Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə62/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   58   59   60   61   62   63   64   65   ...   71

150 
 
etməsini  məhdudlaşdırmasını  bunun  səbəblərindən  biri  kimi  göstərirlər.
154
 
Ancaq  buna  baxmayaraq,  Almaniya  Konstitusiya  Məhkəməsi  bəzən  öz 
səlahiyyətlərini  geniş  tətbiq  etməkdən  də  ehtiyatlanır.    O  da  bunu  ABŞ-da 
olduğu  kimi,  qanunvericinin  müəyyən  məsələlər  üzrə  qərar  vermək  hüququ 
olduğunu  və  bu  cür  qərarların  məhkəmə  tərəfindən  yoxlanmasının 
yolverilməzliyi ilə izah edir.
155
 
 
 
ABŞ  Ali  Məhkəməsinin  siyasi  baxımdan  Avropa  ölkələrində  fəaliyyət 
göstərən  Konstitusiya  və  ya  oxşar  məhkəmələrə  nisbətən  daha  çox  mübahisə 
doğurmasının  digər  səbəbi  konstitusiya  icraatını  həyata  keçirən  məhkəmələrin 
konsepsiyası  ilə  bağlıdır.  ABŞ-da  bütün  məhkəmə  instansiyaları  federal  və  ştat 
aidiyyətini  gözləməklə  qanunlara  nəzarət  edə  bilir  və  qanunların  qüvvədən 
düşmüş  elan  edilməsi  səlahiyyətlərinə  malikdirlər.  Ali  Məhkəmə  isə  bəzi  xırda 
fərqləri  istisna  etməklə  son  apellyasiya  instansiya  məhkəməsi  kimi  fəaliyyət 
göstərir.  Avropa  ölkələrinin  əksəriyyətində  konstitusiya  icraatını  və  ya 
qanunların  üzərində  nəzarət  həyata  keçirən  məhkəmələrin  konsepsiyası  ABŞ-
dan  fərqlidir.  Avropada  qanunvericinin  qərarlarına  hörmət  dərin  köklərə 
malikdir  və  bu  mənada  qanunların  ləğv  olunması  qeyri-adi  prosesdir.  
Konstitusiya  məhkəmələri  və  ya  digər  qanunlara  nəzarət  həyata  keçirən 
qurumlar  adi  apellyasiya  instansiya  məhkəməsi  kimi  deyil,  xüsusi  yuxarı 
instansiya  məhkəməsi  kimi  fəaliyyət  göstərir.  Bu,  ilk  növbədə  o  deməkdir  ki, 
qanunlar üzərində nəzarət, o cümlədən onların ləğv olunması yalnız bir xüsusi 
məhkəmənin  səlahiyyəti  çərçivəsində  ola  bilər.  ABŞ  alimi  D.Kürriye  Almaniya 
Federal  Konstitusiya 
Məhkəməsi 
barədə 
bunları 
yazır: 
“Qanunların 
Konstitusiyaya  uyğun  olmadığını  elan  etmək  səlahiyyəti  üzərində  Konstitusiya 
Məhkəməsinin  monopoliyası  qanunvericiyə  göstərilən  hörməti  ifadə  edir  və 
məhkəmənin qərarlarının legitimliyini təmin edir”.
156
                         
 
Məhdudiyyətlər və konstitusiya icraatının əhəmiyyəti 
 
 
Beləliklə,  biz  ABŞ  və  Avropada  konstitusiya  icraatını  həyata  keçirən 
məhkəmələrin üzləşdiyi problemlərin fərqinə nəzər saldıq.  Bununla belə, onu da 
qeyd  etmək  lazımdır  ki,  ilk  görünüşdən  ABŞ  Ali  Məhkəməsi  daha  çox 
problemlərlə  və  ittihamlarla  üzləşsə  də,  bu  fərq  əslində  nisbi  olaraq  qalır. 
Qanunların üzərində məhkəmə nəzarəti bu nəzarəti həyata keçirən məhkəmələrə 
                                                 
154
 Andreas Vothkuhle, The Erosion of the Parliamentary System in the Federal Republic of Germany  
155
 2 BverfGE 213 (1953), 66 BverfGE 39 (1983) 
156
 Baxın: D.Currie, The Constitution of the Federal Republic of Germany, (1994), səh. 166 


151 
 
kifayət  qədər  geniş  səlahiyyətlər  və  imkanlar  verir  və  hər  zaman  olduğu  kimi, 
burada da geniş səlahiyyətlər daha sərt tənqidə yol açır.  
Ancaq  konstitusiya  icraatı  zamanı  hakimləri  öz  şəxsi  mənəvi  və  siyasi 
fikirlərini  işin  hallarına  tətbiq  etməkdən  çəkindirən  və  onları  siyasətdən 
uzaqlaşdıran  bir  sıra  faktorları  da  qeyd  etmək  lazımdır.  İlk  növbədə,  yuxarıda 
qeyd  olunduğu  kimi,  hakimlər  öz  vəzifələrinə  seçki  yolu  ilə  təyin  olunmurlar. 
Bu,  bir  tərəfdən  məhkəmənin  öz  hüquqlarından  geniş  istifadə  etməsinə  şərait 
yaradırsa,  digər  tərəfdən  hər  hansı  siyasi  müzakirələrdən  uzaq  olmağa,  işə 
qanuna  və  konstitusiyaya  uyğun  baxmağa  imkan  verir.  Daha  bir  faktor  onunla 
bağlıdır  ki,  məhkəmələr  öz  təşəbbüsləri  ilə  işləri  icraata  götürmürlər  –  bu,  ilk 
növbədə  məhkəmə  işinin  başlanması  ilə  əlaqədardır,  yəni  kiminsə  müraciət 
etmədiyi halda, məhkəmə işi icraata götürə və iş üzrə qərar verə bilməz.
157
  Digər 
bir  faktor  çox  zaman  işdə  tərəflərin  və  ya  müraciət  edən  şəxslərin 
arqumentlərinin  məhkəmələr  üçün  çərçivə  rolunu  oynamasıdır.    Konstitusiya 
icraatında  presidentlər  çox  mühüm  əhəmiyyətə  malikdir  –  presidentlər  nəinki 
konkret  işlər  üzrə,  eləcə  də  digər  analoji  hallar  üzrə  məhkəmələrin  mövqeyini 
əks  etdirir.  Şübhəsiz,  bu  da  konstitusiya  icraatı  zamanı  məhkəmələr  üçün 
müəyyən məhdudiyyət kimi çıxış edir. 
 
Biz  yuxarıda  qanunlara  nəzarəti  həyata  keçirən  məhkəmələrin 
fəaliyyətində  bəzi  mümkün  məhdudiyyətlərə  nəzər  saldıq.  Ancaq  bu 
məhdudiyyətlər  də  öz  növbələrində  nisbi  olaraq  qalır.  Konstitusiya  icraatı 
zamanı,  xüsusən  qanunlara  nəzarət  həyata  keçirən  zaman  subyektiv  faktları  – 
yəni  hakimlərin  subyektiv  olması  faktorunu  –  tamamilə  aradan  qaldırmaq 
mümkün  deyil.  ABŞ  Ali  Məhkəməsi  Beyker  Kar-a  qarşı  işində  tamamilə  düzgün 
vurğulayır  ki,  hansı  məsələnin  sırf  siyasi  olub-olmamağını  məhkəmə  məhz  özü 
müəyyənləşdirir.  Bununla  belə,  müəllifin  fikrincə,  konstitusiya  icraatının 
cəmiyyətə  gətirdiyi  xeyir  hakimlərin  öz  siyasi  baxışlarını  işdə  tətbiq  etməsi 
nəticəsində dəyə biləcək ziyandan qat-qat üstün olduğundan (və ya konstitusiya 
icraatı dili ilə desək, “proporsional” olduğundan) konstitusiya icraatı demokratik 
cəmiyyətin mühüm bir hissəsi kimi tanınır.   
Konstitusiya  icraatının  gözə  görünən  əhəmiyyəti  ondadır  ki,  bu  icraat 
vasitəsi  ilə  qanunvericilikdə  olan  boşluqları  doldurmaq  mümkün  olur.  Bəzən 
qanunverici  hansısa  aktları  qəbul  edən  zaman  onların  digər  qanunlarla  uyğun 
olub-olmamağına diqqətlə nəzarət etmir. Yaxud bir vaxtlar qəbul olunan qanun 
illər  keçdikdən  sonra  öz  əhəmiyyətini  itirə  bilər.    Konstitusiya  icraatı  bu 
                                                 
157
 Andras Sajo, Constitutional adjudication in the light of discourse theory. 17 CDZLR 1193 (1996).  
(“The courts have no power of initiative – a court has to wait until a ripe case or petition comes 
up.  Except when exercising preliminary review, which is still unusual and may not become the 
rule of constitutional adjudication, tribunals are reacting to past events”) 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə