Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə63/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   59   60   61   62   63   64   65   66   ...   71

152 
 
boşluqları  doldurmaqda  əhəmiyyətli  hüquqi  vasitə  kimi  çıxış  edir.    Əlbəttə, 
qanunverici  öz  qəbul  etdiyi  qərar  və  qanunları  ləğv  edə,  yaxud  dəyişdirə  bilər. 
Ancaq qanunvericinin ictimaiyyətin tələblərinə reaksiyası məhkəmədən çevik və 
operativ deyil.  Konstitusiya icraatının lehinə daha çox arqumentlər mövcuddur, 
biz  onların  hamısını  burada  sadalamaq  istəmirik.  Sadəcə  olaraq  bir  də 
vurğulayırıq  ki,  müasir  demokratik  cəmiyyətdə  konstitusiya  icraatının 
əhəmiyyəti kifayət qədər böyükdür.        
 
Qeydlər, suallar və tapşırıqlar 
 
1.
 
Hər  hansı  məsələyə  dair    “siyasi”  və  ya  “hüquqi”  dedikdə  nəyi  nəzərdə 
tutursunuz – yəni “siyasi” və “hüquqi” məsələ nə deməkdir?  Onların arasında 
fərq  nədən  ibarətdir?  Misal  üçün,  sahibkarlıq  fəaliyyəti  ilə  fərdi  sahibkar  kimi 
(hüquqi  şəxs  qeydiyyata  almadan)  və  ya  hüquqi  şəxs  kimi  məşğul  olmaq  olar. 
Əgər  Milli  Məclis  fərdi  sahibkarların  gəlirləri  və  hüquqi  şəxslərin  gəlirləri 
üzərində  fərqli  vergi  dərəcələri  müəyyən  edərsə,  bu,  siyasi  məsələ  sayılmalıdır, 
yoxsa hüquqi?  Konstitusiya Məhkəməsi bu işə mahiyyəti üzrə baxa bilərmi? 
 
2.
 
Hər  hansı  məsələnin  siyasi  və  ya  hüquqi  olması  sadəcə  nisbi  xarakter 
daşıyır.    Konstitusiya  hüququnda  belə  bir  fikir  var  ki,  “siyasi”  məsələ  dedikdə 
qərar  verən  şəxsin  hər  hansı  seçim  etmək  imkanı  olur.  Misal  üçün,  yuxarıda 
vergi  ilə  bağlı  qeyd  etdiyimiz  misalda  Milli  Məclisin  qanunu  qəbul  edib-
etməmək  seçimi  var.  “Hüquqi”  məsələ  olan  yerdə  isə  seçim  olmur  –  burada 
qanun  və  qaydalar  əsas  tutulduğundan  qərar  verən  şəxsin  seçimi  olmur  –  ən 
azından nəzəriyyədə hüquqi qərar verən şəxs (misal üçün, məhkəmə) bu qanun 
və qaydalara riayət etməlidir.  Siz bu klassifikasiya ilə razısınız?        
 
3.
 
ABŞ  və  Kanada  qonşu  ölkələr  olsa  da,  yuxarıda  göründüyü  kimi,  bu 
ölkələrin ali məhkəmələri siyasi məsələlər üzrə qərar qəbul etməkdən çəkinmək 
üçün başqa-başqa qaydalar müəyyən etmişlər. Bu qərarları müqayisə edin; sizcə, 
hansı məhkəmə daha dəqiq sərhəd müəyyən edə bilmişdir?  
  
4.
 
1930-cu  illərin  ortalarından  başlayaraq  1980-ci  illərədək  ABŞ  Ali 
Məhkəməsi  146  qərarın  nəticəsini  o  dövrlərdə  həmin  qərarlar  barədə 
ictimaiyyətdə  formalaşan  rəylə  tutuşdurduqda  məlum  olub  ki,  məhkəmənin 
qərarlarının  təxminən  60  faizdən  çoxu  ictimai  rəylə  üst-üstə  düşüb.
158
  Yəni  60 
faizdən  çox  iş  üzrə  məhkəmənin  qərarı  ilə  geniş  ABŞ  ictimaiyyəti  razılaşıb.  
Nəzərə  alsaq  ki,  Konstitusiya  xalq  tərəfindən  qəbul  olunan  sənəddir  (ən  azı  bu 
                                                 
158
 Baxın: qeyd 12, K.Janda, səh. 523-524 


153 
 
nəzəriyyədə belədir), Konstitusiya Məhkəmələri qərarlarında geniş ictimaiyyətin 
fikrini nəzərə almalıdırmı? Yoxsa onlar yalnız “ədaləti” rəhbər tutmalıdır? Əgər 
belədirsə, bu zaman “ədalət” nədir və o, ictimai rəydən fərqli ola bilərmi?   
 
5.
 
ABŞ-da  Konstitusiyanın  ratifikasiyası  prosesi  zamanı  öz  yazıları  ilə  çıxış 
edən Aleksandr Hamilton yazırdı ki, məhkəmə hakimiyyəti hakimiyyətin digər 
qolları arasında ən zəifidir, çünki “onda qılıncın və pul kisəsinin gücü yoxdur”. 
O yazırdı ki, məhkəmə hakimiyyətinin qərarından başqa heç bir gücü yoxdur.
159
 
Həqiqətən də, məhkəmə yalnız qərar qəbul edir, qərarların icrası isə başqa dövlət 
institutlarının  vəzifəsidir.  Sizcə,  bu  fakt  qanunların  üzərində  nəzarəti  həyata 
keçirən məhkəmələri cəmiyyətdə ciddi fikir ayrılığına səbəb olan məsələlər üzrə 
qərar verməkdən çəkindirməlidirmi?  
 
 
 
                                                 
159
 Baxın: qeyd 12, K.Janda, səh. 493 (“Hamilton maintained that…judiciary would be the weakest 
of the three branches of government because it lacked “the strength of the sword and purse”.  
The judiciary wrote Hamilton had neither “FORCE nor WILL, but only judgment”).  


154 
 
11.
 
Konstitusionalizm və hüququn aliliyi 
 
Hüququn aliliyi: ümumi anlayış 
 
ONSTİTUSIİA HÜQUQUNA  dair ədəbiyyatda bəzən konstitusionalizm 
anlayışı  hüquqi  dövlət  anlayışına  bərabər  tutulur.  Bəzən  isə  bu 
anlayışlardan  birinin  o  biri  anlayışın  tərkib  hissəsi  olduğu  qeyd  edilir. 
Hər  bir  halda  bu  iki  prinsip  bir-biri  ilə  sıx  bağlıdır.  Hüquqi  dövlət  prinsipi 
müəyyən  mənada  konstitusionalizm  kimi,  kifayət  qədər  geniş  və  tam  aydın 
olmayan konsepsiyadır. 
Sovetlər  süquta  yetdikdən  sonra  “qanunun  aliliyi”,  “hüquqi  dövlət”  və 
sonradan  “hüququn  aliliyi”  tədricən  leksikonumuza  daxil  olaraq  cəmiyyətdə 
geniş  istifadə  edilən  sözlərə  çevrildi.  Özü-özlüyündə  bu,  müsbət  haldır.  Ancaq 
bu  anlayışların  sadəcə  liberal  leksikon  kimi  istifadəsi  ilə  kifayətlənmək  olmaz, 
çünki  belə  olan  halda  hüquqi  dövlət  prinsipinin  heç  bir  əhəmiyyəti  olmaz. 
Hüquqi  dövlət  prinsipinin  praktiki  əhəmiyyəti  və  ya  praktikada  tətbiqi  bu 
prinsipin  mühüm  elementlərini  və  onun  mahiyyətini  anlamağımızdan  çox 
asılıdır  və  bunu  etmək  istədikdə  sadə  bir  sualla  özümüzə  müraciət  edirik: 
hüquqi  dövlət  nədir  və  ya  özündə  nəyi  ehtiva  edir?  Hüquqi  dövlət  qanunun 
aliliyi  və  hüququn  aliliyi  prinsiplərindən  nəyi  ilə  seçilir  (əgər,  ümumiyyətlə, 
seçilirsə)?   
Andarş Şayo bu terminlərə yaxın olan ingilis dilində ifadə edilən “rule of 
law” konsepsiyasının aşağıdakı bəzi mühüm elementlərini qeyd edir
160
:         
 
1.
 
Xalq  əvvəlcədən  elan  olunan  qanun  və  qaydalara  uyğun  idarə 
olunmalıdır. 
 
2.
 
Dövlətin  iradəsi  hüquqi  örtüklülərə  salınmalıdır,  yəni  qanun  dövlət 
orqanlarına  da  şamil  edilməlidir.  Bundan  əlavə,  dövlət  orqanları  yalnız 
onlara  qanunun  icazə  verdiyi  halda  hərəkət  etməlidirlər,  yəni  sadəcə 
qanunda  olanları  tətbiq  etməli  olduqları  üçün  deyil,  eyni  zamanda 
müvafiq  normativ-hüquqi  aktın  icazəsi  ilə  hərəkət  edə  bildikləri  üçün 
onlar qanunlara tabedirlər.  
 
3.
 
Qanun və qaydaların özləri müəyyən normativ tələblərə cavab verməlidir. 
Bunlardan qanun və qaydaların iyerarxiyasını (yəni üstün qüvvədə olma 
                                                 
160
 
Andraş Şayo, "Məhdud dövlət. Konstitusionalizmə giriş" (1999),  bölmə 6; "Hüquqi dövlət və 
onun icraçıları"; səh., 205-217
 
 



Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə