Microsoft Word 4 ulviya agayeva doc



Yüklə 291,11 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü291,11 Kb.
#65937


Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №4 2010 

 

24 

  

ÜLVIYYƏ AĞAYEVA 

BDU, tarix elmləri namizədi 

E-mail: 


atoshi@mail.ru

 

 



XIV-XV ƏSRLƏRDƏ AZƏRBAYCANDA ŞƏRTİ TORPAQ MÜLKİYYƏTİ 

(FƏSIH XƏVAFININ «MÜCMƏLİ FƏSIHI» ƏSƏRİNƏ ƏSASƏN) 

 

Açar sözlər: soyurğal, ehkami-soyurğal, nişani-soyurğal 

 

Ключевые слова: союргал, ехками-союргал, нишани-союргал 

 

Key words: soyurqhal, ehkami-soyurqal, nishani-soyurqal 

 

XIV-XV  əsrlərdə Azərbaycanda və qonşu ölkələrdə  ən geniş yayılmış  şərti torpaq mülkiyyəti 

forması soyurğal

*

 olmuşdur. Soyurğal torpaq sahibliyi formasının meydana çıxması haqqında 



tarixşünaslıqda yekdil fikir yoxdur. İ. P.Petruşevski  əvvəlcə  hərbi – len mənasında soyurğalın 

Azərbaycanda meydana çıxmasını XIV əsrin son rübünə  şamil etsə  də, sonrakı  tədqiqatlarında 

soyurğal institunun XIV əsrin ortalarından tarix səhnəsinə daixl olduğunu göstərmişdir.  Ş. 

Fərzəliyevin fikrincə, soyurğal haqqında ilk məlumat XIV əsrin II yarısına, Cəlairilərin hakimiyyəti 

dövrünə  təsadüf edir (1,79-80). Tanınmış rus şərqşünasları A.M. Belenitski və A.Y. Yakubovski 

soyurğalın Azərbaycanda meydana çıxmasını Teymur işğalları ilə bağlayırlar.  

B.H. Zaxoderin fikrincə, soyurğal torpaq sahibliyi İran və Azərbaycanda Teymur işğallarına 

qədər mövcud olmuşdur.  

   Fikrimizcə, soyurğal institutunun torpaq sahibliyi forması kimi meydana çıxmasını XIV əsrin 

ortalarına  şamil etmək daha doğru olardı. Bu mülahizəni «Mücməli Fəsihi» salnaməsinin soyurğal 

haqqındakı  məlumatları da təsdiq edir. 761- ci il (1359-1460) hadisələrini təsvir edən F. Xəvafi 

göstərir ki, Sultan Üveys Xızır  şahın xidmətlərini qiymətləndirərək, ona mərhəmət göstərdi, 

hədiyyələr və soyurğalla mükafatlandırdı (2, 94-95

Hərfi mənada «bəxşiş» anlamı verən monqol mənşəli «soyurğal» termini, tədqiqatçıların 

fikrincə, XIII-XIV əsrlərdə sözün ən geniş  mənasında hökmdarın öz xidmət adamına bəxşişi, 

hədiyyəsi mənasını vermişdir. «Mücməli Fəsihi» dən gətirilən iqtibas artıq 1360- cı ildə soyurğalın 

torpaq mülkiyyəti formasını ifadə etdiyini açıq – aydın göstərməkdədir. Belə ki, F. Xəvafinin 

«hədiyyə və soyurğal» anlayışlarını ayrıca qeyd etməsi, soyurğalın geniş məna yox, məhz dar mənada 

, torpaq mülkiyyəti mənasında işlədilməsi deməkdir. «Mücməli Fəsihi»nin h. 767- ci il hadisələri 

sırasındakı  məlumatda soyurğalın torpaq mülkiyyəti anlamında işlədilməsi artıq heç bir şübhə 

doğurmur. H. 767- ci ildə (1365-1366) Şiraz hakimi Şah  Şüca ilə qardaşı  Şah Mahmud arasında 

bağlanan müqavilədən bəhs edən F. Xəvafi yazır ki, Şah  Şüca  Şirazı  tərk edərək özünün soyurğalı 

olan  Əbrkuha getdi (2, 98-99) Bu məlumat soyurğal istilahının torpaq mülkiyyəti mənasında 

işlədilməsini sübut etməklə yanaşı, soyurğal sahibinin soyurğal  ərazisində  hərəkət azadlığına malik 

olmasını da göstərir.  

XIV  əsrin ortalarında meydana çıxan soyurğal torpaq sahibliyi XIV əsrin sonu – XV əsrdə 

Azərbaycan, İran və Mərkəzi Asiyada ən geniş yayılmış mülkiyyət forması olmuşdur. Soyurğal XIII- 

XIV əsrlərdə hakim mövqe tutan iqtanın davamı və inkişafının nəticəsidir. İqta kimi, soyurğal da irsi 

torpaq ehkami-soyurğal)mülkiyyəti forması olub hökmdar qarşısında xidmət müqabilində dövlət 

məmurlarına verilirdi (3, 145-146

 Hakimiyyət başına gələn yeni hökmdarın əvvəlki soyurğal fərmanlarını yeniləri ilə əvəz etməsi 

ənənəsi isə sadəcə olaraq formal xarakter daşıyırdı. Soyurğal verilərkən mütləq onun sahibinə hökm 

(yazılır və  sənəd (nişani-soyurğal) təqdim olunurdu. (1,79) Soyurğal sahibinin hökmdar qarşısında 

hərbi və ya mülki xidmət göstərməsi soyurğal institutunun mühüm atributlarından biri sayılırdı.  

Soyurğalın irsi səciyyə daşıması «Mücməli Fəsihi» salnaməsində də öz əksini tapmışdır. 1434-

1435- ci il hadisələrini təsvir edən F. Xəvafi göstərir ki, İlyas Xoca Radekanda öldükdən sonra Şahrux 

Radekanı  əmirzadə Seyid Yusif ibn Əmir  Şeyx  Əli Bahadura soyurğal verdi.Müəllifin məlumatına 

görə, Radekan Əmir  İlyas Xocanın atası  Əmir  Şeyx  Əli Bahadurun soyurğalı olmuş, sonra isə onu 

                                                 

*

 Сойурьал институту щаггында мяхязлярдя вя тарихшцнаслыгда чох эениш мялуматлар олдуьуна эюря, биз бурада йалныз 



«Мцъмял-и Фясищи»нин сойурьал щаггындакы мялуматларынын тящлили иля кифайятлянмяк гярарына эялмишик. 


Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №4 2010 

 

25

İlyas Xoca idarə etmişdi (2,279) Bu fakt açıq – aydın irsi olaraq soyurğalın atadan oğula keçməsi 

praktikasını sənədləşdirir.  

Ş. Fərzəliyev Həsən Bəy Rumlunun «Əhsənüt–təvarix» salnaməsi  əsasında soyurğalın 3 

növünün olduğunu göstərmişdir: torpaqla verilən soyurğal; pul ilə ödənilən soyurğal; müştərək 

istifadə üçün verilən soyurğal (1,78). «Mücməli Fəsihi»də soyurğalın ilk iki forması haqqında 

məlumatlarla rastlaşmaq mümkündür.  

H. 779- cu il hadisələrini (1377-1378) şərh edən F. Xəvafi göstərir ki, Qara Məhəmməd öz 

qərarına əsasən Sultan Hüseynin xidmətini qəbul etmək üçün Təbrizə gəlmiş və sonuncu ona böyük 

ehtiram göstərərək üzərinə qoyulmuş mal vergisini soyurğal vermişdi (2,112). Göründüyü kimi, 

burada söhbət konkret olaraq Qara Məhəmmədin Sultan Üveysə verdiyi mal vergisinin soyurğal 

edilməsindən gedir. Başqa bir yerdə Xoca Əli Nəsrullah Turşizinin üsyana hazırlaşdığından bəhs edən 

F. Xəvafi onun qoyub qaçdığı bütün malın və mülkün Əmir Mizraba soyurğal kimi verildiyini qeyd 

etmişdir (2, 169).  

Bu fakt XIV – XV əsrlərdə soyurğalın mal – pul və torpaq mülkiyyəti  şəklində verilməsini 

təsdiq edir.  

İqta torpaq mülkiyyəti forması ilə soyurğal arasında bir sıra oxşar və  fərqli xüsusiyyətlər 

mövcud olmuşdur. İqtadar kimi sahibi – soyurğal da soyurğal ərazisində vergi immuniteti hüququna 

malik idi. Sahibi soyurğala soyurğal  ərazisindən  əvvəllər divanın xeyrinə toplanılan bütün vergiləri 

yığmaq hüququ verilirdi. «Mücməli Fəsihi» salnaməsi soyurğal sahibinin vergi immuniteti hüququ 

haqqında da bir sıra məlumatlar vermişdir. Məs: 1411-1412- ci il hadisələrini təsvir edən F. Xəvafi 

yazır ki, Şahruxun göstərişi ilə Gövhərşad ağa  şahzadə Tuman ağanı böyk ehtiramla qarşıladı  və 

Kusuy kəndindən alınan mal və mütəvəccihatın, Xəbuşan vilayətinin Məğrək kəndindən alınan malın 

ona verilməsi təsdiq edildi, belə ki, onlar Teymur tərəfindən Tuman ağaya soyurğal verilmişdi (2, 



207) 

Bu məlumat soyurğal ərazisindən yığılan vergilərin soyurğal sahibinə məxsus olduğunu göstərir. 

«Mücməli Fəsihi»nin başqa bir məlumatında soyurğal  ərazisindən yığılan vergilər haqqında daha 

ətraflı məlumat verilmişdir. F. Xəvafi 1415-1416-cı ildə Şahruxun Qum, Kaşan, Rey və onun ətrafının 

idarə edilməsini əmir İlyas Xocaya həvalə etdiyini, həmin ərazilərin mal və xərac vergilərinin onun 

soyurğalı olduğunu yazmışdır.Müəllifin yazdığına görə, Əmir İlyas Xoca bu vergiləri öz ehtiyacları və 

öz ordusu üçün xərcləyə bilərdi. (2,223Xarakterinin irsiliyi, vergi immuniteti hüququnun oxşarlığı ilə 

yanaşı iqta və soyurğal torpaq mülkiyyəti formaları arasında bəzi fərqli cəhətlər də var idi. Hər şeydən 

əvvəl, soyurğal bəzi hallarda ərazisinin böyüklüyünə görə iqtadan fərqlənirdi. Məs,Qara Yusifin 1410 

– cu ildə  Əmir Baba Hacı Kavrudiyə bağışladığı soyurğal 600 kənddən, kürd əmiri  Şəmsəddin 

Ruzəkiyə verdiyi soyurğal isə dörd böyük dairədən ibarət olmuşdur( 3, 146). Soyurğalın geniş 

əraziləri  əhatə etməsi faktları «Mücməli Fəsihi» salnaməsində  də öz əksini tapmışdır: Məs, F. 

Xəvafinin məlumatına görə, 1414- cü ildə Sultan Şahrux Tus, Məşhəd, Abivərd, Nis, Samalkan, 

Carmuqan, Xəbuşan, Yazar, Astrabad, Kabud- Cam və ətraf əraziləri sultanzadə Baysunqur Bahadır 

xana, (2, 219) 1415-1416- cı ildə isə Qum, Kaşan, Rey və onun ətraf  əyalətlərini,  əkin sahələri və 

kəndləri ilə bir yerdə Əmir İlyas Xocaya soyurğal vermişdi (2, 223). Bundan əlavə, sahibi - soyurğal 

iqtadara nisbətən daha geniş hüquq və  səlahiyyətlərə malik idi. Belə ki, Qazan xanın 1303- cü il 

fərmanı iqtadara vergi immuniteti versə də, dövlətin hərbi idarə məmuru (bitikçiyi ariz) iqta ərazisini 

təftiş etmək səlahiyyətinə malik idi (3,146). XV əsrdə mərkəzi dövlət aparatının heç bir məmurunun 

soyurğal ərazisinə daixl olmaq hüququ yox idi (3, 146; 4; 930-934;). 

Bu isə  əslində sahibi soyurğalın vergi immuniteti ilə yanaşı soyurğal  ərazisində inzibati – 

məhkəmə immuniteti hüququna malik olması demək idi. Məsələn, Ağqoyunlu  şahzadəsi Qasım ibn 

Cahangirə  məxsus soyurğal fərmanında dövlət məmurlarının soyurğal  ərazisinə daxil olması  qəti 

qadağan edilir.(3, 930); Qara Yusifin əmir  Şəmsəddinə verdiyi soyurğal fərmanında da soyurğal 

sahibinə vergi və inzibati – məhkəmə  səlahiyyətlərinin verilməsi aydın yazılmışdır.(4,146) 

Hökmdarlar soyurğal paylamaqla nüfuzlu əmirləri öz tərəflərinə çəkmək yolu ilə mərkəzi hakimiyyəti 

gücləndirməyə çalışırdılar.  İlk  əvvəllər bu siyasət özünü doğrultsa da, sonralar iqtisadi baxımdan 

güclənmiş soyurğal sahiblərinin siyasi separatizmi mərkəzi dövlət aparatının zəifləməsinin başlıca 

amillərindən birinə çevrilirdi. Adətən xarici işğalçılar da yerli feodalları öz tərəflərinə çəkmək üçün 

soyurğal paylamaq siyasətinə əl atırdılar. Soyurğalın hərbi len xarakteri bütün XV əsr boyu dəyişməz 

qalırdı. Bütün soyurğal sahiblərinin hökmdarın hərbi yürüşlərində iştirakı məcburi saylırdı. H. 881-ci 

ildə (1476-1477) Gürcüstana yürüş zamanı Uzun Həsən hətta soyurğal sahibləri olan seyid və şeyxləri 

də özü ilə aparmış, Gürcüstanı fəth etdikdən sonra onların hər birinə hədiyyələr vermişdi. Fəzlullah 

ibn Ruzbihanın yazdığına görə, 1487- ci ildə İsfahana gedən Sultan Yaqub da seyid, üləma və alimlərə 

soyurğal paylamışdı.  



Гядим дювр вя орта ясрляр 

Тарих вя онун проблемляри, №4 2010 

 

26 

XV əsrdə soyurğal torpaq sahibliyi forması özünün ən yüksək inkişaf dövrünə qədəm qoymuşdu. 

Qaynaqların məlumatına görə, Uzun Həsənin nəvəsi Rüstəm (1493-1496) Qaraqoyunlu və Ağqoyunlu 

hökmdarları içərisində daha çox soyurğal paylamışdı. Soyurğal torpaq sahibliyinin geniş yayılmasını 

mərkəzi dövlət aparatının zəifləməsinin əsas səbəbi hesab edən Əhməd Ağqoyunlunun soyurğalın irsi 

xarakterini ləğv etmək cəhdi (5,151) uğursuzluğa düçar olmuş və hökmdar özü də soyurğal sahibləri 

olan hərbi – köçəri  əyanların qiyamı  nəticəsində öldürülmüşdü. XVI əsrdən etibarən Azərbaycanda 

tədricən soyurğal torpaq sahibliyi formasını tiyul əvəz etməyə başlamışdı.  

 

ßÄßÁÈÉÉÀÒ

 

1.Fərzəliyev Ş.F. Azərbaycan XV – XVI əsrlərdə (Həsən bəy Rumlunun «Əhsən ət – təvarix» 



əsəri üzrə) Bakı, Elm, 1983, 150 s. 

2.

 



ﯽﻓاﻮﺧ ﺢﻴﺼﻓ

 .

 ،ﺪﻬﺸﻣ ،مود ﺪﻠﺟ ،ﯽﺤﻴﺼﻓ ﻞﻤﺠﻣ



1961

 ،

420



ص 

 

3.Минорскй  В.  А.  Сойургщал  оф  Гасим  б.  Жащангир  Аг  Гойунлу. (903/1498). БСОС . вол. 



ЫХ. Парт. 3, 1954.  

4. Пирийев В. З. Азярбайъан ХЫЫЫ – ХЫВ ясрлярдя . Бакы, Нурлан няшриййаты, 2003.  

5.Петрушевский И.П. Внутренняя политика Ахмеда Ак-коюнлу // ССИА, вып. 1. Баку, Из- 

во АН Азерб. ССР, 1949, с. 144-152. 

 

АГАЕВА УЛЬВИЯ  

БГУ, к.и.н. 

E-mail: 


atoshi@mail.ru

 

 



УСЛОВНЫЕ ЗЕМЕЛЬНЫЕ СОБСТВЕННОСТИ В КОНЦЕ ХЫВ - В НАЧАЛЕ ХВ ВЕКА 

В АЗЕРБАЙДЖАНЕ (ПО МАТЕРИАЛАМ «МУДЖМАЛИ-ФАСИХИ»  

ФАСИХА ХАВАФИ) 

 

В  статье  исследуется  развитие  института  союргал  в  Азербайджане,  в  основном  на  базе 

данных источника этого же периода «Муджмали-Фасихи» Фасиха Хавафи. Автор этого источ-

ника являясь свидетелем событий конца XIV- начала XV веков дает интересные факты из исто-

рии этого периода и об их социальной и экономической жизни.  

 

AGAYEVA ULVIYE  



БДУ dr.ph. 

E-mail: 


atoshi@mail.ru

 

 



CANDITIONAL OWNERSHIP IN THE END OF XIV AND THE BEGINNING OF XV 

CENTURIES IN AZERBAYJAN(BY MATERIALS OF “MUJMALI-FASIXI”  

OF FASIX XAVAFI) 

 

In this work is researched the history of Azerbayjan in the end of XIV and the beginning of 



XV centuries on the base of source of this period “Mujmali-Fasihi” of Fasih Khavafi. The 

author of this source being witness of those incidences in the end of XIV and the beginning of 

XV centuries gives the interesting facts from the history of those period and their social and 

economical life.  



 

Ðÿé÷è: Äîñåíò Á.Ø. Øàáèéåâ, ò.å.ä. Ã.ß.ßëèåâ 

Áàêû Äþâëÿò Óíèâåðñèòåòè Òàðèõ ôàêöëòÿñèíèí Àçÿðáàéúàí òàðèõè (òÿáèÿò ôàêöëòÿëÿðè öçðÿ) êàôåäðàñûíûí 

15 ìàé 2010-úó èë òàðèõëè èúëàñûíûí ãÿðàðû èëÿ ÷àïà ìÿñëÿùÿò ýþðöëìöøäöð (ïðîòîêîë ¹04 ) 

Yüklə 291,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə