Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə36/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

Elektron hökumətin inkişaf meyarları üzrə perspektivləri: Beynəlxalq  təcrübə
109
•  İctimai xidmətlərin təşkili.
Bu əməliyyatlara vergi ödəmə, viza almaq, passport əməliyyatları, doğum və ölüm 
qeydləri, lisenziyalar və.s kimi təhlükəsizlik və gizlilik tələb edən ictimai xidmətlərdir. 
Burada veb-saytların əhatəsi genişlənir və portal (əsas çıxış qapısı) yaradılır.Bununla 
da istifadəçilər bu saytlar vasitəsilə geniş informasiya şəbəkəsinə qoşula bilirlər. Bu 
proseslər zamanı elektron imzanın da tətbiqinin bir sıra sahələrdə leqallaşdırılması 
gözlənilir. 
•  Vahid inteqrasiya.
Bu mərhələdə inzibati idarəetmə qurumlar, informasiyanın ötürülməsi və aparılan 
əməliyyatlar ortaq strukturda formalaşır. 
Şəkil.1. 
 
 
 
Mərhələ - 5
 
Vahid 
inteqrasiya 
 
 
 
 
Mərhələ - 4
 
İctimai 
xidmətlərin 
təşkili 
 
 
 
Mərhələ - 3
 
Qarşılıqlı 
fəaliyyət və 
əlaqələrin 
geniş.-si 
 
 
 
Mərhələ - 2
 
Sistemləşdirilmiş 
şəkildə inform. 
ötürülməsi 
 
 
 
Mərhələ - 1
 
İnformasiyanın  
yayılması  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ELEKTRON 
HÖKUMƏT 
 
 
 
 
 
Elektron hökumət və sosial media
Bu bölmədə isə günümüzün populyar texnoloji yeniliklərindən olan sosial media 
istifadəsinin E-hökumət xidmətlərinə nə kimi təsiri olduğu araşdırılıb. 
Ümumi götürdükdə, sosial şəbəkələr  əsasən dost-tanışla, xaricdə qohumlarla 
danışmaq üçün ünsiyyət və müxtəlif şirkətlər haqqında məlumatlar əldə edilməsi üçün, 
vətəndaş cəmiyyətinin xeyiri və inkişafı üçün interaktivliyi, bizə verdiyi üstünlüklərdən 
istifadəsi nəzərdə tutulub. Lakin, təəssüf ki, bu gün Azərbaycanda böyük istifadəçi 
kütləmiz bu sosial şəbəklərdən effektiv istifadə etməməkləri, lazımı, faydalı və mobil 
inkişaf üçün veb alətlərin istifadəsi, yeni media, sosial media alətlərinin produktivliyi 
haqqında biliklərə yiyələnməmələri və geniş  məlumat bazasına malik olmamaları, 


Mahir Dadaşov
110
vaxtlarını  mənasız virtual yazışmalara sərf etmələridir. Gənclərin dünyagörüşünün 
formalaşmasında, onların aktivliyinin artmasında sosial şəbəkələrin  əhəmiyyətli 
rolu artıq bütün dünyada etiraf olunur. Belə ki, şəbəkələrdə hər hansı bir məsələ ilə 
əlaqədar təbliğat aparmaq, fi kirlər paylaşmaq mümkün olur ki, bunun da təsirinin digər 
təbliğat vasitələrindən qat-qat artıq olduğu heç kimə sirr deyil. Oxford Universitetinin 
tədqiqatçıları bu fəsadların nədən ibarət olduğunu araşdırıb. Araşdırmanın ümumi 
nəticəsi bundan ibarətdir: “Sosial şəbəkələr gənclərin qürurlu və məqsədli böyüməsinə 
səbəb olur, eyni zamanda gənclərin  şəxsiyyətini formalaşmasına mənfi   təsir edir”. 
Azərbaycan  ərazisində internet istifadəçilərinin sayı artdıqca, gənclərimiz də sosial 
şəbəkələrə daha çox qoşulmağa başlayıb .Son 4 ay ərzində Azərbaycanda Facebook 
istifadəçilərinin sayı 2 dəfə artıb. Gənclər müstəqil həyata yenicə qədəm qoyduğundan 
istənilən vasitədən alınan yeni informasiya onların düşüncə tərzinə birbaşa təsir etmək 
gücünə malikdir . Bu fakt isə informasiyanı gənclər üçün təhlükəli məfhuma çevirir.
Eyni zamanda həyatımızda daha çox sosial şəbəkələr üzərindən təsirini hiss etdiyimiz 
“ikinci (virtual) həyat” bir çox sahələrdə artıq baxışımızı da dəyişməkdədir.Sosial 
şəbəkələr və Sosial Mediadan danışdıqda ilk olaraq, ağlımıza sosial struktura malik, 
şəxslər və təşkilatlardan ibarət qarşılıqlı əlaqələr başa düşülür. Sosial Media əhatəli 
bir  şəkildə, insanların  fi kirlərini, dünyagörüşlərini, təcrübələrini, perspektivlərini 
paylaşmaq və bir-birləriylə ünsiyyət halında olmaq üçün istifadə etdikləri online 
platformadır.Misal olaraq, Facebook, Twitter, LinkedIn, YouTube, Bloglar, 
Forumlar, Wikipedia kimi ensiklopediyalar, Stackoverfl ow, Quora və digər sosial 
şəbəkələri göstərə bilərik. Bununla bağlı Facebook, Twitter, YouTube kimi sosial medya 
vasitələri ilə e-hökumət xidmətlərinin tətbiqində demokratik, şəffalıq və hesabatvermə 
kimi xidmətlərinə də nə qədər müsbət təsir göstərməsini də müzakirə edəcəyik.
Azərbaycanda da sosial media dedikdə, Facebook, Twitter, LinkedIn-in və YouTube 
kimi sosial şəbəkələr ilk ağıla gəlsə də, yazımızın əsas hədəfi  sosial şəbəkələr, sosial 
medianın bütöv şəkildə alt sub-set yaratmasıdır.
Sosial şəbəkələr və Sosial Media 
Sosial Medianın əhatə etdiyi bütün xidmətləri bu cür sıralaya bilərik: 
1. Bloglar (Web – günlük məlumatlar) Blogger, Wordpress və.s
2. Mikrobloqlar: Twitter və.s
3. Sosial Şəbəkələr : Facebook, MySpace, Bebo, Hi5, LinkedIn, və.s 
4. Açıq ensiklopediyalar : Wikipedia və.s
5. Sosial bookmarkinq (favorit): Delicious, StumbleUpon vs… 
6. Sosial xəbər bookmarkinq : Digg, Reddit, Mixx, v.s
7. Şəkil paylaşımı : Flickr 


Elektron hökumətin inkişaf meyarları üzrə perspektivləri: Beynəlxalq  təcrübə
111
8. Video paylaşımı: YouTube 
10. Instant mesajlaşma formaları : MSN, Windows Live, vb. 
11. Forumlar: 
12. Virtual oyunlar: Secondlife.com 
13. Virtual birliklər : Yahoogroups və.s
Sosial şəbəkələr, texnologiya istifadəçilərinin istifadə etdiyi şəkilləri, yazı və sta-
tusları vasitəsilə başqa istifadəçilər ilə qurulan virtual münasibət kimi tanınır. Bu 
vəziyyətdə sosial media da virtual şəbəkələri sistemli bir şəkildə və ya hər hansı marka 
altında istifadə olunan bir texnologiya vasitəsi kimi tərif edilə bilər.Sosial medianın 
cəmiyyətə təqdim etdiyi xidmətlərindən istifadə edənlər, eyni zamanda E-hökumətin 
tətbiqində  də  bənzər xüsusiyyətləri araşdırmalarına və bunları  tələb etmələrinə yol 
açır.Buna görə, Facebook, Twitter, Youtube kimi sosial media vasitələri E-hökumətin 
tətbiqində iki fərqli lakin bir-biri ilə cox sıx əlaqəli şəkildə bəhrəsini verə bilir.
Sosial Media vasitələri ilə e-hökumətin idarəedilməsində, demokratik, şəffalıq və 
hesabat kimi amillərin fəaliyyətinin gücləndirilməsinə öz tohvəsini verə bilər. Hər 
iki vəziyyətdə e-hökumətin tətbiqində sosial mediadan fayadalanmaqla, e-hökumətin 
istər idarəolunmasında, istərsə də siyasi cəhətdən vətəndaşların aktiv olmasına, hətta 
rəhbərlik ilə əməkdaşlıq səviyyəsinə keçişini demək olar ki simvollaşdırır. 
Sosial Mediada ünsiyyət növləri
•  Sosial Mediada bir istiqamətli ünsiyyət: 
Bu ünsiyyət növü yalnız informasiyanı alır, aldığı yerə ötürə bilməz .Alternativ 
olaraq, ümumi radiolarda verilən söhbətləri misal göstərmək olar.
•  Sosial Mediada iki istiqamətli ünsiyyət: 
İnformasiyanın qəbul edib və geri ötürülməsi mümkün olan ünsiyyət sistemidir.
İnformasiya alıcısı,  əldə etdiyi məlumatlardan sonra, fi krini  bildirmək və ya 
tənqidlərini informasiyanı aldığı mənbəyə göndərə bilər. 
Bəs bu ünsiyyət sistemlərini bir-birindən fərqləndirən hansı cəhətlər vardırmı?
İki istiqamətli ünsiyyət növündə yalnız fi kir irəli sürmək və ya cavablandırmaqla 
bitmir, bu fi kirlərin doğru olub-olmadığını sübut etmək üçün alternativ variantlardan 
istifadə etməyə çalışırlar.
•  Aparılan bir çox araşdırmalarda iki istiqamətli ünsiyyət növündən istifadə olunan 
hər-hansı bir təbliğatın daha təsirli olduğu sübut olunmuşdur. 
•  İki istiqamətli təbliğatın təsir müddətinin uzunmüddətli kimi qiymətləndirilir. 


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə