Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə67/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   63   64   65   66   67   68   69   70   71

165 
 
Bu məqamda sizin diqqətinizi ABŞ Ali Məhkəməsinin geniş müzakirə olunan 
qərarlarından birinə çəkmək istərdim.  Qərarın adı: United States v. Windsor
170
.  
Öncədən qeyd edim ki, qərarın mövzusu hörmətli oxucular üçün o qədər də 
maraqlı görünməyə bilər.  Ancaq əsas, əlbəttə ki, qərarın yazılışıdır.  Biz də 
diqqətimizi buna yönəldəcəyik.  Bu qərarı seçməkdə məqsəd isə onun nisbətən 
daha yeni olmasıdır.       
Məhkəmənin qərarına baxsaq görərik ki, qərardan əvvəl Məhkəmə 
qərarın xülasəsini– onun qısa formasını verir.  Sonra Məhkəmə qərarın bütöv 
mətnini təqdim edir.  Qərar
171
 özü bu qısa abzasla başlayır: 
Nyu Yorkun rezidentləri olan iki qadın 2007-ci ildə Kanadanın 
Ontario vilayətində qanuna uyğun olaraq evlənmişlər.  Edit 
Vindzor və Tea Spayer evlərinə, Nyu Yorka, qayıtmışlar.  2009-cu 
ildə Spayer dünyasını dəyişən zaman bütün mülkünü Vidsora 
vərəsə etmişdir.  Vidzor sağ qalan həyat yoldaşına tətbiq edilən 
vergi azadolmaları üçün müraciət etmişdir.  Ancaq ona bunda 
imtina etmişlər – bu imtina federal qanun olan Evliliyin Müdafiəsi 
Qanununa uyğun olaraq verilmişdir; bu Qanun eyni cinsdən olan 
partnyoru [yəni həyat yoldaşını - əlavə müəllifindir] bu federal 
qanunun məqsədləri üçün “həyat yoldaşı” tərifindən istisna edir
172
.  
Vindzor vergini ödəmiş, sonra isə bu maddənin konstitusiyaya 
uyğunluğunu mübahisələndirmişdir.  ABŞ Dairə Məhkəməsi və 
Apelyasiya Məhkəməsi qanunun bu maddəsinin konstitusiyaya 
uyğun olmadığını qət etmiş və Birləşmiş Ştatlara ödənilmiş 
vergiləri Vindzora qaytarmağı əmr etmişdir.  Bu Məhkəmə işi 
icraatına qəbul edir və indi qərarları Vindzorun xeyrinə olaraq 
qüvvədə saxlayır. 
 
Bu başlanğıc abzasdan biz, (i) işin qısa faktlarını, (ii) hüquqi sualı, və (iii) 
məhkəmənin qərarını bildik.  Hamısı çox qısa və aydın formada.  Diqqət edin, 
məhkəmə demək olar bütün cümlələri məlum formada qurmuşdur – İki şəxs 
evlənmiş, onlar Nyu Yorka dönmüşlər, Vindzor vergi azadolması üçün müraciət 
etmişdir və s. Məhkəmə yalnız bir cümləni məchul formada qurmuşdur – “ona 
bunda imtina etmişlər”.  Aydındır ki, imtinanı ABŞ-ın vergi orqanları etmişlər, və 
                                                 
170
 570 U.S. ___ (2013) (Docket No. 12-307) 
171
 Burada biz “qərar” dedikdə çoxluğun qərarına istinad edirik. Bu iş üzrə son qərar Ali Məhkəmənin 9 
hakimindən 5 hakimins təsdiqi ilə qəbul olunmuşdur.  4 hakim xüsusi rəydə qalmışlar. 
172
 Tərcümənin bu hissəsi bir qədər Azərbaycan dili qrammatikası qaydalarına uyğun gəlməyə bilər – biz bu 
cür tərcümə etməyə məcbur olduq.  Burada Məhkəmə demək istəyir ki, qanunda “həyat yoldaşı” sözlərinin 
tərifi verilmişdir, və qanunda açıqca qeyd olunur ki, eyni cinsdən olan ər-arvad bu təriflə əhatə olunmular
mahiyyət etibarı ilə qanun onlara tətbiq olunmur. 


166 
 
bəlkə də bu cümləni də məlum formada qurmaq olardı.  Ancaq digər cümlələr 
yaxşı qurulduğundan, bu cümlə ümumi keyfiyyətə çox təsir etmir.   
 
Sonda məhkəmə son qərarının da nədən ibarət olduğunu qeyd edir – 
qanununun maddəsi konstitusiyaya uyğun deyildir.  Məhkəmə qərarının 
səbəbini qeyd etmir.  Hesab edirik ki, səbəbin (və ya əsaslandırmanın) bu cür 
başlanğıc abzaslarda qeyd olunması məqsədəuyğundur.  Çox güman ki, burada 
qeyd olunmamağın səbəbi əsaslandırmanın kifayət qədər mürəkkəb olmasıdır.       
 
NƏ ETMƏLİ? 
 
Bir çox mütəxəssislər bunlar deyir: “Öyrənməli, sonra isə daim təcrübədə tətbiq 
etməli”.   
Hesab edirəm ki, hüquqi yazı ölkəmizin hüquq fakültələrində tədris 
olunmalıdır.  Özü də birinci ildən.  Əlbəttə ki, tədris müasir hüquqi yazı 
praktikasından agah olan və onu öz fəaliyyətində tətbiq edən şəxslərə həvalə 
edilməlidir.  Əks halda hüquqi yazının tədrisi formallıqdan uzaq getməyəcəkdir.   
 
Praktiki fəaliyyətlə məşğul olan hüquqşünaslar və, xüsusən də, hakimlər 
və onların katibləri üçün bu sahədə təlimlər təşkil olunmalıdır. 
 
      
         
 
 
 
 


167 
 
Mülkiyyət hüququ. Mülkiyyət nədir? 
 
Əşya hüququna giriş 
 
Çoxları  razılaşır  ki,  mülkiyyət  dedikdə  hər  hansı  obyektə  dair  bir  sıra 
“hüquqların  toplusu”  (bundle  of  rights)  nəzərdə  tutulur.  Bəzi  hüquqşünas 
alimlərin fikrincə, “mülkiyyət” deyilən bir şey həyatda yoxdur; mülkiyyət sadəcə 
insanlar  arasında  yaranan  münasibətdə  əksini  tapır
173
.  Bu  fikir  iqtisadçılar 
tərəfindən də qəbul olunur. Mülkiyyət bir şəxsin digər şəxsin hüquqlarına (misal 
üçün,  hər  hansı  bir  obyekti  saxlamaq,  sahib  olmaq  və  onu  digərinə  ötürmək) 
hörmət  etməsi  deməkdir.  Bu  səbəbdəndir  ki,  mülkiyyət  kiminsə  mülkiyyəti 
olmalıdır.  Misal  üçün,  torpaq  sahəsinə  A-nın  mülkiyyət  hüquqları  dedikdə  B 
tərəfindən  A-nın  torpağına  onun  icazəsi  olmadan  daxil  olmamaq  vəzifəsi 
nəzərdə tutula bilər.  
Digər  qrup  alimlər  mülkiyyətin  mahiyyət  və  təbiətcə  in  rem
174
  olduğunu 
qeyd edirlər. Müəlliflər Tomas Meril və Henri Smitin fikrincə, mülkiyyət konkret 
obyektlə  bağlıdır  və  bu  obyekt  üzərində  hüquqlar  dairəsi  məhdud  olmayan 
insanlara  qarşı  qüvvədədir  (əgər  qanunla  məhdudlaşdırılmayıbsa)
175
.  Onların 
fikrincə, 
“hüquqların 
toplusu” 
konsepsiyası 
mülkiyyət 
hüquqlarının 
müqavilələrdən irəli gəldiyini və dairəsi məhdud olan (əsasən, müqaviləyə tərəf 
olan)  şəxslərə  münasibətdə  qüvvədə  olduğunu  ehtiva  edir.  “Hüquqların 
toplusu”  yanaşmasına  əsasən  mülkiyyət  hüquqları  sırf  insanlar  arası 
münasibətdə  mövcud  olduğundan,  bu  yanaşmaya  görə,  mülkiyyət  mahiyyət 
etibarilə  in  personam-dır.  Bu  da,  müəlliflərin  fikrincə,  mülkiyyət  hüquqlarının 
universal  xarakter  daşımasını  və  ya  başqa  cür  desək,  dairəsi  məhdud  olmayan 
şəxslərə  münasibətdə  tətbiq  olunmasını  nəzərə  almır.  In  rem  konsepsiyasına 
əsasən,  əgər  torpaq  sahəsi  A-ya  məxsusdursa,  o  zaman  A-nın  hüquqları  (misal 
üçün,  digərlərindən  torpağına  girməməyi  tələb  etmək  hüququ)  tək  onun 
qonşusu B-yə deyil, bütün digər şəxslərə aiddir. Beləliklə, mülkiyyət, müəlliflərin 
söylədiyi kimi, “dünyaya qarşı olan əmlakdır” (“good against the world”).  
İlk  baxışdan  mülkiyyətin  in  personam  və  ya  in  rem  olması  arasında  fərq 
nəzərə çarpmır. Biz düşünürük ki, sırf praktiki baxımdan onların arasında böyük 
əhəmiyyət yoxdur və daha çox nəzəri xarakter daşıyır. Əlbəttə, mülkiyyət digər 
                                                 
173
 Baxın, misal üçün, Daniel H.Cole and Peter Z.Grossman, Principles of Law and Economics 
(2005) səh. 90-91 
174
 In rem latın sözüdür. In rem hər hansı bir hüquqi institutun insanla deyil, maddi obyektlə 
bağlı olduğunu qeyd etmək üçün istifadə olunur. Kontinental hüquq sistemində in rem-i əşya 
hüququ ilə bağlayırlar. 
175
 Thomas W.Merril & Henry E.Smith, What happened to property in Law and Economics, 111 
Yale LJ 357 (2001) 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə