanın 
xarici görünüşü daha vacibdir. Bu zaman  B-nin satdığı almaların görünüşü daha 
yaxşıdırsa,  qiymətlərin  eyni  olduğu  halda  belə,  istehlakçı  məhz  B-nin  satdığı 
almaları alacaqdır. 
 
Hər  bir  halda  məhdud  resurslar  barədə  qərarın  verilməsi  digər  bir 
mühüm prinsipə əsaslanır: iqtisadçılar daima vurğulayırlar ki, resurslar məhdud 
olduğu  üçün  insanlar  daima  iqtisadi  seçim  qarşısından  qalırlar  –  bir  malı  əldə 
etməkdən ötəri onlar digərindən keçməli olurlar.  Məhz keçməli olduğumuz mal 
və  ya  onun  dəyəri  çox  vaxt  xərclərimizin  əsasını  təşkil  edir.    Bu  cür  xərclərə 
iqtisadiyyatda  “buraxılan  imkan  xərci”  və  ya  “əldən  çıxan  fayda”  deyirlər 
(İngiliscə: opportunity cost).  Misal üçün, siz instituta qəbul olaraq orada təhsil ala 
bilərsiniz.    Təhsil  də  investisiyanın  bir  formasıdır  –  adətən  təhsilə  çəkilən 
xərclərə  insan  kapitalına  qoyulan  investisiya  kimi  baxırlar  (və  bu  elə  belə  də 
adlandırılır).    Bu  zaman  siz  heç  bir  təhsil  haqqı  ödəməsəniz  də  xərc  çəkirsiniz.  
Misal üçün, təhsilə sərf etdiyiniz vaxtın əvəzinə siz işləyib pul qazana bilərdiniz.  
Sizin  təhsilinizlə  məşğul  olduğunuz  üçün  əlinizdən  çıxan  bu  fayda,  buraxılan 
imkan xərcdir. 
 
Hüquqşünaslar  üçün  digər  bir  mühüm  məsələni  də  nəzərdə  saxlamaq 
zəruridir: rasional insanların qəbul etdiyi iqtisadi qərarlar marjinaldır.  Marjinal 
sözünün  kökü  inglis  sözü  “margin”-dır;  margin  isə  nəinsə  qırağı  və  ya  küncü 
deməkdir.    Təsəvvür  edin,  siz  bazara  getməzdən  əvvəl  hansısa  meyvələri 
alacağınızı planlaşdırırsınız və nəzərə alırsınız ki, sizin cəmi 100 manat pulunuz 
var.  Adətən sizin seçiminiz 100 manatın hamısına alma almaq (və ya hər hansı 
bir digər meyvə) və yaxud heç nə almamaq deyil.  Adətən sizin seçiminiz hansı 
meyvədən  (alma,  armud,  nar  və  s.)  hansı  miqdarda  almaqdır.    Sizin  bu  gün  10 
almaya  ehtiyacınız  varsa  siz  qiymətləri  nəzərə  alaraq  10  alma  alacaqsınız.  11-ci 
alma artıq sizə daha az lazımdır, yəni əlavə 1 almanın marjinal dəyəri sizin üçün 


178 
 
daha  azdır.    Qısası,  insanlar  qərarlar  qəbul  edərkən  mənfət  və  xərcləri  mütləq 
şəkildə deyil, məhz marjinal mənfəəti marjinal xərclərlə müqayisə edərək qəbul 
edirlər.  Başqa cür desək həyatda hər şey qara və ya ağ deyildir, onların arasında 
bir çox rənglər vardır – və əsas seçim də bu rənglər arasındadır.       
 
  
2.
 
Bazar, Tələb, Təklif və Qiymət        
              
      
İqtisadiyyat elminin ən fundamental konsepsiyalarından biri əlbətdə ki, tələb və 
təklif  konsepsiyasıdır.  Bu  konsepsiyanın  mahiyyətini  müzakirə  etməzdən  öncə  
“bazar”  terminini  açıqlamaq  zəruridir.    Bazar  dedikdə  hər  hansı  bir  mal  və  ya 
xidmətin  satıcı  və  alıcılarının  məcmusu  və  görüşdüyü  yer  başa  düşülür.    Misal 
üçün,  almanın  bazarı  dedikdə  hər  hansı  bir  ərazidə  olan  almaların  satıcıları  və 
alıcılarını  başa  düşürük.    Almanın  bazarı  sadəcə  açıq  bazar  dediyimiz  yerlərdə 
satılan  almalarla  məhdudlaşmır.  Burada  coğrafi  amil  böyük  rol  oynayır.    Bu 
bazara  müəyyən  coğrafi  ərazidə  -  misal  üçün,  Bakı  şəhərindəolan  almaların 
satıcıları  və  alıcıları  da  daxildir.    Biz  yerli  bazar  dedikdə  isə  adətən  hər  hansı 
malın  ümumi  olaraq  Azərbaycanın  ərazisində  və  ya  onun  hər  hansı  bölgəsinin 
yerləşdiyi  ərazidə    olan  satıcıları  və  alıcıları  nəzərdə  tuturuq.  Yəni,  yerli  bazar 
daha məhdud anlayışdır..  Beynəlxalq bazar dedikdə isə dünyadahər hansı növ 
malın satıcıları və alıcılarının məcmusubaşa düşülür 
 
Tələb və təklifin təhlilini asanlaşdırmaq məqsədi ilə biz bazarda rəqabətin 
olduğunu  güman  edirik,  ancaq  əlbətdə  ki,  bu  belə  olmaya  da  bilər.    Rəqabətli 
bazar  dedikdə  bu  başa  düşülür:  bazarda  satıcıların  və  alıcıların  sayı  o  qədər 
çoxdur ki, onlardan hər hansısa biri öz strategiyasını və ya hərəkətini dəyişdikdə 
bu  dəyişiklik  ümumi  bazara  təsir  etmir.    Misal  üçün,  alma  satıcılarından  biri 
qiyməti  bir  az  qaldırdıqda,  əgər  bazar  kifayət  qədər  rəqabətli  olarsa  və  bütün 
digər göstəricilər dəyişmədən qalarsa, o zaman bu qiymət artımı ümumi bazarda 
qiymət  artımına  və  ya  digər  dəyişikliyə  gətirib  çıxarmaz.    Belə  olan  halda 
qiyməti  artıran  hər  hansı  bir  alma  satıcısı  uduzacaqdır,  çünki  alıcılar  almaları 
ondan deyil digər satıcılardan alacaqlar.      
 
Bazarda rəqabət mühüm səviyyədə azaldıqda və hər hansı bir malın və ya 
xidmətin  yalnız  bir  satıcısı  olduqda  bu  hal  monopoliya  adlanır.    Bazarda  bir-biri 
ilə rəqabət aparmayan və ya az rəqabət aparan bir neçə satıcılar olduqda isə bu 
hal oliqopoliya adlanır. 
 
Bazar  nəzəriyyəsi  iqtisadiyyatda  və  hüququn  iqtisadi  analizində  çox 
mühüm əhəmiyyət kəsb edir.  Ticarət məhz bazar şəraiti olduqda mümükündür 
və  iqtisadçılar  əzəldən  qəbul  etmişlər  ki,  ticarət  hər  kəsin  vəziyyətinin  iqtisadi 
çəhətdən  yaxşılaşdırılmasına  şərait  yaradır.    Bazar  insanlara  imkan  verir  ki,  öz 
resurslarından məksimum səmərəli istifadə etsinlər; bu misala nəzər yetirin: 
 


179 
 
Əgər A və B ikisidə həm dondurma, həm də şokolad düzəldə bilərlərlərsə, 
lakin A dondurmanı B-yə nisbətdə daha az xərc çəkməklə, B isə şokoladı 
A-ya  nisbətdə  daha  az  xərc  çəkməklə  düzəldə  bilərsə,  o  zaman  bazar 
şəraitində  A  dondurmanı,  B  isə  şokoladı  düzəldəcək  və  onlar  bir-biriləri 
ilə  ticarət  əlaqələrinə  girməklə  bir-birini  dondurma  və  şokoladla  təmin 
edəcəklər. 
 
Bəzi  dövlətlər  bazar  nəzəriyyəsini  qəbul  etmirlər.  Tarixdən  o  qədər  də  uzaq 
olmayan  keçmiş  Sovetlər  İttifaqı  buna  ən  gözəl  nümunə  olardı..    Sovetlər 
İttifaqında  bazarı  dövlət  tərəfindən  hazırlanan  planlar  əvəz  etməli  idi.    Bu 
səbəbdən  də  Sovet  iqtisadiyyatı  planlı  iqtisadiyyat  adlandırılırdı.  Beş  illik 
planlarda  dövlət  hansı  miqdarda  dondurmaların  və  şokoladların  istehsal 
olunacağını  planlaşdırırdı.    Çox  keçmədi  ki,  bunun  qeyri-effektivliyi  özünü 
büruzə verdi. 
 
Buradan  bazarın  digər  bir  üstünlüyü  ortaya  çıxır.    Belə  ki,  bazar  imkan 
yaradır ki, hər hansı malı və ya xidməti ona ən çox dəyər verən şəxs əldə etsin.  
Bu fikir bizə Koza nəzəriyyəsini müzakirə edərkən daha aydın görünəcəkdir.      
Bazarı  məhz  tələb  və  təklif  formalaşdırır.  Bazar  üçün  verdiyimiz  öncəki 
tərifi  -alıcıların  və  satıcıların  görüşdüyü  yer,  bir  qədər  başqa  formada  da  ifadə 
etmək olar: bazar hər hansı bir mala və ya xidmətə dair tələblərin və təkliflərin 
görüşdüyü yerdir. Tələb dedikdə biz bazarda olan alıcıların almaq istədikləri və 
almaq iqtidarında olduqları hər hansı növ malların və ya xidmətlərin sayını başa 
düşürük.    Tələblə  qiymət  bir-birinə  münasibətdə  düz  istiqamətdə  dəyişirlər, 
Tələbin  Qanununa  əsasən,  hər  hansı  mala  və  ya  xidmətə  tələb  artıqda,  bütün 
digər  göstəricilər  dəyişməmiş  qaldıqda,  adətən  həmin  malın  qiyməti  də  qalxır 
(Bax: 1-ci qrafik). 
 
qiymət
 
 
 
 
 
  
 
 
 
kəmiyyət 
 
Təklif isə bazarda olan satıcıların sata bildikləri və ya satmaq iqtidarında 
olduqları hər hansı növ malların və ya xidmətlərin sayıdır.  Tələbdən fəqli olaraq 
təklif  adətən  qiymətlə  əks  istiqamətdə  dəyişir.    Yəni,  ceteris  paribus,  hər  hansı 
malın  və  ya  xidmətin  təklifi  qalxdıqda,  həmin  malın  və  ya  xidmətin  qiyməti 


180 
 
aşağı düşür (Bax: 2-ci qrafik) – başqa cür desək, bir maldan və ya xidmətdən nə 
qədər çox olarsa, o qədər də həmin malın və ya xidməti qiyməti aşağı düşür. 


181 
 
Qrafik 2
 
 
 
 
      qiymət   
 
 
 
 
 
 
                                                            kəmiyyət
 
 
  
 Bu iki dəyişkənin kəsişmə nöqtəsində isə tarazlıq (“ekvilibrium”) yaranır 
(Bax:3-cü qrafik)  
 
Qrafik 3. 
  
 
 
qiymət 
 

 
 
   
 
 
 
 
 
 
 
 
 
 
kəmiyyət 
 
Burada  A  nöqtəsində  alıcıların  hər  hansı  bir  malı  almaq  iqtidarında  olduqları 
qiymtlə  satıcıların  sata  bildikləri  qiymtələr  eynidir  –  bazarda  olan  tələb  və 
təklifin  təsiri  nəticəsində  ekvilibrium  qiymət  ortaya  çıxır.  Gördüyümüz  kimi 
bazar imkan verir ki, tələblə və təklif görüşərək qiyməti müəyyən etsinlər.   
Bazarın  ən  mühüm  tənzimləyici  vasitəsi  məhz  qiymətdir.    18-ci  əsrdə 
yaşamış  görkəmli  şotland  iqtisadçısı  Adam  Smit  özünün  Millətlərin  Var-Dövləti 
(Wealth  of  Nations,  1776)  adlı  əsərində  “görünməyən  əlin”  (invisible  hand)  bütün 
iqtisadiyyatı  idarə  etdiyini  qeyd  etmişdir.    Bu  nəzəriyyəyə  əsasənrasional 
insanlar özlərinin xeyrinə qulluq edən qərarlar qəbul etsə də, görünməyən əl bu 
şəxsi  qərarlardan  son  nəticə  olaraq    bütöv  cəmiyyətin  faydalanmasına  aparır.  
Baxmayaraq ki, bazarda olan və rasional  seçim edən hər bir şəxs məhz özünün 


182 
 
xeyrinə  qulluq  edən  qərar  qəbul  etmək  istəyir,  son  nəticədə  onlar  optimal 
qiyməti müəyyən edirlər. 
 
3.
 
Bazar və Dövlət Tənzimləməsi 
 
İqtisadiyyat  elmində  və  onun  hüquq  sahəsində  tətbiqinə  həsr  olunmuş  bir  çox 
əsərlərdə  və  müzakirələrdə  əsas  yer  tutan  mövzulardan  biri  alternativ 
tənzimləmə mexanizmi kimi dövlətin bazar iqtisadiyyatına müdaxiləsidir. Adam 
Smit  və  digər  neoklassik  cərəyana  aid  edilən  iqtisadiyyatçılar  bazarın  və 
görünməyən əlin üstün mövqe tutduğunu qeyd etmişdirlər.  Neoklassiklərə görə  
dövlətin  müdaxiləsinə  heç  bir  əsas  yoxdur  vəbazar  özü  hər  şeyi  tənzimləyir. 
Onlarıın fikrincə dövlətin müdaxiləsi  təbii  tənzimləmə prosesinə zərər vuraraq 
resursların  qeyri-effektiv  şəkildə  paylanmasına  gətibir  çıxarır.    Keçmiş  Sovetlər 
İttifaqının  iqtisadiyyatına  nəzər  yetirərkən  bunu  qismən  də  olsa  anlamaq  olar: 
dövlətin  planları  çox  zaman  qeyri-effektiv  olmuşdur.  Ancaq  hazırda  dövlətin 
iqtisadiyyata  müdaxilə  etməsi,  ABŞ  kimi  ultra-kapitalist  dövlətlərdə  belə,  təbii 
bir  faktor  kimi  qəbul  olunur  –  əksər  hallarda  müzakirə  mövzusu  müdaxilənin 
dərəcəsidir (yəni marjinal müdaxilə).  Bəs nə üçün dövlətin müdaxiləsi bu qədər 
zəruridir?    Çünki  bazar  heç  də  hər  zaman  mükəmməl  işləmir.  Aşağıda  biz 
bazarın  mükəmməl  işləməsi  üşün  zəruri  olan  bəzi  şərtləri  sadalayır  və  onlarla 
bağlı bəzi çatışmazlıqları qeyd edirik: 
 
1.
 
Bazarda  kifayət  qədər  rəqabət  vardır.    Ancaq  biz  bilirik  ki,  bu  heç  də 
həmişə belə olmur. Monopoliya şəraitində görünməyən əlin və ya bazarın 
tənzimləmək  imkanları  məhduddur  və  ya  ümumiyyətlə  yoxdur.  
Monopolistlər  qiymətləri  məhz  özləri  müəyyən  edirlər.    Dövlətin 
antiinhisar  siyasəti  də  məhz  bu  çatışmazlığı  aradan  qaldırmaq  məqsədi 
daşıyır. 
 
2.
 
Bazarda  kifayət  qədər  alıcı  və  satıcı  vardır  və  onlar,  xüsusən  də  alıcılar 
mallar və xidmətlər barədə tam məlumata malikdirlər.  Yəni sizdə bazara 
gedərkən  istənilən  malın  keyfiyyəti  və  digər  xüsusiyyətləri  barədə  tam 
məlumat var. Başqa sözlə siz pisi yaxşıdan asan seçə bilirsiniz.  Nəticədə 
etibarilə,  pis  malı  aşağı  qiymətə,  yaxşını  isə    daha  yüksək  qiymətə 
alırsınız.    Ancaq  bu  heç  də  hər  zaman  belə  deyil:  malların  keyfiyyəti 
barədə məlumat hər zaman sizin düşündüyünüz kimi olmaya da bilər. 
 
3.
 
Bazar iştirakçıları şüurlu seçim etmək iqtidarındadırlar və dəyişən şərtlərə 
şüurlu  seçimlərinə  əsasən  cavab  verirlər.    Bu  həmişə  belə  deyil.    Bir  çox 


183 
 
hallarda  alıcıların  və  satıcıların  hərəkətləri  şüurlu  seçim  formulasına 
uyğun gəlmir. 
 
4.
 
Əqdlə  bağlı  xərclər  çox  cüzidir  və  ya  ümumiyyətlə  yoxdur.   Misal  üçün, 
yuxarıda biz mal və xidmətlər barədə məlumatın natamam olması barədə 
danışdıq.    Çox  vaxt  alıcı  mal  barədə  tam  məlumat  əldə  edə  bilər,  ancaq 
bunun üçün o böyük xərc çəkməlidir: malın və ya xidmətin ilkin satıcısını 
axtarıb tapmaq, malın laboratoriyada analizinin aparılmasını sifariş etmək 
və s.  Ancaq bunları hamısı xərc tələb edir. 
 
5.
 
Digər  mühüm  bir  məsələ  də  xarici  təsirlə  (externality)  bağlı  olan 
problemlərdir.    Demək  olar  göstərilən  bütün  növ  fəaliyyətlərin  bu  və  ya 
digər  formada  xarici  təsiri  vardır.    Xarici  təsir  müsbət  və  ya  zərərli  ola 
bilər.    Bir  çox  sənaye  müəssisələri  ətraf  mühitə  çirkli  maddələr  və  ya 
tullantılar buraxırlar.  Bu cür tullantılar həmin müəssisələrin fəaliyyətinin 
yaratdığı zərərli xarici təsirdir. 
 
Dövlətin  bazara  müdaxiləsi  yuxarıda  qeyd  olunan  çatışmazlıqların  aradan 
qaldırılması  məqsədini  daşıyır.  Burada  kommunist  ideologiyası  ilə  bir  mühüm 
fərqi  yaddan  çıxarmayaq:komunist  ideologiyası  ümumiyyətlə  tənzimləyici 
mexanizm kimi bazarın inkar edirdi.Bu ideologiya onu irəli sürürdü ki, hər şeyi 
dövlət  müəyyənləşdirməlidir.    Dövlətin  bazarı  tənzimləməsi  isə  bazarı  inkar 
etmir, əksinə bazarda olan çatışmazlıqları aradan qaldırmaqla bazarın inkişafına 
nail olmaq məqsədi güdür.               
Məlumatın natamam olması (yuxarıda 2-ci bənd) və xarici təsir (yuxarıda 
5-ci  bənd)  hüququn  iqtisadi  analizində  mühüm  əhəmiyyət  kəsb  etdiyi  üçün 
onların  bir  qədər  geniş  formada  izah  olunmasına    ehtiyac  vardır.    Bir  şəxsin 
digərinə  nisbətdə  daha  çox  informasıyaya  malik  olması  halı  informasiya 
assimetriyası  adlanır.  İnformasiya  assimetriyası  həyatımızın  bir  çox 
məqamlarında mövcüddur.  Misal üçün, bazarda meyvə alarkən, satıcıdan fərqli 
olaraq  bizdəmeyvə  haqda  müfəssəl    məlumat  olmur  və  nəticə  etibarilə  biz  çox 
zaman  satıcının  bizə  dedikləri  əsasında  həmin  meyvəni  alıb-almamaqla  bağlı 
seçimimizi  edirik:  :  Bu  hal  assimetrik  informasiyanın  mövcudluğu  olaraq  analiz 
edilir.    İnformasiya  assimetriyasını  başqa  cür  izah  etməyə  çalışsaq    bunu 
informasiya  üstünlüyü  də  adlandıra  bilərik.    İnformasiya  assimetriyası  iqtisadi 
analizlərdə çox böyük rol oynayır. Gəlin  bir situasiyanı birlikdə analiz edək siz 
işlənmiş  avtomobil  almaq  məqsədi  ilə  avtomobil  bazarına  gedirsiniz.    Əksər 
hallarda  siz  hansı  avtomobilin  daha  yaxşı,  hansının  isə  pis  olduğunu  bütün 
dəqiqliklə  bilə  bilməzsiniz.    Bu    barədə  müfəssəl  məlumat  adətən  satıcıda  olur.  
Keyfiyyət  barədə  məlumat  olmadığı  üçün,  sizə  bütün  avtomobillər  eyni  gəlir. 


184 
 
Aşağı  keyfiyyətli  avtomobillərin  satıcıları  isə  bunu  bildiyindən,  avtomobilərini 
yüksək keyfiyyətli avtomobil ilə eyni qiymətə sata bilərlər.  Bu zaman onlar daha 
az  xərclə  daha  çox  gəlir  əldə  edirlər.    Bu  tendensiyanı  müşahidə  edənyüksək 
keyfiyyətli  avtomobillərin  satıcıları  da  daha  çox  gəlir  əldə  etmək  məqsədi  ilə 
aşağı  keyfiyyətli  malları  satmaqda  maraqlı  olacaqlar.    Nəticədə  isə  bu 
informasiya  assimetriyası  ona  gətirib  çıxarır  ki,  aşağı  keyfiyyətli  mallar  yüksək 
keyfiyyətli malları bazardan sıxışdırıb çıxarır
193
.  
 
Xarici  təsir  anlayışının  mülkiyyət  hüquqları  üçün  çox  böyük  əhəmiyyəti 
var.    Bir  çox  qanunlar  birinin  mülkiyyətindən  istifadə  nəticəsində  digərlərinə 
dəyən  ziyan  nəticəsində  yaranan  münasibətləri  tənzimləyir.    Bunlardan  ekoloji 
qanunvericiliyi misal gətirmək olar.  İqtisadi nöqteyi nəzərdən zərərli xarici təsir 
digərləri  üçün  xərcdir.    Misal  üçün,  bir-birinə  bitişik  iki  binaların  birində 
həkimin  iş  otağı,  digərində  isə  şokolad  sexi  yerləşir.    Şokolad  sexində  olan 
avadanlıqlar  işləyən  zaman  onların  səsi  ətrafa  yayılır  və  vibrasiya  yaradırlar.  
Təsəvvür  edin  ki,  ay  ərzində  sex  sahibinin  əldə  etdiyi  gəlir  100  manat,  adi 
xərcləri  isə  50  manatdır.    Həkim  isə  adi  halda  öz  müştərilərinə  göstərdiyi 
xidmətə  görə  30  manat  qazanır.    Ancaq  şokolad  avadanlıqları  səs  və  vibrasiya 
yaratdığı  üçün  həkimin  müştərilərinin  yarısı  onun  yanına  gəlmək  istəmirlər  və 
nəticə olaraq həkim aya 30 deyil, 15 manat qazanır.  Bu zaman 15 manat şokolad 
sexi  sahibinin  yaratdığı  xarici  təsir  nəticəsində  əmələ  gələn  xərcdir.    Adi  halda 
effektivliyi  təmin  etmək  üçün  15  manat  xərc  daxilə  yönəlməlidir  (internalized), 
yəni onları şokolad sexinin sahibi çəkməlidir. 
 
Nəzərə  alın  ki,  xarici  təsir  problemi  barədə  yuxarıdakı  misal  sadəcə 
illüstrasiya  üçündür.    Xarici  təsir  probleminin  həlli  yolları  muxtəlifdir  və  biz 
bunlara  Koza teoremini müzakirə edərkən nəzər yetirəcəyik.             
 
 
 
                                                 
193
 George A. Akerlof, The Market for “Lemons”: Quality Uncertainty and the Market Mechanism, The 
Quarterly Journal of Economics, Vol. 84, No. 3. (Aug., 1970), pp. 488-500 

Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə