İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   2   3   4   5   6   7   8   9   ...   51

 
19 
günbəgün  arıqlayırsan?  Gözünün  kənarlarında  niyə 
çuxur  yaranıb?"  deyirlər.  Onlara  deyim,  onanizmlə 
məşgulam? Əgər demək istəsəm, hansı dillə?
1
 
4- HANSI ÜZLƏ 
Onu da deyim ki, gənc ikən 16-17 yaşlarımda iki dəfə 
intihar etməyə qəsd etdim, amma biz bədbəxtləri ölməyə 
də  qoymurlar.  İndi  çox  zəifləmişəm,  son  vaxtlar  üzr 
istəyirəm  məndən  ixtiyarsız  olaraq  damcılar...  gəlir,  indi 
bu  müdhiş  tufanın  arasında  o  tərəfə,  bu  tərəfə  gedirəm, 
bəlkə də elə bir tərəfi ölüm və məhv olmaq və ...
2
 
QAN YEMƏK 
İslamda  günah  əməllərdən  biri  də  qan  yeməkdir. 
Pakizə  Allah  Qurani-kərimdə  bizi  bu  əməldən 
çəkindirərək buyurur:  
"O  (Allah)  sizə  ölmüş  heyvanı,  qanı,  donuz  ətini 
...qəti haram etmişdir". 
3
 
Hazırda  qan  yemək  əsasən  heyvanların  şəri 
qanunlarla  düzgün  kəsilməməsi  nəticəsində  baş  verir. 
Belə  ki,  ya  kəsildikdən  sonra  heyvanı,  damarlarında 
qalmış  qanın  normal  həddə  axması  üçün  başıaşağı 
tutulmalıdır  ki,  təəssüflə  bu  iş  bəzən  görülmür  və 
beləliklə  xalq  qan  yeməyə  düçar  olurlar.  Ya  da 
ümumiyyətlə  heyvan  kəsilmir  (qeyri-İslami  ölkələrdə). 
Bu  səbəbdən  görürsünüz  ki,  bu  şəxslərin  bir  çoxu 
                                                 
1
 "Cavanlar niyə? ", səh.35. 
2
" Cavanlar niyə? ", səh.36. 
3
 "Bəqərə", 173. 


 
20 
minlərlə  insanı  öldürərək,  heç  nigəran  olmayacaq  və 
özünə fəxr biləcək qədər daşürərklidirlər. 
QAN YEMƏYİN CİSMİ ZƏRƏRLƏRİ 
Qan  yemək  həm  cismi  baxımdan,  həm  də  əxlaqi 
nöqteyi-nəzərdən  zərərlidir.  Çünki  qan,  müxtəlif 
mikrobların  inkişafı  üçün  bir  tərəfdən  tam  hazır 
maddədir. 
Bədənə  daxil  olan  bütün  mikroblar,  qana  hücum  edir 
və  qanı  öz  fəaliyyət  mərkəzi  bilirlər.  Bu  cəhətdən  bədən 
ölkəsinin  əsgərləri,  qoruyucuları  sayılan  leykositlər  (ağ 
qan  cisimcikləri),  bədənin  bütün  məntəqələri  ilə  sıx 
əlaqədə  olan  bu  həssas  səngərə  mikroblar  yol  tapa 
bilməsin  deyə,  qan  məntəqəsini  mühafizə  edirlər. 
Xüsusilə  qan  dövranının  dayanması  və  necə  deyərlər 
ölməsi  ilə,  leykositlər  məhv  olur  və  bu  səbəbdən, 
meydanı  hərifsiz  görən  mikroblar  sürətlə  artaraq 
yayılmağa  başlayır.  Bu  üzdən  əbəs  deyilməmişdir  ki, 
qan,  dövranının  dayandığı  an,  insan  və  heyvanın  ən 
çirkin bədən üzvüdür. 
Başqa  bir  tərəfdən,  hazırda  qidaşünaslıq  elmində 
(dietologiyada) isbat olmuşdur ki, yeməklər vəzlərə təsir 
edib  hormonlar  yaratmaq  vasitəsilə,  insanın  əxlaqı  və 
ruhiyyəsində  iz  qoyur,  qədimdən  də  daşürəkli  olmaqda 
qan yeməyin təsiri təcrübə edilmiş, hətta bu barədə atalar 
sözü  də  gəlmişdir.  Bu  baxımdan  bir  hədisdə  oxuyuruq: 
"Qan  yeyən  şəxslər  atalarına,  analarına  və  övladlarına 


 
21 
rəhm  etməyərək,  onları  öldürəcək  qədər  daşürəkli 
olarlar".
1
  
DONUZ ƏTİ YEMƏK 
"O  (Allah)  sizə  ölmüş  heyvanı,  qanı,  donuz  ətini... 
qəti haram etmişdir" 2 
Donuz  əti  yemək  İslam  dinində  haram  sayılan 
əməllərdən  biridir.  Əsrlərdən  sonra  bu  heyvan  (donuz) 
barəsində  alimlərin  araşdırmaları  və  donuz  ətində  neçə 
növ  mikrobun  tapılmasını,  bir  növ  Qurani-kərimin 
möcüzəsi hesab etmək olar. 
CİSMİ ZƏRƏRLƏRİ 
 Donuz  ətinin  cismi  zərərləri  xeyli  sayda  olsa  da,  biz 
onun  iki  əsas  növünü  qeyd  etməklə  kifayətlənirik. 
Aşağıda  izahı  gələcək  bu  iki  ziyan,  trixin  və  solityordan 
ibarətdir. 
1-TRİXİNOZ
3
 (trixinlərin törətdiyi xəstəlik) 
Trixin, donuz  ətinin arasında özünə yuva quran kiçik 
parazitdir.  Xırda  həşəratdan  ibarət  olan  trixin,  erkəyinin 
1.5,  dişisinin  isə  3  mm-ə  qədər  diametri  olduğu  kiçik 
qurddur.  Bu  heyvan  1  ay  ərzində  10-15  min  yumurta 
qoymaq  qabiliyyətinə  malikdir.  Donuz  ətini  yeməklə 
trixinin  insan  bədəninə  daxil  olduğu  andan  etibarən, 
                                                 
1
 Hədis  tam  şəkildə  "Böyük  günahlar"  kitabında  qeyd  edilmişdir.  Bax: 
"Gonahane kəbirə", səh.158. 
2
 "Bəqərə", 173. 
3
 "Trichinella spiralis". 


 
22 
qırmızı  qan  cisimcikləri  (eritrositlər)  əvvəlcə  artaraq, 
daha sonra aradan getməyə başlayır. Sonda isə eritrositin 
azalması,  insanın  xəstəliyə  düçar  olması,  hətta  bəzi 
hallarda onu ölümə yuvarlaması ilə nəticələnir. 
Trixinlər  mədəyə  daxil  olarkən,  mədə  şirəsinin 
dəxaləti  nəticəsində,  öz  əhəng  divarını  itirir  və  sürətlə 
artaraq mədə yolu ilə insan qanına daxil olurlar. 
Bunun 
ilk 
təsiri, 
başgicəllənməsi 
və 
xüsusi 
qizdirmalar, o cümlədən: ishaldan sonra baş verən həzm 
orqanı  ilə  əlaqəli  qızdırmalardır.  Bu  vəziyyətdən  doğan 
qızdırma  ilk  öncə  zəif,  getdikcə  isə,  çətinləşərək  xroniki 
xəstəliyə çevrilir. 
Bir  sıra  digər  ağrılar  isə,  o  cümlədən:  müxtəlif  çeşidli 
revmatizm,  əsəb  dartılması,  bədəndaxili  qaşınma, 
piylərin  qalanması,  bütün  bədəndə  möhkəm  yorğunluq-
əzginlik, üz  əzələlərinin yığılması bir  sözlə, bədənin son 
dərəcə  zəifliyindən  doğan  ağrılar  dörd-beş  gün  sonra 
ölümü özləri ilə ərməğan gətirirlər. 
Bundan  əlavə  xəstədə  çeynəmə  və  təənəffüs 
baxımından  da,  bir  sıra  əngəllər  üzə  çıxır.  Ola  bilər  ki, 
ölümün  səbəbi  tam  başqa  bir  faktor  olsun.  Çünki, 
qurdlar, mədədə məskunlaşdıqlarının üçüncü həftəsində 
əzələlərə  hücum  gətirir,  yeddinci  həftədə  isə,  bağırsağa 
soxularaq  bədən  üzvlərində  ümumi  zəiflik  icad  edir  və 
bununla da xəstənin ömrünə son qoyurlar. 
Trixin  qurdundan  yaranmış  xəstəlik,  Trixinoz  adı  ilə 
tanınmışdır.  Bu  xəstəlik  donuz  ətindən  çoxlu  istifadə 
edilən ölkələrdə çox sayda müşahidə edilir, donuz ətinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə