İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə19/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

Azərbaycan  Milli  Məclisinə seçkilər  2005-ci  il  noyabrın  6-na  təyin 
edildi.  Bu sərəncama uyğun olaraq Naxçıvan MR Ali Məclisi sədri- 
nin 25 iyul 2005-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinə  seçkilər də 2005-ci  il  noyabr  aymın  6-na  təyin  edildi. 
Milli  Məclisə  keçirilən  seçkilərdə  Naxçıvan  MR-in  ərazi  vahidləri 
üzrə  7  seçki  dairəsi,  Naxçıvan  M R  Ali  Məclisinə  keçirilən  seçkilər 
üzrə isə 45  seçki dairəsi yaradıldı.
Hələ 7 iyun 2005-ci il tarixdə Naxçıvan M uxtar Respublikası 
Ali Məclisində seçkilərə hazırlıqla bağlı qarşıda duran vəzifələr geniş 
müzakirə  olundu.  Ali  Məclisin  sədri Vasif Talıbov Azərbaycamn 
digər bölgələrindən fərqli olaraq Naxçıvanda 6 noyabrda həm Ölkə 
Parlamentinə,  həm  də  M uxtar  Respublika Ali  Məclisinə  seçkilərin 
keçiriləcəyini  xatırlatdı,  bu  şərəfli  və  məsuliyyətli  siyasi  tədbirin 
yüksək  səviyyədə,  tam   dem okratik  şəkildə,  qanunvericiliyə  uyğun 
qaydada təşkilini bütün aid qurumlarm  qarşısmda  qəti vəzifə kimi 
qoydu.  9  iyul  2005-ci  il  tarixdə 2-ci  çağırış  Naxçıvan  M uxtar  Res- 
publikası  Ali  Məclisinin  yeddinci  sessiyasmda  «Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisinə seçkilər  haqqmda»  Naxçıvan M R  Qa- 
nunu qəbul  olundu.  13  fəsildən,  105  maddədən ibarət  bu  qanunda 
[35, s. 187-282] ümumi, bərabər, azad, gizli, birbaşa seçki prinsipləri 
təsbit olundu, bunun üçün müvafiq hüquqi baza yaradıldı. Ali Məc- 
lisin həmin  sessiyasmda  Naxçıvan  M uxtar  Respublikası  MSK-nın 
hamısı bitərəf olmaqla 7 nəfərdən ibarət yeni tərkibi də təsdiq edildi.
Azərbaycan  Milli  Məclisinə  7  dairə  üzrə  42  namizəd  qeydə 
almmış,  seçkilərdə  32  namizəd  iştirak  etmişdir.  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisinə  seçkilərdə 45  dairə  üzrə  müxtəlif siyasi 
partiyalara mənsub, yaxud bitərəf olan  145 namizəd qeydə almmışdı.
Ölkə Prezidenti İlham Əliyevin imzaladığı «Seçki praktikası- 
nın təkmilləşdirilməsinə dair»  11 may 2005-ci il və «Azərbaycan Res- 
publikası  Milli  Məclisinə  seçkilərin  hazırlanması  və  keçirilməsi  ilə 
bağlı  təxirəsalmmaz  tədbirlər  haqqm da»  25  oktyabr  tarixli  sərən- 
camları seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə, seçicilə- 
rin öz iradələrini sərbəst şəkildə ifadə etmələrinə imkan yaratdı.
Azərbaycanda keçirilən parlament seçkilərində ilk dəfə olaraq 
«exit-poll»un təşkili ilə  əlaqədar m üddəalara da xüsusi  diqqət  yeti- 
rildi.
65


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasmm mə- 
lumatına görə  125 seçki dairəsi üzrə 5137 seçki məntəqəsi yaradılmış 
və həmin məntəqələr üzrə 4 milyon 660 min seçici qeydə alınmışdır.
Naxçıvan  M uxtar  Respublikası  üzrə Azərbaycan  Respubli- 
kasının Milli Məclisinə 7 seçki dairəsi üzrə və Naxçıvan M uxtar Res- 
publikasımn Ali Məclisinə 45 seçki dairəsi üzrə 275 mülki və 23 hərbi 
(qapalı)  seçki  məntəqələri  yaradıldı  ki,  bu  seçki  məntəqələrində  də 
236441  nəfər seçici siyahılarma daxil edildi [35, s.19].
Naxçıvan  M uxtar  Respublikasmda  seçki  dairələri  üzrə  seçi- 
cilərdən  137143  nəfəri,  yəni  58,1  faizi  seçkilərdə  iştirak  etdi.  Ölkə- 
mizin seçki tarixində ilk dəfə olaraq keçirilən «exit-poll»un nəticələri 
Mərkəzi Seçki Komissiyasmın nəticələri ilə üst-üstə düşdü. Azərbay- 
can üzrə «exit-poll» keçirilmiş 65 dairədən 58-də, Naxçıvan MR-də 
isə seçki dairələrinin hamısında ümumi göstərici mərkəzi Seçki Ko- 
missiyasmın ilkin nəticələri ilə adekvat idi.
Seçkinin  nəticələrinə  görə  dairələrin  böyük  əksəriyyətində 
YAP təmsilçiləri qalib gəldi. Belə ki, Naxçıvan M uxtar Respublikası 
Ali  Məclisində  deputat  yeri  əldə  etmiş  45  nəfərdən  39-u  (86,7%) 
YAP-ı,  2-si  (4,4%)  AXCP-ni  təmsil  edir.  Seçilmiş  deputatlardan  4 
nəfəri (8,9%) isə bitərəfdir.
Naxçıvan M uxtar Respublikasınm Ali Məhkəməsi 21  noyabr 
2005-ci  il  tarixdə  45  seçki  dairəsi  üzrə  seçkilərin  nəticələrini 
bütövlükdə təsdiq etdi.
2005-ci  il  noyabrm  28-də  üçüncü  çağırış  Naxçıvan  M uxtar 
Respublikası Ali Məclisinin I sessiyası keçirildi. Sessiyada Naxçıvan 
M uxtar  Respublikası  Ali  Məclisi  sədrinin,  sədrin  müavinlərinin, 
Daimi Komissiya sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçil- 
məsi,  2006-cı il  Dövlət  büdcəsinin təsdiqi,  «Naxçıvan M uxtar Res- 
publikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqmda» 
Naxçıvan  M uxtar  Respublikasmm  Qanunu  və b.  məsələlər təsdiq 
edildi  [39,  2005,  29 noyabr].  Heydər Əliyev dövlətçilik  məktəbinin 
layiqli yetimıəsi, tanınmış ictimai-siyasi xadim Vasif Talıbov yenidən 
üçüncü dəfə açıq səsvermə yolu ilə yekdilliklə M uxtar Respublika 
Ali Məclisinin sədri seçildi.
Üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 
doqquz  sessiyası  keçirilmiş,  bu  sessiyalarda muxtar  respublikanm
66


iqtisadi  həyatı,  müxtəlif  ilbrdə  (2005-2010-cu  ilbrdə)  Naxçıvan 
Muxtar Respublikasınm sosial-iqtisadi inkişafmm yekunları, İnsan 
hüquqları üzrə müvəkkilin (Ombudsmamn) seçilməsi,  Ombudsma- 
nın hesabatları, müxtəlif illər üzrə Dövlət büdcəsinin təsdiqi və icrası 
vəziyyəti  və  b.  məsələlər müzakirə  edilmiş,  qərarlar  qəbul  edilmiş- 
dir.
2006 və 2007-ci illərdə M uxtar Respublikada çox böyük qu- 
ruculuq tədbirləri  həyata  keçirilmiş,  ümumi  daxili məhsul  2005-ci 
illə müqayisədə 2006-cı ildə 27 faiz artmış (405657 min manat təşkil 
etmişdir), 29 istehsal müəssisəsi fəaliyyətə başlamış,  sənaye istehsa- 
lmın həcmi müvafiq olaraq 64 faiz artmış (70444 min manat olmuş- 
dur), 2006-cı ildə 8044 yeni iş yeri açılmış, 757 obyektdə tikinti, əsaslı 
təmir,  yenidənqurma,  bərpa və təmir işləri  görülmüşdür  [39,  2007,
11  yanvar]. 2007-ci  il  muxtar  respublikada  sənayenin,  tikintinin, 
kənd təsərrüfatı,  meliorasiya,  kommunikasiya və sosial-mədəni sa- 
hələrin, maliyyə-bank sektorunun inkişafı baxımmdan da yaddaqa- 
lan olub.  İ1 ərzində 793  obyektə  tikinti,  əsaslı təmir, yenidənqurma 
və  bərpa  işləri  aparılıb  ki,  bu  da təxminən  hər  gün  ərzində  2,5  ob- 
yektin istifadəyə verilməsi demək olub  [9, 2009, 22 yanvar]. 2008-ci 
il Naxçıvan M uxtar Respublikasmda inkişaf və tərəqqi ili elan edil- 
mişdir.  Bu ildə m uxtar respublikada ümumi  daxili məhsul istehsalı 
35,5  faiz artaraq  795764 min manat  olmuşdur.  Sənaye məhsulu is- 
tehsalı 26,7  faiz,  kənd  təsərrüfatı məhsulları  istehsalı  11,5  faiz  art- 
mışdır.  Ümumiyyətlə,  2008-ci ildə muxtar respublika üzrə müxtəlif 
təyinatlı  854  obyekt  istifadəyə  verilmiş,  91  obyektdə isə tikinti-qu- 
raşdırma və təmir işləri davam etdirilmişdir [37, 2009,  8 fevral].
Naxçıvan M uxtar Respublikasında 2009-cu il nizam-intizam 
ili elan edilmişdir.  Bu,  təkcə əmək intizammm gücləndirilməsi kimi 
başa düşülməmiş, hər bir işçinin ona tapşırılan sahədə məsuliyyətinin 
gücləndirilməsi, işə və onun nəticəsinə şüurlu münasibət, idarəetmə 
və icra mədəniyyətinin artırılması kimi dərk edilmiş və tətbiq olun- 
muşdur  [39,  2009,  29  dekabr].  M uxtar respublikada  2009-cu  il  ilk 
növbədə sosial-iqtisadi sahədə yeniləşmə və quruculuq tədbirlərinin 
daha da dərinləşməsi dövrü kimi yadda qalmışdır. 2004-2008-ci illər 
üzrə regionlarm sosial-iqtisadi inkişafı dövlət proqramınm icrası ilə 
bağlı  həyata  keçirilmiş  məqsədyönlü  tədbirlər  nəticəsində  muxtar
67


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə