İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə13/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

hərtərəfli  öyrənmək  və  təhlil  etmək,  onlarla  yerli  hakimiyyət  or- 
qanlarmm qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, hərbi qulluqçularla 
yerli əhali arasm da münaqişəli halların qarşısmı  almaq məqsədilə 
birgə tədbirlər hazırlanması üçün xüsusi komissiyanm yaradılması 
nəzərdə tutulm uşdu [19,  s.514-516].
Heydər  Əliyevin prinsipial  və  qətiyyətli  mövqeyi  sayəsində 
Naxçıvanda yerləşmiş qoşun və sərhəd hissələrinin fəaliyyəti ilə bağlı 
bütün məsələlər Azərbaycanm mənafeyinə uyğun həll edildi.  Məhz 
onun  ciddi  tələblərindən  sonra  müəmmalı  şəkildə  1990-cı  ilin  so- 
nunda Naxçıvan M R  ərazisində yerləşən sərhəd məntəqələrinin Er- 
mənistan ərazisindəki sərhəd məntəqələrinə tabe etdirilməsi  barədə 
qərar ləğv edildi.  Onlar yenidən Naxçıvan ərazisində yerləşən 41-ci 
sərhəd dəstəsinin tabeliyinə qaytarıldı.
1991-ci il noyabrm 6-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsi 
sədrinin  müavini  N.Şam   və  SSRİ  Baş  Dövlət  Sərhəd  İdarəsinin 
şöbə rəisi A.Bessonov, eləcə də Zaqafqaziya hərbi dairəsindən, sər- 
həd  qoşunları  qərərgahından  yüksək  rütbəli  hərbçilər  Naxçıvana 
gəldilər. Ali Məclisin sədri son zamanlar sərhədçilər tərəfmdən tö- 
rədilən hüquqa zidd hərəkətlərdən danışdı.  M uxtar respublikanm 
ali hakimiyyət  orqanları ilə hərbi hissələrin qarşılıqlı fəaliyyətinin 
təkmilləşdirilməsinə  yönəldilmiş  «Naxçıvan  M uxtar  Respublika- 
smda yerləşən hərbi  hissələrin  statusu  haqqmda»  qərarın məqsəd 
və  məzmunu  barədə  onlara  məlumat  verdi.  N oyabrm   7-də  Ali 
Məclisin  Sədri  Heydər Əliyevin muxtar respublika ərazisində yer- 
ləşən bütün hərbi hissələrin kom anda heyəti ilə görüşü oldu.
Ali Məclisin qəbul etdiyi «Naxçıvan Muxtar Respublikasmın 
müdafləsinin təşkili ilə əlaqədar bəzi məsələlər haqqmda» qərarı bu 
sahədə  aparılan  bütün  danışıqlara  bir nöqtə qoydu.  Qərarda  deyi- 
lirdi ki, Naxçıvan M uxtar Respublikasının ərazisindəki bütün yeraltı 
və yerüstü sərvətlər Azərbaycan xalqma, muxtar respublika əhalisinə 
məxsusdur. M uxtar respublika ərazisində yerləşən silahlı qüvvələrin 
bütün hərbi və təsərrüfat tikililəri,  əmlakı,  silahları və hərbi sursat- 
ları, hərbi və mülki texnikası Naxçıvan Muxtar Respublikasma məx- 
susdur  və  Ali  Məclisin  icazəsi  olmadan  respublika  ərazisindən 
aparılmamalıdır.  [19, s.522].
Ali Məclisin qərarı ilə Rusiya qoşun hissələrinin Naxçıvandan
47


çıxarılması  vo  Milli  ordunun yaradılması  prosesi  başlandı.  1992-ci 
ilin iyul aymda Rusiyanın Müdafıə Nazirliyi, Zaqafqaziya hərbi ida- 
rəsi və 75-ei motoatıcı diviziyanm komandanlığı ilə danışıqlar apa- 
rıldı.  Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanm ləğv edilməsi 
və diviziyanm bütün hərbi və təsərrüfat əmlakmm Azərbaycan Res- 
publikasmm  sərəncamına  verilməsi  haqqm da  razılıq  əldə  edildi. 
Naxçıvan MR Ali Məclisin Rəyasət Heyətinin 25 iyun  1992-ci il ta- 
rixli  iclasında Naxçıvan  M R  Dövlət  Müdafıə  Komitəsinin ləğvi  və 
onun  əsasmda Azərbaycan  Müdafıə  Nazirliyi  tərkibində  müvafıq 
strukturun yaradılması zəruri hesab edildi [19, s.542]. Azərbaycanda 
birinci  olaraq  Rusiya  qoşun  hissələrinin  hərbi  və təsərrüfat  əmlakı 
Azərbaycan Müdaflə Nazirliyinin yeni yaradılan hərbi hissəsinin sə- 
rəncamına verildi.
1992-ci  il  avqustun  18-də 75-ci  diviziyanm  əmlakmm,  silah- 
larınm,  hərbi  texnikasmm  Azərbaycan  Milli  O rdusuna  verilməsi 
haqqmda sənədlərin imzalanması ilə Rusiya ordusunun hərbi hissə- 
ləri  avqustun  18-də Naxçıvan M uxtar Respublikasmı tərk etdi  [19, 
s.771;  39,  1998, 24 iyun].
Aparılan danışıqlarm nəticəsində Sovet İttifaqmm sərhəd qo- 
şunlarımn Naxçıvanda yerləşon 41-ci sərhəd dəstəsi ləğv olundu. 41-ci 
sərhəd dəstəsinin funksiyalarınm,  bütün hərbi və təsərrüfat əmlakı- 
nm Azərbaycan Respublikasınm Naxçıvanda yaradılan birinci sər- 
həd dəstəsinə verilməsi haqqmda sənədlər imzalandı. İlk milli sərhəd 
qoşunlarınm yaradılması da Naxçıvandan başlandı.  Sərhəd qoşun- 
ları dəstəsində Azərbaycanm milli bayrağı qaldırıldı.
1992-ci il sentyabrın 29-da Naxçıvan M R Ali Məclisinin sədri 
Heydər Əliyevin gərgin əməyi və çevik diplomatik gedişləri sayəsində 
heç bir insidentə yol verilmədən Naxçıvan ərazisini sonuncu rus sər- 
hədçisi  də tərk etdi [13,  1998,  16 dekabr].
Bütün keçmiş müttəfıq respublikalar içərisində ilk dəfə olaraq 
sovet  imperiyasmm ordu hissələri bütünlüklə Naxçıvandan,  ondan 
bir müddət sonra isə Azərbaycandan çıxarıldı.
1.10. Blokadanın aradan qaldırılması uğrunda mübarizə
Dağlıq  Q arabağ  hadisələrinin  başlanması,  Erm ənistanm  
təcavüzkar mövqeyi  Naxçıvana  gələn  şose  yolunu bağladı.  Y ük və
48


sərnişin qatarları isə atəşə tutulur, yollar dağıdılır, qatarlarm Naxçı- 
vana hərəkətinə hər cür  maneçilik törədilirdi.  Sərhədlərinə  müntə- 
zəm hücumlar edilən M uxtar Respublikanı ölkə ilə - Azərbaycanla 
bağlayan yeganə dəmiryolu  1992-ci il aprelin 24-də,  qalan kommu- 
nikasiya xətləri isə iyulun  13-də kəsildi.
Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb fəaliyyət 
göstərməsi,  bir  qədər  sonra Naxçıvan  M R Ali  Məclisinə  rəhbərlik 
etməsi  Naxçıvanı  düçar  olduğu  bəlalardan və  təhlükələrdən  xilas 
etdi. Ermənilər uzun müddət mühasirədə saxladıqları Naxçıvanı diz 
çökdürməklə Azərbaycana daha ağır zərbə vurmaq istəyirdilər. Heydər 
Əliyev  qardaş  Türkiyə və  Iran  rəhbərləri  ilə  apardığı  damşıqlar və 
xüsusən şəxsi əlaqələri nəticəsində muxtar respublikanı sözün həqiqi 
mənasmda məhv olmaq təhlükəsindən xilas etdi.  Naxçıvanın xilası 
insanlarda belə bir inamı daha da möhkəmləndirdi ki, yalnız Heydər 
Əliyev Azərbaycanı düşdüyü bəlalardan xilas edə bilər.
Heydər  Əliyevin  Naxçıvan  M R   Ali  Məelisinin  Sədri  kimi 
fəaliyyətinin əsasmda Naxçıvanm ərazi bütövlüyünün qorunması, 
blokadanm  aradan  qaldırılması,  əhalinin yaşayış  şəraitinin yaxşı- 
laşdırılması,  iqtisadi  əlaqələrin qurulması,  insanlarm təhlükəsizli- 
yinin təmin edilməsi və  b.  həyati  əhəmiyyətli məsələlər dayanırdı. 
Oktyabr ayınm ilk günlərindən başlayaraq İran İslam Respublikası 
Naxçıvana ərzaq məhsulları göndərdi.  Naxçıvan M R üçün yüklər 
vurulmuş  ilk  avtom obil  karvanı  A staradan  İran  ərazisi  vasitəsilə 
Naxçıvana gəldi  [22,  s.201].  O ktyabrm  29-da Naxçıvanla Türkiyə 
arasmda Araz çayı üzərində müvəqqəti körpünün açılışı oldu. No- 
yabrm  18-də bu körpü vasitəsilə Türkiyənin Konya şəhərindən ər- 
zaqla dolu maşm karvanı Naxçıvana gəldi. İran və Türkiyə dövləti
ayrı-ayrı  şirkətlər  N axçıvana  yardım  göstərməklə  kifayətlənmir, 
burada yeni müəssisələr tikmək,  mövcud müəssisələri  modernləş- 
dirmək, avadanlıqlarla təchiz etmək, muxtar respublikanı azad iq- 
tisadi  zonaya  çevirmək  üçün  köm ək  edəcəklərini  bildirirdilər. 
Konsulluqlarm  açılması  üçün  razılıq  əldə  edildi.  Bir  qədər  sonra 
Türkiyənin Naxçıvana yeni təyin olunmuş baş konsulu Orxan Ər- 
toğrul  1993-cü  ilin  yanvarında  Heydər  Əliyev  tərəfindən  qəbul 
edildi.  Naxçıvan  M uxtar  Respublikasınm  paytaxtmda  ağıryüklü 
sərnişin və nəqliyyat  təyyarələrini  qəbul  etməyə imkan verən yeni
49


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə