İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

 
31 
Üçüncüsü:  Adətən  zina  ilə  məşğul  olan  şəxslər,  cinsi 
əlaqəylə  ilgili  gigiyenik  məlumata  kifayət  qədər  malik 
deyillər.  Bir  tərəfdən  də  yalnız  son  dərəcə  ləzzətin  və 
şəhvətpərəstliyin  fikrində  olduqlarından,  cinsi  əlaqə 
gigiyenasını öyrənməyi ya bacarmır və ya istəmirlər. Bu 
şəxslər  əsasən  hansı  yolla  olursa-olsun  ləzzət  almaq 
istəyirlər.  Bunlar  İslamın  qəbul  etdiyi  cinsi  bir  əlaqədə 
(evlənmədə) mövcud deyildir. Çünki ər-arvad arasındakı 
sevgi-məhəbbət  onları  təkcə  şəhvətpərəstlik  haqqında 
yox,  bir-birinin  sağlamlıqları  haqqında  da  düşünməyə 
vadar  edir.  Bundan  əlavə,  ərlə  arvad  evlənməzdən  öncə 
adətən  uyğun  kitablar  və  gigiyena  mərkəzlərinin 
informasiyası 
vasitələrilə, 
lazımi 
cinsi 
biliklərə 
yiyələnirlər,  halbuki  adətən  bu  məlumatlar  zinada 
yoxdur. 
Dördüncüsü:  Zinanın  zərərləri  yalnız  onun  cismi 
ziyanlarında  təxsislənməyib,  çox  sayda  ruhi,  mənəvi, 
ictimai və s. ziyanları da vardır. 
İmam  Rza  (ə)  buyurub:  "Zina,  əhatə  etdiyi 
fəsadlardan  dolayı,  o  cümlədən:  adam  öldürmək,  soy 
kökünün itməsi və ləkələnməsi, uşaq tərbiyəsinin tərk 
edilməsi,  irs  məsələsinin  korlanması  və  bu  kimi 
fəsadlar ucbatından haram edilmişdir".
1
 
İTLƏ OYNAMAQ  
İslamda it nəcis sayılmış və zəruri hallardan başqa onu 
saxlamaq  yasaq  edilmişdir  (Qeyd  edək  ki,  İslamda  itin 
                                                 
1
" Muntəxəbu Mizan əl-Hikmə", c. 1, səh. 451 


 
32 
dəyəri  gözardına  vurulmamışdır).  Bu  tip  itlə  oynamaq, 
fəqihlər tərəfindən də caiz hesab edilmir. 
Hər  hansı  bir  şəxs  zəruri  halda  evdə  it  saxlamaq 
istəyərsə,  itləri  ilə  yatan,  onu  öpən,  bəzən  bir  insandan 
daha  artıq  ona  dəyər  verib  ailə  üzvlərindən  hesab  edən 
və  onunla  dərdlərini  bölüşən  bir  sıra  qərblilərin  əksinə 
olaraq  İslamın  müvafiq  göstərişlərinə  uyğun  olaraq,  itin 
yaşayışının  ev  əhlindən  uzaq  olması  üçün  mənzilin  bir 
tərəfində  onun  üçün  ayrıca  bir  daxma  hazırlamalıdır. 
İmam  Sadiq  (ə)  buyurur:  "Ov  itini,  səninlə  onun 
arasında  ayrıca  bir  qapı  olmadığı  surətdə  evində 
saxlama"
1
 (yəni  öz  yaşayışını  itin  yaşayışı  ilə 
qarışdırmamaq üçün ona ayrca bir koma düzəlt). 
Bəzi  qərb  ailələrində  it,  ailə  üzvlərindən  biri  sayılır. 
Onunla  yaşayır,  hətta  onunla  xörək  yeyir,  bir-biri  ilə  bir 
yorğanın  altında  yatır  və  hətta  bir-birləri  ilə  iyrənc  cinsi 
əlaqədə də olurlar. Son zamanlar bəzi şərq qərbpərəstləri 
itlə  oynamağı  və  onu  evdə  saxlamağı  sivilizasiya  hesab 
edir və bəzən bu işi gördüklərinə görə fəxr də edirlər. Bu 
insanlar  bir  şeydən  xəbərsizdirlər  ki,  bu  iş  eynilə 
nadanlıq,  sivilizasiyasızlıq  və  mədəniyyətsizlikdir.  Bəzi 
qərblilərin  və  qərbpərəstlərin  nadanlığına  varmaq  üçün, 
itlə  oynamaq  və  onunla  oturub-durmaq  vasitəsilə  keçən 
xəstəliklərin kiçik bir hissəsinə işarə edirik. 
İt xəstəlikləri  
1. Dəri xəstəlikləri 
                                                 
1
 "Bihar  əl-Ənvar",  c.65,  səh.53  "La  tumsik  kəlbəs-səydi  fid-dari  illa  ən 
yəkunə bəynəkə və bəynəhu darun" 


 
33 
"Qoturluq",1 "keçəllik"  və  digər  dəri  xəstəlikləri,  eləcə 
də, müxtəlif növ bit, ağcaqanaq itdə çoxdur. İt, mikrobla 
dolu  bədənini  agzı  ilə  yalayır  və  müxtəlif  mikroblar 
dilinə  yığışır,  daha  sonra  dilini  kasaya,  kuzəyə,  pərdəyə 
və  xalçaya  və  ya  öz  sahibinin  bədəninə,  əlinə  sürtür  və 
bu vasitəylə mikrobları ötürür. 2 
2. Quduzluq 
İtdə quduzluq xəstəliyi ilk günlərdə çox gizlidir, lakin 
az-az üzə çıxmağa başlayır. Mikrobun qarşısı alınmazsa, 
it ya pişik vasitəsiylə insan bədəninə daxil olub təqribən 
40 gündən sonra insanı faciəli şəkildə öldürür.
3
 
İt xəstə olduqda bilinir 
İt,  pişik  kimi  heyvanları  evdə  saxlayan  şəxslər,  bu 
heyvanlara  son  dərəcədə  bağlılıqlarından  dolayı,  bu 
heyvanların  onları  xəstəliyə  yoluxdurmasına  əsla  diqqət 
etmirlər.  Bu  məsələ  səbəb  olur  ki,  heyvanlar  vasitəsilə 
yoluxaraq  xəstəxanaya  yollanmış  infeksion  xəstəliklərin 
daşıyıcılarının sayı artsın. 
Demək  olar  ki,  hamımızın  tanıdığı  yayılmış 
xəstəliklərdən  biri  də,  quduzluqdur.  Bu  xəstəlik 
əksəriyyətin 
itin 
dişləməsi 
vasitəsilə 
keçiciliyi 
təsəvvürünün  əleyhinə  olaraq,  bədənin  təması  vasitəsilə 
(ağız  suyunun  yara  və  ya  şəxsin  bədəninin  selikli  qişası 
ilə  təması  yolu  ilə)  ötürülür.  Hətta  bədənində  yara  olan 
                                                 
1
 Fransız  dilində  "Qal"  adlanan  dəri  xəstəliklərdən  biri.  Onun  ziyanları: 
dərinin  qaşınması,  göynəməsi  və  çox  xırda  dənələrinin  dəri  üzərində 
görünməsi. 
2
 "İslam - dərmansız həkim", c.1, səh. 61. 
3
 "İslam - dərmansız həkim", c.1, səh. 61. 


 
34 
şəxsin dərisini yalamaq da, quduzluq xəstəliyinə mübtəla 
edə  bilər.  Bu  xəstəlik  üzə  çıxdığı  surətdə,  100% 
öldürücüdür,  çünki  xəstəliyin  amili  beyin  çürüməsinə 
səbəb olaraq, xəstəni sürətlə məhv edir. 
Bir  çoxları  belə  düşünürlər  ki,  heyvan  quduzluğa 
düçar  olduğu  surətdə,  onu  bilmək,  müəyyənləşdirmək 
mümkündür,  çünki  heyvan  son  dərəcə  vəhşiləşir.  Lakin 
bir  çox  hallarda,  heyvan,  sahibini  təəccübləndirəcək 
qədər  başıaşağı  və  müti  olur  və  bu  heyvanlarda  da 
quduzluğa yoluxmaq ehtimalı vardır.
1
 
"İransəlamət"  xəbər  agentliyinin  verdiyi  məlumata 
görə,  Kanadanın  Guelv  İntaryo  baytarlıq  universitetinin 
alimlərinin  araşdırmalarının  nəticələrinə  görə,  xəstələrin 
halının  yaxşılaşması  məqsədilə  itləri  xəstəxanalara 
gətirmək, xəstəliyin yayılmasına səbəb olur. 
Fransa  xəbər  agentliyinin  yaydığı  məlumatda  isə 
deyilir ki, bu alimlərin, 18 növ xəstəliyi araşdırmaq üçün 
102  it  üzərində  aparılmış  təcrübələri  isbatlamışdır  ki, 
zahirən  sağlam  nəzərəçarpan  itlərin  58%  "Klosterdyum 
Difisil"  bakteriyasını  özündə  daşıya  bilər,  digər  hissəsi 
isə, 
başqa 
mikrobları 

cümlədən, 
"Salmona", 
dərmanaqarşı 
"İkolay", 
"Pastorlaas" 
pipinin 
daşıyıcısıdırlar.  Xəstəxana  mikrobları  jurnalında  bu 
alimlərin  tədqiqatlarının  nəticələri  göstərdi  ki,  itlər, 
xəstəxanalardan 
qaynaqlanmış 
müxtəlif 
çeşidli 
bakteriyaları xəstələrə ötürə bilirlər.
2
 
                                                 
1
 "Həftenameye “Səlamət" 67-ci sayı, səh. 6, 1385-ci il (h.ş). 
2
 "Həftenameye “Səlamət”" 70-ci sayı, səh. 7, 1385-ci il (h.ş). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə