İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə12/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

vun,  Əşrəf Abbasovun - meyitləri sərhəd yaxmlığından tapılmışdır. 
Oktyabrın  16-da Ordubad ilə Mehri rayonunun sərhəddində tərəflər 
girov tutulmuş adamları bir-birinə qaytarmışlar.
Noyabrm  5-də  Naxçıvan  Bakı  istiqamətində  və  əks  istiqa- 
mətdə sərnişin qatarlarmın  hərəkəti bərpa olunmuşdur.  Erməni tə- 
rəfı ilə danışıqlar zamanı tələb olunmuşdur ki, dəmir yolunun Mehri 
sahəsində qatarların hərəkətinin təhlükəsizliyi təmin edilsin.  Ermə- 
nistan  prezidenti  Heydər  Əliyevi  əmin  etmişdir  ki,  erməni  tərəfı 
Mehri  rayonunun ərazisində qatarlarm  təhlükəsiz hərəkətini  təmin 
edəcəkdir.  Noyabrm 28-də  yük  qatarlarm m   hərəkəti  bərpa  edildi. 
Sərnişin qatarlarmın təhlükəsizliyinə erməni tərəfı təminat vermədi- 
yindən onlarm hərəkəti dayandı.
Dekabrm  8-də erməni yaraqlıları  Ordubad dəmir yolu  stan- 
siyası təmir briqadasmm 12 işçisini girov götürdülər. Heydər Əliyevin 
Ermənistan  prezidenti  ilə  danışığmdan  sonra  dekabrm  19-da  12 
nəfər  geri  qaytarıldı.  Eyni  zamanda,  dekabrın  16-dan  saxlanılan 
Bakı -  Şərur qatarı azad edildi.
Azərbaycan xalqı Naxçıvan MR-dəki hadisələri, Heydər Əliyevin 
xalqı,  ordunu  səfərbər etməsini,  düşünülmüş  diplomatik  tədbirlər 
görməklə  düşmənin  güclü  hücumlarmm  qarşısım  uğurla  almasmı 
böyük  ümid və  həyəcanla izləyirdi.  Erməni  silahlı  birləşmələri qısa 
fasilədən sonra 1992-ci il maym 5-də sərhədi keçərək, Naxçıvan MR-in 
sərhədyanı yaşayış məntəqələrinə yenidən basqm etdilər.  Sədərək qə- 
səbəsi üzərinə hücumda beş piyadaların döyüş maşınmm, iki zirehli 
transportyorun  və  bir tankm  köməyi  ilə  700-ə  yaxm  silahlı  erməni 
hərbi qulluqçusu iştirak etmişdir [22,s.288]. Sədərək qəsəbəsi, Havuş, 
Ciünnüt,  Yuxarı Yaycı  kəndləri  yaxmlığmdakı  döyüşlər zamanı  42 
nəfər  yaralanmış,  3  nələr  həlak  olmuşdu.  Maym  7-də  səhər tezdən 
Sədərək qəsəbəsi və Havuş kəndi müxtəlif toplardan atəşə tutulmuş, 
20  nəfər  yaralanmışdı.  Sədərəkdə  böyük  dağmtılar  olmuşdu 
[22,s.289].
Mayın 5-də Naxçıvan şəhərində, mayın 7-də Şərur rayonunun 
mərkəzində  mitinq  keçirildi.  Heydər  Əliyev hər  iki  mitinqdə  çıxış 
etmiş,  sabitliyi  saxlamaq  naminə  bütün  qüvvələrin  birləşməsini  zə- 
ruri  hesab etmişdi.  Azərbaycan ərazisindən buraya elektrik enerjisi 
və yanacaq verilməsini təmin edən kommunikasiya xətləri Ermənistanda
44


bağlanılmışdı. Telefon və teleqraf rabitəsi pozulmuş, dəmir yolunda 
hərəkət dayanmışdı.  Naxçıvan M uxtar Respublikası yenə işıqsız və 
qazsız qalmışdı.
Maym 8-də «Milliyyət» qəzetində Naxçıvandakı hərbi vəziy- 
yətlə  bağlı  məlumatlar verilmişdi.  S.Dəmirəl ABŞ  prezidenti  Corc 
Buş  ilə  telefon  damşığmda  bildirmişdi  ki,  Ermənistan  Naxçıvana 
hücumları  davam etdirsə,  Türkiyə kənar müşahidəçi  kimi  qala bil- 
məyəcəkdir [29,  1992,  8 may].
Sədərək  rayonunda  təhlükəsizliyi  təmin  etmək  məqsədilə 
orada hərbi vəziyyət  elan edildi.  1992-ci  il  may  ayınm  əvvəllərində 
Naxçıvan  M R-də,  Azərbaycanm  Ermənistanla  sərhədlərində  gər- 
ginlik yenidən artdı. Düşmən Naxçıvan tərəfdən hücum olacağmdan 
ehtiyatlanaraq oradakı hərbi hissələrin başmı qatmaq, həm də Azər- 
baycanda yaranmış  xaosdan  bəhrələnərək yeni torpaqlar ələ keçir- 
mək  niyyətində  idi.  Maym  18-də  M uxtar  Respublikanm  Sədərək, 
Günnüt, Havuş, Yuxarı Buzqov, Şada, Biçənək və s. qəsəbə və kənd- 
lərinə  güclü  hücum lar  başlandı.  Erməni  daşnakları  hətta  zəhərli 
kimyəvi silahdan istifadə edirdilər.  Sədərəkdə qanlı döyüşlər 40 gün 
davam etdi.  Naxçıvanlıların  hamısı  Sədərəyin  müdafiəsinə  qalxdı. 
Onlar qəhrəmanlıqla vuruşurdular. Qəsəbənin yüz metrliyindəki Mil 
dağmdan 10 gün müddətində  17 şəhidin cəsədini götürmək mümkün 
olmadı. Heydər Əliyevin şəxsi nüfuzu bir günlük atəşkəs yaratmağa 
kömək  etdi,  şəhidləri  1992-ci  il  maym  28-də  döyüş  zonasından 
götürüb dəfn etmək mümkün oldu [39,1992,28 may]. Kəndləro xeyli 
ziyan  dəymiş,  evlər  və  inzibati  binalar  dağıdılmışdı.  On  minlərlə 
insan çadırlarda, meşələrdə ağır şəraitdə yaşamağa məcbur olmuşdu 
[36, 2001,  15  sentyabr].
Naxçıvan M R Ali Məclisinin Sədri Heydər Əliyev erməni tə- 
cavüzünün qarşısını almaqda diplomatik vasitələrdən geniş istifadə 
etdi.  Hələ  martm  23-də  onun  Türkiyəyə  səfəri  zamanı  Baş  nazir 
Süleyman Dəmirəl bütün dünyaya bəyan etmişdi ki, Naxçıvan MR-in 
statusunda  bir  dəyişiklik  meydana  gələrsə,  mövcud  müqaviləyə 
əsasən  Türkiyə  öz  sözünü  deyəcəkdir.  Maym  18-də  gecə  Türkiyə 
Nazirlər  Kabineti  toplanıb  geniş  bəyanat  qəbul  etdi.  Türkiyə  rəh- 
bərliyinin  və  Heydər  Əliyevin  birgə  səyləri  sayəsində  erməni  təca- 
vüzkarlarmm  niyyəti  dünya  ictimaiyyətinə  çatdırıldı.  57  dövlət  bu
45


təcavüzü  pislədi.  NATO  xüsusi  bəyanat  verdi  [8,s.333].  Rusiya 
burada geri çəkilməyə məcbur oldu.  M DB Birləşmiş  Silahlı Qüvvə- 
lərinin  Baş  komandanı  marşal  Şapoşnikovun  qeyd  etdiyi  kimi, 
Türkiyənin Naxçıvana kömək etməsi Üçüncü dünya müharibəsinə 
gətirib çıxara bilərdi. Mayın 24-də Ermənistanm təklifı ilə danışıqlar 
başlandı və sabitlik təmin edildi.
Yenicə hakimiyyətə gələn AXC-M üsavat iqtidarı əvvəlki ha- 
kimiyyət  kimi  ölkəni  idarəetmə  qabiliyyətinə  m alik  deyildi.  O nlar 
da Naxçıvana ögey münasibət  bəsləyir,  xalq arasm da gündən-günə 
nüfuzu  artan  Heydər  Əliyevə  qarşı  ciddi  m übarizəyə  başlamışdı.
1991-ci  ilin  dekabr  aymdan  Naxçıvan  M R-ə  qaz,  1992-ci  ilin  iyul 
aymdan elektrik enerjisi verilmirdi.  1992-ci ilin aprel aymdan buraya 
qatarların hərəkəti tam  dayandırılmışdı  [8,  s.334-335].  M uxtar res- 
publika blokadaya düşmüşdü.
1.9. Milli ordunun formalaşması 
Naxçıvandan başlandı
Azərbaycan  1991-ci  il  oktyabrm   18-də  m üstəqillik  aktm ı 
qəbul  etsə  də,  hələ  əsl  müstəqilliyə  gedən  yol  çox  uzun  idi.  Özgə 
ordusunu  yedirdən  bir  ölkə  özünü  müstəqil  hesab  edə  bilməzdi. 
Bunun üçün ilk növbədə sovet imperiyasımn işğalçı qoşun hissələri 
ölkədən çıxarılmalı idi.  Azərbaycanm o  vaxtkı rəhbərləri isə buna 
nail olmağa tələsmirdilər. A zərbaycanda müstəqillik aktının qəbul 
edilməsinə ay yarım qalmış, hələ sovet hakim iyyətinin mövcud ol  - 
duğu  bir  vaxtda  N axçıvan  M R   Ali  M əclisinin  Sədri  H eydər 
Əliyevin rəhbərliyi ilə bu prosesin - sovet qoşun hissələrinin m uxtar 
respublikadan  çıxarılmasmın əsası  qoyuldu  [39,  2004,  19  avqust]. 
Naxçıvanda Naxçıvan M uxtar Respublikası Dövlət Milli M üdafıə 
Komitəsinin yaradılması ilə əlaqədar ordu quruculuğuna başlanıldı. 
Naxçıvan  M R Ali  Məclisinin 7  sentyabr  1991-ci il tarixli  sessiyası 
bu barədə qərar qəbul etdi [9, s.479-480, 763]. 26 oktyabr sessiyasmda 
Naxçıvan  M uxtar  Respublikası  ərazisində  olan  hərbi  hissələrin 
statusu  haqqında  məsələ  müzakirə  olundu  və  qərar  qəbul  edildi. 
Q ərarda Naxçıvan M uxtar Respublikası ərazisində yerləşən Sovet 
İttifaqı  hərbi  qüvvələrinin  statusu  ilə  əlaqədar  bütün  məsələləri
46


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə