İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə16/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

qarşısma gəldi [8,  s.336].
Belə  bir şəraitdə Ali  Məclisin  Sədri  Heydər  Əliyev prezident 
Əbülfəz Elçibəylə, Ali Sovetin sədri İsa Qəmbərovla dəfələrlə telefon 
danışıqları aparır,  Naxçıvan cəbhəçilərinin qeyri-qanuni hərəkətlə- 
rinin  qarşısmı  almaq,  yaranmış  gərginliyi  aradan  qaldırm aq  üçün 
təcili  tədbirlər  görmələrini  tələb  edirdi.  Ali  Məclisin  sədrinin  tə- 
şəbbüsü ilə sədr müavinləri və eyni zamanda Xalq Cəbhəsinin üzvləri 
olan  Q.Məmmədov və A.Kələntərli prezident  Əbülfəz  Elçibəylə te- 
lefonla danışıb,  lazımi ciddi tədbirlər görülməsini xahiş edirlər.  Tə- 
əssüf ki,  bütün  bu  xahişlər,  çağırışlar  və  tələblər  nəticə  vermədi, 
prezident və digər rəhbər şəxslər tərəfındən heç bir qəti tədbir həyata 
keçirilmədi.  Çevriliş  cəhdində  iştirak  edən  cəbhəçilərə  xəbərdarlıq 
edildi ki, əgər onlar bir saat ərzində Daxili İşlər Nazirliyinin və döv- 
lət televiziya və radio verlişləri komitəsinin binalarım azad etməsələr, 
silahsız xalq kütləsi özünün təzyiqi ilə buna nail olacaqlar.  Cam aat 
Xalq Cəbhəsi silahlılarmı dövlət idarələrindən qovub çıxardı.  Bakıda 
hazırlanmış xüsusi cəza dəstəsi Naxçıvana gəlməyə cəsarət etmədi.
Oktyabrın 25-də Naxçıvan M R  Ali Məclisinin fövqəladə sessi- 
yası keçirildi. Sessiyada Heydər Əliyev haqlı olaraq dedi: «Açıq demək 
lazımdır ki, bu çevriliş cəhdi M uxtar Respublikanm DİN-i və Televi- 
ziyanı tutmaq deyil, Naxçıvan Muxtar Respublikasımn Ali Məclisinə 
və onun rəhbərliyinə qarşı yönəldilmişdi» [29,  1992,  10 noyabr].
1.12.Naxçıvanın muxtariyyət statusunun 
ləğv edilməsinə cəhd
Heydər Əliyevi muxtar respublikada hakimiyyətdən uzaqlaş- 
dırmaq  üçün  iqtidar hətta  Naxçıvanm  muxtariyyət  statusunu  ləğv 
etməyə və ya muxtar respublika Ali Məclisinin hüquqlarmı məhdud- 
laşdırmağa  cəhd  göstərirdi.  Respublikanm  dövlət  katibi  1992-ci  il 
noyabr ayınm 2-də Bakı Dövlət Universitetində çıxışmda və «Müxa- 
lifət»  qəzetinə  verdiyi  müsahibədə  Naxçıvanın  muxtariyyət  statu- 
suna  qarşı  çıxmışdı  [27,  1993,  4  fevral].  R espublikanm   bir  qrup 
ziyalıları dövlət katibinin bu məsuliyyətsiz çıxışından narahat olmuş 
və mətbuatda ona cavab verilmişdi [29,  1993,  16 mart]. AXC-nin II 
qurultayında  da  Naxçıvanm  mövcud  statusunun  ləğvindən  bəhs
56


edilmişdi [19, s.322].
AXC-M üsavat  hakimiyyəti  dövründə  prezident  aparatm m  
hüquq şöbosinin müdiri Naxçıvanın muxtariyyotinin ləğv olunması 
məsələsini Ali  Sovetin  gündəliyinə  çıxarmağa  cəhd  etmişdi.  Bütün 
bunlar Naxçıvanm muxtariyyət  statusunu müəyyən edən,  qüvvədə 
olan Moskva və  Qars beynəlxalq müqavilələrinə, habelə  1969-cu il 
Vyana konvensiyası tələblərinə zidd idi. Naxçıvanm ərazi baxımm- 
dan Azərbaycandan ayrı düşməsi və ermənilərin Naxçıvanı ələ keçirə 
bilməməsi  üçün  ona Azərbaycanm tərkibində muxtariyyət  statusu 
verilmişdi və bu 1921-ci ilin beynəlxalq müqavilələri ilə (Moskva və 
Qars) rəsmiləşdirilmişdi.  Muxtariyyətin ləğvi beynəlxalq müqavilə- 
lərin avtomatik ləğvi deməkdir.  Bu isə Naxçıvanm siyasi vəziyyətini 
pisləşdirir və gələcəyini təhlükə altmda qoyur.
Lakin  Heydər  Əliyev  diplom atik  uzaqgörənliyi  sayəsində 
Naxçıvanm   statusunu  qoruyub  saxladı.  1992-ci  ilin  m artm da 
Türkiyə Respublikasmm rəhbərliyi ilə görüşərək Moskva və Qars 
müqavilələrinin prinsipial müddəalarmm qüvvədə olduğunu bütün 
dünyaya  bəyan etdi.  M uxtar Respublikanm Ali  Məclisi  1992-ci il 
25  oktyabr  tarixli  qərarı  ilə  mövcud  şəraitdə AXC-M üsavat  iqti- 
darmın  M uxtar Respublikanm  statusu ilə bağlı  əsassız,  zərərli id- 
dialarını  qəti  rədd  etdi.  Qeyd  olundu  ki,  «...xüsusi  coğrafi  və 
geosiyasi  şəraitdə yerləşən Naxçıvanm 70 il bundan əvvəl m uxtar 
respublika statusu əldə etməsi tarixi nailiyyətdir və ona edilən hər 
hansı bir qəsdi müstoqil Azərbaycanm milli dövlətçiliyinə,  Naxçı- 
van M R-in hər bir vətəndaşmm hüquq və mənafeyinə edilən qəsd 
kimi qiymətləndirmək lazımdır»  [19,  s.414].
AXC iqtidarınm Heydər Əliyevə görə Naxçıvan M uxtar Res- 
publikasmm  beynəlxalq müqavilələrlə  təsbit  olunmuş  muxtariyyət 
statusunu ləğv etmək cəhdi də boşa çıxdı. AXC iqtidarı Heydər Əliyev - 
Xalq lideri qarşısmda məğlub oldu.
Heydər Əliyev o hadisələrdən bir neçə ay əvvəl deyirdi:  «Nax- 
çıvanın  statusunun  dəyişdirilməsinə  yönəldilən  hər  hansı  cəhdin, 
onun ərazisinə edilən hər cür  qəsdin qarşısı qətiyyətlə almacaqdır» 
[19,  s.830].
57


1.13.Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan 
Partiyasının yaranması
Heydər Əliyevin Naxçıvan M R-da tarazlı, cəsarətli və uğurlu 
siyasəti bütün Azorbaycanm diqqot mərkəzində idi. Xalq ona böyük 
ümidlər  bəsləyirdi.  Ölkənin  mütərəqqi  şəxsiyyətləri,  ziyalıları,  qa- 
baqcıl,  sadə  əmək  adamları  dəfələrlə Naxçıvana,  Heydər  Əliyevin 
yanına  gedib Vətənin  xilası  naminə  ondan  yenidən  böyük  siyasətə 
qayıtmasmı xahiş etdilər [18,  1997, 2 dekabr].
Respublika  əhalisinin böyük  bir  hissəsi  ölkəni  düşdüyü  və- 
ziyyətdən  çıxarmaq  üçün  yeni  bir  partiyanm   yaradılmasmı  zəruri 
hesab  edirdi.  Mövcud  partiya  və təşkilatlara  xalqın  inamı  qalma- 
mışdı.  Respublikamn müxtəlif bölgələrində  «Heydər  Əliyev  parti- 
yası»  adlı  təşkilatlar  yaradılırdı.  1992-ci  ilin  aprel-may  aylarında 
Bakıda Heydər Əliyevdən xəbərsiz onun tərəfdarları mitinqlər keçi- 
rir,  yaş senzi ilə bağlı Konstitusiyaya edilmiş  ədalətsiz əlavənin  ləğ- 
vini istəyirdilər.  Heydər Əliyevin yüz minlərlə tərəfdarlarmm vahid, 
mütəşəkkil, güclü bir təşkilatda birləşməsi tarixi zərurətə çevrilmişdi.
1992-ci ilin avqustunda «Səs» qəzetində çap olunmuş «Heydər 
bəyi biz çağırmalıyıq!» adlı müraciət qısa müddət ərzində cəmiyyətdə 
böyük  rezonans  doğurdu.  Həmin  il  oktyabr  aymda  ictimaiyyətin 
mütləq əksəriyyətinin göstərdiyi inadlı və qətiyyətli təsiri altm da öl- 
kənin tanınmış ziyalılarmm Naxçıvan M R Ali Məclisinin Sədri Heydər 
Əliyevə ünvanladıqları «Azərbaycan Sizin sözünüzü gözləyir» müra- 
ciəti [38,  1992,  16 oktyabr]  bu kompaniyaya rəsmən start verdi.  Bu 
tarixi sənəddə ölkədə yaranmış ağır siyasi, iqtisadi, mənəvi durumun 
mövcud  iqtidarın  səriştəsiz,  kobud,  zora  arxalanan  siyasəti  nəticə- 
sində gündən-günə dərinləşməsi,  belə vəziyyətdən dem okratik yolla 
xilas olmaq üçün xalqın bu işə rəhbərlik etməyə qadir yeganə şəxsin - 
Heydər Əliyevin başçılığı altmda Yeni Azərbaycan Partiyasmda təş- 
kilatlanmaq arzusu öz əksini tapmışdı.  91  ziyalımn timsalm da mil - 
yonların arzusunun, siyasi seçiminin əks olunduğu m əktuba Heydər 
Əliyev «Yeni,  müstəqil  Azərbaycan  uğrunda»  cavabı  ilə[19,  s.442- 
446] Əliyevçilərin, yəni xalqın öz milli maraqları istiqamətində mütə- 
şəkkil mübarizəsinə xeyir-dua verdi.
Yeni Azərbaycan Partiyasmm təsis konfransmı Bakıda keçır-
58


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə