İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   7   8   9   10   11   12   13   14   ...   51

 
43 
                                                                                                        
AİDS  /  SPID  /  QIÇS  və  ya  QİDS  -  yəni,  qazanılmış  immun 
çatışmazlığı  sindromu  immun  sistemin  (  bədənin  müqavimətinin) 
tədricən zəifləməsinə, orqanizmin müdafiə qüvvəsinin tükənməsinə 
səbəb  olur.  Nəticədə  orqanizm  xəstəliklər  üçün  "açıq  qapı"  rolunu 
oynayır və xəstəlik törədən amillərlə mübarizə edə bilmir. Bu zaman 
isə  ÖLÜM  qaçılmaz  sonluqdur.  Xəstəliyə  homoseksual  kişilər, 
fahişələr, narkomanlar arasında daha çox təsadüf edilir. Ancaq bu o 
demək  deyil  ki,  AİDS  yalnız  risk  qrupu  hesab  edilən  bu  insanlar 
arasında  yayılır.  Xeyr,  burda  riskli  vəziyyətlər  daha  əhəmiyyətlidir: 
təhlükəli  cinsi  əlaqələr,  dezinfeksiya  olunmamış  tibbi  alətlərin 
istifadəsi, qanköçürmə kimi halları nəzərdən qaçırmaq olmaz. AİDS 
törədicisi  cinsə,  yaşa,  sosial  mövqeyə  və  seksual  oriyentasiyaya 
məhəl  qoymadan  hər  kəsə  yoluxa  bilər  Bu  törədici  HİV  yəni  insan 
immun  çatışmazlığı  virusudur.  Bütün  canlı  mayelərdə  -  qanda, 
sidikdə,  spermada,  uşaqlıq  yolu  və  düz  bağırsaq  sekretlərində,  ana 
südündə  aşkarlanır.  HİV  orqanizmdən  kənarda  yaşaya  bilmir  və 
xoşbəxtlikdən nə məişət, nə də hava-damcı yolu ilə keçmir.
 
Mənbə: 
www.genclik.iatp.az
 
AIDS,  (Acquired  Immune  Deficieny  Syndrome)  orqanizmin  immun 
sistemini  çökdürən  HIV  (Human  İmmunodeficency  Virus) 
virusunun  yol  açdığı  bir  xəstəlikdir.  Dünyada  hər  gün  təxminən  16 
min  insanın  yaxalandığı  düşünülən  AIDS,  immun  sistemi 
çökdürməsi 
səbəbiylə 
orqanizmi 
hər 
cür 
mikroba 
qarşı 
müqavimətsiz  qoyur.  HIV  virusu,  uzun  illər  səssiz  qalsa  belə  digər 
xəstəliklərin  ortaya  çıxmasını  sürətləndirib  organizmi  xəbərsiz  bir 
şəkildə  yox  edir.  Zərərsiz  xəstəliklər  belə  immun  sistem  pozulmuş 
insanlarda ağır və ölümcül durumlara səbəb ola bilir. 
 AIDS-in Simptomları  
-Günlər və ya aylar sürən qızdırma, -Gecə tərləməsi, -İştah azalması, 
-Uzun müddət davam edən yorğunluq hissi, 10%-dən çox arıqlama, -
Oynaqlarda  və  əzələlərdə  ağrı,  səbəbi  bilinməyən,  uzun  müddət 
davam  edən  boğaz  ağrısı,  -Səbəbi  bilinməyən  limfatik  düyünlərdə 
şişmə  (limfadenopatiya),  -Uzun  müddət  davam  edən  ishal  (qarın 
ağrısı) 


 
44 
                                                                                                        
-Təkrarlayan infeksiyalar 
 Mənbə: 
www.fikrini.de
  
13.12.07 | İmmun çatışmazlığı və QİÇS–ə qarşı mübarizə 
 2006–ci  ilin  sonunda  statistik  hesabata  əsasən  dünyada  İİV  (insan 
immune  çatışmazlığı  virusu)  və  QİÇS–ə  yoluxmuş  40  milyon  insan 
vardır.  İndiyə  kimi  bu  epidemiya  (böyük  ərazilərdə  yayılmış 
yoluxucu  xəstəlik)  25  milyon  insanın  həyatına  son  qoymuşdur. 
Hesablamalara  görə,  daha  6  milyon  insan  növbəti  1–2  ildə, 
müalicəsini vaxtında ala bilməməsindən dünyasını dəyişə bilər. 
 Azərbaycanda  Milli  QİÇS  Mərkəzinin  1  aprel  2007–ci  il  tarixli 
hesablamalarına  görə,  xəstələrin  sayı  1030  nəfərdir.  Lakin  qeyri–
rəsmi məlumatlara görə, onların sayı 10 dəfə çoxdur. 
 QİÇS  qazanılmış  immun  çatışmazlığı  sindromudur.  Yəni  immun 
sistemin  zəifləməsi  ilə  gedən  xəstəlikdır.  Bu  xəstəlik  inkişaf  etdikcə 
insanda  bir  çox  fəsadlar  baş  qaldırır  və  insan  bu  xəstəlikdən 
zəifləyərək tələf olur. 
 İmmun çatışmazlığı virusuna yoluxmuş insanlar iki qrupa bölünür. 
Birincisi,  daşıyıcılardır  ki,  bu  insanlar  hər  hansı  yolla  İİV–ə 
yoluxmuş olur, lakin onlarda xəstəliyin heç bir əlaməti olmur. Onlar 
uzun müddət özlərini sağlam hiss edirlər, oxuyurlar, işləyirlər. İİV–
yə  yoluxmuş  olduqlarını  çox  vaxt  təsadüfən  hər  hansı  proses  üçün 
müayinə  olunduqda  (məsələn,  qadınlar  hamiləliklə  əlaqədar  qadın 
məsləhətxanalarına  getdikdə,  xarici  səfərə  getmək  üçün  sağlamlıq 
arayışı  lazım  olduqda,  donor  kimi  qan  vermək  istədikdə  və  ya 
təsadüfi, qoruyucusuz cinsi əlaqədə olduqdan bir müddət sonra və s. 
hallarda) öyrənirlər. Əgər bu insanlar sağlam həyat tərzi qaydalarını 
gözləsələr,  sağlam  şəraitdə  yaşasalar,  onlar  uzun  müddət  sağlam 
qalırlar. 
 İkincisi,  QİÇS–lə xəstə olanlar bir müddət İİV ilə yaşadıqdan sonra 
belə  insanlarda  immun  sistemi  zəifləyir  və  onlarda  müxtəlif 
infeksiyalar  baş  qaldırır.  Orqanizm  bu  infeksiyalarla  bacara  bilmir, 
buna  görə  də  onda  xəstəlik  toplusu  əmələ  gəlir.  Vərəm,  müxtəlif 
iltihabi proseslər, göbələk xəstəlikləri və hətta bədxassəli şişlər insanı 
getdikcə 
əldən 
salır 
və 
tələf 
edir. 


 
45 
                                                                                                        
 İnsan  orqanizmində  immun  sistemin  rolu  orqanizmi  xarici 
ziyanverici  amillərdən  və  daxildə  əmələ  gələn  bədxassəli  şiş 
hüceyrələrini  məlum  edərək  qorumaqdır.  Çox  mürəkkəb  prosesləri 
idarə  edən  bu  sistemin  səyi  nəticəsində  orqanizm  xəstəliklərdən 
sağalır,  yad  və  zərərli  maddələrə  qarşı  mübarizə  aparır,  təhlükəyə 
vaxtında  lazımi  reaksiya  verir.  İmmun  sistemi  orqanizmin 
müdafiəçisidir,  ordusudur  və  bu  ordunun  əsgərləri  immun 
hüceyrələridir. 
 Hər bir virus növünün orqanizmdə sevdiyi toxuma vardır. Məsələn, 
hepatit  virusları  qara  ciyəri  zədələyir,  qrip  virusları  udlağı  və 
burunun  selikli  qişasını,  İİV–in  isə  ən  çox  sevdiyi  toxuma  T–
limfositləridir. 
 Müəyyən  edilmişdir  ki,  İİV  insanın  bütün  maye  mühitlərində 
tapılır.  Amma  bunlardan  yalnız  5–də  onun  konsentrasiyası  o  qədər 
çoxdur ki, o, bu mayelər vasitəsilə yoluxa bilər. Bunlara aiddir: qan, 
sperma,  qadın  cinsiyyət  üzvünün  mayesi,  ana  südü,  yaralarda  olan 
ifrazat (irin, eksudet və s.) İnsanlar İİV–ə əlsıxmaq, öpüşərkən (ağız 
suyu  ilə)  tərlə  və  ya  göz  yaşları  ilə,  öskürmə  və  asqırma  zamanı, 
ümumi qab–qacaqdan və ya yataqdan, hamam və tualetdən istifadə 
etdikdə,  birgə  idmanla  məşqul  olduqda  heyvanlar  və  ya  həşəratlar 
vasitəsilə  yoluxurlar.  Yeniyetmə  gənclər  ailə  həyatına    kamillik 
dövrünə  başlayarkən,  cinsi  yolla  keçən  xəstəlilklər,  o  cümlədən  İİV 
və  QİÇS  haqqında  məlumatlanmalıdırlar.  İşlənmiş  iynə,  şpris  və 
digər  tibb  alətlərindən  istifadə  edilməməli,  manikür  alətləri 
birdəfəlik  olmalıdır.  İnsanlar  İİV  və  QİÇS–ə  yoluxmuş  olduqlarını 
bilmək üçün xüsusi testlərdən anonim olaraq keçə bilər. Əgər birinci 
dəfədən  testin  cavabı  “müsbət”  olubsa,  o  insanın  ən  azı  3  ay 
yoluxmuş  olduğu  hesab  olunur.  Müasir  zamanda  İİV  və  QİÇS–ə 
qarşı nə peyvənd, nə də müalicə sağaltma üsulu tapılmayıb. Sağlam 
həyat  tərzi  ilə  yaşamaq,  bədəni  möhkəmlətmək  infeksiyaya  qarşı 
davamlı  olmağa  kömək  edir.  İİV  və  QİÇS  olan  insana  düzgün 
qidalanma,  yatmaq,  istirahət  etmək  və  mütəmadi  olaraq  idmanla 
məşğul olmaq məsləhət görülür. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə