Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə64/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   60   61   62   63   64   65   66   67   ...   71

155 
 
ardıcıllığını)  misal  kimi  gətirmək  olar  –  “[fransuz  filosofu]  Russo 
normaların  iyerarxiyasını  hüququn  mənbəyi  ilə  əlaqələndirirdi:  xalq 
tərəfindən qəbul olunan və ümumi iradəni ifadə edən qanun alidir və eyni 
zamanda  müstəsna  və  ilkin  hüquq  mənbəyidir.  Qanunun  aliliyi 
konstitusiya  əhəmiyyətli  tələbə  çevrildi”.  Daha  sonra  professor  Şayo 
normativ-hüquqi aktların iyerarxiyası haqqında bunları qeyd edir: 
 
Dörd qədim hüquqi norma hüququn mənbəyinin iyerarxiyasının bir 
hissəsini təşkil edirlər: (1) sonradan qəbul olunan normativ-hüquqi akt 
ondan tez və onunla eyni iyerarxik səviyyədə olan [normativ-hüquqi 
aktdan] üstün qüvvəyə malik olmalıdır və ya başqa cür desək, həmişə 
axırıncı qayda üstün qüvvəyə malikdir; (2) eyni iyerarxik səviyyəyə malik 
spesifik və ümumi qaydalar olduğu halda, tarixindən asılı olmayaraq 
spesifik qayda tətbiq olunmalıdır; (3) müddəanın geriyə qüvvəsi olmalı 
deyil, əks halda qanunun müddəaları hüquqi qüvvəyə malik olmazlar 
(hər şey sonradan dəyişdirilə bilər) və (4) qanunlar ümumi olmalıdır, 
yəni onlar hər hansı konkret şəxsə və ya işə istinad edə bilməzlər (...) 
 
4.
 
Müstəqil  məhkəmənin  olmaması.  Məhkəmə  sadəcə  fərdlər  arasında 
mübahisələri 
həll 
etmir. 
Həmçinin 
onlar 
dövlət 
orqanlarının 
hərəkətlərinin  qəbul  olunan  qanun  və  qaydalara  nə  dərəcədə  uyğun 
olmasına qanunlar çərçivəsində nəzarət edirlər.   
 
5.
 
Hüququn  aliliyi  konsepsiyasının  digər  mühüm  əlaməti  də  “bərabərlik” 
prinsipidir.      Qanun  və  qaydalar  insanlara  bərabər  tətbiq  olunmazsa,  o 
zaman bu qayda və qanunlar ümumi normalar kimi qəbul olunmayacaq. 
 
6.
 
İngiltərə ənənələrinə istinad edən professor Şayo bunları qeyd edir: 
 
On 
doqquzuncu 
əsrdə 
hüququn 
aliliyinin 
Viktoriyan 
konsepsiyasının  mərkəzində  [səlahiyyətlərdən  istifadə  üçün] 
hüquqi  icazə  və  dövlətin  məhdudlaşdırılması  dururdu.  Albert 
Daysiyə  əsasən  qanunun  aliliyi  ən  azı  üç  konsepsiyanı  özündə 
ehtiva edir. 
 
Birincisi,  “qanunla  nəzərdə  tutulan  qaydada  ölkənin  adi 
məhkəmələrində  qanunun  açıqca  pozulmasının  sübut  edilməsinin 
təsdiq  olunduğu  hallar  istisna  olmaqla,  heç  bir  şəxs  cəzalandırıla 
bilməz.  Bu  mənada  hüququn  aliliyi  şəxslərin  səlahiyyətdən  geniş, 
özbaşınalıqla,  diskresion  istifadə  edilməsinə  əsaslanan  dövlət 
sistemi ilə qarşılaşdırılır” (istinad buraxılmışdır). 


156 
 
 
İkincisi, heç bir  şəxs qanundan  üstün deyil  və “hər bir şəxs 
rütbəsindən  və  vəziyyətindən  asılı  olmayaraq,  ölkənin  bütün 
qanunlarına tabedir və adi tribunalların yurisdiksiyası onlara şamil 
edilir...  Bizim  kimi  hər  bir  vəzifəli  şəxs  –  baş  nazirdən  tutmuş 
konsteblə  və  ya  vergi  yığan  şəxsədək  –  hüquqi  əsası  olmayan  hər 
bir  hərəkətə  görə  digər  vətəndaşlar  kimi  məsuliyyət  daşıyır” 
(istinad  buraxılmışdır).  Üçüncü  element  odur  ki,  şəxsi  azadlıq  kimi 
konstitusion  prinsiplər  məhkəmə  qərarlarının  nəticəsi  olaraq 
mövcuddur. 
 
M.Rozenfeldin  fikrincə,  hüququn  aliliyi  geniş  və  daxili  ziddiyyətlərlə  dolu 
konsepsiyadır.  O,  Anqlo-Amerikan  konsepsiyası  olan  "rule  of  law",  alman 
"rechtsstaat" və fransız "etat de droit"-i müqayisəli formada təhlil etmişdir. Onun 
gəldiyi  nəticə  belədir  ki,  bu  konsepsiyalar  arasında  fərqlər  var.  Bu  fərqlər,  öz 
növbəsində,  “mədəni  fərqlərdir”  –  yəni  onların  yarandığı  və  mövcud  olduğu 
ölkələrin  (misal  üçün,  İngiltərə,  Almaniya  və  Fransa)  xalqlarına  məxsus  olan 
mədəniyyətlərin fərqindən irəli gəlir. 
 
_____________ 
 
 
Hazırda Azərbaycan dilində istər hüquqi dövlət, istərsə də qanunun aliliyi 
və  hüququn  aliliyi  dedikdə  ilkin  olaraq  dövlət  tərəfindən  qəbul  edilən 
qanunlara,  fərmanlara  və  digər  normativ-hüquqi  aktlara  ölkədə  və  cəmiyyətdə 
olan hər bir şəxs tərəfindən (tutduğu vəzifədən və digər xüsusiyyətlərindən asılı 
olmayaraq), o cümlədən onları qəbul edən şəxslər tərəfindən qeyd-şərtsiz riayət 
olunmasını  nəzərdə  tuturuq.  A.Şayo  11-13-cü  paraqraflarda  bunu  ingilis 
konstitusiya  hüquqşünası  Albert  Daysiyə  (1835-1922)  istinad  etməklə  bildirir. 
“Heç kəs qanundan üstün deyildir!” – geniş yayılan bu postulat hüququn aliliyi 
konsepsiyasının bu elementini sadə və aydın tərzdə ifadə edir. Ancaq cəmiyyətin 
demokratik  və  hüquqi  olması  üçün  sadəcə  qəbul  olunan  qanun  və  qaydalara 
riayət  etmək  kifayət  deyil,  qanunun  aliliyi  söz  birləşməsi  isə  ən  azından  prima 
fascie  (yəni  özü-özlüyündən  və  göründüyü  kimi)  yalnız  bununla  məhdudlaşır. 
Hüququn  aliliyi  və  hüquqi  dövlət  prinsipləri  isə  daha  geniş  olduğundan 
A.Şayonun  yuxarıda  qeyd  etdiyi  digər  mühüm  elementləri  də  ehtiva  etməsini 
söyləmək  olar.    Bu  baxımdan  hüququn  aliliyi  və  hüquqi  dövlət  prinsipləri 
arasındakı  fərq  (əgər  varsa)  daha  az  nəzərə  çarpandır:  hər  iki  termin  özlərində 
mühüm demokratik və hüquqi prinsipləri ehtiva edir.   
 
Hüququn aliliyi: dar və geniş məna 
 


157 
 
 
Yuxarıda  qeyd  olunanlar  hüququn  aliliyi  anlayışı  barədə  linqvistik  təhlil 
vasitəsi  ilə  bir  qədər  təəssürat  yaradır,  xüsusən  aydın  olur  ki,  hüququn  aliliyi 
cəmiyyət  üçün  böyük  əhəmiyyət  kəsb  edən  bir  sıra  mühüm  prinsipləri  ehtiva 
edir.  Bununla  belə,  onun  tərkibinə  konkret  hansı  dəqiq  və  müəyyən  olunmuş 
prinsiplər  daxildir?  Bu  suala  birmənalı  cavab  olmasa  da,  hüquqi  dövlət 
prinsipinin bir sıra məqamlarına aydınlıq gətirə biləcək bəzi mühüm elementlərə 
nəzər yetirmək yerinə düşərdi. 
M.Rozenfeldən  fərqli  olaraq,  A.Şayo  yuxarıdakı  məqalədə  ingilis  "rule  of 
law"  ilə  alman  "rechtsstaat"  və  fransız  "etat  de  droit"  anlayışlarının  bəzi  oxşar 
cəhətlərə malik olduğunu qeyd edir.  Qeyd olunduğu kimi, qanun və qaydalara 
riayət olunması başlıca amillərdən biridir. Bu fikri daha da inkişaf etdirərək deyə 
bilərik ki, hüququn aliliyi sadəcə prosedurlara riayət etmək deyil, eyni zamanda 
həmin  proseduraların  özlərinə  dair  müəyyən  normativ  (maddi)  tələbləri  ehtiva 
edir.  Bu  tələblərin  ən  əsası  prosedurun  ədalətli  (ingilis  dilində  –  fair)  olmasıdır: 
misal  üçün,  hüququn  aliliyi  prinsipi  tələb  edir  ki,  barəsində  qərar  verilən 
şəxslərin (əsasən, müəyyən sosial qrupun) qərar vermə prosesində iştirakı təmin 
edilsin.  Misal  üçün,  universitet  tələbələr  barədə  mühüm  qərar  verdiyi  zaman 
tələbələrin bu prosesdə iştirakı prosesin daha ədalətli olmasını təmin etmək üçün 
mühüm vasitədir. A.Şayo yuxarıdakı yazısında hüququn aliliyinin bir sıra digər 
mühüm  formal  elementlərini  qeyd  edir;  bunlar  müstəqil  məhkəmənin  olması, 
qanun və qaydalara nəzarət, normativ-hüquqi aktların iyerarxiyası, bərabərlik və 
s. aiddir.  
Yuxarıda  sadalananların  əksəriyyəti  hüququn  aliliyi  prinsipinin 
prosessual elementlərini təşkil edir; bu elementlər əsasən, qanunun (və ya digər 
normativ-hüquqi  aktın)  qəbul  olunması  prosesinə  dair  müəyyən  tələblərdən 
ibarətdir. Adətən hüququn aliliyi dar mənada işləndikdə məhz bu cür prosessual 
tələblər nəzərdə tutulur. Hüququn aliliyi prinsipinin dar mənası ilə yanaşı, onu 
geniş  mənada  da  başa  düşmək  olar.  Bu  geniş  mənaya  prosessual  və  texniki 
xarakter  daşıyan  tələblərdən  başqa,  eyni  zamanda  qəbul  olunan  qanun  və  ya 
qərarların  mahiyyətinə  dair  normativ  tələblər  də  daxildir.  Bir  sıra  alim  və 
hüquqşünasların  fikrincə,  hüququn  aliliyi  sadəcə  qanun  və  qaydaların 
prosessual  tələblərə  uyğun  olaraq  qəbul  edilməsi  və  onlara  riayət  edilməsi  ilə 
kifayətlənməməlidir,  çünki  qəbul  olunan  qanun  və  ya  qərarın,  insan  hüquq  və 
azadlıqları da daxil olmaqla, mühüm konstitusion tələblərə uyğun olmaması da 
mümkündür.  Bu  uyğunsuzluq  bir  sıra  amillərdən  irəli  gələ  bilər  və  heç  də 
dövlətin  pis  niyyətli  olmasını  ehtiva  etmir.  Hər  bir  qəbul  olunan  qanun  və  ya 
qaydanın çox zaman inkişaf məqsədlərinə qulluq etməsi nəzərdə tutulur; ancaq 
hətta  ən  ülvi  məqsədlərə  qulluq  edən  qanun  və  ya  qayda  belə  insan  hüquq  və 
azadlıqlarını və ya digər mühüm konstitusion prinsipləri poza bilər.   
 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə