Kitabxanalarda diyarşünaslıq


haqqında ədəbiyyat”, “Diyarın bu günü və gələcəyi”



Yüklə 353,61 Kb.
səhifə10/10
tarix25.06.2018
ölçüsü353,61 Kb.
#51613
1   2   3   4   5   6   7   8   9   10

29 

 

haqqında ədəbiyyat”, “Diyarın bu günü və gələcəyi” və s.) dair 

ədəbiyyatın  seçilməsinə  yaxından  köməklik göstərir; toplu 

sistemli kataloqu tamamlayır, diyar haqqında ədəbiyyatı müxtəlif 

aspektl

ərdən açır (mövzu,



 

əlifba, topoqrafik, xronoloji və s.). 

Soraq fonduna yerli dövl

ət idarələrinin və ictimai təşkilatla-

rın  nəşrləri ilə  yanaşı,  diyar  haqqında  rəsmi sənədlərdən  başqa, 

vafiq  “diyarşünaslıq”  ensiklopediyaları,  bələdçi kitablar, təq-



viml

ər, statistik materiallar məcmuəsi, inzibati-ərazi bölgüsü üzrə 

m

əlumat  kitabları  və  s. daxil edilməlidir.  Diyarşünaslıq  soraq 



fondunun mühüm hiss

əsini müxtəlif  coğrafi  xəritələr, atlaslar, 

vilay

ətin ayrı-ayrı obyektlərinin plan və sxemləri də təşkil edir. 



Öd

ənilmiş  arayışlar  fondu  -  belə  arayışların  yerinə  yetiril-

m

əsi biblioqrafdan sorğunun mahiyyətini yaxşı bilməyi, diyarşü-



nas

lıq soraq-biblioqrafiya aparatından səmərəli istifadə bacarığını 

t

ələb edir, həm  də  eyni mövzular üzrə  sorğular  tez-tez təkrar 



olun

duğuna  görə  ödənilmiş  arayışlar  fondunun  yaradılması 

m

əqsədəuyğundur. Bu fonddan səmərəli istifadə etmək məqsədilə 



ona kartoteka şəklində köməkçi əlifba-predmet göstəricisi tərtib 

olunur. H

ər bir kartoçkada arayışın tam adı, predmet rubrikası və 

sıra nömrəsi göstərilir.  

Yaxşı təşkil olunmuş bu fond yalnız təkrar arayışların yerinə 

yetirilm


əsinə deyil, həm də kitabxanada keçirilən müxtəlif diyar-

şünaslıq tədbirləri üçün ədəbiyyatın seçilməsinə də köməklik gös-

t

ərir. Fondda saxlanan arayışlar kitabxananın soraq biblioqrafiya 



işini təhlil etməyə və tez-tez təkrarlanan mövzular üzrə müxtəlif 

biblioqrafik göst

əricilərin tərtibinə imkan verir. 

Kitabxanalarda  diyarşünaslıq  ədəbiyyatnın  təbliğində  bibli-



oqrafik xidm

ətin  rolu böyükdür.  Biblioqrafik xidmət oxucu 

t

ərkibinin müxtəlifliyinə görə çoxcəhətli və olduqca rəngarəngdir. 



Buna gör

ə də, elə bir biblioqrafik xidmət sistemi yaratmaq lazım-

dır ki, təhsilindən, ixtisasından, sosial statusundan asılı olmayaraq 

bütün qrupdan olan oxucular ondan faydalana bilsin. 




30 

 

Diyarşünaslıq  üzrə  tələbatçılara  biblioqrafik  xidmətin  əsas 



istiqam

ətləri soraq-biblioqrafiya və biblioqrafik informasiyaver-



m

ə xidmətləridir. 

Soraq-biblioqrafiya xidm

əti informasiya tələbatçılarının bir-

d

əfəlik  sorğusu  əsasında  olan  biblioqrafik  xidmətdir.  Oxucu  – 



sorğu – cavab sxemi soraq-biblioqrafiya xidmətinin əsas prosesi-

dir. Soraq-biblioqrafiya xidm

əti  oxucu  sorğularının  biblioqrafik 

üsulla öd

ənilməsi deməkdir. Bu iş oxucuların müxtəlif sorğuları-

na cavab olaraq 



arayışlar hazırlamaq şəklində həyata keçirilir. 

Oxucu sorğularına uyğun olaraq arayışların iki növü var: bib-



lioqrafik v

ə faktoqrafik. Tələb olunan və verilən informasiyanın 

xarakterind

ən asılı olaraq biblioqrafik arayışlar da üç növə ayrılır: 

mövzu, d

əqiqləşdirmə və ünvan arayışı. 

Yerin


ə  yetirilmə  formasına  görə  arayışlar  şifahi  və  yazılı 

olur.  Diyarşünaslıq  sorğularının  məqsədi olduqca müxtəlifdir: 

elmi iş, istehsalata kömək, mühazirəyə hazırlıq, şəxsi təhsil, tədris 

işi və s. 



Şifahi arayışlar bir qayda olaraq operativ şəkildə və oxucu-

nun  iştirakı  ilə  verilən  sorğuya  şifahi  şəkildə  cavablandırma  ilə 

yerin

ə yetirilir. Yazılı arayışlar isə mürəkkəb olduğundan müəy-



y

ən müddət  ərzində  hazırlanır.  Yazılı  biblioqrafik  arayışların 

hazırlanması aşağıdakı mərhələlərə bölünür: 



sorğunun  qəbulu.  Sorğu  qəbul edilərkən, onun mövzusu, 

m

əqsəd və  vəzifəsi,  əhatə  dairəsi dəqiqləşdirilməli, xüsusi uçot 



d

əftərində qeyd edilməlidir; 



sorğu  ilə  əlaqədar  əsas mənbələrin  aşkar  edilməsi və 

seçilm

əsi.  Bu mərhələdə  kitabxana  işçisi  sorğunun  ödənilməsi 

üçün  hansı  mənbələrə  müraciət ediləcəyini müəyyənləşdirir.  Bu 

m

ənbələr salnamələr, məlumat  kitabları,  biblioqrafik  vəsaitlər, 



m

əlumat nəşrləri, dərsliklər və s. ola bilər; 





ədəbiyyatın  aşkara  çıxarılması  və  seçilməsi.  Bu zaman 

kitabxanaçı axtarış apardığı mənbələrdən aktual olan və sorğuya 

müvafiq 

ədəbiyyatı seçməlidir; 




31 

 



sorğuya  cavabın  tərtibi.  Sorğuya cavab  tərtib edilərkən 

biblioqrafik t

əsvirlərin dəqiqliyini,  ədəbiyyatın  müvafiq  qayda 

əsasında  düzülüşünü  təmin etmək,  istifadə  edilən mənbələri 

göst

ərmək lazımdır.  



Biblioqrafik  arayış  mütləq iki nüsxədə  hazırlanmalı  və  bir 

nüsx


əsi soraq-biblioqrafiya  aparatının  ödənilmiş  arayışlar  fon-

dun


da saxlanılmalıdır. 

Biblioqrafik informasiyaverm

ə xidmətinin əsasən 2 forması 

h

əyata keçirilir: kütləvi və qrup halında. Bu xidmət geniş oxucu 



kütl

əsinə kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında vaxtlı-

vaxtında məlumat vermək məqsədilə həyata keçirilir və bu zaman 

kitabxananın bütün oxucularına bu ədəbiyyatlardan istifadə etmək 

imkanı  yaradılır,  eyni  zamanda kitabxanaya yeni oxucular cəlb 

edilir. 


Oxuculara kütl

əvi informasiyavermə xidmətinin mühüm for-

ma

larından biri yeni alınan ədəbiyyatın məlumat bülletenləridir. 



Bel

ə  bülletenlər  aylıq  və  rüblük tərtib olunur. Bu bülletenlərdə, 

ad

ətən, kitabların biblioqrafik təsvirinin qarşısında kitabın fondda 



yerini göst

ərən  şifrələr də  yazılır,  bu  da  oxucu  sorğuları  üzrə 

konkret  kitabın  biblioqrafik  axtarışını  xeyli  asanlaşdırır.  Yeni 

ədəbiyyatın müvafiq siyahıları hazırlanıb abonementdə və ya oxu 

zalında, həmçinin yerli qəzetlərdə çap edilməklə və ya kitabxana-

nın saytında əks etdirilməklə oxuculara təqdim edilir. 

Diyarşünaslıq  nəşrləri  haqqında  məlumatvermə  xidmətinin 

kütl


əvi formalarından biri də xülasələrdir. Diyarşünaslıq ədəbiy-

ya

tı üzrə keçirilən xülasələri aşağıdakı kimi qruplaşdırmaq olar: 



Yeni n

əşrlərin xülasəsi;  mütəxəssis günlərində;  əlamətdar və 

tarixi günl

ərlə əlaqədar keçirilən mövzu xülasələri; kitabxananın 

diyarşünaslıq  fondu  və  ya  onun  ayrı-ayrı  hissələri üzrə  xülasə-

ekskursiya; 

ən  əhəmiyyətli müxtəlif  diyarşünaslıq  nəşrlərinin 

xülas

əsi və s.  

Kitablar haqqında xülasə mövzu və janr üzrə yaxın olan bir 

neç

ə əsərin xarakteristikasıdır. Xülasədə kitablardan biri haqqın-



da müf

əssəl danışmaq, başqaları haqqında qısa məlumat vermək 




32 

 

olar. Ancaq bu zaman biblioqrafik t



əsvir verilmir. Tövsiyə siyahı-

sında əsər haqqında məqalələr, resenziyalar göstərilir. Həmçinin, 

haqqında məlumat verilən nəşrlərin oxucular tərəfindən necə əldə 

edilm


əsi, yerləşdiyi  kitabxanalar,  elektron  versiyasının  mövcud 

olduğu saytlar barədə də məlumat verilir. 

Ölk

ə  haqqında  daha  yaxşı  kitab  və  məqalələrin təbliği  və 



ədəbiyyat  haqqında  məlumat bir-birinin  davamı  olan  və  biri 

dig


ərini tamamlayan biblioqrafik göstəricilər, vəsaitlər vasitəsilə 

h

əyata keçirilir. 



Oxucu v

ə  məqsəd istiqamətindən, ictimai təyinatından  asılı 

olaraq,  diyarşünaslıq  vəsaitləri  elmi-köməkçi və  tövsiyə  xarak-

terli  olurlar. Funksional-m

əqsəd və  xronoloji  əlamətlərə  görə 

onlar  cari, retrospektiv v

ə  perspektiv  vəsaitlərə  ayrılırlar.  Eyni 

zamanda  biblioqrafiyalaşdırılan  sənədlərin məzmunu ilə  bağlı 

ola

raq  diyarşünaslıq  vəsaitləri  aşağıdakı  kimi  təsnifləşdirilir: 



universal, kompleks, mövzu, sah

əvi və şəxsi biblioqrafik göstəri-

cil


ər. 

Lakin kitabxanaçıların çoxu, ədəbiyyatı tövsiyə etmək üçün 

ən yaxşı vasitə olan bu materiallardan istifadə etmirlər. Oxucuları 

biblioqrafik v

əsaitlə tanış etmək üçün yeni biblioqrafik vəsaitlərin 

mövzu s


ərgilərini təşkil etməli, tövsiyə siyahılarını bütün müvafiq 

kitab s


ərgilərində yerləşdirməli, biblioqrafik vəsaitlərin xülasələ-

rini keçirm

əli, kitabxanaya yeni daxil olan ədəbiyyatın  mövzu 

xülas


ələrini keçirdikdə biblioqrafik əsərləri əks etdirməli, biblioq-

rafik 


əsərlər  haqqında  oxuculara  fərdi məlumat  verməlidirlər. 

Biblioqrafik  göst

əricilərlə  aparılan  işdə  kitabxanaçı  oxucunun 

hazırlığını  və  ixtisasını  nəzərə  almalı,  oxuculara  biblioqrafik 

v

əsaitlərdən necə  istifadə  etmək, onlardan  kitabı  necə  seçmək 



haq

qında məsləhət verməlidir. Biblioqrafik vəsaitlərdən kitabxa-

na

nın daxili işində - kütləvi tədbirlərin hazırlanması, kitab fondu-



nun komplektl

əşdirilməsi zamanı da istifadə etmək olar. Biblioq-

rafik v

əsaitlərin təbliğində  biblioqrafların  rolu böyükdür. Çünki 



h

ər hansı bir məlumatı öyrənmək istəyən oxucu sorğu ilə biblioq-

raflara müraci

ət edir. 




33 

 

Milli  Kitabxananın  hər il nəşr  etdiyi  “Əlamətdar və  tarixi 



günl

ər təqvimi”  də  diyarşünaslıq  üzrə  ədəbiyyatın  təbliğində 

istifad


ə edilə bilər. Bu vəsaitin əsas məqsədi ölkəşünaslıq ədəbiy-

ya

tının təbliğində kitabxana işçilərinə kömək etməkdən ibarətdir. 



əyyənləşdirilmiş  və  dəqiqləşdirilmiş  tarixlər aylar və  günlər 

üzr

ə xronoloji ardıcıllıqla düzülür. Günü və ayı məlum olmayan 



tarixl

ər ayrıca verilir. Vəsaitdə il ərzində Azərbaycanın görkəmli 

şəxsiyyətlərinin,  şair  və  yazıçılarının,  mədəniyyət, incəsənət və 

siyasi xadiml

ərin, elm adamlarının, Milli Qəhrəmanların yubiley-

l

əri,  haqqında  informasiya,  diyarın  ərazisində  yerləşən  dövlət 



əhəmiyyətli idarələrin, əlamətdar və tarixi hadisələrin ildönümləri 

il

ə bağlı zəngin informasiya və ədəbiyyat siyahıları verilir.  



T

əqvimdə  köməkçi aparat kimi müəyyən  şəxslə  bağlı 

ədəbiyyatın axtarışını asanlaşdıran adlar göstəricisi verilməlidir. 

Burada veril

ən məlumatların ölkənin (diyarın) təbliğ edilmə-

sind


ə  əhəmiyyəti  böyükdür.  Kitabxanaların  ondan  iş  planlarının 

v

ə  kütləvi tədbirlərin  hazırlanmasında  istifadəsi tövsiyə  olunur. 



Əgər  kitabxananın  imkanı  varsa  diyarşünaslıq  mövzularına  dair 

göst


əricilər, biblioqrafik yaddaşlar və vərəqələr nəşr etməsi tövsi-

y

ə olunur. 



Diyarşünaslıq ədəbiyyatının təbliği ilə bağlı müxtəlif kütləvi 

t

ədbirlərdə - təqdimat mərasimlərində, sərgilərin təşkilində, möv-



zu gec

ələri, dəyirmi masalar, kitab bayramları və başqa tədbirlər-

d

ə, eləcə  də  müxtəlif məzmunlu məlumat  bazaları  yaradarkən 



Milli Kitabxananın biblioqrafik və metodik nəşrlərindən, məlu-

mat bazalarından informasiya mənbəyi kimi istifadə etmək məq-

s

ədəmüvafiq olardı. 



 

 

 


34 

 

 



N

əticə 

 

Bu gün k


itabxanaların fəaliyyət istiqamətlərindən biri ölkəşü-

nas


lıq və diyarşünaslıq ədəbiyyatının təbliği, məlumat bazalarının 

yara


dılması, onların daim yenilənməsi və daha da təkmilləşdiril-

məsidir. 

Diyarşünaslıq ədəbiyyatının təbliği zamanı diyarşünaslıq fakt 

və materiallarından istifadə bir neçə baxımdan faydalı olur: 

-  oxucular tariximizl

ə  bağlı  daha  geniş,  əhatəli və  sistemli 

bilikl

ər qazanır, yeni-yeni məlumatlar öyrənirlər; 



bu diyarşünaslıq materialları onlarda vətənpərvərlik, qəhrə-

man

lıq, əməksevərlik hisslərinin dərinləşməsinə güclü təsir edir; 



-  o

xucuların  doğma  diyarın  tarixi,  tarixi  coğrafiyası,  ədəbi 

d

əyərləri, görkəmli şəxslərin həyatı barədə həqiqətləri öyrənməyə 



maraq

ları artır və s. 

Diyarşünaslığın  öyrənilməsi və  təbliği  məqsədilə  aşağıdakı-

lar tövsiy

ə olunur: 

 



Az

ərbaycanda dövlət müstəqilliyinin möhkəmləndirilmə-

sind

ə  ulu öndər  Heydər  Əliyevin  dövlətçilik fəaliyyətini, dövlət 



atributlarını,  müstəqil dövlətin konstitusiyasının  yaranmasını, 

demokratik  seçki  sisteminin,  neft  strategiyasının,  iqtisadiyyatın 

hüquqi 

əsaslarının yaradılmasını, dövlət diplomatiyasını və digər 



dövl

ət əhəmiyyətli sahələri öyrənmək və təbliğ etmək; 

 

Az



ərbaycanın  siyasi, iqtisadi, sosial mədəni yüksəlişində 

Az

ərbaycan  Respublikasının  prezidenti  cənab  İlham  Əliyevin 



apar

dığı siyasətin əhəmiyyətinin təbliğ olunması; 

 

Kitabxana 



fondlarının  oxucuların  diyarşünaslıqla  bağlı 

t

ələb və maraqlarına uyğun formalaşdırılması; 



 

Kitabxanaların  saytlarında  ümumi  istifadə  üçün elektron 



biblioqrafik v

ə  tammətnli  ölkəşünaslıq  ehtiyatlarının  yerləşdiril-

m

əsi; 


 

Kitabxanada 



oxucuların  öz  ölkəsinin  (şəhərinin,  rayonu-

nun, k


əndinin) tarixi, müasir vəziyyəti və gələcək inkişafı barədə 


35 

 

m



əlumatlandırılması, onlarda doğma diyara qarşı maraq oyatmaq, 

v

ətənlərinə  məhəbbət və  qayğı  ilə  yanaşmanı  tərbiyə  etmək, 



maraqlı insanlarla görüşlərin təşkil edilməsi və s.; 

 



H

ər bir kitabxanada ölkəşünaslıq  soraq-biblioqrafiya 

apara

tının  təşkilində  xidmət  ərazisinin iqtisadi profilinin, 



kitabxananın oxucu kontingentinin nəzərə alınması; 

Diyarşünaslıq  üzrə  biblioqrafik xidmətin səmərəliliyi 

biblioqrafik  ehtiyatların  təşkilindən  və  istifadəsindən, biblioqraf 

kadrların  hazırlıq  səviyyəsindən,  bu  işin  metodiki təminatından 

asılıdır.  Kitabxanada  ayrı-ayrı  şöbələrin yerinə  yetirdikləri 

diyarşünaslıq işlərinin həcmi nəzərə alınmaqla, həm kitabxananın 

daxili  strukturları,  həm də  başqa  kitabxanalarla  fəaliyyətinin 

qarşılıqlı əlaqələndirilməsi genişləndirilməlidir. 



 

 


36 

 

 



Ədəbiyyat 

 

C

əfərov, N.  Azərbaycan: Dil, ədəbiyyat və  mədəniyyət 

/N.C


əfərov; elmi red. H.İmanov.- Bakı: Bakı Universiteti, 2001.- 

78 s. 


Əhmədov, M.  Azərbaycan  Respublikası  Prezidentinin  İşlər 

İdarəsinin Prezident Kitabxanasının ölkəşünaslıq və diyarşünaslıq 

f

əaliyyəti  /M.Əhmədov,  Z.İsmayılov



 

//Kitabxanalar milli 

m

ədəniyyətin dirçəliş  resursudur  =  Библиотеки  –  как  ресурс 



национально-культурного  возрождения.-  Bakı,  2011.-  S.89-

111. 


Hacıyeva,  E.  Tarixi abidələrdən istifadə  və  onların  təbliği 

/

E.Hacıyeva //Yeni mədəni-maarif.- 2008.- №8.- S.72-75. 



Hacıyeva, Q. Müasir dövrdə ölkəşünaslıq biblioqrafiyasının 

t

əşkili /Q.Hacıyeva //Kitabxanaşünaslıq və biblioqrafiya.- 2011.- 



№1.- S.78-86. 

İsmayılov, N. Kitabxanada ölkəşünaslıq (diyarşünaslıq) üzrə 

biblioqrafik f

əaliyyət (nəzəri-tarixi, təşkilati-metodiki məsələləri) 

/N.İsmayılov, Q.Hacıyeva.- Bakı: Mütərcim, 2004.- 112 s. 



K

ərimov,Y.  Pedaqoji tədqiqat metodları:  dərs vəsaiti 

/Y.K


ərimov;  elmi  red.Ə.Paşayev;  məsləhətçi:  Ə.Ağayev, 

A.N.Abbasov.- 

Bakı: [Azərnəşr], 2009.- 279 s. 

Kütl

əvi kitabxanalarda diyarşünaslıq məlumat-biblioqra-

fik  aparatın  təşkil  edilməsi:  metodiki tövsiyələr /AzSSR 

M

ədəniyyət Nazirliyi, M.F.Axundov  adına  Azərb. Resp. Dövlət 



Kitabxanası.- Bakı, 1980.- 84 s. 

N

əcəfova, Y. Kitabxanalarda ölkəşünaslıq işi: metodik vəsait 

/M.N


əcəfova;  red.F.Əliyev;  AzSSR  Mədəniyyət Nazirliyi, 

M.F.Axundov ad. Az

ərb. Resp. Kitabxanası.- Bakı: [s. n.], 1964.- 

62 s. 


Paşayev, T. Diyarşünaslıq materialları gənc nəslin vətənpər-

v

ərlik tərbiyəsinin mühüm vasitəsi kimi: [monoqrafiya] /T.Paşa-



yev; elmi 

red.  Ə.Ağayev,  İ.Cəbrayılov;  Azərb.  Resp. Təhsil 




37 

 

Nazirliyi, Az



ərb. Resp. Təhsil Problemləri İns-tu.- Bakı: Mütər-

cim, 2010.- 298 s. 



Paşayev,  T.  Tarix-diyarşünaslıq  materialları  əsasında  gənc 

n

əslin vətənpərvərlik  tərbiyəsi/T.Paşayev;  elmi  red.  A.Abbasov; 



red. İ.Cəbrayılov.- Bakı: Nərgiz, 2005.- 216 s. 

Şəmsizadə, N. Azərbaycançılıq: [Azərbaycan xalqının milli 

ideologiyası]  /N.Şəmsizadə;  red.  K.Talıbzadə.-Bakı:  Nurlar, 

2006.- 192 s. 

Ulusel, R.C. Heyd

ər Əliyev və Azərbaycan, Atatürk və türk 

dünyası:  Nizami  Cəfərovun  elmi  araşdırmalarında/C.Rahid 

Ulusel; AMEA F

əlsəfə  və  Siyasi-Hüquqi Tədqiqatlar  İnstitutu; 

elmi red. Y.Rüst

əmov.- Bakı: Elm, 2004.- 148 s. 

Yusifоv,  M.  Аzərbаycаnçılıq  /M.Yusifov.-  Bаkı:  Еlm  və 

t

əhsil, 2010.- 132 s. 



 

*   *   * 



Ажеева,  Р.  Историко-краеведческая  деятельность  пуб-

личных  библиотек:  учеб.  пособие  /Р.Ажеева.-  М.:  Литера, 

2011.- 

112 с. 


Библиотечно-библиографическая 

классификация

Таблицы  для  краеведческих  каталогов  библиотек.-  М.: 

Книжная палата, 1989. - 322 с. 

Библиотечное  краеведение  на  современном  этапе

библиогр. список лит. 2010-2011 [Электронный ресурс] /сост. 

Л.С.  Николаева  //Библиотечное  дело.-  2011.-  №16.-  С.35-36; 

URL: http://www.twirpx.com/file/830594/ 



Карпова, И. Библиотечное краеведение - от традиций к 

инновациям!:    /И.Карпова  //Университетская  книга.-  2009.- 

№6.- С.10-11. 

 

www.anl.az 



www.azerbaijan.az 

www.azerbaijan-news.az 

www.azertag.com 



38 

 

www.azhistorymuseum.az 



www.bsu.edu.az  

www.d-a-k.org 

www.heydar-aliyev-foundation.org 

www.mct.gov.az 

www.muallim.edu.az 

www.president.az 

www.preslib.az 

 

 




39 

 

 



Münd

əricat 

 

T

ərtibçidən .........................................................................  3 



Giriş ...................................................................................  4 

Kitabxanalarda diyarşünaslıq ədəbiyyatının təbliği ...........  8 

D

iyarşünaslıq üzrə biblioqrafik fəaliyyət ...........................  22 



N

əticə .................................................................................  34 

Ədəbiyyat ...........................................................................  36 

 

 



 

 

 




40 

 

 



Kitabxanalarda diyarşünaslıq  

ədəbiyyatının təbliği 

 

(Metodik tövsiy

ələr) 

  

 

 

 

 

N

əşriyyat rеdaktоru:                 Mehriban Cəfərova 

 

 

 

 



 

 

 

 

 

 

 



 

 

Ünvan: AZ-

1000 Bakı ş., Хaqani küç. 29 

Е-mail: metodik@anl.az 

URL: www.anl.az 

 

 

M.F.Aхundоv adına Azərbaycan 



Milli Kitabхanasının mətbəəsində  

оfsеt üsulu ilə çap оlunmuşdur. 

Sifariş: 6 

Çapa imzalanmışdır: 11.02.2015 

Tirajı: 150 

Pulsuz 


 

 

Yüklə 353,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə