Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə66/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   63   64   65   66   67   68   69   70   71

162 
 
sübutları yazılı formada yaxşı təhlil edə bilməz.  Bir sözlə, yazılı qərarlar bizə çox 
şeyi deyir – hətta pis yazılan qərar belə.    
 
  Lakin, hüquqi yazı sadəcə hüquqi mətnin keyfiyyətinin ölçüsü və ya 
göstəricisi deyildir.  Hesab edirəm ki (və yəgin çoxları razılaşar ki), o, eyni 
zamanda, hüquqi bacarıqların təkmilləşdirilməsi üçün alətdir.  Hər hansı mətni 
mükəmməl yazmaq üçün, müəllif ilk növbədə mətnin mövzusunu yaxşı 
bilməlidir.  Mövzunu yaxşı bilmədən hər hansı məsələni yazılı şəkildə, xüsusən 
də sadə dildə izah etmək, çox çətindir (əgər mümkündürsə).  
 
Mükəmməl yazmağı öyrənməyin məqsədi yalan yazmaq deyildir - əsas 
məqsəd yazıları oxuculara daha yaxşı çatdırmaq və mövqeyi daha yaxşı izah 
etməkdir.    
         
QAYDALAR 
 
Hüquqi yazının daha mükəmməl və effektiv olması üçün müasir yazı sahəsində 
ixtisaslaşan mütəxəssislər aşağıdakı ən mühüm və əsas qaydalara riayət etməyi 
tövsiyə edirlər.  Bu yalnız seçilmiş (əhəmiyyətliliyindən asılı olaraq) 
tövsiyyələrdirlər.  Hüquqi yazıya dair xüsusən də İngilis dilində ədəbiyyat 
kifayət qədər çoxdur və orada digər faydalı məlumatlarla tanış olmaq olar.  
Ancaq hər bir halda hüquqi yazını inkişaf etdirməyin yolu yazı qaydalarını 
öyrənmək, sonra isə onları tətbiq etməkdir – praktika, praktika, praktika.  
 
1.
 
S.A.Q.Sadəaydın və qısa yazın.  Uzun və qəliz yazılar mətnləri daha 
“elmi” və “ağıllı” etmirlər.  Bir qayda olaraq, gözəl və ağıllı yazı sadə, 
aydın və qısa yazıdır. 
Bu qaydaya riayət etmək üçün ilk növbədə cümlələri qısa yazmaq 
lazımdır. Bir cümlə bir səhifənin yarısını və ya üçdə birini tutmamalıdır.  
Bu cür cümlələri çoxları diqqətlə oxumurlar.   
Əmin olun ki, cümlə hər hansı konkret və mühüm olan fikri ifadə 
edir. Ümumi sözlərdən və ümumi qiymətləndirmədən ibarət olan (misal 
üçün, “çox gözəl”, “mühüm əhəmiyyət kəsb edən” və s.) cümlələrdən 
qaçın.  Mətləbə keçin.  Əmin olun ki, mətndə ən mühüm mövqeyiniz və 
digər mühüm məsələlər öz əksini tapmışdır.  Bir sözlə çalışın “qısa və 
konkret” olasınız. 
 
2.
 
Mətni başlamaq: Mətni ən mühüm mövqeyiniz və ya mətnin nəticəsini 
(və ya məğzini) səsləndirən cümlə ilə başlayın.  Sonra bu mövqeyi izah 
edin və digər mühüm məlumatları əlavə edin.  Misal üçün, əgər biz alqı-
satqı müqaviləsi üzrə Alfa şirkətinə qarşı pulun ödənilməsi iddiası ilə 
məhkəməyə müraciət ediriksə, o zaman yəqin ki, iddia ərizəsini bu cümlə 


163 
 
ilə başlamaq istəyərik: “Alfa Şirkəti bizimlə müqavilə bağlamış, üzərinə pulu 
ödəmək vəzifəsi götürmüş, ancaq ödənişi etməmiş və müqavilə üzrə öhdəliyini 
pozmuşdur.  Buna görə də Alfa Şirkəti bizə X məbləğində pul ödəməlidir”.  Bu 
iddia ərizəsinin əsas məqsədi Alfa şirkətinin müqaviləni pozduğunu və 
bizim ondan pul tələb etdiyimizi bildirməkdir.  Daha sonra biz Alfa 
şirkətinin nə şirkət olduğu, nə ilə məşğul olduğu, müqavilənin hansı 
şərtlərlə bağlandığını və s. məsələlər barədə məlumat verə bilərik.  
 
3.
 
Məlum cümlə: Çalışın məlum cümlələrdən
165
 istifadə edin – məchul 
cümlələrdən
166
 deyil.  Bu çox mühüm qaydadır!  Məlum formada qurulan 
cümlələri anlamaq daha asandır.  Bu cür cümlələr daha konkretdirlər.  
Misal üçün, yazmaq lazımdır: “İddiaçı məhkəmədə iddia qaldırmışdır”; 
yazmaq lazım deyil: “məhkəmədə iddia qaldırılmışdır”, və ya “iddiaçı 
tərəfindən iddia qaldırılmışdır”.   
Bu mühüm qaydaya riayət etmək üçün cümlədə subyekti müəyyən 
etmək lazımdır – hərəkəti kim yerinə yetirir?  Bir çox hallarda insanlar 
subyekti müəyyən etmək istəmədikləri üçün cümlələri məchul formada 
yazırlar.  Bu heç də yaxşı olmayan praktikadır.  Məlum cümlələr daha 
aydındırlar, o cümlədən oxucuya daha aydın istiqamət verirlər.  Məsələn 
yuxarıdakı iddia ilə bağlı cümlədə – məchul formada qurulan cümlə 
məhkəmədə iddia qaldırılmışdır” subyekti gizlədir – bizə demir kim iddianı 
qaldırmışdır
167
.  
Əlbəttə bəzən biz cümlələri məchul formada qurmağa məcburuq.  
Ancaq biz bundan maksimal olaraq qaçmağı tövsiyə edərdik.   
 
4.
 
Artıqları ləğv edin: Artıq və zəruri olmayan sözlərdən, söz 
birləşmələrindən və cümlələrdən qaçın.  “Yazıb bildiririk ki”, “nəzərinizə 
çatdırırıq ki”, “nəzərə alın ki”
168
 və s. kimi sözlər cümlədə artıqdır və heç 
bir əhəmiyyət kəsb etmir.  Əksinə, oxucunu çaşdırır.  Aydındır ki, əgər biz 
məktub və ya müraciət yazırıqsa, yazdıqlarımızı bildirmək üçün yazırıq – 
əlavə olaraq “yazıb bildiririk ki” yazmağa ehtiyac yoxdur.  Eyni ilə 
“nəzərə alın ki” – əgər biz yalnız bir neçə cümləni “nəzərə alın ki,” sözləri 
nəzərə çatdırırıqsa, o zaman digər cümlələr nə üçündür? (ritorik sualdır). 
                                                 
165
 İngilis dili qrammatikasında “active voice”, Rus dili qrammatikasında “действительный залог” 
qaydasına yaxındır 
166
 İngilis dili qrammatikasında “passive voice”, Rus dili qrammatikasında “страдательный залог” 
qaydasına yaxındır 
167
 Əlbəttə iddianı iddiaçılar qaldırırlar, ancaq bu bir misaldır.   
168
 İngilis dilində daha çox istifadə olunan sözlərdən biri – “Please note”-dur.  Bu sözləri sevən şəxslərə 
bildirmək istərdik ki, “please note that these words are redundant”. 


164 
 
 
5.
 
Hekayə danışın: Mövqe bildirən hüquqi yazılar bir növ hekayəyə 
bənzəyir.  Ancaq bu hekayət faktlardan, təhlillərdən və s.-dən ibarətdir.  
Yaxşı yazı diqqəti cəlb edir və oxucunu daima “sonra nə baş verdi?” və ya 
“müəllif bu hüquqi mövqeyi görəsən daha necə əsaslandırır?” suallarını 
verməyə məcbur edir.  Burada cümlələrin yaxşı təşkil olunması, strukturu 
və ardıcıllığı böyük rol oynayır.       
 
MƏHKƏMƏ QƏRARLARI 
 
Məqalənin bu hissəsində istərdik məhkəmə qərarları barədə müzakirə aparaq.  
Öncədən qeyd edək ki, məhkəmə qərarları bizim “hücum obyektimiz” deyildir.  
Sadəcə olaraq, onlar cəmiyyət üçün daha böyük əhəmiyyət kəsb edirlər.  Onu da 
qeyd edək ki, qanunvericilik məhkəmə qərarlarının strukturuna dair bəzi 
tələblər müəyyən edir.  Ancaq bunlar çox ümumi xarakter daşıyır və burada 
qeyd etdiyimiz qaydaların tətbiqini qətiyyən istisna etmir. 
 
Yuxarıda sadalanan qaydaların hamısını məhkəmə qərarlarına tətbiq 
etmək olar.  Ancaq bir sıra xüsusiyyətlər vardır.  Məhkəmə qərarlarının özləri 
qısa olmaya da bilər – yaxşı məhkəmə qərarı ondan təsbit olunan mövqeyi ətraflı 
izah etməlidir, sübutları tutuşdurmalı və təhlil etməlidir.  Bununla belə, 
cümlələrin qısa və aydın olması vacibdir.   
 
Digər bir məsələ məhkəmə qərarlarında məchul cümlələrin istifadəsidir.  
Məhkəmə hər hansı qaydanı müəyyən
169
 və ya təsdiq edərkən bu cür 
cümlələrdən istifadə etmək məcburiyyətindədir.  Bu məqbuldur, çünki qaydalar 
ümumi xarakter daşıyır və tətbiqi konkret şəxslərlə məhdudlaşmır.  Bununla 
belə, maksimal olaraq məchul cümlələrdən qaçmaq lazımdır – məhkəmə 
qərarlarının böyük əksəriyyəti konkret şəxslər arasında konkret problemi həll 
etmək məqsədi daşıyır, və məchul cümlələrin çox olması heç də yaxşı praktika 
deyil. 
 
Yuxarıda qeyd etdiyimiz 2-ci qayda – mətni başlamaq – məhkəmə 
qərarlarında çox mühüm əhəmiyyət kəsb edir, hərçənd bu qayda praktikada 
nadir hallarda tətbiq olunur.  Bir qayda olaraq məhkəmə qərarı qərarın qısa 
xülasəsi ilə başlamalıdır.  Misal üçün, “A B-yə qarşı filan-filan əsaslarla iddia 
qaldırmışdır.  Məhkəmə iddianı təmin edir, çünki....”.  Sonra daha ətraflı yazmaq olar. 
 
                                                 
169
 Məhkəmələrin qaydalar müəyyən etmələri barədə baxın presedentlər haqqında məqaləyə: 
http://www.legalforum.az/?cat=articles&id=171
    


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə