İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə17/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

mək mümkün  olmadı.  Konfrans  1992-ci  il  noyabrm  21-də  Naxçı- 
vanda  keçirildi.  Müxtəlif  bölgələrdən  550-dən  çox  nümayəndə 
gəlmişdi.  Konfrans  YAP-m  təsis  olunması  haqqm da  qərar  qəbul 
etdi.  Partiyanm  Heydər  Əliyev  tərəfmdən  hazırlanmış  Proqram  və 
Nizamnaməsi müzakirə olunub qəbul edildi.  Heydər Əliyev yekdil- 
liklə partiyanm  sədri  seçildi.  Konfransda YAP-m  İdarə Heyəti,  Si- 
yasi Şurası vəNəzarət-Təftiş Komissiyası seçildi [19, s.447; 41, s.30].
Partiyanm 21  noyabr  1992-ci il tarixli bəyanatmda qeyd olu- 
nurdu ki, bu partiyanm başlıca proqram məqsədi dövlət müstəqilli- 
yinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı demokratik 
hüquqi dövlətin yaradılması, möhkəm əmin-amanlıq və ictimai həm- 
rəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaqdan, geniş de- 
mokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan 
ibarətdir. «Yeni Azərbaycan Partiyası parlament tipli partiyadır» [9, 
1999, 9  iyun].  «Bizim  şüarımız müxalifət naminə müxalifət  ola bil- 
məz.  Bizim prinsipimiz - konstruktivlikdir» [19, s.448].
Heydər Əliyev təkcə YAP-m deyil,  bütün Azərbaycan xalqı- 
nm lideri idi. Heydər Əliyevin məsləhətlərinə məhəl qoymayıb səriş- 
təsiz  siyasəti ilə  ölkəni  parçalanmaq,  vətəndaş  müharibəsi  həddinə 
gətirmiş  iqtidar başlanmış  təhlükəli  proseslərin  qarşısım  almaqda 
gücsüzlüyünü görüb son anda kömək üçün ona müraciət etdi.  1993-cü 
ilin  iyununda  Heydər  Əliyevin yenidən  siyasi  hakimiyyətə  qayıdışı 
ilə Azərbaycan onu gözləyən fəlakətlərdən xilas oldu.  Ölkəmizin ic- 
timai-siyasi,  sosial-iqtisadi, elmi-mədəni həyatmda,  beynəlxalq əla- 
qələrində əsaslı dönüş yarandı.
1.14. Naxçıvan Muxtar Respublikasının yeni 
Konstitusiyasının qəbul edilməsi
Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan 
sonra  Naxçıvan  M uxtar  Respublikasmda  ictimai-siyasi  vəziyyət 
sabit qalsa da,  idarəçilik sahəsində müəyyən boşluqlar,  hakimiyyət 
orqanları  arasmda  anlaşılmazlıqlar  yaranmağa  başlamış,  bir  çox 
sahələrdə mənfı hallar baş qaldırmış, nizam-intizam pozulmuş, işlər 
zəifləmişdi  [24,  s.  127].  Heydər  Əliyevin  tövsiyəsi  ilə  Naxçıvana 
başçı  seçilmiş  Namiq  Həsənov  prezidentin  ona  göstərdiyi  etimadı
59


doğrulda  bilmadi,  muxtar  respublikada  idarəçilik  sahəsində  ciddi 
problemlər  yarandı.  Ölkə  rəhbərliyinin,  prezidentin  səylərinə  bax- 
mayaraq,  həmin dövrdə muxtar respublika inkişaf edə bilmədi  [21, 
s. 271].
90-cı illərin ortalarmda Azərbaycan keyfiyyətcə yeni bir mər- 
hələyə  daxil  oldu,  dövlət  quruculuğunda  m ühüm  işlərə  başlamaq 
üçün  ictimai-siyasi  sabitlik yarandı.  Milli  Məclisin  qərarı  ilə Prezi- 
dent  Heydər Əliyevin  sədrliyi ilə  1995-ci il iyun ayınm 2-də Konsti- 
tusiya  Komissiyası  yaradıldı. 
Bu  komissiya  «Azərbaycan 
Respublikasımn Konstitusiyası» layihəsini hazırladı və 1995-ci il ok- 
tyabr ayınm  15-də ümumxalq müzakirəsinə verdi.  Layihəyə düzəliş 
və əlavələr edildi. Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası 
1995-ci  il  noyabr  ayınm  12-də  referendum  yolu  ilə  qəbul  olundu. 
Azərbaycan Respublikasınm dövlət quruculuğunun qanuni, hüquqi 
əsasları yaradıldı.
Azərbaycan  Respublikası  Konstitusiyası  Naxçıvan  M R-ə 
Azərbaycanm tərkibində Muxtar Dövlət statusu verdi [6, s.54]. Nax- 
çıvanın coğrafi xüsusiyyətləri, Azərbaycan Respublikasmm əsas his- 
səsi  ilə  onun  ümumi  sərhəddinin  olmaması  bu bölgə  üçün  muxtar 
idarəetmə sisteminin təsis olunmasını tələb edirdi. Naxçıvan M uxtar 
Respublikasında dövlət idarəetməsi parlament hakimiyyəti üsulu ilə 
həyata keçirilir. Ali Məclisin - parlamentin sədri m uxtar respublika- 
nm  ali vəzifəli  şəxsidir.  Icra Hakimiyyəti Ali Məclis tərəfındən for- 
malaşdırılır və onun qarşısmda məsuliyyət daşıyır. Naxçıvan M R-in 
Ali Məclisi, məhkəmələri qanunla və prezident fərmanları ilə onlarm 
səlahiyyətinə  aid  edilmiş  məsələlərin  həllində  müstəqildirlər.  Mux- 
tariyyətin  mövcud  olduğu  illər  ərzində  Naxçıvan  heç  zaman  belə 
yüksək statusa malik olmayıb [9,  1999,20 iyun]. M uxtar dövlətə xas 
olan bütün əlamətlər nəzərə almdı.
Azərbaycan Respublikasmın yeni Konstitusiyasmm 8-ci fəsli 
Naxçıvan M uxtar Respublikasma həsr edilib. Bununla əlaqədar ola- 
raq, Naxçıvan M R Ali Məclisinin 23 dekabr  1995-ci il tarixli qərarı 
ilə yeni  Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı.  Ko- 
missiya  muxtar  respublikanın  yeni  Konstitusiya  layihəsini  hazırla- 
yaraq  Azərbaycan  Respublikasmm  yeni  Konstitusiya  layihəsini 
hazırlayan komissiyaya təqdim etdi. Həmin layihə Azərbaycan Res-
60


publikasımn  Konstitusiya  layihəsini  hazırlayan  komissiyada  dörd 
dəfə müzakirə olundu. Konstitusiya layihəsi üzərində üç ilə yaxm ən 
müxtəlif səviyyələrdə  müzakirələr  getdi.  Bir  sıra  müxalif qüvvələr 
Naxçıvanm  muxtariyyət  statusu  əleyhinə  çıxdılar.  Ölkə  əhalisinin 
fikrinə,  beynəlxalq  təşkilatlarm  rəyinə  görə  unitar  dövlətin  tərki- 
bində  də m uxtar  qurum   ola  bilər.  Beynəlxalq ekspertlərin  rəyincə 
Naxçıvan MR-in Konstitusiya layihəsi demokratik, hüquqi, dünyəvi 
dövlət  quruluşuna  təm inat  verir,  demokratik  dövlətin  siyasi  və 
hüquqi təşkili prinsiplərinə uyğundur. Bu, muxtariyyətin əsaslarmın 
I  müasir tələblərə uyğun qurulmasma zəmin yaradır. M uxtar respub-
I  likanın Konstitusiya layihəsi  1921 -ci il Moskva və Qars müqavilələri 
ilə müəyyən edilmiş,  Azərbaycan  dövlətinin  ayrılmaz,  toxunulmaz 
və bölünməz tərkib hissəsi olan Naxçıvamn coğrafl-siyasi vəziyyətinə 
uyğundur. Bu layihə Azərbaycan dövlətinin öz ərazisində tam suve- 
ren hakimiyyətə malik  olduğunu  təsdiq  edir.  Konstitusiya layihəsi 
Naxçıvamn siyasi və sosial xüsusiyyətlərini, tarixi ənənələrini özündə 
əks etdirir. Layihə Naxçıvanm dövlət quruluşunu, onun təşkilini, ali 
hakimiyyət orqanlarmm səlahiyyətlərini müəyyən edir, muxtar döv- 
lətin  qanunvericilik,  icra və məhkəmə hakimiyyətlərinin  qarşılıqlı 
əlaqələrini, Azərbaycan Respublikasmm dövlət hakimiyyəti orqan- 
ları ilə münasibətlərini tənzimləyir [9,  1998,  16 yanvar].

A zərbaycan  R espublikası  K onstitusiya  Komissiyasmm
1998-ci il yanvarın  14-də keçirilən iclasmda Naxçıvan MR-in Kon- 
stitusiya layihəsi müzakirə edilərkən ölkə prezidenti, komissiyanm 
sədri Heydər Əliyev dedi:  «Naxçıvanm muxtariyyəti tarixi nailiy- 

yətdir,  biz bunu  qoruyub  saxlamalıyıq.  Naxçıvanm muxtariyyəti 
Naxçıvanm  əldən  getmiş  başqa  torpaqlarm m   qaytarılması  üçün 
|  ona xidmət edən çox böyük bir amildir.  Biz bu amili qoruyub sax- 
j  lamalıyıq» [15,  s.89].

Naxçıvan M R-in Konstitusiya layihəsinin son variantı prezi-
i  dent Heydər Əliyevin  12 aprel  1998-ci il tarixli məktubu ilə müzakirə 
edilmək üçün Naxçıvan M R Ali Məclisinə göndərildi.  Konstitusiya 
layihəsi daxil  olan təkliflərlə birlikdə Naxçıvan  MR yeni  Konstitu- 
ı  
siyası  layihəsini  hazırlayan  komissiyanm  23  aprel  1998-ci  il  tarixli 
iclasında müzakirə edildi.  1998-ci il aprelin 28-də Naxçıvan MR-in 
yeni  Konstitusiyası  M uxtar  Respublikanın  Ali  Məclisində  qəbul
61


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə