Azərbaycan Dövlət İqtisad Universiteti БАНК ИШИ КАФЕДРАСЫ “BANK İŞİ” fənni
Mövzu: 1. Bank sisteminin fəaliyyətinin əsasları
Kommersiya banklarının əsas fəaliyyət prinsipləri Kommersiya bankları özlərinin müxbir hesablarındakı vəsait müqabilində digər bankların xeyrinə nağdsız hesablaşmalar apara bilər Kommersiya bankları öz fəaliyyətlərində resurslar ilə kredit qoyuluşu arasında miqdar nisbətinə riayət etməklə yanaşı, bank aktivlərinin xarakteri ilə səfərbər edilmiş resursların xösusiyyətləri arasında uyğunluğa nail olmalıdır Bank fəaliyyətinin iqtisadi normativləri müəyyənləşdirilərkən və onların əməliyyatları nizamlaşdırılarkən bank aktivlərinin onun passivlərinin xarakterindən ciddi asılılığı nəzərə alınmalıdır Kommersiya banklarının fəaliyyətinin ikinci vacib prinsipi onların iqtisadi cəhətdən tam sərbəst olmasıdır. Bank öz fəaliyyətinin nəticələrinə görə iqtisadi məsuliyyət daşıyır. Kommersiya banklarının fəaliyyətinin üçüncü prinsipi ondadır ki, kommersiya banklarının öz müştəriləri ilə iqtisadi münasibətləri adi bazar münasibətləri əsasında qurulur. Göstərdiyi xidmətə görə müştərilərdən haqq alır, ona göstərilən xidmətlərə görə isə haqq ödəyir. Kommersiya banklarının dördüncü fəaliyyət prinsipi ondadır ki, banklarının fəaliyyətinin nizamlaşdırılması dolayı iqtisadi üsullarla aparılır.
Kommersiya banklarının əsas funksiyaları Kredit üzrə vasitəçilik etməkdir. Bu o deməkdir ki, banklar müəssisə fondlarının və fərdi şəxslərin pul gəlirlərinin dövriyyəsi prosesində müvəqqəti sərbəstləşən pul vəsaitlərini səfərbər edərək onları ehtiyacı olanlar arasında yenidən bölüşdürür Ikinci vacib funksiyası təsərrüfatları yığıma həvəsləndirməkdir Üçüncü funksiyası sərbəst subyektlər arasındakı hesablaşmalarda vasitəçilik etməkdir
Bankların fəaliyyət istiqamətləri Tələbli və müddətli depozitlərin və digər qaytarılan vəsaitlərin cəlb edilməsi Kreditlərin verilməsi Reqses hüquqi ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq,lizinq xidmətləri Fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesabların açılması və aparılması Klirnq, hesablaşma-kassa xidmətləri; pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi Ödəniş vasitələrinin (kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması
Bankların fəaliyyət istiqamətləri Öz hesabına və ya müştərilərin hesabına maliyyə vasitələrinin (çeklərin, köçürmə veksellərinin, borc öhdəliklərinin və depozit sertifikatlarının) xarici valyutanın, qiymətli metalların və daş qaşların, valyuta və faiz vəsaitlərinin, səhmlərin və digər qiymətli kağızların, habelə forvard kontraktlarının, svoplara dair istiqrazlara, qiymətli metallara və ya faiz dərəcələrinə aid digər törəmə vasitələrini satın alınması və satılması qiymətli metalların əmanətə cəlb edilməsi və ya yerləşdirilməsi Öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına və ya müştərilərin hesabına akkreditivlərin açılması Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət Maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi Kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi Qiymətlərin, o cümlədən banknotların və sikkələrin inkassasiya edilməsi və göstərilməsi
Kommersiya banklarının maliyyə sabitliyini təmin edən Milli Bankın onlar üçün müəyyən etdiyi normativləri Nizamnamə kapitalının minimum miqdarı Məcmu kapitalın minimum miqdarı Likvidlik göstəriciləri Birborc alan və ya biri biri ilə əlaqədar borc alanlar qrupu üçün kredit risklərinin maksimum miqdarı Məcmu kredit risklərinin maksimum miqdarı Digər hüquqi şəxslərin kapitalında bankların iştirakının maksimum miqdarı Digər hüquqi şəxslərin kapitalında bankların məcmu iştirakının maksimum miqdarı Açıq valyuta mövqeyinin limitləri Faizlərin hesablanması, dayandırılmış aktivlərə aid tələblər
Bank fəaliyyətinin lisenziyalaşdırılması üçün əsasən aşağıdaki sənədlər təqdim olunur Təsis müqaviləsi – o bütün təsisçilər tərəfindən imzalanır Kredit təşkilatının nizamnaməsi Biznes planı Dövlət rüsumunun ödınilməsini təsdiq edən sənəd Təsisçilər haqqında məlumat Nizamnamə kapitalına köçürülən vəsaitlərin yaranma mənbəini göstərən sənəd Kredit idarəsi rəhbərlərinin siyahısı
Lisenziyanın ləgv edilməsi Bank müflis elan edildikdə Lisenziya almaq üçün ərizə verilərkən təqdim olunmuş sənədlərdə yanlışlıqlara yol verildikdə Bank lisenziyasında nəzərdə tutulmayan fəaliyyət növlərini heyata keçirdikdə Bilərəkdən Milli Banka yanlış hesabat və məlumat verildiyi faktlar müəyyənləşdirildikdə Bankın nizamnamə kapitalının müəyyən olunan minimum miqdardan az olduqda və s. (qanunda bu qəbildən 18 bənd nəzərdə tutulub)
Qovuşma Yeni bank yaratmaq məqsədi ilə iki və ya bir neçə bankın əmlakının və fəaliyyətinin birləşdirilməsidir. (könüllü) Yeni bank yaranan anda digərləri fəaliyyətini dayandırır. Yeni bankın səhmləri həmən bankların qoyuluşları və əmlaklarına müvafiq olaraq paylanır. Yeni rəhbərlik birləşən bankların rəhbərlərindən ibarət olur. Birləşdirilən Qovuşmanın bir forması olmaqla bir bankın digərini satın alması deməkdir. Bu zaman satın alanmış bankın bütın hüquq və vəzifələri satın alan banka keçir. Birləşdirilmə xoldinq kompaniyalarının inkişafı zamanı baş verir. Bu zaman bank müəyyən səhm paketlərini almaqla bankı, sıgorta, investisiya kompaniyalarını, pensiya fondunu və s. özünə birləşdirir. Yenidən təşkil olunma Bankın təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar prosesdir. Bu prosesdə banklar yeni əməliyyatların aparılmasına lisenziya alır və universallaşmağa irəliləyir.
Diqqətinizə görə təşəkkürlər!
Dostları ilə paylaş: |