İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə18/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

edildi və həmin il dekabrm 29-da Azərbaycan Respublikasınm Milli 
Məclisi tərəfındən təsdiq olundu [9,  1998,  30 dekabr].
İlkin  variantda  təklif olunan  12  fəsil,  146  maddə  son  vari- 
antda  daha yığcamlaşdırılaraq  6  fəsil,  50  maddə  oldu,  nəticədə  isə 
Konstitusiya daha dolğun, daha bitkin bir sənədə çevrildi.
1.15.Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 
seçkilərin keçirilməsi
Azərbaycan Respublikası müstəqilliyini bərpa etməsi və yeni 
Konstitusiyasmı qəbul etməsi ilə ölkədə demokratik dövlət, vətəndaş 
cəmiyyəti quruculuğu üçün hüquqi əsas yaratdı.  1995-ci il noyabrm 
12-də müstəqil Azərbaycan Respublikası parlamentinə m ojaritor və 
proporsional sistemlə ilk seçkilər keçirildi [8, s.379]. Həmin gün Nax- 
çıvan M R parlamentinə də demokratik seçkilər keçirildi [9,  1995,22 
noyabr]. Seçki dairələrində 45 nəfərə qarşı  153 nəfər deputatlığa na- 
mizədliyini irəli  sürdü  [31,  s.500].  Keçirilən seçkidə  36  seçki  dairəsi 
üzrə seçkilər baş tutdu. M uxtar respublikada səsvermə hüququ olan 
vətəndaşlardan  176236 nəfər, yəni ümumi seçicilərin 89,9%-i iştirak 
etdi [31, s.501].  8 seçki dairəsində seçkilər baş tutmadığmdan təkrar 
seçkilər 26 noyabrda keçirildi.
1995-ci il dekabrm  16-da Naxçıvan M uxtar Respublikası Ali 
Məclisinin birinci sessiyası oldu.  Sessiyada digər məsələlərlə yanaşı, 
Naxçıvan M uxtar Respublikası Ali Məclisi sədrinin seçilməsi məsə- 
ləsinə  baxıldı.  Naxçıvan  M uxtar  Respublikası  Baş  nazirinin  xarici 
iqtisadi  əlaqələr  üzrə  birinci  müavini Vasif Talıbov yekdilliklə Ali 
Məclisin sədri seçildi.
1995-2000-ci illərdə Naxçıvan M R Ali  Məclisinin  7 sessiyası 
keçirildi. Burada muxtar respublikamn dövlət quruculuğu, büdcə və 
maliyyə  məsələləri,  ictimai-siyasi,  sosial-mədəni  inkişaf və  başqa 
mühüm  əhəmiyyətli  məsələlər  müzakirə  edildi  və  qərarlar  qəbul 
edildi.  Naxçıvan  M uxtar Respublikası Ali  Məclisinin  Sədri Vasif 
Talıbovun problemlərin həlli istiqamətində gündəlik nəzarəti,  qay- 
ğısı  və köməkliyi,  muxtar  respublikanm  iqtisadiyyatmm,  sənayesi- 
nin,  sosial  sahələrin,  tikinti,  abadlıq  işlərinin  aparılm asm a, 
infrastrukturun  digər  sahələrinə  əsaslı  təsir etdi,  həlli  çatmış  prob-
62


lembrin, çətinliklərin tez bir zamanda operativ həll edilməsinə zəmin 
yaratdı, muxtar respublika inkişaf və tərəqqi yollarmda inamla ad- 
dımlamağa başladı [30,  s.5].
2000-ci  ilin  noyabrında  Azərbaycan  Respublikasmda  yeni 
parlament seçkiləri təşkil olundu. Mərkəzi Seçki Komissiyasmda  17 
siyasi  partiya  və  bir  seçki  bloku  qeydiyyatdan  keçdi.  Demokratik 
konqresə üzv partiyalarm   demək  olar  ki,  hamısı  seçkilərdə  iştirak 
etdi. Xalqm fəal iştirakı ilə 2000-ci il noyabrm  5-də keçirilən parla- 
ment  seçkiləri nəticəsində Azərbaycan  Respublikasmm yeni  parla- 
menti yarandı və qanunvericilik fəaliyyətinə başladı [8,  s.380].
Naxçıvan  M R   Ali  Məclisi  Sədrinin  31  iyul  2000-ci  il  tarixli 
fərmanı  ilə  Naxçıvan  M uxtar  Respublikası  Ali  Məclisinə  seçkilər 
2000-ci il noyabr ayınm 5-nə təyin edildi. Milli Məclisə keçirilən seç- 
kilərdə Naxçıvan M R-in ərazi vahidləri üzrə 5  seçki dairəsi, Naxçı- 
van  MR  Ali  Məclisinə  keçirilən  seçkilər  üzrə  isə  45  seçki  dairəsi 
yaradıldı. 210 min seçicini əhatə edən 259 seçki məntəqəsi yaradıldı 
[31,  s.524].  5  seçki  dairəsində  16,  45  seçki  dairəsində isə  95  nəfərin 
namizədliyi qeydə almdı.
Seçki günü seçici siyahılarmda 209412 nəfər seçici olmuş, on- 
lardan  164892 nəfəri seçki bülleteni  alaraq seçkidə iştirak etmişdir. 
Yəni seçicilərin  78,7  faizi  seçkilərdə  iştirak etdi.  Naxçıvan  M R Ali 
Məclisinə  seçkilərin  nəticələrini  Naxçıvan  M R  Ali  Məhkəməsi  20 
noyabr 2000-ci  il,  Naxçıvan  M R   MSK 21  noyabr 2000-ci  il  tarixli 
qərarları ilə 45 birmandatlı dairə üzrə deputatların seçildiyini təsdiq 
etdi [39, 2000, 22 noyabr].
2000-ci il dekabrm 7-də ikinci çağırış Naxçıvan M uxtar Res- 
publikası Ali  Məclisinin  birinci  sessiyası  keçirildi.  Sessiyada  Vasil' 
Talıbov ikinci  dəfə  Naxçıvan  M uxtar  Respublikası  Ali  Məclisinin 
sədri seçildi.  1995-2000-ci illərdə Naxçıvan M uxtar Respublikasına 
rəhbərlik etmiş Vasif Talıbovun məqsədyönlü, düşünülmüş, səriştəli 
idarəetmə taktikası, prinsipial mövqeyi, dövlətçiliyə sədaqəti, baca- 
rığı  və  enerjisi,  N axçıvan  diyarınm  ərazi  bütövlüyünün  qorunub 
möhkəmləndirilməsi məsələlərini bacarıqla həll etməsi  onun həmin 
vəzifəyə  yekdilliklə  seçilməsi  ilə  nəticələndi.  Sessiyada  Naxçıvan 
Muxtar Respublikasmm 2001-ci il Dövlət büdcəsi təsdiq edildi, Ali 
Məclisin 6 daimi kommisiyası yaradıldı [39, 2000, 9 dekabr].
63


2000-2005-ci illərdə Naxçıvan M uxtar Respublikası Ali Məc- 
lisinin  altı  sessiyası  keçirilmiş,  burada muxtar  respublikamn daxili 
həyatı,  dövlət  quruculuğu,  ictimai-siyasi,  sosial-iqtisadi  inkişafı, 
Dövlət büdcəsi və onun icrası haqqmda və başqa məsələlər müzakirə 
edilmişdir. 2003-cü ilin yanvarm 7-də ikinci çağırış Naxçıvan Muxtar 
Respublikası  Ali  Məclisinin  dördüncü  sessiyasında  «2003-cü  ilin 
Naxçıvan  M uxtar  Respublikasmda  Heydər Əliyev ili elan edilməsi 
haqqında»  qərar  qəbul  edildi.  Qərarda  deyilir:  «Xalqımızm  əvəze- 
dilməz liderinin 35 ilə yaxm bir müddətdə Azərbaycanm rəhbəri kimi 
siyasi fəaliyyəti, milli və müstəqil dövlət quruculuğu təcrübəsi müasir 
tariximizin ən mühüm mərhələsini təşkil edir... Tarixdə tək-tək şəx- 
siyyətlərə qismət  olubdur ki,  xalqınm  sonsuz və dərin məhəbbətini 
qazana bilsin, həyatı, əməlləri öz ölkəsinin həyatı ilə bağlı olsun, vəh- 
dət təşkil etsin. Möhtərəm Heydər Əliyevin dövlət quruculuğu sahə- 
sində həyata keçirdiyi tədbirlər,  daim xalqmın milli m araqlarm dan 
çıxış etməsi,  beynəlxalq sistemdə cüzi dəyişikliyi belə nəzərə almağı 
bacaran planetar təfəkkür sahibi olması onu nəinki iyirminci yüzil- 
liyin,  eyni  zamanda iyirmi birinci  yüzilliyin də dahi  şəxsiyyəti  kimi 
bütün dünyaya tamtmışdır. Azərbaycan xalqı qarşısmda tarixi xid- 
mətlərini və anadan olmasmın  80 illiyini nəzərə alaraq...  2003-cü il 
Naxçıvan  M uxtar  Respublikasmda  Heydər Əliyev ili  elan  edilsin» 
[39, 2003, 9 yanvar].
2004-cü il yanvarm 6-da ikinci çağırış Naxçıvan M uxtar Res- 
publika Ali Məclisinin beşinci sessiyasmda Heydər Əliyev ili adlan- 
dırılan 2003-cü ilin əsas yekunları təhlil edildi. «2003-cü ildə m uxtar 
respublikada  cari  qiymətlərlə  610  milyard  m anata  yaxm,  yaxud 
2002-ci illə müqayisədə  16 faiz artıq ümumi məhsul istehsal edilmiş- 
dir» [39, 2004,  8 yanvar].
300-ə qədər yeni sosial obyektlər istifadəyə verildi və ya əsaslı 
bərpa edildi, ordu quruculuğu sahəsində ciddi işlər görüldü, tikinti- 
energetika  kompleksi  hərəkətə  gətirildi,  geniş  abadlaşdırma,  quru- 
culuq tədbirləri davam etdirildi, suvarma-meliorasiya işləri artırıldı 
və s.
Üçüncü çağırış Azərbaycan Respublikasmm Milli  Məclisinə 
seçkilərin  keçirilməsi  ilə  bağlı  Azərbaycan  Respublikasımn  Prezi- 
denti  İlham  Əliyev 4  iyul  2005-ci  il  tarixdə  sərəncam  imzaladı  və
64


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə