Kitabxanalarda diyarşünaslıq



Yüklə 353,61 Kb.
səhifə2/10
tarix25.06.2018
ölçüsü353,61 Kb.
#51613
1   2   3   4   5   6   7   8   9   10

 

Bu sah



ədə  1923-cü ildə  təşkil  edilmiş  Azərbaycan  Mərkəzi 

Dövl


ət  Kitabxanasının  (indiki  Azərbaycan  Milli  Kitabxanası)

 

f



əaliyyəti xüsusilə qeyd edilməlidir. Hələ 1923-cü ilin iyul ayında 

Kitabxana  Şurasının  iclasında  kitabxananın  Şərq  şöbəsində 

ədəbiyyatın  alınması  üçün  xüsusi  komissiyanın  təşkil  olunması 

q

ərara alınmışdır. Sonra isə bu sahədə işlər davam etdirilmişdir. 



1963-cü ild

ə kitabxanada Diyarşünaslıq və milli biblioqrafi-



ya  bölm

əsi yaradılmış,  “Əsasnaməsi”  hazırlanmışdır.  Həmin 

əsasnaməyə  əsasən bölmənin  əsas vəzifəsi Azərbaycanşünaslığa 

dair bütün materialları toplayıb oxucuların istifadəsinə verməklə 

yanaşı, bu ədəbiyyatın soraq-biblioqrafiya aparatında geniş əksi-

n

ə diqqət yetirmək, “Azərbaycanşünaslıq” kartotekasını daha da 



t

əkmilləşdirmək, ölkəşünaslıq mövzusunda biblioqrafik göstərici-

l

ər  hazırlamaq,  respublikanın  şəhər və  rayonlarındakı  kütləvi 



kitab

xanalarda  diyarşünaslıq  biblioqrafik  fəaliyyətin təşkilinə 

köm

əklik göstərmək idi. 



Bel

əliklə, M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxa-

na

sı  həm tövsiyə  biblioqrafiyasının  mərkəzi, həm  də  kütləvi 



kitabxanalara metodik m

ərkəz kimi formalaşmağa başlamışdır ki, 

bu da ölk

əşünaslıq  biblioqrafiyasının  inkişafına təsir göstərmiş-

dir.  1974-cü ild

ən bu bölmə Diyarşünaslıq və milli biblioqrafiya 

şöbəsi  (indiki  Diyarşünaslıq  elmi  biblioqrafiya)  kimi müstəqil 

f

əaliyyət göstərmişdir.



 

Respublikamız 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa 

et

dikdən sonra tarix-diyarşünaslıq işi sahəsində əhəmiyyətli işlər 



aparılmışdır.  Azərbaycanın  inkişafı  və  dünyaya  tanıdılmasında 

ümummilli lider 

Heydər  Əliyevin  əzmkar  fəaliyyəti  və  onun 

davam


çısı,  ölkə  başçısı  cənab  İlham  Əliyevin  yürütdüyü uzaq-

görən siyasət mühüm əhəmiyyət kəsb etmişdir. 

Respublikada  demokratik  hərəkat  genişlənmiş,  ölkənin 

tarixinin  doğru-düzgün  yazılma  imkanı  əldə  edilmişdir.  2000-ci 

ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycanın XIX və 

XX əsrlər tarixi yenidən yazılmışdır. Bununla yanaşı müstəqillik 

şəraitində elmin, mədəniyyətin, incəsənətin, texnikanın bu və ya 



 

digər sahələri inkişaf etmiş, iqtisadi sahədə yüksəliş olmuş, neft 



müqavilələri bağlanmış, təhsil sistemində islahatlar keçirilmişdir. 

Ölkənin  ayrı-ayrı  diyarları  inkişaf  etmiş,  regionlarda  tariximizi 

əks etdirən tarix-diyarşünaslıq müzeyləri yaradılmışdır.  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 

imzaladığı sərəncamlarla təsdiq edilmiş “Azərbaycan Respublika-

sı  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı  (2004-

2008-

ci illər, 2009-2013-cü illərdə)” fundamental sənəd kimi ölkə 



iqtisadiyyatının  və  bütövlükdə  ölkəmizin  inkişafı  üçün  çox 

mühüm rol oyna

mışdır. 

Ölkə başçısı cənab İlham Əliyevin siyasəti nəticəsində Azər-

bay

can mədəniyyətinin, ədəbiyyatının, kitab və kitabxana işinin 



in

kişafında  tamamilə  yeni  bir  mərhələnin  əsası  qoyulmuşdur. 

Cənab prezidentin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan di-

lin


də latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haq-

qında” Sərəncamı dünya miqyasında analoqu olmayan bir huma-

nitar 

aksiya səviyyəsinə qalxmış və Azərbaycan kitabxanalarının, 



o  cümlədən  Milli  Kitabxananın  latın  qrafikalı  milli  ədəbiyyat 

fon


dunun formalaşmasında əvəzsiz rol oynamışdır. Bu sərəncama 

müvafiq olaraq 600 addan çox kitab 

nəşr  olunaraq  cənab 

Prezidentin  hədiyyəsi  kimi  kitabxanalara  təmənnasız  paylan-

mışdır. 

Bu nəşrlərin hər birindən 100 nüsxə Milli Kitabxanaya veril-

məsi Azərbaycanın dünyada təbliği məqsədilə on minlərlə kita-

bın beynəlxalq kitab mübadiləsi yolu ilə dünya milli kitabxanala-

rına,  beynəlxalq  kitab  sərgi-yarmarkalarına

 

göndərilməsinə 



imkan yaratmışdır. Eyni zamanda, bu kitabların elektron kitabxa-

na

sı  yaradılaraq  oxucuların  istifadəsinə  verilmişdir.  Elektron 



kitab

xana Milli Kitabxananın (www.anl.az)  İnternet saytı vasitə-

si

lə  respublika  ərazisində  və  bütün  dünyada  həmin  ədəbiyyatı 



təbliğ edir. 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr 

tarixli 

Sərəncamı  ilə  imzalanmış  “Azərbaycan  Respublikasında 

kitabxana-

informasiya  sahəsinin  2008-2013-cü  illərdə  inkişafı 




 

üzrə  Dövlət  Proqramı”nın  ayrı-ayrı  bəndlərində  Azərbaycanşü-



nas

lığın daha da inkişaf etdirilməsi ilə bağlı bir çox məsələlər bu 

gün  artıq  öz  həllini  tapmışdır.  Kitabxanaların  veb-səhifələrində 

“Azərbaycan ədəbiyyatı”, “Azərbaycan tarixi”, “Azərbaycan mu-

zey

ləri”,  “Azərbaycanın  turizm  gözəllikləri”  elektron  məlumat 



bazaları  yaradılmış  və  geniş  ictimaiyyətin  istifadəsinə  verilmiş-

dir. İndi nəinki Azərbaycan kitabxanalarında, hətta bir sıra xarici 

ölkələrin  -  İsveç,  ABŞ,  Macarıstan,  Serbiya,  Böyük  Britaniya, 

U

krayna,  Belarus,  Avstriya  aparıcı  kitabxanalarında  “Azərbay-



can guşələri” yaradılmışdır. 

Azərbaycanın dünyada tanıdılması, ölkənin beynəlxalq nüfu-

zu

nun  artırılması  istiqamətində  respublikanın  birinci  xanımı, 



Heydər Əliyev Fondunun prezidenti, “YUNESKO” və “İSESKO”- 

nun xoşməramlı səfiri, xanım Mehriban Əliyeva çox mühüm işlər 

görür. Onun Azərbaycan mədəniyyətinin inkişafına, milli-mənəvi 

dəyərlərimizin  təbliğinə  göstərdiyi  diqqət  və  qayğı  sayəsində 

mədəniyyətimiz, incəsənətimiz dünya arenasında tanınır, bəyəni-

lir və qəbul olunur. Təsadüfi deyil ki, “YUNESKO”nun qərarı ilə 

bir çox tarixi, mədəni və mənəvi abidələrimiz bəşəri mədəniyyətə 

malik abid

ələr siyahısına daxil edilmişdir. Heydər Əliyev Fondu 

2007-


ci ildən başlayaraq xarici ölkələrdə festivallar, mədəniyyət 

günləri, sərgilər, Azərbaycana həsr olunmuş kitabların təqdimat-

ları, Azərbaycanı, onun tarixini və zəngin mədəniyyətini tanıtmaq 

məqsədilə  mütəmadi  olaraq  müxtəlif  ölkələrdən  məktəblilərin, 

tələbələrin  Azərbaycana  səfərlərini  təşkil  edir,  Azərbaycanla 

bağlı müxəlif müsabiqələr keçirir. 

Kitabxanaçılar  da  Azərbaycanşünaslığın  (diyarşünaslığın) 

təbliğində yaxından iştirak etməli, cəmiyyətimizin, xalqımızın bu 

sahədəki  informasiyaya  artan  tələbatını  ödəməklə  öz  töhfəsini 

verməlidirlər. 



 

 


Yüklə 353,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə