İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə26/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

oktyabrm  2-3-də  Naxçıvan  şəhərində  keçirildi.  Qeyd  etməliyik  ki, 
ilk zirvə görüşü  1992-ci ildə Ankarada,  1995-ci ildə Bişkekdə,  1996-cı 
ildə  Daşkənddə,  1998-ci  ildə Astanada,  2000-ci ildə Bakıda,  2001-ci 
ildə  tstanbulda  və 2006-cı  ildə Antalyada  keçirilmişdir  [9,  2009,  4 
oktyabr].  Bu zirvə görüşü sayca 9-cu idi.  Türkdilli  ölkələrin  dövlət 
başçılarmm zirvə görüşündə iştirak etmək üçün Azərbaycan Prezi- 
denti İlham Əliyev, Türkiyə Prezidenti Abdulla Gül, Qazaxıstan Pre- 
zidenti  Nursultan  Nazarbayev,  Qırğızıstan  Prezidenti  Kurmanbek 
Bakiyev  oktyabrın  2-də  Naxçıvana  gəldilər.  O ktyabrın  3-də  isə 
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev 
zirvə toplantısmda iştirak etmək üçün Naxçıvana gəldi.  Ölkə Prezi- 
dentləri oktyabrm 2-də türk dünyasmın böyük oğlu, ulu öndər Heydər 
Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət etdilər, 
əklil qoydular və Heydər Əliyev muzey-kompleksi ilə tanış oldular. 
Prezidentlər «Əcəmi» seyrangahı ilə tanış oldular, burada ulu öndər 
Heydər Əliyevin büstünü ziyarət etdilər. Sonra Prezidentlər «Əcəmi» 
seyrəngahında açıq səma altındakı muzeyin eksponatlarma baxdılar, 
Möminə xatm türbəsi ilə tanış oldular. Türkdilli xalqlarm milli mu- 
siqisindən ibarət olan konsert dövlət başçılarmda böyük m araq do- 
ğurdu. Heydər Əliyev Saraymda təşkil olunan konsert proqramı türk 
xalqlarmm birliyi ideyasını ideoloji çalarlarla ifadə etdi.  Oktyabrm 
2-də zirvə görüşü keçirildi. 2 və 3 oktyabr tarixlərində keçirilən möh- 
təşəm tədbirlər silsiləsi türk dünyasının birliyi, həmrəyliyi,  bu günü 
və gələcəyi baxımmdan çox mühüm töhfələrlə yadda qaldı. Türk xalq- 
ları arasındakı mədəni və iqtisadi əlaqələri dərinləşdirmək, qarşılıqlı 
əməkdaşlığı artırmaq, ortaq tarixi, milli-mənəvi dəyərləri öyronmək
qorumaq və təbliğ etmək, türkdilli ölkələrin beynəlxalq  sülh və  sa- 
bitliyə xidmət edən müsbət fəaliyyətlərini artırmaq, ölkələrin yerləş- 
diyi  coğral'iyanı  əməkdaşlıq,  sabitlik  vo  sülh  bölgəsinə  çevirmək, 
onlarm beynəlxalq siyasi arenada ortaq maraqlarından çıxış etməsini 
təmin etmək IX zirvə görüşünün əsas mahiyyəti kimi nəzərə çarpdı.
Dövlot başçıları tərəfmdən yeni təkliflər də səsləndi. Ölkə baş- 
çısı  İlham  Əliyev  TÜRKSOY  Fondunun,  Qazaxıstan  prezidenti 
N ursultan  Nazarbayev  Türkdilli  Akademiyanm  yaradılmasını, 
Türkiyə prezidenti Abdulla Gül Olimpiya oyunlarma bənzər ənənəvi 
türk idman oyunlarının da yer aldığı idman tədbirlərinin keçirilmə-
86


sini məqsədəuyğun  hesab etdilər  [39,  2009,  9  oktyabr].  Qırğızıstan 
prezidenti Kurmanbek Bakiyev iqtisadi layihələrin, xüsusilə də ener- 
getika,  nəqliyyat  və  turizm  sahəsində  ümumi  səylərin möhkəmlən- 
dirilməsini təklif etdi  [9, 2009, 4 oktyabr].
Sonda Prezidentlər Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasmm 
yaradılması haqqında Naxçıvan sazişini imzaladılar. Türkdilli ölkə- 
lərin dövlət  başçılarmm  IX  zirvə görüşünün yekunu olaraq Naxçı- 
van bəyannaməsi qəbul edildi.
A parılan müzakirələr,  irəli  sürülən məsələlər və qəbul edilən 
qərarlar  baxım m dan  əvvəlki  sammitlərdən  fərqlənən  IX  zirvə 
görüşünün ən böyük xüsusiyyəti heç şübhəsiz tədbirin Naxçıvanda 
keçirilməsi oldu. Azərbaycanm ayrılmaz tərkib hissəsi olan bu qədim 
yurd yeri tarixində ilk dəfə bu qədər dövlət rəhbərini, xarici qonağı 
qarşıladı.  Burada  ilk  dəfə türk  dövlətlərinin  bayraqları  birgə  dal - 
ğalandı.
T ürk  dünyası,  bütün  dünya  mənfur  qonşularm  apardığı  iş- 
ğalçılıq siyasəti nəticəsində blokada vəziyyətinə düşmüş muxtar res- 
publikanm necə inkişaf etdiyini, nələrə qadir olduğunu gördü.
Ölkə  başçısı  Türkdilli  ölkələrin  dövlət  başçılarınm  IX  zirvə 
görüşünün Naxçıvanda keçirilməsini çox gözəl və əlamətdar hadisə 
hesab  edərək  bu  qədim  diyarm  türk  dünyasmda  çox  böyük  və 
xüsusi yeri  olduğunu göstərərək dedi:  «Naxçıvan çox böyük tarixə 
malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, 
tarixi  abidələri  bizim  dəyərimizdir,  böyük  sərvətimizdir.  O  da 
həqiqətdir  ki,  Azərbaycanm  müstəqilliyinin  formalaşması,  müstə- 
qilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata keçi- 
rilmişdir.  O vaxt, hələ Sovet İttifaqmm zamanm da Heydər Əliyevin 
fəaliyyəti nəticəsində Naxçıvanda, burada görülən işlər bütövlükdə 
Azərbaycanm  müstəqilliyi  üçün  böyük  əhəmiyyət  daşıyırdı.  Azər- 
baycanm üçrəngli bayrağı böyük fasilədən sonra, hələ Sovet İttifaqı 
zamanmda  ilk  dəfə  olaraq  məhz  Naxçıvanda  ucaldılmışdır»  [39, 
2009, 9 oktyabr].
Zirvə  görüşünün  təşkili  ilə  bağlı  Türkdilli  ölkə  liderlərinin 
dövlət  başçısı  İlham  Əliyevin  ünvanm a  söylədikləri  xoş  sözlər,  sə- 
mimi  hisslər  bu  istiqamətdə  Naxçıvanda  görülmüş  işlərə  verilmiş 
yüksək qiymət oldu. Tədbir elə şəkildə təşkil olunub keçirildi ki, hər
87


şeydə Naxçıvan amili, Naxçıvanın özünəməxsusluğu, qonaqpərvər- 
liyi öz əksini tapdı.
Beləliklə,  müstəqillikdən  sonrakı  illərdə  Naxçıvan  M uxtar 
Respublikasmda ictimai-siyasi proseslərin təhlili və ümumiləşdiril- 
məsi  göstərir  ki,  blokada  vəziyyətinə  düşən  m uxtar  respublika 
ümummilli lider  Heydər  Əliyevin düşünülmüş  və uzaqgörən siya- 
səti nəticəsində qorunub saxlanılmış və inkişaf etdirilmişdir. Heydər 
Əliyev  tərəfindən  Azərbaycanm  müəyyən  edilmiş  iqtisadi  inkişaf 
strategiyası  Ölkə  Prezidenti  tlham   Əliyev tərəfmdən  yaradıcılıqla 
davam  etdirilir.  Naxçıvan  M uxtar  Respublikası  Ali  Məclisinin 
sədri  Vasif Talıbovun  gərgin  əməyi  sayəsində  Naxçıvan  M uxtar 
Respublikası Azərbaycan Respublikasmm ən inkişaf etmiş  bölgə- 
sinə çevrilmişdir.


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə