Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə69/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   63   64   65   66   67   68   69   70   71

170 
 
Anqlo-Sakson  hüquq  sistemində  girov  hüququ  sahiblik,  sərəncam  vermək 
hüququ kimi digər növ mülkiyyət hüququdur.  
Anqlo-Sakson  hüququnda  bu  cür  yanaşma  mülkiyyət  hüquqlarının  nisbi 
xarakter  daşıdığını  göstərir.  Təsəvvür  edin,  Murad  bankdan  götürdüyü  borc 
pulla  avtomobil  alır.  Bank  Muradın  borcu  qaytaracağına  əmin  olmaq  üçün  və 
hüquqi  dildə  desək,  borcu  təmin  etmək  üçün  Muradın  aldığı  avtomobilin 
üzərində ipoteka hüququ əldə edir. Avtomobilin mülkiyyətçisi Muraddır: ancaq 
Muradın o avtomobil  üzərində olan  hüquqları məhduddur  – o, avtomobili sata 
bilməz.  Əgər  Murad  avtomobili  icarəyə  versə,  o  zaman  avtomobilin  üzərində 
digər hüquqlarla yanaşı (yəni Muradın və bankın hüquqları), eyni zamanda icarə 
hüquqları  əmələ  gəlir.  Gördüyünüz  kimi,  bir  avtomobilin  üzərində  bir  neçə 
hüquq  əmələ  gəlir.  Biri  o  birini  məhdudlaşdıra  da  bilər.  Bu  hüquqların  biri 
digərinə münasibətdə nisbi xarakter daşıyır: bankın ipoteka hüquqları Muradın 
mülkiyyət hüquqlarına nisbidir.  
 
Mülkiyyətin növləri 
 
Azərbaycanda  və  o  cümlədən  bir  çox  ölkələrdə  mülkiyyət  müxtəlif  növlərə 
bölünür.  Əsas  etibarilə  fiziki  obyektlər  iki  cür  ola  bilər:  daşınar  və  daşınmaz. 
Daşınmaz  əmlaka  torpaq  və  binalar  kimi  yerin  səthindən  ayrılmayan  və  ya 
ayrılacağı  təqdirdə  yerin  səthini  və  ya  əmlakı  ciddi  şəkildə  zədələyə  və  ya  öz 
təyinatını  dəyişə  biləcək  fiziki  obyektlər  daxildir.  Bütün  digər  fiziki  obyektlər 
daşınar  əmlak  kimi  qəbul  olunur.  Bəzən  əmlakın  daşınar  və  ya  daşınmaz 
olmasını  müəyyən  etmək  çətin  olur.  Aydındır  ki,  torpaq  və  bina  daşınmaz 
əmlakdır. Ancaq dənizin dibinə bərkidilmiş neft buruqlarını götürək. Neft və qaz 
çıxarma  sənayesində  istifadə  olunan  buruqlar  çox  böyük  və  mürəkkəb 
qurğulardır.  Bəzi  neft  qurğuları  gəmilərin  üzərinə  bərkidilir  və  gəminin 
üzərindən  tərpədilmədən  neft  və  ya  qazın  çıxarılması  üçün  istifadə  olunur. 
Müvafiq  olaraq,  bu  cür  buruqlar  suyun  üzərində  rahat  hərəkət  edir.  Bəzi 
buruqlar isə yer üzünə və ya dənizin dibinə bərkidilir. Buna baxmayaraq, bu cür 
qurğuları  da  yerin  səthinə  və  ya  buruğa  böyük  zərər  vurmadan  yerindən 
tərpətmək və digər yerlərə daşımaq mümkündür.  
Bəzi  hallarda  qanun  nəyin  daşınar,  nəyin  daşınmaz  əmlak  olduğunu 
müəyyən edir. Digər hallarda isə məhkəmələr konkret işləri həll edərkən qanunu 
şərh  etmək  vasitəsi  ilə  əmlakın  daşınar  və  ya  daşınmaz  olmasını  müəyyən 
etməlidir. Təsəvvür edin ki, “A” Oil şirkəti “B” Oil&Gas şirkətinə neft buruğunu 
satır.  Sonra  isə  onların  arasında  mübahisə  yaranır  və  “B”  Oil&Gas  şirkəti  iddia 
edir  ki,  müqavilə  etibarsızdır,  çünki  neft  buruğu  daşınmaz  əmlak  olduğu  üçün 


171 
 
müqavilə  qeydiyyata  alınmalı  idi
181
  .  “A”  Oil  isə  bunun  əksini  iddia  edir. 
Məhkəmə bu əmlakın daşınar və ya daşınmaz əmlak olub-olmadığı haqda qərar 
verməlidir.  
Bu  cür  qanunları  şərh  edən  zaman  məhkəmələr  müəyyən  “testlərdən” 
istifadə  edə  bilərlər.  Test  dedikdə  burada  məhkəmələrin  müəyyənləşdirdikləri 
meyarlar  toplusu  və  ya  konkret  bir  meyar  nəzərdə  tutulur.  Misal  üçün, 
yuxarıdakı  neft  buruğuna  dair  mübahisəyə  baxarkən  məhkəmə  aşağıdakı 
meyarlar və ya faktorlar əsasında qərar verəcəyini bəyan edə bilər: 
  

 
Əmlakın  yeri  dəyişdirildikdə  bu  yerdəyişmənin  əmlakın  ümumi  bazar 
dəyərinə təsiri. Əgər əmlakın dəyəri kəskin azalarsa, o zaman əmlak daha 
çox daşınmaz əmlaka aid edilə bilər (sizcə, niyə?).  
 

 
Əmlakın  yerdən  ayrılmasına  və  digər  yerə  daşınmasına  çəkilən  xərc  və 
sərf  edilən  digər  resurslar  (misal  üçün,  enerji).  Əgər  bu  xərclər  və  sərf 
edilən  resurslar  çox  böyük  olarsa,  güman  ki,  əmlaka  daha  çox  daşınmaz 
əmlak kimi baxılmalıdır.  
 

 
Əmlakla onun əvvəlki yerləşdiyi yerin bağlılıq dərəcəsi və s.  
 
Bu, illüstrasiya məqsədi üçün gətirdiyimiz bir misal idi: praktikada başqa testlər 
tətbiq edilə bilər. Əslində bu hala tətbiq ediləcək testin strukturunu elə daşınmaz 
əmlakın qanunda (bizim halda Mülki Məcəllədə) verilən tərifinə baxmaqla daha 
dəqiq  müəyyən  etmək  olar.  Əsas  məqsəd  mülkiyyətin  klassifikasiyasının  (yəni 
siniflərə  və  ya  qruplara  bölünmənin)  bir  çox  hallarda  nisbi  xarakter  daşıdığını 
nümayiş etdirmək idi.  
Mülkiyyətin  digər  növləri  də  var.  Əqli  mülkiyyət  xüsusi  kateqoriyanı 
təşkil edir. Qısaca olaraq deyə bilərik ki, əqli mülkiyyət insanın əqli fəaliyyətinin 
nəticəsində yaranır və qeyri-maddi əmlak sayılır (yəni fiziki obyekt deyil).  
Praktiki baxımdan mülkiyyətin subyektdən asılı olaraq (yəni sahib və ya 
mülkiyyətçi)  növlərə  bölünməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Azərbaycan 
Respublikasının  Konstitusiyasına  əsasən  mülkiyyət  dövlət,  bələdiyyə  və  xüsusi 
mülkiyyət  ola  bilər.
182
  Anqlo-Sakson  hüquq  sistemində  tətbiq  olunan 
klassifikasiyalar təxminən eynidir, baxmayaraq ki, müəyyən fərqlər mövcuddur. 
183
 
                                                 
181
 Bir çox ölkələrdə olduğu kimi daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdır. 
182
 Maddə 13.2 
183
 Baxın, misal üçün, Supra qeyd 3, səh. 94-95 


172 
 
Adətən  daha  çox  müzakirə  obyekti  olan  xüsusi  mülkiyyətdir.  Xüsusi 
mülkiyyət və ya latınca Res Privatae bir şəxsin və ya dairəsi məhdud olan (!) bir 
neçə  şəxsin  mülkiyyətində  olan  əmlakdır.  İstər  Azərbaycan  Respublikasının 
Konstitusiyasında,  istərsə  də  Avropa  Konvensiyasında  təsbit  olunan  mülkiyyət 
hüququ  məhz  xüsusi  mülkiyyət  hüquqlarının  müdafiəsinə  (və  əksər  hallarda 
dövlətdən)  yönəlmişdir.  Adətən  xarici  ədəbiyyatda  mübahisə  doğurmasa  da, 
burada biz xüsusi ilə qeyd etmək istərdik ki, yalnız xüsusi mülkiyyət məhz insan 
hüquqları  kateqoriyasına  aid  edilir.  Nə  dövlət,  nə  də  bələdiyyə  mülkiyyəti 
adətən bu statusa malik deyil - ən azından ona görə ki, dövlət və bələdiyyə insan 
deyil.  Birmənalı  olaraq,  Avropa  Konvensiyasında  mülkiyyət  hüququ  xüsusi 
mülkiyyətin qorunmasına yönəlmişdir (elə digər hüquqlar kimi): Konvensiyanın 
1-ci  maddəsinə  əsasən  “Yüksək  iştirakçı  dövlətlər  özlərinin  yurisdiksiyası 
çərçivəsində  hər  bir  şəxsin  hazırkı  Konvensiyanın  1-ci  bölməsində  nəzərdə 
tutulan  hüquq  və  azadlıqlarını  təmin  etməlidirlər”.  Yəni  hüquq  və  azadlıqların 
(mülkiyyət  hüququ  da  daxil  olmaqla)  təmin  edilməsi  vəzifəsi  məhz 
Konvensiyaya  üzv  olan  dövlətlərin  (“Yüksək  iştirakçı  dövlətlərin...”)  üzərinə 
qoyulur.  
Azərbaycan Respublikasının Konstitusiyası bu mənada bir qədər maraqlı 
misal kimi göstərilə bilər. Əvvəla, 13-cü maddə mülkiyyətin dövlət, bələdiyyə və 
xüsusi  şəxslərə  məxsus  ola  bildiyini  bəyan  edir,  sonra  isə  26-cı  maddədə 
mülkiyyət  hüququnun,  “o  cümlədən  xüsusi  mülkiyyət  hüququ”nun  qanunla 
qorunduğuna təminat verir. Yəni 26-cı maddə sadəcə xüsusi mülkiyyətin deyil, 
dövlət  və  bələdiyyə  mülkiyyətinin  də  qanunla  qorunduğuna  təminat  verir. 
Konstitusiyanın  insan  hüquqları  hissəsində  dövlət  mülkiyyətinin  qorunmasına 
dair  təminata  nadir  hallarda  rast  gəlinir,  çünki  mülkiyyəti  qorumaq  dövlətin 
borcu  olduğundan,  dövlətin  öz  mülkiyyətini  qorumaq  təminatına  çox  ehtiyac 
duyulmur.  
 
Mülkiyyət nə üçün qorunmalı? 
 
Bir  çox  məhkəmələr,  o  cümlədən  Avropa  Məhkəməsi  mülkiyyət  hüquqları  ilə 
bağlı qəbul etdiyi qərarlarında çox nadir hallarda bu suala cavab verməyə çalışır 
(əgər  ümumiyyətlə  çalışırsa).  Çox  zaman  qərarlarda  mülkiyyət  hüququnun 
mühüm  dəyər  olması  və  cəmiyyət  üçün  əhəmiyyət  kəsb  etməsi  müzakirə 
olunmadan  qəbul  olunur  –  belə  demək  olarsa,  nəzərdə  tutulur.  Məhkəmənin 
ümumi  fikrinə  əsasən  insan  hüquqları  demokratiya  ilə  sıx  bağlıdır  və 
demokratiyanın  inkişafı  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Tarix  dərslərindən 
xatırlayırsınızsa, demokratiya xalqın dövləti idarə etmək hüququnu ehtiva edir. 
Məntiqə  əsaslanaraq  demək  olar  ki,  mülkiyyət  hüququ  digər  hüquqlar  kimi 
xalqın dövlət idarəçiliyində iştirakının təmin olunmasının bir vasitəsi kimi çıxış 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə