İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə8/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

[19,s.208].
Naxçıvan  M uxtar R espublikası Ali  M əclisinin  16 dekabr ta- 
rixli  sessiyasmda  31  D ekabr D ü n y a A zərbaycan  Türklərinin Həm- 
rəylik və Birlik gününün elan edilməsi, hər il bayram  edilməsi, həmin 
gün Naxçıvan M uxtar Respublikasm m  ərazisində iş günü hesab edil- 
məməsi haqqm da tarixi qərar qəbul edildi.
1.3. Naxçıvan MSSR-nin SSRİ tərkibindən çıxması
Erməni millətçiləri tərəfm dən D ağlıq Q arabağm  Ermənistan 
SSR-yə  birləşdirilməsinin  o rtay a  atılm ası  ilə  respublikada  ictimai- 
siyasi vəziyyət mürəkkəbləşdi.  E rm ənistan hərbi birləşmələri tez-tez 
Azərbaycan ərazisinə basqm  edirdilər. N axçıvan M SSR Ermənistan 
SSR-dən zorla qovulan azərbaycanlıları  qəbul  edir və yerləşdirirdi. 
M uxtar respublika Erm ənistan tərəfindən b lo k ad ay a almmışdı. Er- 
mənilər Azərbaycan dəmir yolunun E rm ənistanm  M ehri rayonu əra- 
zisindən  keçən  hissəsində  q a ta rla rm   hərək ətin ə  m ane  olur,  onları 
atəşə  tuturdular.  Erm əni  d aşn ak iarı  N ax çıv an   iddialarım   da  açıq 
bəyan  edir  və  sərhəd  kəndlərinə  silahlı  b a sq m la r  edirdilər.  Şərur 
rayonunun Kərki kəndi  18-19 yanvar  1990-cı ildə SSRİ MüdafıəNa- 
zirliyi  7-ci ordusunun köməyilə erm ənilər tərəfındən  işğal  olunaraq 
[19,s.757]  kəndin  320  sakini  qovulub  çıxarıldı  [8,s.265].  Kərki kən- 
dinin  işğalı  vəziyyəti daha da gərginləşdirdi.
Naxçıvanm ərazi bütövlüyünün pozulm ası, ermonilərin Nax- 
çıvan  MSSR-ə bütöv sərhəd boyunca silahlı h ücum  etməsi, əhalinin 
həyatmm  təhlükə  qarşısm da  qalm ası,  b u n larla  bağlı  ittifaq  orqan- 
larının tədbir görməməsi N axçıvan əhalisini ən radikal addımlar at- 
mağa məcbur etdi.  19 yanvar  1990-cı ildə N axçıvanda xalqm tələbi 
və təzyiqi ilə Naxçıvan M SSR Ali Sovetinin növbədənkənar sessiyası 
çağırıldı.
Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası muxtariyyət 
statusundan  istifadə  edərək  SSRİ  adlı  bir  im periyaya  qarşı  kəskin 
etiraz  lbrmasmı  seçdi.  Bu etiraz b ü tü n   dünyaya  səs  saldı.  Müttəfıq 
respublikanın  tərkibində  olan  M u x tar R espublika  Ali  Soveti sovet 
rejiminə  qarşı  yönəldilən  və  onun  m üəyyən  m ən ad a  iç  üzünü açan 
cəsarətli bir qərar qəbul etdi:  SSR İ-nin Əsas Q an u n u n u n  (Konstitu-
32


siyasımn) 81-ci maddosinə osaslanan Naxçıvan parlamenti Azərbaycan 
SSR-in,  o  cümlədən  onun  tərkib  hissəsi  olan  Naxçıvan  MSSR-in 
suverenliyi  və  ərazi  bütövlüyü  müdafıə  edilmədiyindən  mühüm 
tarixi qərar qəbul etdi. Məqsəd Azərbaycanda baş verən hadisələrə, 
sovet  ordusunun  qanlı  əməllərinə  dünya  ictimaiyyətinin  diqqətini 
cəlb etmək idi və bu, müəyyən rol oynaya bildi [19, s.757].
«Naxçıvan  MSSR-də  yaranmış  ictimai-siyasi  vəziyyət  haq- 
qında» Naxçıvan MSSR Ali  Sovetinin qərarı ilə «Muxtar respubli- 
kanm ərazi bütövlüyü və vətəndaşlarımn həyatı təhlükə qarşısmda 
qaldığmdan, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğun- 
dan» Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil 
respublika elan etdi.  Bununla əlaqədar qəbul edilmiş  qərarda deyi- 
lirdi: «l.N axçıvan MSSR SSRİ tərkibindən çıxaraq özünü müstəqil 
respublika  elan  edir.  2.Qars  müqaviləsinin  şərtlərinə  uyğun olaraq 
Naxçıvan  Respublikasmm  ərazi  bütövlüyünü  qorumaq və kütləvi 
insan  qırğmlarınm  qarşısmı  almaq məqsədilə Türkiyə  Respublika- 
sma müraciət edilsin.  3.Yaranmış vəziyyətlə əlaqədar Birləşmiş Mil- 
lətlər  Təşkilatm a,  İran  İslam  Respublikasma  və  dünyanm  bütün 
dövlətlərinə kömək məqsədilə müraeiət olunsun. 4.Naxçıvan Muxtar 
Respublikası ərazisində olan Sovet qoşun hissələri respublikadan çı- 
xarılsm.  5.SSRİ  Ali  Sovetindən  toləb  edilsin  ki,  Naxçıvan  Muxtar 
Respublikasma edilən təcavüzə son qoyulsun.  ö.Qərar Azərbaycan 
SSR və SSRİ dövlətlərinin nəzərinə çatdırılsm» [39,1990,20 yanvar].
Eyni zamanda, Ali Sovetin 19 yanvar 1990-cı il tarixli sessiyası 
Naxçıvan  MSSR-in  Ali  Sovetinin  qərarını  dünya  ictimaiyyətinə 
çatdırmaq,  qonşu  və  dost  ölkələrdən  kömək  istəmək  məqsədilə 
İrana və Türkiyəyə gedib danışıqlar aparmaq üçün xüsusi nümayəndə 
heyətinin tərkibini təsdiq etdi.  İrana gedəcək nümayəndə heyətinin 
tərkibinə T.Əliyev, R.Axundov, Q.Allahverdiyev, S.Axundov və b., 
Türkiyəyə gedəcək nümayəndə heyətinə isə E.İbrahimov, Y.Babayev, 
Ə.Şamilov,  S.Əkbərov və b.  daxil edilir.  Nümayəndələrin bir qismi 
gedə  bilməsə  də,  bəziləri  qeyri-leqal  şəkildə  İrana  keçə  bildilər 
[l,s. 158].
Naxçıvanlılar öz azadlıqsevərliklərini bir daha nümayiş etdi- 
rərək  Azərbaycan  Cümhuriyyətinin  üçrəngli  bayrağmı  Naxçıvan 
MSSR Ali Sovetinin binasmın üstünə taxtılar.  Bu müqəddəs bayraq
33


bir  həftə  orada  dalğalandı.  27  yanvar  1990-cı  ildə  isə Azərbaycan 
SSR Ali Soveti Rəyasət Heyəti Naxçıvan MSSR Ali Sovetinin tarixi 
qərarım ləğv etdi [11,  1990, 28 yanvar].
Naxçıvanm  SSRİ-nin  tərkibindən  çıxıb  özünü  müstəqil  res- 
publika elan etməsi  qərarı böyük tarixi əhəmiyyətə malikdir.  SSRt 
tarixində misli görünməmiş bu hadisə dünya ictimaiyyətinin diqqə- 
tini Azərbaycana və onun ayrılmaz hissəsi olan Naxçıvana qarşı im- 
periya  və  onun  əlaltısı  olan  Erm ənistanm  hərəkətlərinə  yönəltdi 
[2,s.69].  Bununla əlaqədar Heydər Əliyev demişdir:  «Bu,  naxçıvan- 
lılarm nə  qədər cəsarətli,  qeyrətli,  nə  qədər  azadlıqsevər və  müstə- 
qilliyə nə qədər bağlı olduqlarmı dünyaya sübut etdi...»
1.4. Görkəmli dövlət xadimi Heydər Əliyevin 
Naxçıvana gəlməsi
Heydər Əliyevin Bakıda törədilmiş Yanvar faciəsi ilə əlaqədar 
Azərbaycanm Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, faciənin 
günahkarlarmı kəskin ittiham etməsi ona olan təzyiqləri daha da ar- 
tırmışdı.  Heydər  Əliyev  Azərbaycana  qayıtm aq  qərarm a  gəlmiş, 
SSRİ  və Azərbaycan  rəhbərləri  bundan  bərk  narahat  olmuşdular. 
Onun  Azərbaycana  qayıtmasma  mane  olmağa  çalışırdılar.  Ayaz 
Mütəllibov  Moskvaya  Heydər  Əliyevə  xəbər  göndərib  bildirmişdi 
ki,  onun  qayıdışı  ilə  «Azərbaycanda  böyük  qarışıqlıqlar  baş  verə 
bilər»  [40,s.46].  Bakı  hava  limanmda  Heydər  Əliyevi  qarşılayacaq 
şəxslərdən  biri,  görkəmli  naşir Əjdər Xanbabayev  1990-cı  il  maym 
30-da qətlə yetirildi [19,s.8].
Ona edilən xəbərdarlıqlara baxmayaraq, xalqı ilə bir olmağı, 
ona kömək etməyi vacib bilən Heydər Əliyev  1990-cı il iyulun 20-də 
Bakıya  qayıtdı.  Xalq  bu  gəlişi  böyük  ümid  və  sevinclə  qarşıladı. 
Lakin iqtidar o  qədər təşvişə düşmüşdü ki,  bir qrup  əlaltısınm  işti- 
rakı  ilə təyyarə meydanında piket  təşkil  etdirmişdi  [39,  1990,  2  av- 
qust].  Iki  gündən  sonra  -  iyulun  22-də  Heydər  Əliyev  N axçıvana 
gəldi  [20,s.84].  Həmin  gün  o,  Naxçıvanm  Azadlıq  m eydanm da  80 
mindən  çox  adam ın  iştirakı  ilə  keçirilən  mitinqə  dəvət  olundu  və 
orada  çıxış  etdi  [20,s.29].  Heydər  Əliyev  çıxışmda  dedi:  «Hələlik 
Naxçıvandayam.  Əgər bütün naxçıvanlılar mənim burada yaşama-
34


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə