Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə2/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   2   3   4   5   6   7   8   9   ...   71


 
 
1.
 
Konstitusiya və Konstitusiya hüququ 
 
Konstitusiyanın əhəmiyyəti 
 
İZİN  ÜÇÜN  KONSTİTUSİYA  NƏDİR?  Yəqin,  siz  konstitusiyanın  digər 
qanun və qaydalardan üstün olduğunu bir deyil, bir neçə dəfə eşitmisiniz. 
Onu da eşitmisiniz ki, konstitusiyamız insan hüquq və azadlıqlarını təmin 
edir  və  s.  Bunlar  hamısı,  əlbəttə,  düzdür.  Ancaq  sualımız  konstitusiyanın 
praktiki  əhəmiyyəti  –  xüsusən  də  adi  vətəndaş  kimi  sizin  həyatınıza  təsiri  – 
barədədir.  Gündəlik  həyatımızda,  hətta  hüquqşünas  kimi  fəaliyyətimizdə 
konstitusiyaya  tez-tez  istinad  etməsək  də,  konstitusiyanın  həyatımızda 
əhəmiyyəti böyükdür. Eyni zamanda konstitusiyanın gündəlik həyatımıza təsiri 
olması üçün onun sadəcə mövcudluğu yetirəli deyil.   
 
Konstitusiya genişdir 
 
Konstitusiya  hüququ  sahəsində  ixtisaslaşan  hüquqşünaslardan  başqa,  digər  bir 
çox hüquqşünaslar nadir hallarda öz praktikalarında konstitusiyaya istinad edir 
və ya onun əsasında hər hansı praktiki-hüquqi məsələləri həll etməyə çalışırlar. 
Onlar üçün konstitusiyadan daha çox diqqət mərkəzində olan Mülki Məcəllə və 
s.  kimi  konkret  normativ-hüquqi  aktlardır.  Bu,  sadəcə  Azərbaycanda  deyil  – 
demək  olar  ki,  dünyanın  bütün  inkişaf  etmiş  dövlətlərində  belədir.    Səbəb  isə 
odur  ki,  konstitusiya  (xüsusən  də  onun  insan  hüquq  və  azadlıqlarına  aid  olan 
hissəsi)  çox  geniş  və  mücərrəd  müddəalardan  ibarət  olan  sənəddir  və 
konstitusiya icraatı istisna olmaqla, bu cür geniş müddəalara istinad edərək hər 
hansı praktiki işi həll etmək əksər hallarda mümkün deyil.   
Misal  olaraq,  fərz  edin  ki,  sizin  böyük  bağçanız  var.  Ancaq  bu  ərazini 
hasarla  ayırmamısınız  və  bu  səbəbdən  yaxınlıqdakı  sakinlər  yollarını  qısaltmaq 
üçün  bağçanızdan  maneəsiz  keçirlər.  Siz  isə  bağçanızdan  keçid  kimi  istifadə 
olunmasını istəmirsiniz. Əgər siz bu sakinlərə qarşı sadəcə konstitusiya əsasında 
iddia qaldırsanız, yəqin ki, iddianızın əsasını Konstitusiyanın 29-cu maddəsində 
təsbit  olunan  “mülkiyyət  hüququ”  təşkil  edər.  Ancaq  sakinlər  də  savadsız 
deyillər:  onlar  iddia  edərlər  ki,  Konstitusiyanın  28.III  (azadlıq  hüququ) 
maddəsinə  əsaslanaraq  onlar  sizin  ərazinizdə  azad  hərəkət  etmək  hüququna 
malikdirlər.  Konstitusiyada  olan  bu  maddələrə  baxın  –  yalnız  həmin  maddələr 
əsasında yuxarıda verdiyimiz hipotetik işi həll edə bilərsinizmi?  Özü-özlüyündə 




 
bu  maddələr  sizə  heç  nəyi  aydın  şəkildə  demir
1
.    Bu  məqsədlə  də  hüquqşünas 
adətən  daha  konkret  normalara  diqqət  yetirir.  Misal  üçün,  Mülki  Məcəlləyə: 
orada bu mübahisəni tənzimləyə biləcək normalar var. 
Ancaq  bütün  bunlar  konstitusiyanın  əhəmiyyətini  azaltmır.  Konstitusiya 
bir  sıra  cəhətinə  görə  həyatımızda  böyük  rol  oynayır.  Ən  azından 
konstitusiyanın mövcudluğu və onun mühüm prinsipləri bəyan etməsi müəyyən 
çərçivə  rolunu  oynayır.  Misal  üçün,  Konstitusiyanın  28-ci  maddəsində  azadlıq 
hüququ  nəzərdə  tutulur  və  təsəvvür  edin  ki,  bir  gün  Milli  Məclis  üzərində 
şəxsiyyətini  təsdiq  edən  sənədi  olmayan  şəxsin  7  günədək  polis  tərəfindən 
saxlanılmasını  nəzərdə  tutan  qanun  qəbul  edir.  Qanunun  adı  "Tutulma" 
Qanunudur.  Konstitusiyanın 28-ci maddəsinə və xüsusən də onun 2-ci hissəsinə 
baxın.    Burada  azadlıq  hüququnun  qanunla  məhdudlaşdırıla  bilməsi  nəzərdə 
tutulmuşdur.   
Siz "Tutulma" Qanununun Konstitusiyaya uyğun olmadığını hansı əsasla 
iddia  edərdiniz?  Misal  üçün,  qeyd  edə  bilərik  ki,  əgər  Konstitusiya  “yalnız 
qanunda  nəzərdə  tutulmuş  qaydada”  sözləri  ilə  istənilən  qanunu  nəzərdə 
tutmuşsa,  o  zaman  azadlıq  hüququnun  heç  bir  mənası  olmaz;  çünki  belə  olan 
halda  Milli  Məclis  istənilən  qanunu  qəbul  edə  və  istənilən  formada  şəxslərin 
azadlığını  məhdudlaşdıra  bilər,  o  cümlədən  icra  orqanlarına  qanunla 
istədiklərini  etməyi  həvalə  edə  bilər.  Nəticə  etibarilə  konstitusiyanın  heç  bir 
əhəmiyyəti  olmaz.  Demək  ki,  28-ci  maddə  “qanunun”  mahiyyətinə  dair  də 
müəyyən  məhdudiyyətləri  ehtiva  edir.  Yəni  sadəcə  qanunun  olması  kifayət 
deyil, qanunun özü “yaxşı” (yəni bəlli prinsiplərə uyğun) olmalıdır.      
Məhz  Konstitusiyanın  28-ci  maddəsinə  əsaslanaraq  bizim  hipotetik 
qanunumuz  olan  "Tutulma"  Qanununa  etiraz  edilə  bilər.    Bundan  əlavə,  bu 
qanun əsasında uzun müddətə tutulan şəxs Konstitusiya Məhkəməsinə müraciət 
edə  və  qanunun  (və  ya  onun  hər  hansı  maddəsinin)  ləğv  olunmasına  nail  ola 
bilər.  Təsəvvür  edin  ki,  Azərbaycanda  konstitusiya  ya  ümumiyyətlə,  mövcud 
deyil,  ya  da  onda  insan  hüquqları  (azadlıq  hüququ  da  daxil  olmaqla)  bölməsi 
yoxdur.    O  zaman  vətəndaşların  bu  cür  qeyri-mütənasib  qanuna  etiraz  etməyə 
əsasları belə olmaz. 
 
 
                                                 
1
 Bu cür işlər, əlbəttə ki, konstitusiya icraatının predmeti ola bilər.  Ancaq konstitusiya icraatı 
digər məhkəmə icraat növləri ilə müqayisədə daha qeyri-adi icraat növüdür.  Konstitusiya 
icraatından istənilən mübahisəni həll etmək üçün istifadə etmək mümkün deyil.  Bunun üçün 
müzakirə olunan məsələ mühüm əhəmiyyət kəsb etməlidir.  Məhkəmədə hər hansı iddia 
qaldıran və ya mübahisə başladan hüquqşünas bunu adətən mübahisənin Konstitusiya 
Məhkəməsində həll olunması üçün etmir və ya nəzərdə tutmur.   



 
 
Konstitusiyanın 3 mühüm əlaməti 
 
Yuxarıda  insan  hüquqları  əsasında  konstitusiyanın  əhəmiyyətinə  qısa  nəzər 
saldıq.    Konstitusiyanın  əhəmiyyəti  çox  böyükdür,  onu  əhəmiyyətli  və  vacib 
edən digər amillər barədə isə aşağıda qısaca bəhs edəcəyik:  
  
1.
 
Konstitusiya  ilk  növbədə  elə  adının  ifadə  etdiyi  mənaya  uyğun 
funksiya daşıyır. İngilis dilində “constitution” “daxili quruluş”, “quruluş” və ya 
“struktur”  mənasını  kəsb  edir.    Konstitusiya  ölkənin  və  ya  cəmiyyətin  ümumi 
strukturunu – istər idarəçilik, istərsə də cəmiyyətin digər mühüm prinsiplərini – 
müəyyən  edir.  Bunu  daha  yaxşı  anlamaq  üçün  təsəvvür  edin  ki,  böyük  boş  bir 
sahədə  dövlət  yaratmaq  niyyətindəyik.  Bizə  nə  lazımdır?    Elə  bir  sənəd  ki,  ən 
azından  burada  yaşayacaq  insanların  yaratdığı  cəmiyyətin  ümumi  idarəçilik 
strukturunu  müəyyən  etsin.  Bu,  olmadığı  halda,  biz  qərarlar  verə,  verilən 
qərarların  əsaslanmalı  olduğu  meyarları  müəyyən  edə,  cəmiyyətin  ümumi  işini 
təşkil edə və bir sıra digər mühüm məsələləri həll edə bilmərik. 
Gündəlik  həyatımızda  qarşılaşdığımız  konkret  hüquqi  məsələləri  həll 
etmək üçün konstitusiyaya tez-tez istinad etməsək də, bir çox hüquqi məsələlərin 
və  ictimai  münasibətlərin  məhz  konstitusiya  əsasında  mövcud  olduğunu 
anlayırıq  (və  ya  anlamalıyıq).    Məhz  bu  nöqteyi-nəzərdən  Konstitusiya  ölkənin 
əsas və ya “fundamental” qanunudur. Misal üçün, iki fərd arasında mülkiyyətə 
dair  konkret  mübahisə  yaranan  zaman  onlar  məhkəməyə  müraciət  edirlər.  
Həmin  fərdlər  buna  o  qədər  də  diqqət  yetirməyə  bilərlər,  ancaq  onların 
məhkəməyə 
müraciət 
etmələri 
məhz 
Konstitusiyadan 
irəli 
gəlir. 
Konstitusiyamızın  125.1-ci  maddəsinə  əsasən  “Azərbaycan  Respublikasında 
məhkəmə  hakimiyyətini  ədalət  mühakiməsi  yolu  ilə  yalnız  məhkəmələr  həyata 
keçirirlər”,    60.1-ci  maddəyə  əsasən  isə  “Hər  kəsin  hüquq  və  azadlıqlarının 
məhkəmədə müdafiəsinə təminat verilir”.  Daha irəli gedərək söyləyə bilərik ki, 
məhkəmənin mübahisəni həll edərkən əsas götürməli olduğu qanun (misal üçün, 
Mülki  Məcəllə)  kollegial  orqan  olan  və  xalqın  seçdiyi  Milli  Məclis  tərəfindən 
qəbul  olunmuşdur  –  Nazirlər  Kabineti,  bələdiyyə  və  s.  tərəfindən  deyil.    Milli 
Məclis də Konstitusiya əsasında yaranmışdır. Bu qanun Konstitusiyada nəzərdə 
tutulan prosedur vasitəsi ilə qəbul olunmuşdur ki, son nəticədə qanunun ədalətli 
olması təmin edilsin.  Və sair və ilaxır... 
Konstitusiya bu mənada (və hüquq nəzəriyyəsində  sizə bildirildiyi kimi) 
vətəndaşların  arasında  onların  birgə  yaşamalarına  və  fəaliyyət  göstərmələrinə 
dair müəyyən müqavilədir.  
 
 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə