İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə15/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

dir.  M artın 21-də Fransadan Naxçıvana  humanitar yardım göndo- 
rilmişdir.  M artm   24-də  Türkiyə  hökuməti  Naxçıvana  25  milyon 
Amerika  dolları  həcmində  kredit  ayırmışdır.  Türkiyə  və  İran  döv- 
lətlərinin,  şirkətlərinin və qeyri-hökumət  təşkilatlarmm  Naxçıvana 
yardımları davam etmişdir.
Heydər  Əliyev fevralm  12-də  Bakıda Azərbaycan  Respubli- 
kasınm  prezidenti  Əbülfəz  Elçibəylə  görüşmüş,  blokada  şəraitində 
yaşayan Naxçıvanm ağır sosial-iqtisadi vəziyyətindən və onların həlli 
yollarmdan bəhs etmişdir.
Naxçıvan M R Ali Məclisinin Sədri Heydər Əliyevin məqsəd- 
yönlü siyasəti, müdrik fəaliyyəti, böyük dövlətçilik təcrübəsi və xalqm 
ona olan sarsılmaz inamı və dəstəyi Naxçıvanı real erməni işğalmdan 
xilas etdi və blokadanm  aradan qaldırılmasına,  əhalinin  sosial-iqti- 
sadi vəziyyətinin yaxşılaşdırılmasma öz müsbət təsirini göstərdi.
1.11. Naxçıvanda dövlət çevrilişinə cəhd
Heydər Əliyevin rəhbərliyi altmda muxtar respublikada döv- 
lət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahə- 
sində mühüm işlər görüldü. Mövcud siyasi böhran aradan qaldırıldı. 
İqtisadi  islahatlar  həyata  keçirildi,  sahibkarlığm  inkişafı  üçün 
müəyyən şərait yaradıldı.  Hərbi quruculuq məsələlərinə xüsusi diq- 
qət  verildi.  Naxçıvanda mütəmadi  hal  almış  erməni  hücumlarınm 
qarşısı almdı.
Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi 
bütün Azərbaycan xalqınm diqqətini cəlb edir, ona ümidlər artırdı. 
AXC  hakimiyyəti  isə  onun  uğurlarm a  ögey  münasibətdə  qalaraq, 
fəaliyyətini  separatçılıq  kimi  qələmə  verməyə  çalışır  və  Naxçıvan 
MR-də  hakimiyyət  çevrilişi  etmək,  qeyri-demokratik  yolla  haki- 
miyyəti dəyişmək cəhdləri edirdi.  İstər A.Mütəllibov, istərsə də onu 
əvəz etmiş Ə.Elçibəy hakimiyyəti Naxçıvana ögey münasibətdə idi- 
lər. Naxçıvanı taleyin hökmünə buraxmışdılar. Hər iki hakimiyyətin 
Naxçıvanla bağlı siyasəti siyasi ambisiyalardan uzağa getmirdi.
AXC Naxçıvanda da öz hakimiyyəlini qeyri-qanuni yolla ələ 
almaq istəyirdi.  Onlar Baş nazir vəzifəsini ələ keçirərək  Becan  Fər- 
zəliyevin həmin vəzifəyə təyin edilməsinə nail olmuşdular.  Lakin bu
53


onları qane etmirdi. Əsas vəzifəyə - M uxtar Respublika Ali Məclisi- 
nin sədri vəzifəsinə yiyələnmək istəyirdilər.  Ona görə də istər respub- 
lika rəhbərliyinin, istərsə də Naxçıvandakı cəbhəçilərin əsas məqsədi 
Naxçıvanda vəziyyəti gərginləşdirmək, müxtəlif təxribatlar törətmək 
yolu  ilə  Heydər  Əliyevi  Ali  Məclisin  sədri vəzifəsindən  uzaqlaşdır- 
maq idi. Cəbhəçilərin Ali Məclisin sessiyasmda təfriqə salmaq və bu- 
nunla  Heydər  Əliyevə  qarşı  müəyyən  planları  həyata  keçirmək 
cəhdləri  boşa  çıxandan  sonra  çevriliş  etmək  yolunu  tutdular.  O 
vaxtkı daxili işlər naziri Isgəndər Həmidov məhz polisin əli ilə bu işi 
reallaşdırmağa çalışdı.
İyul  ayınm  axırlarından Xalq  Cəbhəsi  qüw ələrinin müxtəlif 
yollarla polisi siyasətə cəlb etmək, ondan öz siyasi məqsədləri naminə 
istifadə etmək cəhdləri görünməyə başladı [9,  1997, 23 oktyabr].
Azərbaycan  Respublikasmm  daxili  işlər naziri  İsgəndər  Hə- 
midov  Naxçıvana  gəlir  və  avqustun  20-21-də  N axçıvan  M R   Ali 
Məclisində olur. O, əwəlki nazirin vəzifədən azad olunmasım, həmin 
işə  daha layiqli,  təcrübəli adamm təyin olunmasınm zəruriliyini bil- 
dirir. Ali Məclisin Sədri Heydər Əliyev onun təklifı ilə razılaşır.  Ra- 
zılıq  əldə  olunur  ki,  nazir  vəzifəsi  hələlik  birinci  müavin 
Ə.Ələkbərova həvalə edilsin [9,  1997, 23  oktyabr]. İ.Həm idov isə bu 
vəzifədə AXC-nin  fəal  üzvü  S.Mustafayevi  görmək  istəmiş,  18  av- 
qust  1992-ci il tarixdə  1718  nömrəli  əmr vermişdi.  Heydər Əliyevlə 
söhbətindən sonra bu vəzifəyə kadr təyin etməyin onun səlahiyyətinə 
aid olmadığım bilib, bu məsələni hələlik açmamışdır.  Heydər Əliyev 
İranda  olarkən  İ.Həmidov  S.Mustafayevin  nazir  təyin  olunması 
haqqmdakı  əmri  Naxçıvan  M R  D İN -nə  göndərmişdir.  Naxçıvan 
MR  DİN-nin  polis  əməkdaşları  bu  təyinatı  qəbul  etməmiş,  1  sent- 
yabr  1992-ci  il  tarixdə  Azərbaycan  daxili  işlər  nazirinin  müavini 
R.Quliyevin  iştirakı  ilə  Naxçıvan  M uxtar  Respublikası  D İN   polis 
əməkaşlarınm iclası keçirilmiş  və bu iclasın etiraz bəyanatmı Azər- 
baycan və Naxçıvan M R rəhbərliyinə göndərmişlər [19,  s.383-385]. 
Naxçıvan MR Daxili İşlər Nazirliyinin polis əməkdaşlarmm hüquq 
və  şərəfıni  Müdafiə  Komitəsi  Respublika  Prezidentinə,  Ali  Sovetə 
və Baş Prokurora müraciət etmişdir [19,  s.385-389].
Naxçıvan M R Ali Məclisinin  17 sentyabr 1992-ci il tarixli ses- 
siyası Naxçıvan MR  daxili işlər naziri vəzifəsini müzakirə etdi.  Na-
54


mizədlərin  adları  gündəliyə  salmdı.  Alternativ  qaydada  seçki  keçi- 
rildi.  Ə.Ələkbərov  86  səsdən 69  səs,  S.Mustafayev isə  3  səs  topladı. 
Ə.Ələkbərov Naxçıvan M R Daxili Işlər naziri vəzifəsinə seçildi [19, 
s.388;  37,  1999, 9 may].
AXC-nin  Naxçıvanda  hakimiyyəti  qeyri-qanuni  yolla  yiyə- 
lənmək üçün polisi ələ keçirməsi taktikası baş tutmadı.
Naxçıvan  M R   Ali  Məclisinin  Rəyasət  Heyəti  15  oktyabr
1992-ci il tarixdə «Naxçıvan M uxtar Respublikası  Daxili  Işlər Na- 
zirliyində yaranmış vəziyyət haqqmda» məsələ müzakirə etdi. Qəbul 
edilmiş qərar respublika Prezidentinə və Ali Sovetə göndərildi.
İ.Həmidov planm  baş tutmayacağmı gördükdə başqa bir hü- 
quqa zidd hərəkətə yol verdi. O, Azərbaycan Respublikası DİN-nin 
əmri ilə Naxçıvan  M R  daxili  işlər naziri  və müavinini  -  Ə.Ələkbə- 
rovu, N.Həsənovu, qərargah rəisi O.Zalovu, şöbə və bölmə rəislərini 
M.Həsənov, B.Əyyubov, A.Qurbanov və başqalarmı daxili işlər or- 
qanlarmdan çıxardı.
Naxçıvanda  sifarişi  Bakıdan  alan  qüvvələr  öz  pozuculuq 
fəaliyyətlərini daim davam etdirirdilər.  Onlar Heydər Əliyevə qarşı 
təxribat  törətm ək  üçün  cəhdlər  edirdilər.  AXC  Naxçıvan  şöbəsi 
Heydər Əliyevin  əleyhinə  qızğın təbliğat  aparırdı.  Oktyabrm 24-də 
isə AXC hakimiyyəti ələ almaq üçün silahlı çevriliş etdi. Naxçıvanda 
xalq cəbhəsinə məxsus silahlı dəstələr muxtar respublika Daxili İşlər 
Nazirliyi,  Televiziya  və  Radio  Verlişləri  Komitəsi,  Rabitə  İdarəsi, 
şəhər elektrik şəbəkəsi binalarmı, habelə telestudiyanı zəbt edib ha- 
kimiyyət əleyhinə bəyanat verdilər [39,1992,28 oktyabr]. 24 oktyabr 
çevriliş cəhdinə ümumi  rəhbərliyi o vaxt Naxçıvandan Azərbaycan 
Ali Sovetinə deputat seçilmiş F.Quliyev həyata keçirirdi. Təşkilatçı- 
lıq  işlərinə  və  çevrilişçi  dəstələrə  AXC  Naxçıvan  şöbəsinin  sədri 
A.Quliyev,  N axçıvanda  Daxili  İşlər  naziri  olmaq  istəyən  cəbhəçi 
S.Mustafayev rəhbərlik edirdi  [18,  2002,  24  oktyabr].  Çevriliş  cəh- 
dində Azərbaycan X alq Cəbhəsi Naxçıvan vilayət şöbəsinin 300 nə- 
fərə yaxın  silahlı dəstəsi  iştirak edirdi  [24,  s.99].  Lakin  xalq  çevriliş 
cəhdini dəstəkləmədi.  Əhalinin  böyük  əksəriyyəti  Heydər  Əliyevin 
çağırışı ilə ayağa qalxdı.  Hətta Nehrəm, Cəhri kəndlərindən adamlar 
piyada Naxçıvan şəhərinə yürüş etdilər.  Qısa bir vaxtda  50 mindən 
çox adam Heydər Əliyevi müdafıə etmək üçün Ali Məclis binasınm
55


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə