Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə61/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   57   58   59   60   61   62   63   64   ...   71

148 
 
yaşadığı  müəyyənləşdirilsin.  Bu  da  hansı  ərazinin  qanunverici  orqanda 
neçə  nəfərlə  təmsil  olunması  üçün  vacibdir.  Tennessi  Ştatında  isə  ərazi 
bölgüsünə  1901-ci  ildən  iş  müzakirə  olunanadək  baxılmamış  qalırdı.  O 
zamandan Beykerin yaşadığı Şelbi rayonunun  əhalisi  çox artmışdı. O, öz 
bərabərlik hüququnun pozulması barədə məhkəməyə şikayət verir.  Aşağı 
instansiya məhkəmələri iş üzrə qərar verməkdən imtina edirlər – onların 
qərarına  əsasən  mübahisəli  məsələ  “siyasi  məsələdir”  və  məhkəmə 
tərəfindən  həll  oluna  bilməz.    Ali  Məhkəmə  apellyasiya  qaydasında  işə 
baxaraq Beykerin xeyrinə qərar çıxarır.] 
Hər  hansı  məsələnin  müəyyən  dərəcədə  Konstitusiya  əsasında 
hakimiyyətin  digər  qanadına  verilib-verilmədiyi  barədə,  yaxud  həmin 
hakimiyyət qanadının hərəkətinin onun hər hansı səlahiyyət həddini aşıb-
aşmaması  barədə  qərar  çıxarmaq  Konstitusiyanın  şərhini  özündə  ehtiva 
edən həssas bir məsələdir və Konstitusiyanın yekun şərhini həyata keçirən 
məhkəmənin vəzifəsidir...   
Aydın  məsələdir  ki,  sualların  yarandığı  şəraitdən  asılı  olaraq,  bir-
birindən  azacıq  fərqlənən  bəzi  formullar  siyasi  məsələni  də  özündə  əks 
etdirə  bilər,  hərçənd  ki  bu  formulların  hər  birinin  bir  və  ya  daha  artıq 
elementləri  olur  ki,  onlar  mahiyyət  etibarilə  hakimiyyət  bölgüsü 
funksiyasını özündə əks etdirir.  
Artıq  həll  olunmuş  və  qərarlarımıza  əsasən  siyasi  məsələlərin  yer 
aldığı  istənilən  işə  ötəri  nəzər  saldıqda  bəlli  olur  ki,  siyasi  məsələ  (1)
148
 
müvafiq  siyasi  departamentə  (yəni  orqana  –  əlavə  mənimdir) 
Konstitusiyanın mətninə əsasən həvalə edilmiş məsələdir; (2) yaxud onun 
həlli  üçün  məhkəmə  qaydasında  müəyyən  oluna  və  idarə  edilə  bilən 
standartlar yoxdur; (3) yaxud öncə açıq-aydın məhkəmənin səlahiyyətinə 
aid  olmayan  siyasətin  müəyyənləşdirilməsi  həll  olunmadan  qərarların 
qəbulu  mümkün  deyil;  (4)  yaxud  məhkəmələr  tərəfindən  hakimiyyət 
qanadlarının  düzgün  koordinasiyası  nəzərə  alınmaqla  müstəqil  qərar 
çıxarılması  mümkün  deyil;  (5)  yaxud  artıq  qəbul  olunmuş  və  şübhə 
doğurmayan  siyasi  qərara  sadiqlik  tələb  olunur;  (6)  yaxud  bir  məsələ 
barədə  müxtəlif  departamentlərin  verdiyi  ayrı-ayrı  bəyanatlar  potensial 
çaşqınlıq yarada bilər.  
Əgər  bu  formullardan  hər  hansı  birini  işin  həllinə  şamil  etmək 
mümkün  deyilsə,  onda  işdə  siyasi  məsələnin  yer  aldığı  əsas  gətirilərək 
ona  məhkəmə  qaydasında  baxılmasından  imtina  edilə  bilməz.  Bizim 
nəzərdən  keçirdiyimiz  doktrina  “siyasi  işlərdən”  biri  deyil,  “siyasi 
                                                 
148
 Cümlələrin əvvəlində olan rəqəmlər ilkin mətndə yoxdur, biz bunları oxucuların rahatlığı üçün mətnə 
daxil etmişik.  


149 
 
məsələlərdən”  biridir.  Məhkəmələr  “siyasi”  hərəkət  adlandırılan  bəzi 
hərəkətlərin  konstitusiyanın  verdiyi  səlahiyyət  həddini  aşıb-aşmadığı 
barədə  vicdanlı  məhkəmə  iddiasını  “məhkəmədə  baxılmalı  olmayan  iş” 
hesab edərək rədd edə bilməzlər. Nəzərdən keçirdiyimiz işlər hər bir işdə 
konkret faktların və konkret halların fərqli şəkildə araşdırılmasının zəruri 
olduğunu və hər hansı semantik təsnifatın mümkün olmadığını göstərir. 
 
Məhkəmənin  əsaslandırmasından  göründüyü  kimi,  o,  6  mühüm  sərhəd 
müəyyən  edir  və  bildirir  ki,  məhkəmə  cavab  verməyən  işlər  üzrə  qərar 
verməkdən  imtina  edəcəkdir.  Ancaq  bu  tələblərin  də  müəyyən  xüsusiyyətləri 
var:  onlar  (1)  ümumi  şəkildədirlər  və  (2)  hansı  işin  bu  tələblərə  cavab  verib-
vermədiyini məhkəmə özü müəyyən edir. Sonuncu o deməkdir ki, məhkəmə özü 
istədiyi  işi  icraata götürə və ya götürməkdən imtina edə bilər. Məhkəmə doğru 
olaraq  vurğulayır  ki,  onun  müzakirə  etdiyi  “işlər  konkret  faktların  və  konkret 
halların  fərqli  şəkildə  araşdırılmasının  zəruri  olduğunu  və  hər  hansı  semantik 
təsnifatın mümkün olmadığını göstərir”. Buna baxmayaraq, məhkəmənin Beyker 
Kar-a  qarşı  qərarı  onun  siyasi  məsələlərə  dair  müdaxiləsi  barədə  mövqeyini 
açıqlaması istiqamətində böyük addım idi. 
 
Siyasi məsələ doktrinası ABŞ-da və Avropada – müqayisəli analiz 
 
 
Bəzi alimlərin fikrincə, siyasi məsələ doktrinası ABŞ-da Avropa ölkələrinə 
nisbətən  daha  ciddi  mübahisələrə  səbəb  olur.  Bunu  onunla  əsaslandırırlar  ki, 
konstitusiya  icraatı  və  ya  daha  dəqiq  desək,  məhkəmələrin  qanunlar  üzərində 
nəzarəti  həyata  keçirmək  hüquqlarının  olması  bir  çox  ölkələrdən  fərqli  olaraq, 
ABŞ  Konstitusiyasında  təsbit  olunmayıb.
149
  Misal  üçün,  Almaniya  Konstitusiya 
Məhkəməsinin  səlahiyyətləri  ölkənin  Əsas  Qanunu  ilə  müəyyən  edilmişdir.
150
  
Bunu  eyniliklə  Fransa
151
,  Rusiya
152
  və  bu  kimi  başqa  dövlətlərə  aid  etmək  olar. 
Çox  güman  ki,  elə  bu  səbəbdən  Almaniya  Konstitusiya  Məhkəməsi  öz 
səlahiyyətlərindən geniş istifadə etməkdən çəkinmir.
153
 Bəzi alimlərin fikirlərinə 
görə,  Almaniya  Federativ  Respublikasında  iki  palatadan  ibarət  olan  parlament 
sistemi  zəifləməyə  doğru  inkişaf  edir  və  Konstitusiya  Məhkəməsinin 
səlahiyyətlərindən  istifadə  edərək  parlamentin  öz  səlahiyyətlərini  rahat  icra 
                                                 
149
 Baxın: qeyd 3.  Michel Rosenfeld. 
* (1) - (6) rəqəmləri müəllif tərəfindən əlavə edilmişdir. 
150
 Əsas Qanun (Grundgezets), mad. 93 
151
 1958 Fransa Konstitusiyası, mad. 7, 16, 37, 46, 61;  
152
 Конституция Российской Федерации, ст. 125 
153
 Baxın: qeyd 14.  D. Currie, səh. 170-172. 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə