İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

 
35 
3. İt solityoru 
Kist Hidatik
1
 bir növ solityordan əmələ gəlir. Bu yastı 
qurddan  törənən  xəstəlik,  "ekinokok"  adlanır.  İtdə  bu 
xəstəliyin əlaməti başgicəllənməsidir. 
İt  gənəsi  çobanlara,  evlərində  it  saxlayan  və  itlə 
ünsiyyətdə olanlara hücum edir. 
Bu  qurd  öncə  bağırsağa  daxil  olur,  sonradan 
qaraciyərə, ağciyərə, dəriyə, böyrəyə və s. daxil olması da 
mümkündür. Bu xəstəlik kəskin ağrılara səbəb olur, əgər 
cərrahlıq  vasitəsilə  sadalanan  üzvlərdən  onun  kökü 
kəsilməzsə, ölümlə nəticələnir.
2
 
4 - Vərəmin (tuperkulyozun) ötürülməsi 
Fransanın  görkəmli  alimlərindən  sayılan  "Nokard" 
sübut  etmişdir  ki,  tuperkulyoz  xəstəliyi  insandan  itə  və 
itdən insana çox keçir. O eləcə də isbatlamışdır ki, cavan 
şəhər itləri daha artıq vərəmə düçar olur  və hava yolları 
və  həzm  borusu  vasitəsilə  mikrob  bədənə  daxil  olur. 
Çünki  it  "daxma  basilləri"ni  yəni,  zibillikdə  olan  vərəm 
mikrobunu  yalayır.  Əgər  bir  şəxsin  evində  it  vərəmli 
olarsa, o məntəqə, hətta o şəhər üçün təhlükəlidir.
3
 
ELMİ TƏDQİQ 
                                                 
1
 Kist  Hidatik:  Bəzi  orqanlarda  (daha  çox  qaraciyər,  ağciyər,  beyin) 
ekinokok adlanan parazitlərdən ibarət içi şəffaf su görkəmində kistlər.  
2
 "İslam - dərmansız həkim", c.1, səh. 57-dən 59-a kimi. 
3
 Həmin qaynaq. 


 
36 
İtin  yaladığı  və  ya  maye  içdiyi  qab,  öncə  təmiz 
torpaqla  sürtülməli,  daha  sonra  bir  dəfə  kürr  ya  axar 
suda və yaxud iki dəfə qəlil suda yuyulmaldır. 
İtin  yaradanı,  mikrobu  dəf  etməyə  göstəriş  verərək 
buyurur:  İtin  mikrobunu  yalnız,  təmiz  torpaq  aradan 
apara bilər. 
Bu  xüsusda  görkəmli  alimlərdən  birinin  kəşfi 
oxunaqlıdır. Bu kəşf heç də səs-küysüz başa gəlmədi. 
Bu  kəşfin  izahı,  Fransanın  Sentatin  şəhərində  çap 
edilən "Luşasor Fransa" adlı jurnalında dərc edlimişdir. 
Kəşf  bundan  ibarət  idi  ki,  itin  qabı  dili  ilə  yalayaraq 
mikroba  bulaşdırdığı  surətdə,  bu  mikrobun  məhv 
edilməsinin yeganə yolu, qabı torpaqla sürtməkdir.
1
 
 
QIZIL VƏ GÜMÜŞ 
A) Qızıl və gümüş qablar: 
Müctəhidlərin  haramlığına  dair  fətva  verdikləri 
əməllərdən  biri  də,  qızıl  və  gümüş  qablardan  istifadə 
etməkdir. 
Qızıl  və  gümüş  qabların  zərərləri  haqda,  aidiyyatı 
kitablarda
2
 söz  açılmışdır.  Biz  isə,  ruhi-psixoloji  zərərlər 
arasından, yalnız cismi zərərlərə toxunacağıq. 
                                                 
1
 "İslam - dərmansız həkim", c.1, səh. 61. 
2
 Bax: "Hemotoloji xəstəliklər", müəllif: Harison və "İlk universitet  və son 
peyğəmbər", c.3. 


 
37 
Bu qabların başlıca zərəri, yeməklə qarışmasıdır. Misal 
olaraq,  gümüş  qaşığı  yumurtanın  sarısında  yerləşdirsək, 
sürətlə  oksidləşərək  rəngi  dəyişməyə  başlayır;  yəni 
yumurtanın sarısı gümüşlə reaksiyaya girir.
1
 
Qızıl  və  gümüş  qabların  zərərlərinə  misal  olaraq 
göstərmək  olar  ki,  gün  ərzində  C  vitamininin  bədənə 
çatması gərəkdir, qızıl və gümüş kimi ağır metallarda isə, 
istər  xörək  çiy  şəklində  olsun,  istərsə  də  bişmiş,  C 
vitamini məhv olur.
2
 
B) Kişilərin qızıldan istifadə etməsi: 
Qızıl üzük, boyunbağıdan istəfadə etmək kişilər üçün 
haram,  qadınlar  üçün  isə  caiz  edilmişdir.  Hazırda  tibb 
elmi,  qızıldan  istifadənin  kişilər  üçün  zərəli,  qadınlar 
üçün isə faydalı olduğunu sübuta yetirmişdir.
3
 
Bəlkə də bunun səbəbini belə izah etmək olar ki, qızıl 
bədəndə  qan  hazırlanmasına  yardım  edir  və  bildiyiniz 
kimi  hər ay qadınların bədənindən  bir miqdar qan xaric 
olur  və  bu  qan  hazırlanması  isə,  itirilmiş  qanın 
əvəzləyicisidir. Halbuki kişidə belə deyildir,
4
 əslində kişi 
üçün  qızılın  istifadəsi  ümumiyyətlə  əlacsız  xəstəliklərlə 
tamamlanır!  Bu  barədə  ətraflı  məlumat  üçün  oxucular, 
Harisonun  yazdığı  "Hemotoloji  xəstəliklər"  kitabına 
müraciət edə bilərlər.
5
 
QUMAR 
                                                 
1
 " Sağlamlığa on beş gün qalmış", səh.337. 
2
 "İlk universitet və son peyğəmbər", c.3, səh. 221. 
3
 "Günün sual-cavabları", səh.163. 
4
  Ustadlardan biri "Daneşmənd" aylıq jurnalından nəql edərək. 
5
 " Sağlamlığa on beş gün qalmış", səh.337 


 
38 
İslam  dinində  böyük  günahlardan  hesab  edilən 
qumar,  xeyli  sayda  psixoloji,  cismi  xəstəliklərin  və 
cinayətlərin  amilidir.  Biz  bu  əməlin  bəzi  cismi 
xəstəliklərinə işarə edəcəyik. 
Qumar – Stressin başlıca amili 
Psixoloqlar yekdilliklə bu qənaətdədirlər ki, stresslər – 
psixoloji həyəcanlar, bir çox xəstəliklərin əsas faktorudur. 
Misal  olaraq,  vitaminlərin  azalması,  mədə  yarası,  ruhi 
xəstəlik, dəlilik, xəfif və kəskin formada əsəb xəstəlikləri 
və buna bənzər xəstəliklər, bir çox hallarda, həyəcandan, 
təşvişdən  qaynaqlanır.  Qumar  isə  həyəcanın  ən  böyük 
yaradıcı  səbəblərindəndir.  Amerikalı  alimlərdən  biri  bu 
barədə  deyir:  Hər  il  bu  ölkədə  2000  nəfər  qumarın 
həyəcanı  nəticəsində  ölür,  orta  hesabla  bir  pokerbazın 
(qumarbazın) ürəyi dəqiqədə yüz dəfədən artıq döyünür, 
qumar  bəzən  ürək  və  beyin  infarktı  da  yarada  bilər  və 
şübhəsiz ki, tez qocalmağa da səbəb olacaqdır. 
Bundan  əlavə  alimlərin  dediklərinə  əsasən,  qumarla 
məşğul  olan  şəxsin,  yalnız  ruhu  gərginlik  içərisində 
deyil,  bütün  bədən  üzvləri  qeyri-təbbi  bir  durumda 
yaşayır.  Ürək  döyüntüləri  artdıqca,  şəkər  xəstəliyinə 
tutulma  ehtimalı  artır,  daxili  vəzilərin  ifrazında 
anomaliya-pozğunluq 
yaranır, 
üzün 
rəngi 
qaçır, 
iştahasızlığa  düçar  olur  və  psixoloji  müharibə  və 
böhranla  nəticələnən  qumardan  sonra  yuxuya  gedir. 
Adətən belə şəxslər əsəb sistemlərində təskinlik, aramlıq 
yaratmaq üçün spirtli içkilər və narkotik maddələrdən də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə