Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə70/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   63   64   65   66   67   68   69   70   71

173 
 
edir.  Avropa  Məhkəməsinin  mülkiyyət  hüquqlarının  əsaslarına  dair 
arqumentləri  bu  cür  bir  sıra  ümumi  arqumentlərlə  məhdudlaşır.  Buna 
baxmayaraq,  mülkiyyət  hüququnun  nə  üçün  qorunmalı  olduğunu  bilmək  çox 
vacibdir:  məhz  bu  səbəbləri  anlayaraq  biz  mülkiyyətin  hansı  hallarda  və  necə 
qorunması haqda düzgün qərar verə bilərik.  
Mülkiyyət hüquqlarının təmin olunmasını müzakirə etdikdə ilk  növbədə 
Hardinin“ümumi  mülkiyyətin  faciəsi”  anlayışına  gəlirik.
184
  Tarixə  nəzər  salsaq, 
torpaq  sahələri  üzərində  ümumi  mülkiyyətin  geniş  yayıldığını  görərik.  Burada 
biz  ümumi  mülkiyyət  dedikdə  müəyyən  bir  torpaq  ərazisindən  dairəsi  geniş 
olan insanların – misal üçün, bir kəndin sakinlərinin – istifadə etmək hüququnu 
nəzərdə  tuturuq.  Maldarlıqla  məşğul  olan  bir  kənddə  “ümumi  mülkiyyətin 
faciəsi”  halı  yaranır.  Təsəvvür  edin  ki,  qeyd  etdiyimiz  əraziyə  istənilən  vaxt 
istənilən kənd sakininin inəyi girib otlaya bilər. Başqa inəklər də əlavə olunduqca 
otun sərfiyyatı çoxalır və torpaq sahəsi otun bitməsi ilə daha az əlverişli şəraitə 
düşür  –  belə  demək  olarsa,  torpaq  xarab  olur.  Əgər  bütün  sakinlər  bir-biri  ilə 
əlaqə yaradıb sövdələşə bilsəydilər, o zaman onlar inəklərinin sayını çoxaltmaz, 
otun  daha  çox  bitməsi  üçün  şərait  yaradardılar.  Ancaq  bu  cür  sövdələşmənin 
olmadığı  şəraitdə  hər  bir  sakin  inəklərinin  sayını  artırmaqda  maraqlıdır  –  əgər 
onlar  bunu  etməsələr,  digərləri  edəcəklər.  Nəticədə  torpaq  xarab  olaraq  tez 
sıradan  çıxır  və  Hardinin  “ümumi  mülkiyyətin  faciəsi”  adlandırdığı  hal  baş 
verir.  
Yuxarıda  təsvir  etdiyimiz  vəziyyət  oyun  nəzəriyyəsində  geniş  istifadə 
olunan “tusdağın dileması”na bənzəyir. Biz sizə oyun nəzəriyyəsi və “tusdağın 
dilemması” ilə tanış olmağı məsləhət görərdik.
185
 Praktiki baxımdan bu hal bizə 
mühüm məlumat verir: şəxsi və ya xüsusi mülkiyyətin olmadığı halda, heç kimin 
(demək  olar  ki,  heç  kimin)  mülkiyyəti  qorumaqda  və  onu  inkişaf  etdirməkdə 
marağı  olmaz.  Şəxsi  mülkiyyətin  olduğu  halda  mülkiyyət  sahibi  mülkiyyətə 
investisiya  qoymaqda  və  mülkiyyətdən  daha  effektiv  istifadə  etməkdə  maraqlı 
olacaqdır.  
Xüsusi  mülkiyyət  hüquqları  mülkiyyətin  səmərəli  istifadəsi  ilə  yanaşı, 
eyni  zamanda  konkret  mülkiyyətin  ona  ən  çox  dəyər  verən  şəxsə  çatmasına 
şərait yaradır. Burada mülkiyyət hüquqlarının ötürülə bilməsi böyük rol oynayır. 
Təsəvvür edin ki, Muradın 10 dondurması, Elxanın isə 10 şokoladı var. Əgər hər 
bir  tərəf  üçün  bu  vəziyyət optimal  deyilsə,  yəni  misal  üçün,  Muradın  daha  çox 
şokolada və daha az dondurmaya, Elxanın isə daha çox dondurmaya və daha az 
şokolada  ehtiyacı  varsa,  o  zaman  onlar  bir-biri  ilə  ticarət  əlaqəsinə  girərək, 
                                                 
184
 Hardin, The Tragedy of the Commons 162 Science 1243 (1968) 
185
 Baxın Avinash K. Dixit, Barry J. Nalebuff, The Art of Strategy: The game theorist’s guide to 
success in business and life (2008) 


174 
 
dondurmaları və şokoladları bir-biri ilə dəyişdirəcək və bu iki növ malın optimal 
paylanmasına  şərait  yaradacaqlar.  Bu  cür  paylaşmanın  mümkün  olması  üçün 
əsas iki institutun olması zəruridir: (i) Murad və Elxanın mülkiyyət hüquqları və 
(ii) həmin hüquqları ötürmək hüququ.  
Yuxarıda  qeyd  olunanlar  mülkiyyət  hüququnun  iqtisadi  nöqteyi-
nəzərindən  əhəmiyyətini  açıqlayır.  Ancaq  mülkiyyət  hüququnun  qorunmasını 
zəruri  edən  səbəblər  bunlarla  məhdudlaşmır  –  digər  səbəblər  mülkiyyət 
hüquqlarını  demokratiya,  hüququn  aliliyi,  konstitusionalizm  və  onların  tərkib 
hissəsi  olan  hüquqi  müəyyənlik  və  s.  kimi  mühüm  prinsiplərin  əlaqəsini 
nümayiş  etdirir.  ABŞ-ın  Çikaqo  Universitetinin  professoru  Cass  Sunstein  öz 
məqaləsində  bu  səbəbləri  ümumiləşdirilmiş  şəkildə,  ancaq  kifayət  qədər  aydın 
ifadə edir.
186
 
 
 
 
 
 
                                                 
186
 Cass R. Sunstein, On Property and Constitutionalism, U Ch Law School, Law & Economics 
Working paper No. 3, 2nd series (1991) 


175 
 
 
Hüququn İqtisadi Analizi 
 
1.
 
Giriş və Ümumi Konsepsiyalar 
 
Əsası  təxminən  1950-ci  illdərdə  qoyulan  müasir  “Hüquq  və  İqtisadiyyat”  (Law 
and  Economics)  hazırda  ABŞ  və  bir  çox  Avropa  ölkələrində  hüquq  təhsilinin 
ayrılmaz  bir  hissəsini  təşkil  edir
187
.  Nisbətən  yeni  yaranan  bu    sahəni  başqa  cür 
“Hüququn İqtisadi Analizi” (Economic Analysis of Law) də adlandırırlar.  Hazırda 
bir  çox  hüquqi  problemlər    mülkiyyət  hüququndan  tutmuş  cinayət  hüququna 
kimi  iqtisadi  analizlər  vasitəsi  ilə  öyrənilir.    Bundan  əmin  olmaq  üçün  ABŞ-ın 
yüksək  reytinqli  hüquq  jurnallarına  (law  review
188
)  nəzər  salmaq  yetərlidir:  bu 
jurnallardakı  hüquq  sahəsinə  aid  çap  olunan  elmi  əsərlərin  əksəriyyəti 
iqtisadiyyat  elminin  təcrübəsindən  geniş  bəhrələnir.  Ümumiyyətlə,  iqtisadi 
təhlillər bir sıra hüquqi problemlərin müzakirəsində, başa düşülməsində və həll 
olunmasında güclü vasitə kimi çıxış edir.  İqtisadi təhlillər xüsusən də mülkiyyət 
hüququnun  öyrənilməsində  böyük  əhəmiyyətə  malikdir.    Başlıca  səbəb 
mülkiyyətin daha çox iqtisadi təbiəti və fərdin, şirkətin, ailənin və nəhayət bütöv 
bir ölkənin iqtisadiyyatının inkişafında aparıcı vasitə kimi çıxış etməsidir. 
 
Müasir hüquq və iqtisadiyyat elminin əsası məhz müqavilə və mülkiyyət 
hüquqları  kimi  sırf  hüquqi  institutların  iqtisadi  nöqteyi  nəzərdən  təhlili  ilə 
qurulmuşdur
189
.    Hazırda  hüququn  iqtisadi  təhlili  iqtisadiyyat  elmində  əldə 
olunmuş  yeniliklərədən  bəhrələnməkdədir.    Bununla  belə,  bir  sıra  ümumi 
iqtisadi prinsiplər istənilən iqtisadi təhlildə nəzərə alınır və təməl daşı kimi çıxış 
edir.  
İqtisadiyyat  elmini  intuitiv  olaraq  anlasaq  da  qeyd  edilməlidir  ki,  , 
iqtisadiyyat  dünyada  olan  məhdud  resurslar  barədə  cəmiyyət  tərəfindən 
qərarların  qəbul  edilməsini  öyrənən  elmdir.    Resursların  məhdud  olması 
burada  mühüm  əhəmiyyət  kəsb  edir:  əgər  biz  havanı  və  yediyimiz  almaları 
müqayisə  etsək  görərik  ki,  hava  məhdud  deyildir  və  hər  hansı  şəxs  istədiyi 
                                                 
187
 Əlbəttə hüquq və iqtisadiyyat mövcu olduqları bütün dövrlərdə bir-biri ilə bağlı olunan 
dissiplina kimi nəzərdə keçirilmişlər.  Ancaq müstəqil bir elmi kimi hüquq və iqtisadiyyat məs 
50-ci illədən sonra formalaşmışdır.  Ona görədə burada “müasir” sözü ciddi qəbul olunmalıdır.    
188
 ABŞ-da ən nüfuzlu Law Review-ları (“lou revyu” kimi oxunur) ABŞ-ın universitetlərinin 
nəznində fəaliyyət göstərir.  Law Review-ları səciyyələndirən cəhət onların universitet tələbələri 
tərəfindən idarə olunmasıdı.  Law Review-larda redaktor heyəti sırf universitetin tələbələrindən 
ibarətdir.  Buna baxmayaraq Law Review-larda hüquq elmində ən nüfuzlu və qabaqcıl elmi əsərlər 
çap olunur.  
189
 Baxın, misal üçün, Richard Posner, Economic Analysis of Law (4
th
 Ed), səh 21-22 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə