İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə14/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

aeroport martın  1-də işə salındı.  Sınaq uçuşları müvəffəqiyyətb nə- 
ticələndi.
Muxtar Respublika blokada şəraitinə düşdüyündən, qatarla- 
rm hərəkətləri dayandığmdan,  Bakı ilə əlaqələr lazımi səviyyədə ol- 
madığmdan  əhali  çətin  vəziyyətə  düşdü.  Heydər  Əliyev  çox  ağır 
şəraitdə Naxçıvan MR-i müvəffəqiyyətlə idarə edirdi. Naxçıvanlılar 
hər cür çətinliyə, aclığa, qışda 40 dərəcəyə çatan şaxtaya dözürdülər. 
Qaz olmadığmdan, enerji fasilələrlə verildiyindən və az olduğundan 
ağacların 70 faizi kəsilib yandırıldı.
1992-ci  il  martm 22-25-də  Heydər  Əliyev Türkiyə  Respubli- 
kasınm Prezidenti Turqut Özalm və Baş nazir Süleyman Dəmirəlin 
dəvəti ilə Türkiyəyə səfər edib qardaş ölkənin dövlət başçıları ilə da- 
nışıqlar  apardı.  Heydər  Əliyevin  Baş  nazir  Süleyman  Dəmirəl  ilə 
görüşündə Naxçıvan  MR-in  statusu məsələsindən  də  bəhs  olundu. 
Bununla əlaqədar Süleyman Dəmirəl qeyd edirdi ki, Türkiyə xarici 
qüvvələrin  Naxçıvanm  statusunu  dəyişdirmək  cəhdlərinə  etinasız 
qalmayacaq və muxtar respublikaya hər cür yardım göstərəcəkdir. 
Səfərin  gedişində  -  m artın  24-də  13  maddədən  ibarət  əməkdaşlıq 
haqqm da  protokol  imzalandı.  Sənəddə  Türkiyə  və  Naxçıvan  ara- 
smda  iqtisadiyyat,  təhsil,  nəqliyyat  və  rabitə  sahəsində  münasibət- 
lərin  inkişaf etdirilməsi  nəzərdə  tutuldu.  Türkiyə  N axçıvana  100 
milyon  dollar  kredit  verdi  və  bunun  hesabma  ərzaq,  əkin  üçün 
toxum, avadanlıq göndərdi [19, s.607]. Sədərək-Türkiyə yolu tikildi. 
Qarşılıqlı  avtonəqiliyyat  əlaqələri yarandı.  «Türksat»  rabitə  şirkəti 
Naxçıvanm Bakı ilə telefon əlaqəsini bərpa etdi.
Türkiyə ilə Naxçıvanm yaxmlaşmasmda Heydər Əliyevin xid- 
mətləri  əvəzsiz  idi.  Naxçıvan  tədricən  türk  dünyasına  qovuşurdu. 
Heydər Əliyev deyirdi:  «Qədim türk diyarı Naxçıvan Azərbaycanm 
ayrılmaz hissəsidir. Qarşılaşdıqları çətinliklərə dözə-dözə naxçıvan- 
lılar Azərbaycanm  bütövlüyü,  müstəqilliyi uğrunda mübarizə apa- 
rırlar.  Rusiyanm  əsarətindən  çıxdıqdan  sonra  A zərbaycan  türk, 
islam  aləminə yaxmlaşıb  qovuşmalıdır.  Bu  mənada Naxçıvan türk 
islam dünyasına bir qapıdır».
Türkiyə  Araz  çayı  üzərində  körpü  salmaq  barədə  öhdəlik 
götürmüşdü.  Həmin  öhdəlik  qısa  m üddətdə  icra  olundu.  Türkiyə 
mətbuatmda Türkiyəni Naxçıvanla birləşdirəcək körpünün tikinti-
50


sinin tamamlanmaq üzrə olduğu və onun may ayında açılacağı bil- 
dirilirdi.  Naxçıvan körpüsü Türkiyənin Qafqaz və Orta Asiya döv- 
lətlərinə  keçidini  təmin  edən  bir  qapı  idi.  1992-ci  il  maym  28-də 
Naxçıvan  ilə Türkiyə arasmda «Sədərək-Dilucu» 228 m-lik «Ümid 
körpüsü»  açıldı  [34,  s.ll].  Körpünün  rəsmi  açılışında  Türkiyə 
Cümhuriyyətinin  Baş  naziri  Süleyman  Dəmirəl  başda  olmaqla 
Türkiyədən Naxçıvana böyük nümayəndə heyəti gəlmişdi. Baş nazir 
Süleyman  Dəmirəl  körpünün  açılışım  Azərbaycanla Türkiyə  ara- 
smda əməkdaşlığm yeni dövrünün başlanğıcı adlandırdı. Heydər Əliyev 
həmin  körpünü  «arzu  və  ümidlərin  körpüsü»  kimi  dəyərləndirdi. 
Muxtar respublika parlamentinin qərarmda deyilirdi: «Sədərək-Dil- 
ucu körpüsü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasınm 
Naxçıvan  M uxtar Respublikası  arasmda rəsmi  sərhəd keçid qapısı 
elan edilsin»  [9,  1999,  9 iyun].
M uxtar respublikamn tranla da əlaqələri genişlənirdi. Heydər 
Əliyev  1992-ci il  avqustun 22-26-da İran İslam Respublikası Prezi- 
dentinin  dəvəti  ilə Tehrana  səfər etdi.  Naxçıvan  MR-in ehtiyacları 
ilə  bağlı  qonşu  dövlətlə  damşıqlar  aparıldı  [19,  s.653].  İran  İslam 
Respublikası ilə Naxçıvan M uxtar Respublikası arasında iqtisadi və 
mədəni  əməkdaşlıq  haqqm da  16  maddədən  ibarət  protokol  imza- 
landı [19,  s.658-662].  Bağlanmış protokola əsasən muxtar respubli- 
kanın kommunikasiya xətlərinin İran ərazisindən keçirilməsi, bir il 
ərzində qaz kəmərinin İran hökumətinin vəsaiti hesabına çəkilməsi, 
hər ayda  100 ton maye  qazm verilməsi  kimi həyati  vacib məsələlər 
həll  olundu.  Oktyabr-noyabr  aylarmda  İran  İslam  Respublikasm- 
danNaxçıvana yardımlar, neft, dizel yanacağı, kömür və ərzaq məh- 
sulları  göndərildi.  Dekabrm   3-də  Şahtaxtı-Poldəşt  arasında  üzən 
körpü istifadəyə verildi  [19,  s.774].  Həmin gün İrandan Naxçıvana 
təqribən 30 mqvt gücündə elektrik enerjisinin verilməsinə başlanıldı. 
Türkiyədən-İqdir  şəhərindən  Naxçıvana  elektrik  xətti  çəkildi  [5, 
v.30-31]. M uxtar respublika Türkiyənin elektrik şəbəkəsinə qoşuldu. 
İranla  Naxçıvan  arasm da  Poldəşt  və  Culfada  müştərək  bazarlar 
açıldı.
Heydər Əliyevin gərgin əməyi, diplomatik fəaliyyəti sayəsində 
Naxçıvan M R-in nəqliyyat, enerji blokadası yarıldı, əhali sözün əsl 
mənasmda achqdan və ölümdən xilas oldu.
51


II
Naxçıvanm Türkiyə və İranla iqtisadi, ticarət, mədəni əmək- 
daşlığmın genişlənməsi bəzi qüvvələrin «narahatlığına» səbəb oldu. 
Onlar  bu əlaqələri  Naxçıvanda  separatizm meyillərinin güclənməsi 
kimi  təqdim  edirdilər.  Dövlət  nümayəndələri  m uxtar  respublikaya 
kömək etmək əvəzinə, onun rəhbərliyinə təzyiq göstərir, konstitusiya 
hüquqlarmı məhdudlaşdırmağa çalışırdılar.  M uxtar respublika Ali 
Məclisi Rəyasət Heyətinin 7 dekabr  1992-ci il tarixli qərarm da gös- 
tərilirdi: «Ali Məclisin Rəyasət Heyəti bəyan etməyi zəruri hesab edir 
ki,  Bakıda  və  Naxçıvanda  ayrı-ayrı  dairələr  tərəfindən  Naxçıvan 
M uxtar Respublikası rəhbərliyinin fəaliyyətindəki  separatizm haq- 
qmda yayılan şayiələr uydurmadır,  böhtan xarakteri daşıyır və heç 
bir  əsası  yoxdur.  Türkiyə  və  İranla  əlaqələrin  inkişaf etdirilməsi 
Azərbaycan  Respublikasmm  ümumi  siyasətinin  tərkib  hissəsidir, 
uzun müddət blokada şəraitində olan muxtar respublikanm  sosial- 
iqtisadi problemlərinin həll edilməsinin zəruriliyindən irəli gəlir» [9, 
1999,  9 iyun].
Heydər Əliyev Naxçıvanın düşdüyü blokada vəziyyətindən çı- 
xarılmasmda və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılma- 
smda  dünyanm  iri  dövlətlərinin  hum anitar  yardım  göstərməsi 
istiqamətində fəaliyyət göstərirdi. Elə bu məqsədlə də Heydər Əliyev
1993-cü il yanvarm 20-də ABŞ  prezidenti  B.Klintona m əktub  gön- 
dərdi.  M əktubda deyilirdi: «...  Sizə çatdırmaq istəyirik ki, Azərbay- 
can  Respublikasınm  Naxçıvan  M uxtar  Respublikası  artıq  səkkiz 
aydır ki, ağır iqtisadi blokada şəraitindədir. Naxçıvan M uxtar Res- 
publikasmı Azərbaycanm əsas hissəsi ilə bağlayan və Ermənistanm 
ərazisindən keçən bütün kommunikasiya xətləri pozulmuşdur.  Buna 
görə  də  m uxtar  respublikanın  iqtisadiyyatınm  zəruri  ehtiyatlarla 
təmin  olunmasında,  əhalinin  ərzağa,  elektrik  enerjisinə,  yanacağa 
olan  minimum tələbatmm ödənilməsində  son dərəcə çətinliklər ya- 
ranıb» [22,  s.378].
ABŞ  prezidenti  Heydər Əliyevin məktubuna dərhal reaksiya 
vermiş,  ABŞ-ın  Bakıdakı  səfıri  Riçard  Mayls  Naxçıvana  gəlmiş, 
Naxçıvanın ehtiyaclarmı öyrənmişdir.  Bir aydan sonra ABŞ-m Nax- 
çıvana təcili hum anitar yardımı başlanmışdır. ABŞ-dan uçan və bir 
milyon ABŞ dolları dəyərində olan tibb ləvazimatı və ərzaq məhsul- 
ları ilə yüklənmiş  «Boinq» təyyarəsi m artm  9-da Naxçıvana gəlmiş-
52


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə