Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə68/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   63   64   65   66   67   68   69   70   71

168 
 
insanlara  (sadəcə  dünyaya  deyil)  münasibətdə  başa  düşülə  bilər:  əgər  siz 
Robinzon Kruzo kimi adada tək olsanız, o zaman mülkiyyət hüquqlarının heç bir 
mənası olmaz (deyilmi?). Ancaq cənab Meril və Smitin fikirlərini daha yaxşı izah 
etmək üçün diqqətinizi bir neçə məqama cəlb etmək istərdik. Kontinental hüquq 
sistemində “əşya hüququ” adlı müstəqil mülki hüquqi institut var. Güman ki, ilk 
dəfə  deyil  ki,  siz  "əşya  hüququ"  anlayışını  eşidirsiniz.  Ancaq  bu  hüququn 
əhəmiyyəti nədən ibarətdir? Azərbaycanın Mülki Məcəlləsinə baxın: orada əşya 
hüququ  və  müqavilə  hüququ  bir-birinə  nisbətən  müstəqil  institut  kimi  nəzərdə 
tutulur.  Müqavilə  hüququ  iki  və  ya  daha  çox  şəxsin  arasında  malların  (o 
cümlədən əşyaların) və xidmətlərin dövriyyəsinə dair münasibətləri tənzimləyir. 
Bu  zaman  əşya  hüququ  nə  üçün  lazımdır?  Əşya  hüququ  müqavilə  olmayan 
zaman  əşyaların  dövriyyəsini  tənzimləyir.  Misal  üçün,  A  ilə  B  arasındakı 
müqaviləyə əsasən A torpaq sahəsini B-yə satır. Müqavilədə nəzərdə tutula bilər 
ki, B torpağını A-ya satdıqdan sonra həmin torpağa  daxil ola bilməz. Ancaq A-
nın digər şəxslərlə (dairəsi məhdud olmayan və ya “dünya” ilə) eyni müqaviləsi 
yoxdur və olması da mümkün deyil. Əşya hüququ əsas etibarilə müqavilə və ya 
digər  əqdlərin  olmadığı  təqdirdə  (yəni  böyük  əksəriyyət  hallarda),  insanlar 
arasında  münasibətləri  tənzimləmək  məqsədi  daşıyır.  Əlbəttə,  əşya  hüququ 
digər  məqsədlərə  də  xidmət  edir.  Ancaq  yuxarıda  qeyd  etdiklərimiz  əşya 
hüququnun əsas mahiyyətini açıqlayır.  
Müəlliflər  cənab  Meril  və  cənab  Smitin  uzun-uzadı  müzakirə  etdiyi 
məsələlər  kontinental  hüquqşünaslarda  bir  qədər  təəccüb  doğura  bilər:  əşya 
hüquqları  mülkiyyət  hüququnun  əsasını  və  mahiyyətini  təşkil  edən 
institutlardandır.  Ancaq  müəlliflərin  bu  müzakirələri  Anqlo-Sakson  hüquq 
sisteminin  özəlliklərindən  irəli  gəlir.  Anqlo-Sakson  hüquq  sistemində  “əşya 
hüquqları”  və  ya  “mülkiyyət  hüquqları”  adlı  müstəqil  və  sistemləşdirilmiş 
(kontinental  hüquq  sisteminə  xas  olan  tərzdə)  hüquqi  institut  mövcud  deyil. 
Orada mülkiyyətlə bağlı hüquqlar əksərən konkret mübahisələrin və işlərin həlli 
nəticəsində  yaranmış  və  belə  demək  olarsa,  səpələnmiş  (kontinental 
hüquqşünasların  nöqteyi-nəzərindən)  haldadır:  mülkiyyətə  dair  hüquqlar 
müqavilə  hüququ,  tort
176
  və  onun  bir  hissəsi  olan  nuisance  hüququ,  daşınmaz 
əmlak  (real  property),  trust
177
,  vərəsəlik  və  digər  oxşar  hüquqi  institutlarda  öz 
əksini tapmışdır.  
 
                                                 
176
 Anqlo-Sakson hüquq sistemində yaranan bu konsepsiya kontinental hüquq sistemində 
mövcud olan delikt institutuna bənzəyir. Ancaq tort-un əhatə etdiyi məsələlərin dairəsi deliktdən 
böyükdür. 
177
 "Trust" ingilis dilindən hərfi tərcümədə “etibar etmə” deməkdir. Trust sırf Anqlo-Sakson 
hüquq sisteminə xas olan bir institutdur. Ona bir qədər oxşar institutlar, misal üçün, əmlakın 
idarə edilməsi kontinental hüquq sistemində də mövcuddur. 


169 
 
Əşya hüquqları – iqtisadi əsaslar 
 
İqtisadi  nöqteyi-nəzərdən  əşya  hüququ  institutunun  əsas  məqsədi  hüquq  və 
iqtisadiyyat  elmində  tez-tez  müzakirə  olunan  mikroiqtisadi  problemləri  həll 
etməkdən  ibarətdir.  Bu  problemlərdən  resursların  effektiv  paylanması  (efficient 
allocation  of  resources),  əqdlə  bağlı  xərclərin  (transaction  costs)  azaldılması  və 
mülkiyyət hüquqlarına dair müəyyənliyin yaradılmasını qeyd etmək olar. Əşya 
hüquqlarını  iqtisadi  əhəmiyyətini  açıqlayan  səbəbləri  biz  irəlidə  müzakirə 
edəcəyik. Qısaca olaraq burada bir ümumi misalla məhdudlaşmaq istərdik. Əşya 
sahibinin hüquqları qorunmalıdır ki, sahibində əşyanı səmərəli istifadəyə stimul 
yaransın.  Qeyri-müəyyənlik  olduqda  və  əşyanın  istifadəsindən  əldə  etdiyi 
faydanı  azad  şəkildə  istifadə  edə  bilmədiyi  zaman  həmin  sahibdə  əşyanın 
səmərəli istifadəsində və mümkün olduğu təqdirdə onun inkişaf etdirilməsində 
marağı olmayacaq. Dövlət əşya hüquqları institutu yaradaraq əşyaların səmərəli 
istifadəsinə imkan və stimul yaradır.  
 
Mülkiyyət nədir? – davamı 
 
Qayıdaq  “mülkiyyət”  anlayışına.  Praktiki  baxımdan  mülkiyyət  dedikdə  hər 
hansı obyektlə bağlı (istər maddi, istərsə də qeyri-maddi
178
 ) müəyyən hüquqlar 
başa  düşülür.  Daha  sadə  formada  bunu  ifadə  etmək  istəsək,  mülkiyyət  “bu 
mənim,  o  sənin”  kimi  başa  düşülür.  Ancaq  burada  söhbət  sadəcə  müəyyən 
olunmuş bir hüquqdan deyil, “hüquqların toplusundan” gedir – yəni mülkiyyət 
hüququ  deyəndə  biz  bir  deyil,  bir  neçə  hüququ  nəzərdə  tuturuq.  Sovet  hüquq 
ədəbiyyatında yer alan nəzəriyyəyə əsasən mülkiyyət hüququnun mahiyyətini 3 
müstəqil,  ancaq  bir-biri  ilə  bağlı  olan  hüquqlar  təşkil  edir:  (1)  sahiblik  hüququ, 
(2)  istifadə  etmək  hüququ  və  (3)  sərəncam  vermək  hüququ;  sonuncuya 
mülkiyyəti satmaq və ya onu başqa cür digər şəxsə ötürmək hüququ daxildir.
179
 
Bu nəzəriyyə Azərbaycanın Konstitusiyasında da öz əksini tapmışdır.
180
  
Anqlo-Sakson  hüququ  sistemində  bu  cür  ümumiləşdirmə  mövcud  deyil. 
Property  rights”  ingilis  dilindən  Azərbaycan  dilinə  mülkiyyət  hüququ  yox, 
“mülkiyyətlə  bağlı  hüquqlar”  kimi  tərcümə  oluna  bilər  və  bu  da  bizə  çox  şey 
deyir. Misal üçün, Mülki Məcəllədə girov hüququ tərifi heç bir yerdə verilməyən 
“əmlak hüququ” adlandırılır və “mülkiyyətçi olmayan şəxslərin hüququ” sayılır. 
                                                 
178
 Qeyri-maddi dedikdə, misal üçün, əqli mülkiyyət başa düşülür. 
179
 Baxın, misal üçün, Гражданское Право, под ред. А.Г.Калпина и А.С.Масляева (2000), стр. 
265 
180
 Maddə 26.3 “Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka 
sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından 
ibarətdir”. 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə