Microsoft Word biblioqrafiya hazir



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə1/103
tarix31.10.2018
ölçüsü0,76 Mb.
#77313
  1   2   3   4   5   6   7   8   9   ...   103


 
 
 
 
İLHAMİ CƏFƏRSOY 
İLHAM TAHİROV 
GÜNEL ORUCOVA 
AYSEL ƏHMƏDOVA 
RƏXŞANƏ BABAZADƏ 
 
 
 
 
 
 
QƏDİM DİLLƏR ÜZRƏ 
 
B İ B L İ O Q R A F İ Y A  
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2018 


Biblioqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına 
Dilçilik İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur 
(protokol № 7, 17 may 2017-ci il). 
 
 
Biblioqrafiyanı tərtib edənlər: Fil.ü.e.d. İlhami Cəfərsoy 
Fil.ü.e.d. İlham Tahirov 
E.i. Günel Orucova 
E.i. Aysel Əhmədova 
E.i. Rəxşanə Babazadə 
 
Elmi redaktor:  
  
 İlhami Cəfərsoy 
filologiya üzrə elmlər doktoru, 
professor
 
Rəyçilər: 
   
Aslan Məmmədli 
filologiya üzrə elmlər doktoru, 
professor 
İslam Sadıq 
filologiya üzrə elmlər doktoru
 
 
 
 
Qədim dillər üzrə biblioqrafiya.  
Bakı, “Elm və təhsil” nəşriyyatı, 2018, 376 səh. 
 
Biblioqrafiyada qədim dillərin tədqiqi və tədrisi üçün lazım 
olan mənbələrin və zəngin elmi ədəbiyyatın siyahısı verilmişdir. 
Dilçi alimlər, doktorantlar və magistrantlar üçün tərtib edilmiş 
biblioqrafiya sanskrit, iber, alban dillərini, Şumer, Elam, Akkad, 
Assur, Xett, Xatti və s. mixiyazılı abidələri əhatə edir. 
 
 
૝૟૙૛૙૙૙૙૙૙ିૠૢ
ࡺૢૡି૛૙૚ૡ
   грифли няшр 
 
 
 
© Qədim dillər, 2018 


 
 

 
M Ü N D Ə R İ C A T 
 
Ön söz ...................................................................................... 4 
 
I FƏSİL. HİND-AVROPA DİL AİLƏSİ ÜZRƏ  
BİBLİOQRAFİYA ................................................................. 7 
1.1.Sanskrit dili üzrə ................................................................ 7 
1.2.Pəhləvi dili üzrə ............................................................... 67 
 
II FƏSİL. QƏDİM KİÇİK ASİYA DİLLƏRİ ÜZRƏ  
BİBLİOQRAFİYA ...............................................................  84 
2.1. Xatti dili üzrə .................................................................. 84 
2.2. Xett dili üzrə ................................................................. 104 
2.3. Luvi dili üzrə ................................................................. 179 
2.4. Likiya kitabələrinin dili üzrə ......................................... 191 
2.5. Lidiya dili üzrə .............................................................. 202 
2.6. Palay dili üzrə ............................................................... 209 
 
III FƏSİL. QAFQAZ DİLLƏRİ ÜZRƏ  
BİBLİOQRAFİYA ............................................................. 212 
3.1. Urartu, alban, H’ay və iber dilləri üzrə ......................... 212 
 
IV FƏSİL. ÖN ASİYANIN QƏDİM DİLLƏRİ ÜZRƏ  
BİBLİOQRAFİYA ............................................................. 224 
4.1. Şumer dili üzrə .............................................................. 224 
4.2. Elam dili üzrə ................................................................ 302 
4.3. Akkad dili üzrə .............................................................. 307 
4.4. Assur dili üzrə ............................................................... 335 


 
 

 
ÖN SÖZ 
Biblioqrafiya Azərbaycan Milli Elmlər Akademiyası 
Nəsimi adına Dilçilik İnstitutu Qədim dillər və mədəniyyətlər 
şöbəsinin əməkdaşları tərəfindən hazırlanmışdır. 
Biblioqrafiya qədim dilləri öyrənən doktorant və 
magistrantlar və ümumiyyətlə linqvistik tədqiqatla məşğul olan 
alimlər üçün nəzərdə tutulmuşdur. 
Sanskrit dili üzrə biblioqrafiyanı fil.ü.e.d. İlham Tahirov, 
Urartu, alban, H’ay və iber dilləri üzrə fil.ü.e.d. İlhami Cəfərsoy
pəhləvi dili üzrə fil.ü.f.d. Günel Orucova, qədim Kiçik Asiya 
dilləri, elam, akkad və assur dilləri üzrə elmi işçi Aysel 
Əhmədova, şumer dili üzrə elmi işçi Rəxşanə Babazadə 
hazırlamışdır. 
Sanskrit dilində yazılmış Hind və Sind mənbələri 
türkoloji tədqiqat üçün qiymətli məlumatlarla zəngindir. Həmin 
mətnlər yalnız hindlilərin deyil, Altaydan gələrək Sindi və 
Hindin şimalını idarə etmiş türk zadəgan nəsillərinin bədii 
yaradıcılığıdır. 
Son elmi tədqiqatlar göstərir ki, ari adı altında yalnız 
hind-Avropalıların əcdadı başa düşülməməlidir. Arilərin dili 
türk dilləri ilə hind və İran dillərinin qarışığından ibarətdir. 
Pəhləvi dili də yalnız irandilli xalqların əcdadlarının dili 
deyildir. II-III əsrlərdə Parfiya sarayında olan Bizans 
diplomatları görmüşdülər ki, Arşak sülaləsinin sarayında 
zadəganlar türk, İran və sami dillərinin qarışığında danışırlar. 
Pəhləvi mənbələrinin öyrənilməsi qafqazşünaslıqda da 
böyük əhəmiyyətə malikdir, çünki Parfiyanın Arşak, Karen 
Baklı, Suren Baklı, Porat nəsilləri Ön Asiyanı işğal etmiş
onların dilindən yunan, latın və erməni dillərinə çoxlu sözlər 
keçmişdir. 
Urartu mixiyazılı abidələrinin dili qrammatik quruluşuna 
görə türk dillərinə bənzəməsə də, onun leksik fondunun xeyli 
hissəsi türk sözlərindən ibarətdir. Urartu kitabələrinin tədqiqi 
Cənubi Qafqazın etnik tarixinin öyrənilməsi üçün mühüm 


 
 

 
əhəmiyyət kəsb edir. Bu abidələrdə Albaniya, İberiya, Sünik və 
s. vilayətlərin qəbilə və tayfaları haqqında qiymətli məlumatlar 
vardır. 
Urartu mixi yazılı abidələri hələ qayalara yazılarkən ölü 
dil idi. Kahinlər şumer mixi yazıları əsasında akkad və assur 
sənədlərini yazmış, assur yazıları əsasında Urartu yazıları 
yaradılmışdır. 
Urartu mixi yazılı abidələrində 19 alban tayfasının adı 
çəkilir. Onlar ümumi adla uru kux Albani adı altında verilir. Bu 
da onu göstərir ki, albanların başçılığı altında hələ e.ə. I 
minilliyin əvvəllərində 19 tayfadan və 120 kənddən ibarət dövlət 
olmuşdur. 
İberiyanın qədim əhalisi indiki gürcü dilində danışmırdı. 
Biblioqrafiyada göstərilən əsərlərdə, xüsusilə “Qədim İber 
salnaməsi”ndə (V əsr), “Kartlis Tsxovreba”da, Leonti 
Murovelinin kitabında Azərbaycanın tarixi toponimiyasının 
öyrənilməsi üçün qiymətli məlumatlar vardır. 
Bu mövzuda biblioqrafiya göstərir ki, iber dili quruluşca 
iltisaqi olub, alban və Aran dillərinə qohum olmuşdur. 
Qrabar adlanan Hay dili haqqında kitablarda aşxarabar 
və qrabar dilləri haqqında qiymətli məlumatlar vardır. Hayların 
dili də iberlərin dili kimi aşxarabardan köklü şəkildə fərqlənmiş, 
qrammatik quruluşuna görə iltisaqi olmuşdur. 
Qədim Ön Asiyanın dilləri, xüsusilə iltisaqi dilləri 
haqqında zəngin biblioqrafiya verilir. Bu elmi ədəbiyyat 
siyahısında xatti dilinə aid əsərlər xüsusi yer tutur. İstər köhnə 
nəsil, istər yeni tədqiqatçıların əsərlərinə istinadən belə nəticəyə 
gəlmək olur ki, xett və xatti dilləri tamamilə başqa dillərdir. Xett 
dili hind-Avropa dillərinə, şərti olaraq xatti adlandırılan xatay 
dili türk dillərinə qohum olmuşdur. 
Likiya, hurri və palay dillərində Azərbaycan dilinin tarixi 
leksikasının öyrənilməsi üçün qiymətli məlumatlar vardır. 
Şumer mixi yazıları əsasında qərbi akkad və şərqi akkad 
mixiyazılı abidələri meydana gəlmişdir. Şərqi akkad eyni 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə