İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə2/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   2   3   4   5   6   7   8   9   ...   56

statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsu- 
sən  Türkiyə  Cümhuriyyətinin  imzaladığı  Qars  müqavibsinin... 
böyük əhəmiyyəti olubdur.  Naxçıvan Azərbaycanm əsas torpağm- 
dan ayrı düşdüyünə görə Naxçıvanm bütövlüyünü, təhlükəsizliyini, 
dövlətçiliyini,  muxtariyyətini  gələcəkdə də təmin etmək üçün  Qars 
müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir.
İndi  Naxçıvanda məktəblər tikilir.  Azərbaycanm  çox yerlə- 
rində məktəblər tikilmir, amma Naxçıvanda tikilir. M uxtar respub- 
likada  xəstəxanalar  tikilir.  Yəni  Azərbaycanm  başqa  bölgələrinə 
nisbətən  Naxçıvanda  ən çətin  şəraitdə yaşayan insanlar  quruculuq 
işləri ilə məşğul  olurlar,  zəhmət  çəkirlər,  fədakarlıq,  vətənpərvərlik 
göstərirlər.
Naxçıvanda təhsilə, elmə, mədəniyyətə həmişə qayğı göstəri- 
lir, yüksək münasibət göstərilir və naxçıvanlılar da nəyə qadir olduq- 
larım dünyaya həmişə nümayiş etdirirlər.
...Naxçıvanlılar həmişə milli şüurla yaşamışlar. Millilik, azər- 
baycançılıq,  milli  şüur  Azərbaycanda  həmişə  yüksək  olmuşdur... 
Naxçıvanlılarda milli qürur, milli şüur, milli hisslər, milli mənlik bir 
tərəfdən bunları bu sərt iqlimdə daim çalışmağa, daim özünü yaşat- 
mağa,  eyni zamanda döyüşkən olmağa sövq edibdir.  Naxçıvanlılar 
cəsarətlidirlər, döyüşkəndirlər.
Naxçıvanm təbiətinin gözəlliyi məğrurluq rəmzidir.  ...Ətrafda 
görünən  dağlar,  qayalar,  çılpaq torpaqlar,  -  burada  yaşıllıq  azdır,  - 
bu diyara xüsusi gözəllik verir. Ancaq bu gözəllik... qəhrəmanlıq, məğ- 
rurluq rəmzidir.  O məğrur dağlar kimi, insanlar da məğrurdurlar.
Mənim  ağır  dövrümdə  Moskvadan  qurtara  bildim.  Bakıda 
mənə yer vermədilər, nəinki yer vermədilər, məni oradan inzibati su- 
rətdə çıxardılar. Naxçıvana gəldim. Naxçıvan məni öz qoynuna aldı, 
qorudu, saxladı, mən də onları qorudum, mən də onları saxladım.
Naxçıvan daxili imkanlarmdan və ehtiyat mənbələrindən sə-
7


moroli  isnladə edir,  sosial-iqtisadi m üstəvidə yüksəliş tempini daha 
da  sürotlondirmək  məqsədilə  öz  gücünə,  qüvvəsinə  arxalanaraq 
mühüm və əhəmiyyətli addım lar atır.
A zərbaycanm  qədim   və  zəngin  tarixə,  mədəniyyətə və çox- 
əsirlik dövlətçilik ənənələrinə m alik olan N axçıvan diyarı mürəkkəb 
və çətin inkişaf yolu keçmişdir.
N axçıvanda  sağlam  qüvvələr  m üstəqillik,  azadlıq  uğrunda 
mübarizə apardılar. N axçıvanm  müstəqilliyini də dünyaya nümayiş 
etdirdilər.  N axçıvanda  baş  verm iş  siyasi  hadisələr  Azərbaycanın 
müstəqilliyi üçün yol açdı. A m m a eyni zam anda Naxçıvandan olan 
bəzi adamlar Naxçıvam dağıtm ağa, parçalam ağa, bərbad etməyəda 
çalışdılar. O da həqiqətdir, bu da həqiqətdir, bunlar hamısı bizimta- 
riximizdir.  A ncaq ən xoşbəxt cəhət o n d an  ibarətdir ki, biz bunlann 
hamısmın öhdəsindən gəldik,  bü tü n  b u  çətinliklərdən keçdik. Nax- 
çıvan  yaşadı,  blokadaya,  şaxtalı  aylara,  günlərə  dözdü,  elektrik 
enerjisindən, qazdan olan məhdudiyyətlərə, çətinliklərə dözdü. Nax- 
çıvan  xalqı yaşadı və artıq bugünkü sabitlik gününə gəlib çıxdı.
Son illər Naxçıvanm  həyatm da böyük dəyişikliklər əmələ go- 
libdir.  Baxmayaraq  elektrik  enerjisi  çatışm ır,  qaz  yoxdur,  Bakı ib 
əlaqələr  m əhduddur;  N axçıvanlılarm   fədakarlığı,  işgüzarlığı hesa- 
bına  Naxçıvan yaşayır,  inkişaf edir, N axçıvanda quruculuq prosesi 
gedir.
...Naxçıvanm   özünəm əxsus  təbiəti,  təbii  sərvətləri,  torpağı, 
təbii abidələri də təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrə- 
nilməyib,  bəikə  də  düz  olardı  deyim  ki,  heç  öyrənilməyibdir.  Bun- 
lara, mənim irəli sürdüyüm  məsələlərin öyrənilməsinə böyük ehtıyac 
var.  Ona  görə  ki,  N axçıvan A zərbaycanm   ayrılm az  bir hissəsi ola- 
raq,  A /ərbaycan  xalqınm tarixində,  ümum iyyətlə,  Azərbaycan an- 
layışında çox böyük yer tutur.
Bütün çətinliklərə baxm ayaraq, N axçıvanda inkişaf Azərbay- 
canın  başqa bölgələrindən heç də aşağı səviyyədə deyil, bəlkə dəyu-


xarıdır. Bu da çox sevindiricidir. Şəhər çox abadlaşıb, gözəlləşibdir... 
Sevinirəm ki, bundan sonra da çiçəklənəcəkdir.
Naxçıvan Azərbaycanm ayrılmaz bir hissəsi olaraq, Azərbay- 
can xalqınm  tarixində,  ümumiyyətlə,  Azərbaycan  anlayışmda  çox 
böyük yer tutur.
Blokada şəraitinə baxmayaraq, son dövrdə Naxçıvanda sosial- 
iqtisadi inkişaf vardır. Muxtar Respublika, onun iqtisadiyyatı inkişaf 
edir,  quruculuq işləri  gedir.  Naxçıvan  şəhəri  abadlaşıb,  onun siması 
çox dəyişibdir. Naxçıvanm əskidən, keçmişdən çox gözəl, özünəməx- 
sus siması var. Onun memarlıq abidələri, ümumiyyətlə, şəhər quruluşu 
var. Əgər insanlar onları öyrənə bilsələr, görərlər ki, Naxçıvanda hələ 
qədim zamanlardan şəhərin planlaşdırılması,  küçələrin,  evlərin,  mə- 
həllələrin yerələşdirilməsi xaotik olmayıb, çox əsaslı olubdur.
Mən  1993-cü  ilədək  sizinlə  bərabər  Naxçıvanda  yaşadığım 
günləri  heç  vaxt  unutm uram   və  heç  vaxt  da  unutmayacağam. 
Mənim  həyatımın  müxtəlif  səhifələri,  çox  şanlı-şöhrətli,  eyni  za- 
manda  çox  əzab-əziyyətli  səhifələri  var.  Bunlarm  hər  biri  mənim 
üçün əzizdir. Ancaq 1990-1993-cü illərdə sizinlə bərabər blokada şə- 
raitində,  ağır vəziyyətdə,  çətin vəziyyətdə yaşadığım günlər mənim 
üçün ən əziz günlərdir və onları heç vaxt unutmayacağam.
Naxçıvan Azərbaycan tarixində çox böyük yer tutur. Atabəy- 
lər dövlətinin paytaxtı olubdur.  Elə bunun özü Naxçıvanm nə qədər 
böyük tarixi  əhəmiyyətə  malik  olduğunu  göstərir...  Möminə  xatın 
türbəsi 800 ildir ki, bütün dünya səyyahlarmı heyran cdir. Yusif ibn 
Küseyr,  Qarabağlar türbəsi,  Əlincə qalası və bir çox belə abidələr -  
bunlar hamısı, Naxçıvanm qədim Azərbaycan torpağı və ən qədim 
Azərbaycan  torpağı  olduğunu,  azərbaycanlıların  burada  əsrlərlə, 
min illərlə yaşayıb yaratdıqlarını göstərir.  Biz bu tariximizi nə qədər 
yaxşı  təhlil  edib  dünyaya  nümayiş  etdirə  bilsək,  xalqımızm  qədim 
mədəniyyətini bir o qədər də göstərəcəyik.
şjc  ^   ^
Mən zamamn hökmünü  nəzərə  almaya  bilməzdim.  Mən  öz
9


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə