İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə10/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

1991-ci il Avqust dövlət çevrilişi cəhdi və Azərbaycan rəhbər- 
liyinin tutduğu mövqe əhalinin ciddi narazılığma səbəb oldu. Avqust 
ayınm 22-dən başlayaraq respublikanm bir sıra şəhərlərində mitinq- 
lər  keçirildi.  Naxçıvanda  da  mitinqlər  səngimək  bilmirdi.  Üç  gün 
davam edən,  60 mindən çox adamm iştirak etdiyi izdihamlı mitinq 
və nümayişlər  nəticəsində  xalq  avqustun  26-da  m uxtar  respublika 
Ali Məclisinin fövqəladə sessiyasınm çağırılmasına nail oldu. Sessiya 
Naxçıvan MR-də kommunistlərin hakimiyyətini ləğv etdi.  M uxtar 
respublika ərazisində AKP-nin və komsomolun fəaliyyəti dayandı- 
rıldı,  onların bütün  strukturları  ləğv  olundu  [16,  1991,  28  avqust]. 
Mitinq və nümayişlərdə respublikada prezident seçkilərinin dayan- 
dırılması, Kommunist Partiyası hakimiyyətinin ləğv edilməsi, mux- 
tar  respublikada  milli  müdafıə  komitəsinin  yaradılması,  Bakıda 
fövqəladə vəziyyət rejiminin ləğv olunması, Lenin abidələrinin sökül- 
məsi və b. məsələlər tələb edilirdi [22,s. 169-170].
1.6. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinin sədri seçilməsi
1991-ci  il  sentyabrm  2-də  Naxçıvan  şəhərində  çoxminli  mi- 
tinqdə Naxçıvan MR Ali Məclisinin yarımçıq qalmış növbədənkənar 
sessiyasmm çağırılması və Heydər Əliyevin Ali Məclisin  sədri seçil- 
məsi tələb edilirdi. Bir gün sonra çətinliklə də olsa, deputatlar topla- 
nır və yetərsay almdığmdan sessiya öz işinə başlayır. Ali Məclisin və 
şəhər İcra Hakimiyyətinin binaları qarşısma toplanan əhali Heydər 
Əliyevin Naxçıvan M R Ali Məclisinin sədri seçilməsini tələb edirdi- 
lər.  Seçicilərin  təzyiqi  ilə  deputatlar  Naxçıvan  M R  Ali  Məclisinin 
sədrliyinə Heydər Əliyevin namizədliyini irəli sürdülər. Heydər Əliyev 
üç dəfə çıxış edib, namizədliyini geri götürdüyünü bildirsə də, bu bir 
nəticə vermədi.  Sessiyada iştirak edən 75 deputatdan 70 nəfəri lehinə 
səs verməklə,  5 nəfər bitərəf qalmaqla Heydər Əliyev Naxçıvan M R  
Ali Məclisinin sədri seçildi [39, Xüsusi buraxılış,  1991,  sentyabr].
Bu məsələnin müzakirəsi zamanı ilk söz alan deputat Ə.Oru- 
cov  demişdir:  «...bu  ağır vəziyyətdə bizə elə  bir rəhbər lazımdır ki, 
o, öz müdrikliyi, nüfuzu, yüksək təşkilatçılıq qabiliyyəti ilə xalqı bir- 
ləşdirə bilsin, muxtar respublikaya bacarıqla, səriştəli rəhbərlik etsin.
38


Belə bir adam Azərbaycan xalqınm yaxşı tanıdığı,  sevdiyi, təkcə öl- 
kəmizdə  deyil,  bütün  dünyada  böyük  nüfuza  malik  olan  Heydər 
Əlirza oğlu Əliyevdir»  [20,s. 190].
Heydər  Əliyevin  sədrliyi  ilə  işini  davam  etdirən  sessiyada 
«Azərbaycan Kommunist Partiyasmm və onun strukturlarmm fəa- 
liyyətinə  münasibət  haqqmda»,  «Azərbaycan  Respublikası  Prezi- 
dentliyinə seçkilər haqqmda» məsələlər müzakirə edildi. Ali Məclisin 
4 sentyabr tarixli  qərarı  ilə Naxçıvan  ərazisində prezident  seçkiləri 
dayandırıldı [17,s. 124].
Belə bir  qərarm  qəbul  olunması bir  çox  obyektiv səbəblərlə 
bağlı idi. Qərarda göstərilirdi ki, «Prezident seçkiləri Azərbaycanda 
demokratiyanm və xalqm səsinin boğulması şəraitində keçirildiyin- 
dən bütün demokratik qüwələr həmin seçkilərin təxirə salınmasım» 
[19,s. 139] tələb edir.
Naxçıvan  parlamentinin  bu  qərarı  bəzi  qüvvələr tərəfmdən 
birmənalı  qəbul  edilmədi,  onlar  şayiə yayaraq bu  qərarı Azərbay- 
candan ayrılmaq cəhdi kimi qiymətləndirməyə çalışırdılar [9,  1990, 
9 iyun].  Bunun iftira olduğunu qeyd edərək Ali Məclis bəyan edirdi 
ki,  qəbul  edilən  sənədlərdə,  bütün  deputatların,  Ali  Məclisin  sədri 
Heydər Əliyevin sessiyadakı və sentyabrın 5-də Naxçıvan televiziyası 
ilə çıxışlarında «Azərbaycanm bütövlüyü və onun bölünməzliyi haq- 
qmda qətiyyətlə fıkir söylənilmiş» və «Naxçıvan M uxtar Respubli- 
kası  Azərbaycan  Respublikasmm  tərkib  hissəsidir»  kimi  fıkirlər 
xüsusi vurğu ilə səslənmişdir.
Azərbaycan iqtidarı Naxçıvana ciddi təzyiq göstərirdi.  1991-ci 
il  sentyabr  ayınm  6-da Azərbaycan  televiziyasmm  «Aktual  ekran» 
verlişində bir qrup hüquqşünas muxtar respublika əhalisinə müraciət 
edərək onları A.Mütəllibov hakimiyyəti ətrafmda birləşib prezident 
seçkilərində iştirak etməyə çağırırdı.  Bir neçə ay bundan  əvvəl isə - 
30 mart  1991-ci ildə bir qrup naxçıvanlınm «Kommunist» qəzetində 
«Naxçıvan M uxtar Respublikasınm əhalisinə» müraciəti verilmişdi. 
Parlament deputatlarmdan, zabitlərdən ibarət böyük bir dəstə Nax- 
çıvana göndərildi ki,  yerli hakimiyyət  orqanlarmı qərarı dəyişməyə 
məcbur etsin [19,s. 148]. Lakin Ali Məclisin Sədri Heydər Əliyev yerli 
televiziya ilə bəyanat verib xəbərdar etdi ki, Naxçıvana təzyiq üçün 
gələn  qüvvələr  buranı  tərk  etməlidirlər,  əks  təqdirdə  bütün  əhali
39


----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ayağa qalxacaqdır [39,  1991, 7 sentyabr]. İqtidar geri çokilməyə moc- 
bur oldu. Naxçıvan M R Ali Məclisi  1  oktyabr tarixli qorarı ilə keçid 
dövrü  ittifaq  orqanlarında  Azorbaycan  Respublikasmm  iştirakmı 
qeyri-mümkün  saydı,  respublika  rəhborliyinin  müstəqillik məsələ- 
sində qeyri-ardıcıl mövqeyini ittiham etdi [19,s. 170-172].
Sentyabrm  8-də Azərbaycanda  Prezident  seçkiləri  keçirildi. 
Demokratik qüvvələr bu seçkiləri baykot etdilər. Prezident seçkiləri 
Naxçıvan MR ərazisində keçirilmədi.
1991-ci  il  oktyabrm  18-də Azərbaycan  Respublikası Ali  So- 
vetinin ikinci sessiyası «Azərbaycan Respublikasmm Dövlət Müstə- 
qilliyi haqqında Konstitusiya Aktı»nı qəbul etdi. Bu tarixi hadisə ilə 
bağlı Naxçıvan M R Ali Məclisinin sədri Heydər Əliyev bütün Azər- 
baycan xalqını təbrik etdi. Təbrik teleqrammda deyilirdi: «Naxçıvan 
M uxtar Respublikasmm əhalisi  1991-ci il oktyabrm  18-də Azərbay- 
can Respublikası Ali Sovetinin sessiyasmda qəbul edilmiş «Azərbay- 
can  Respublikasınm  Dövlət  Müstəqilliyi  haqqm da  Konstitusiya 
Aktı»  münasibətilə  bütün Azərbaycan  xalqmı  təbrik  edir və  bunu 
tarixi  hadisə  kimi  qəbul  edir...  Biz  bu  gün  xoşbəxtik  ki,  nəhayət, 
Azərbaycan Respublikasmm ali hakimiyyət  orqanı tərəfındən milli 
azadlıq  niyyətlərinin  həyata  keçirilməsi  üçün  ilk  addım  atılıbdır.

Azərbaycan xalqı tam   əmin  ola  bilər ki,  naxçıvanlılar milli  azadlıq
hərəkatı  uğrunda  mübarizəni  daha  əzmlə  davam  etdirəcəklər»  [16, 
1991, 23  oktyabr].
Demokratik  proseslər  Naxçıvanda  geniş  vüsət  almaqda  idi. 
Doyişikliklərə  baxmayaraq  Azərbaycanm  qalan  ərazilərindən  ayrı 
düşmüş  Naxçıvan  Ermənistan  ərazisi  ilə  həmsərhəd  olduğu  üçün 
hərbi təcavüzə məruz qalır, iqtisadi və kommunikasiya blokadası şə- 
raitindo çotin vəziyyətdə yaşayırdı.
1.7. Naxçıvan Muxtar Respublikasmda həyata 
keçirilən tədbirlər
Heydər Əliyev Naxçıvan M R Ali Məclisinin sədri seçildikdən 
sonra  Naxçıvan  M uxtar  Respublikası  Azərbaycanm  ictimai-siyasi 
həyatında mühüm və əhəmiyyətli rol oynadı.  M uxtar respublikada 
həyata  keçirilən  tədbirlər,  demokratik  dəyişikliklər,  milli  dövlətçi-
40


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə