İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə11/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

I  likb  bağlı  qəbul  edilən  qərarlar Azərbaycanm müstəqilliyini  möh- 
;  kəmləndirmək  yolunda  məqsədyönlü  fəaliyyət  sahələri  idi.  Nax- 
|j  çıvanda  gedən  dem okratik  dəyişikliklərin  sorağı  Azərbaycandan 
uzaqlara yayılırdı. Azərbaycanm müstəqil dövlət kimi siyasi fəaliyy- 
!  ətinin bir sıra konseptual istiqamətləri də məhz bu dövrdə işlənib ha- 
j  zırlanmışdı [28,s.23]. «...Naxçıvanda fəaliyyət göstərdiyi dövrlərdə... 
Heydər Əliyev əslində Azərbaycanm müstəqilliyinin  qorunub  sax- 
lanması  ideyaları  ilə yaşayırdı.  O  çətin vəziyyətdə,  blokada  şərai- 
tində, ona qarşı daxili qüvvələrin törətdiyi qəsd, onu hakimiyyətdən 
kənar etmək cəhdlərinə baxmayaraq Heydər Əliyev təkcə Naxçıvan 
üçün yox, bütün Azərbaycan üçün düşünürdü» [23,s.242].
Heydər Əliyev bir xalq deputatı, sonra isə Naxçıvan M uxtar 
Respublikası Ali  Məclisinin sədri kimi fəaliyyət göstərdiyi dövrdə 
Naxçıvan parlamentində təkcə Naxçıvan M R  üçün yox, bütün res- 
publika  üçün  böyük  əhəmiyyət  kəsb  edən  qərarlar  qəbul  edildi:
«Naxçıvan MSSR-in adınm dəyişdirilməsi haqqında»,  «Naxçıvan 
1
  MR Ali Dövlət hakimiyyəti orqanı haqqmda»,  «Naxçıvan MR-in 
j  dövlət rəmzləri haqqm da», «1990-cı ilin yanvar aymda Bakı hadi- 
i;  sələrinə siyasi qiymət verilməsi haqqmda», «Naxçıvan MR-də yer- 
ləşən  silahlı  qüvvələrin  statusu  haqqında»,  «Naxçıvan  M uxtar 
|  Respublikasmm  müdafıəsinin  və  sərhədlərinin  qorunmasınm  təş- 
!  kili haqqında»,  «Keçid dövründə SSR  Ittifaqmm dövlət  hakimiy- 
yəti  və idarəetmə  orqanları  haqqm da  SSRİ  Qanunu  barədə»  [39, 
1996,  10 may] və s.
Heydər  Əliyevin  bütün  fəaliyyəti  muxtar  respublikanm
1
  düşdüyü ağır vəziyyətdən çıxarılmasma, sərhəd kəndlərinin və mux- 
tar respublikanm  təhlükəsizliyinin  təmin  edilməsinə,  xarici  dövlət- 
lərlə  əlaqələrin  yaradılmasma,  əhalinin  ərzaqla  təmin  edilməsinə, 
sosial vəziyyətlərinin yaxşılaşdırılmasma və başqa bir sıra vacib mə- 
sələlərin həllinə yönəldildi.  Naxçıvanın müdafıəsi,  sosial-iqtisadi və 
ictimai-siyasi  vəziyyətinin  yaxşılaşdırılması  sahəsində mühüm  ad- 
dımlar atıldı.  Naxçıvan  MR Ali  Məclisinin  16 dekabr  1991-ci il  ta- 
rixli  sessiyasmda  hər  il  dekabr  aymın  31-nin  Dünya  Azərbaycan 
türklərinin həmrəylik  və  birlik  günü  kimi  bayram  edilməsi  barədə 
qərar qəbul etdi [20,s.271-274].
Azərbaycanda  ilk  dəfə  olaraq iqtisadi  islahatlara  başlandı.
41


1992-ci il aprelin 6-da Ali Məclisin sessiyasmda iqtisadi islahatlarla 
bağlı məsələlər müzakirə edildi: «Naxçıvan Muxtar Respublikasmda 
zərərlə işləyən kolxoz və sovxozlar haqqmda» və «Rentabelli işləyən 
kolxoz  və  sovxozlarm  ictimai  mal-qarasmm  özəlləşdirilməsi  haq- 
qmda».  İlk  növbədə  Culfa  rayonunun  Şurut  və  Gal  kimi  sərhəd 
kəndlərində  eksperimental  qaydada  torpaq  islahatlarm a  başlandı 
[39,2003,22 iyul]. Torpaqlar pay norması əsasında həmin kəndlərdə 
yaşayan əhaliyə paylandı. Kənddə yaşayan hər bir kəndliyə sahibkar 
hüququ verildi.
Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda milli ordu hissələri 
formalaşdırıldı,  regionun  ərazi  bütövlüyünün  və  təhlükəsizliyinin 
müdafıəsi üçün zəruri təminat əldə edildi. Yeridilən daxili sosial-iq- 
tisadi  siyasət  xətti  və  xarici  dövlətlərlə  yaradılan  iqtisadi  əlaqələr 
Naxçıvan əhalisinin güzəramm yüngülləşdirməyə, onu düçar olduğu 
blokada  vəziyyətindən  çıxarmağa  istiqamətləndirilmişdi  [29,  2001, 
9  may].  Bölgənin  düşdüyü  iqtisadi  çətinlikləri  aradan  qaldırm aq 
üçün  qonşu  Türkiyə və  İranla  iqtisadi  əlaqələr  yaradıldı.  Həyata 
keçirilən tədbirlər Naxçıvamn qorunub  saxlanılmasına və yaşama- 
sına  şərait  yaratdı.  «Həmin  illər Naxçıvan  üçün  çox  çətin,  m uxtar 
respublikanın  gələcəyi  üçün  həlledici  dövr  idi.  Heydər  Əliyevin 
nüfuzu, təcrübəsi, iradəsi həmin dövrdə Naxçıvanı qorudu... Naxçı- 
van yaşadı,  burada sülh və əmin-amanlıq təmin olundu»  [39, 2004, 
15 iyun].
1.8.Erməni yaraqlılarının Naxçıvana hücumları
Erməni daşnaklarm m  «Böyük Ermənistan» yaratm aq plan- 
larında  Naxçıvan  mühüm  yer  tutur.  Dağlıq  Q arabağ  münaqişəsi 
başlayandan erməni işğalçıları Naxçıvanm sərhəd kəndlərini atəşə 
tuturdular.  1990-cı il yanvarm  19-da Kərkinin işğalmdan sonra er- 
mənilərin  Sədərəyə,  Şərura,  G ərm əçatağa,  Buzqova,  Şadaya, 
Günnütə, Cağazirə və b.  yaşayış məntəqələrinə hücumları artmışdı. 
Yerli  əhalidən  ölən və yarananlar olurdu.  Bakı-Şərur  sərnişin  qa- 
tarı Mehri rayonu ərazisində atəşə tutulurdu.  Sərnişin qatarlarm m  
təhlükəsiz hərəkəti barədə söz versələr də, ermənilər verdikləri sözə 
əməl etmirdilər.  1991-ci il aprelin 20-də Ordubad-M ehri zonasmda
42


Naxçıvan  M R   O rdubad  rayonunun  və  Erm ənistanm   M ehri  və 
Sisyan rayonlarm m  yerli hakimiyyət və hüquq mühafızə orqanları 
rəhbərlərinin  görüşü  olmuşdu.  Azərbaycan  dəmir yolunun  Mehri 
sahəsində dəmiryol nəqliyyatmm təhlükəsiz və fasiləsiz işləməsi mə- 
sələləri m üzakirə edildi [22,s. 127].  Q atarların hərəkəti bərpa edilsə 
də, aprelin 28-dən etibarən yenidən dayandırıldı. Çünki həmin gün 
erməni  yaraqlıları  Sədərək  qəsəbəsini  atəşə  tutm uş,  nəticədə  13 
nəfər yaralanmış,  onlarla yaşayış  evi və ictimai bina dağıdılmışdı. 
Maym 7-də Batabat yaylağmdakı və Culfa rayonunun Ərəfsə kəndi 
yaxınlığmdakı  milis  postlarm a  atəş  açılmışdı.  M aym  13-də  SSRİ 
Daxili İşlər N azirliyinin nümayəndəsinin iştirakı ilə Naxçıvan M R 
Sədərək rayonu və Erm ənistanm  Yexeqnadzor və A rarat rayonları 
sovet və hüquq mühafizə orqanları nümayəndələrinin görüşü keçi- 
rilmiş,  sərhədyanı rayonda vəziyyət müzakirə olunmuşdu.
Naxçıvan M uxtar Respublikasmı yaranmış vəziyyətdən xilas 
etmək, ermənilərin silahlı basqınlarmdan qorumaq, əhalinin təhlükə- 
sizliyini təmin etmək məqsədilə Naxçıvan M R  Ali Məclisinin 7 sent- 
yabr  1991-ci  il  tarixli  qərarı  ilə  Naxçıvan  M uxtar  Respublikası 
Dövlət Milli M üdafıə Komitəsi yaradıldı [19,s.544].
Bir həftə sonra Sədərək rayonundakı milis postu yenə atəşə 
tutuldtı.  Erm əni quldurları O rdubad rayonu ərazisindən iki nəfər 
çobanı və m in başa yaxm  m al-qaranı,  Şahbuz rayonu Güney Qış- 
laq kəndi ərazisindən 250 baş xırdabuynuzlu heyvanı aparmışlar. 
Sentyabrın  11 -də A zərbaycan  dəmir  yolu  hərbiləşdirilmiş  müha- 
fizə dəstəsinin üç atıcısı zorla M ehriyə apanlm ış,  onlarm  tabel si- 
lahı  alınmış  və  döyülm üşlər.  N axçıvan  M R   Ali  M əclisinin  sədri 
Heydər Əliyev  Erm ənistan Ali  Sovetinin  sədri  L.Ter-Petrosyanla 
telefonla  danışm ış,  A zərbaycan  dəm ir  yolunun  M ehri  stansiya- 
smda  sərnişin  və  yük  q atarlarm a  və həmsərhəd  kəndlərə  basqm- 
ların,  adam larm   tu tu lu b   girov  saxlam lm asm m ,  m al-qaranm  
qaçırılmasımn  k ö k ü n ü   kəsm ək  üçün  tədbirlər  görülməsini  tələb 
etmişdir  [22,s. 190].
Sentyabrm 20-də Ermənistanm Sisyan rayonu ərazisindən 60 
nəfərlik  quldur  dəstə  B atabatdakı  Biçənək  adlanan  yerdə yerləşən 
teleradio  ötürücüsünü  dağıtmış,  cihazları  sıradan  çıxarmışlar.  Er- 
məni yaraqlıları tərəfmdən zorla aparılmış 2 çobanm - Xəlil Xəlilo-
43


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə