Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə65/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   61   62   63   64   65   66   67   68   ...   71

158 
 
 
Avropa İnsan Haqları Məhkəməsi öz yurisdiksiyası çərçivəsində hüququn 
aliliyi prinsipini Avropa Konvensiyasının preambulasına istinad etməklə, əsasən, 
bəzi  məsələlərə  münasibətdə  birbaşa  tətbiq  edir.  Misal  üçün:  Avropa 
Məhkəməsinin  yuxarıda  təqdim  etdiyimiz  S.  və  Marper  Birləşmiş  Krallığa  qarşı 
işində (səh., 104) olduğu kimi, özlərində hər hansı qayda ehtiva edən qanun və 
qaydaların  çox  geniş  olmasını  hüququn  aliliyi  prinsipinin  pozulması  kimi 
qiymətləndirir  –  95-98  paraqraflarda  məhkəmə  qeyd  edir  ki,  hüququn  aliliyi 
prinsipinə  cavab  verməsi  üçün  qanun  öncədən  görünən,  aydın  və  dəqiq 
olmalıdır.   Digər bir qrup iş “hüquqi müəyyənlik” prinsipi  ilə bağlıdır. Avropa 
İnsan  Haqları  Məhkəməsi  qərarlarında  qeyd  etmişdir  ki,  yerli  məhkəmələrdə 
sonsuz çəkişmələr, yəni bir işin uzun müddət bir neçə məhkəmə instansiyasında 
dövr etməsi “hüquqi  müəyyənlik” pinsipini pozur, çünki  bu praktika  iş barədə 
son  qərarın  olmamasına  səbəb  olur  –  bu  da  məhkəmənin  əhəmiyyətini  azaldır, 
insanlarda  məhkəmələrə  qarşı  etimadsızlığa  səbəb  olur
161
.  Avropa  Məhkəməsi 
latın  dilində  "res  judicata"  kimi  ifadə  olunan  hüquqi  müəyyənlik  prinsipini 
Avropa  Konvensiyasının  preambulasında  yer  alan  hüququn  aliliyinə  və 
Konvensiyanın 6.1-ci maddəsinə istinad etməklə müəyyən etmişdir. Ancaq istər 
"res judicata", istərsə də qanunun açıq və dəqiq olması tələbi hüququn aliliyinin 
daha çox dar mənasına uyğun gəlir.           
 
Bir  çox  hallarda  qanunlara  nəzarət  edən  məhkəmələr  insan  hüquq  və 
azadlıqların,  eləcə  də  digər  mühüm  konstitusion  prinsiplərlə  ictimai  maraqlar 
arasında  balansa  nail  olunub-olunmadığını  müəyyən  etməyə  çalışırlar.  Misal 
üçün, yuxarıda təqdim etdiyimiz S. və Marper Birləşmiş Krallığa qarşı işində (səh., 
104)  Britaniya  hökuməti  ictimai  maraqları  (dövlət  maraqlarını)  müdafiə  edərək 
iddia  edirdi  ki,  DNT  nümunələrini  dövlət  nə  qədər  uzun  müddətə  saxlaya 
bilərsə,  o  qədər  cinayətkarlığa  qarşı  yaxşı  mübarizə  apara  bilər.  Ərizəçilər  isə 
insan  hüquqlarını  müdafiə  edərək  bəraət  almış  şəxslər  barədə  bu  cür 
məlumatların saxlanılmasını pozuntu kimi qiymətləndirirlər. Məhkəmə qərarı ilə 
DNT  və  ya  digər  məlumatların  necə  saxlanılmalı  olduğu  qeyd  olunmur  –  üzv 
dövlətlər  prinsip  etibarilə  saxlamanı  təşkil  etməkdə  azaddırlar,  o,  sadəcə 
hökumətin  məlumatların  saxlama  formasının  yuxarıda  qeyd  olunan  balansı 
pozduğunu qeyd edir. 
Balans  sadəcə  insan  hüquq  və  azadlıqları  deyil,  eyni  zamanda  digər 
konstitusion  prinsiplər  arasında  da  aparıla  bilər  –  misal  üçün,  dövlət  orqanları 
arasında  hakimiyyət  bölgüsü  konsepsiyası  özündə  həmin  orqanların 
səlahiyyətləri  arasında  balansın  mütləq  olduğunu  ehtiva  edir.  Hüququn  aliliyi 
                                                 
161
 Baxın: misal üçün, Ryabıx Rusiyaya qarşı (Ryabykh v. Russia), AİHM, Ərizə N. 52854/99; para. 
51-52   


159 
 
ölkədə  bütün  mühüm  hüquqi  və  konstitusion  əhəmiyyət  daşıyan  məsələlərdə 
müfəssəl  balansa  nail  olmaq  kimi  başa  düşülə  bilərmi?  Yoxsa  balanslaşma 
hüququn aliliyinin yalnız bir hissəsidir? 
 
Hüququn aliliyi Azərbaycan Konstitusiyasında 
 
 
Yuxarıda qeyd olunanlardan belə bir nəticə hasil olur ki, qanun olması heç 
də onun hüququn aliliyi prinsipinə  cavab verməsi deyil, bunun üçün qanun və 
ya qayda  ən azından  mühüm prosessual (və bəzi hüquqşünaslara görə, maddi) 
tələblərə  cavab  verməlidir.  Hesab  edirik  ki,  bu  konsepsiyanın  Azərbaycan 
Konstitusiyasında  əsasları  var.  Konstitusiyanın  149.1-ci  maddəsinə  əsasən 
Azərbaycan  Respublikasında  qəbul  olunan  “[N]ormativ-hüquqi  aktlar  hüquqa 
və  haqq-ədalətə  (bərabər  mənafelərə  bərabər  münasibət)  əsaslanmalıdır”. 
“Hüquq” və ya “haqq-ədalətin” nə olduğu, bu hüquqi terminlərin tərifinin olub-
olmaması  haqda  fikir  yürütməyimiz  bizi  sonu  olmayan  müzakirələrə  aparacaq, 
çünki hüququn aliliyi prinsipinin mühüm hissəsini təşkil edən bu anlayışlar elə 
hüququn  aliliyi  kimi  də  geniş  şərh  edilə  bilər.  “Hüquq”  anlayışı  elə  sovetlər 
dövründə  də  geniş  spektri  əhatə  edən  bir  anlayış  kimi  qəbul  olunurdu;  onun 
tərifi  haqda  hüquqşünas  alimlər  mübahisə  edirdilər  –  bəziləri  hüququ  qanunla 
eyniləşdirir,  bəziləri  isə  onun  qanundan  qırağa  çıxaraq  yazılmış  və  yazılmamış 
prinsipləri ifadə etdiyini iddia edirdilər.  
 
 
 
 
 


160 
 
 
 
 
 
 
 
 
ƏLAVƏ MATERİALLAR 
 
 


161 
 
 
HÜQUQİ YAZIYA GİRİŞ – BƏZİ MÜHÜM 
QAYDALAR 
 
Rəşid Əliyev
162
 
 
Siz uzun və qəliz mətnləri oxumaqdan zövq alırsınız?  Düşünürəm ki, yox.   
İnsanlar uzun və qəliz mətnləri oxumağı sevmirlər.  Hüquqi mətnlərə və 
hüquqi yazılara da münasibət eynidir.  Məhkəmə qərarları da daxil olmaqla
hüquqi mətnlər insanlar üçün yazılır – onlar digər planetdən gələn şəxslər üçün 
nəzərdə tutulmur.   
Bu məqalə hüquqi yazı – daha konkret desək, hüquqi mətnləri daha 
mükəmməl yazmaq üçün istifadə olunan “qaydalar”
 163 
haqqındadır.  Bu məqalə 
üzrə “hüquqi yazı” dedikdə rəsmi yazışmalar (məktublar), memorandumlar, 
məhkəmə qərarları, ittiham aktları, iddia ərizələri və s. kimi yazılar nəzərdə 
tutulur.  Əlbəttə bu sadalanan sənədlərin hər birinə dair istər qanunvericilikdə, 
istərsə də müasir yazı praktikasında xüsusi qaydalar mövcud ola bilər.  Biz 
burada daha çox bütün hüquqi yazılara dair tətbiq oluna biləcək qaydalar 
haqqında söhbət açacayıq.  
Bu məqalə qanunlar, qaydalar və müqavilələr kimi qaydalar müəyyən edə 
sənədlərin yazılışı və tərtibi haqda deyildir.  Bu ayrıca bir mövzudur.     
 
HÜQUQİ YAZININ ƏHƏMİYYƏTİ 
 
Əgər biz hüquq sistemində, o cümlədən akademik sahədə, inkişaf prioritetlərini 
müəyyən etməliyiksə, hesab edirik ki, hüquqi yazının təkmilləşdirilməsi bu 
prioritetlərdən biri olmalıdır.  Hüquqi yazının əhəmiyyəti böyükdür
164
.  Məsələn, 
məhkəmə qərarları: yazılı qərar məhkəmə prosesinin son nəticəsidir və burada 
proses zamanı bütün mühüm məsələlər öz əksini tapmalıdırlar – hansı sübutlar 
mövcuddur, kim hansı mövqedə olmuşdur, sübutlar necə qiymətləndirilir? və s.  
Sübutları dəqiq araşdırmayan, dinləməyən hakim (və ya onun katibi) bu 
                                                 
162
 
LLM Pensilvaniya Universiteti, LLM Mərkəzi Avropa Universiteti; Bakalavr, Dövlət İdarəçilik 
Akademiyası.  Rəşid Əliyev hazırda FİNCA Azərbaycan Bank Olmayan Kredit Təşkilatının Hüquq 
Departamentinin Meneceri vəzifəsində çalışır.
   
 
163
 Burada hüquqi yazıya münasibətdə “qayda” sözü daha çox qeyri-formal qaydalar və müasir hüquqi yazı 
praktikasında ən yaxşı praktika mənasını daşıyır.  Burada “qayda” dedikdə qanunvericilikdə nəzərdə 
tutulan qaydalar nəzərdə tutulmur. 
164
 
Hüquqi yazı demək olar ki, artıq özü-özlüyündə bir elmdir və bir çox ölkələrdə, xüsusən də ABŞ 
universitetlərinin hüquq fakültələrində geniş tədris olunur.
 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə