İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   2   3   4   5   6   7   8   9   10   ...   51

 
27 
soyuqdəyməsi,  yanaqların  kənarında  bitən  xüsusi 
səpkilər,  bəzən  ağır  dişağrıları,  qripləmələr  müasir  elmi 
kəşflərə  əsasən,  bir  çox  hallarda  üz  tükünün  qırxılması 
nəticəsində baş verir. 
"Amerika tarixi" kitabının müəllifi "Səcan Maryoni" öz 
kitabında  saqqalın  xeyirləri  və  onu  qırxmağın  zərəri 
haqda  söz  açaraq  yazmışdır  ki,  bəzi  şəxslər  üz  tükünü 
xoşlamırlar,  lakin  onlar  üz  tükünün  xeyirlərindən 
xəbərsizdirlər.  Xüsusilə  tanınmış  təcrübəli  həkim  Viktor 
Corc  bu  qənaətdədir  ki,  saqqal  xeyli  faydaları  özündə 
cəmləmişdir,  şübhəsiz  saqqal  ağızı  və  ətrafını  ona  üz 
gətirə biləcək bəzi ağrılardan qoruyur. Eləcə də ağızyani 
istiqamətdə  yarana  biləcək  artıq  rütubətin  qarşısını  alır. 
Viktor  Corcdan  əlavə,  başqa  həkimlər  də  vurğulamışlar 
ki, qış fəslində dəmiryolu işçilərinin saqqalını qırxdıqdan 
sonra,  onların  bir  çoxu  şiddətli  ağrılara,  şişginliyə  düçar 
oldular. Bu ağrılar xüsusilə ağız və boğaz selikinin axdığı 
vəzlərdə yaranır. Eləcə də deyilmişdir ki, başqa bir həkim 
müalicə  edərkən,  zökəm  xəstəliyinə  yoluxmuş  şəxsləri 
saqqal saxlamağa əmr etdi, bununla hamı bu xəstəlikdən 
yaxa qurtardılar.
1
 
Həkimlərin etiraf etdiyinə görə saqqalın xeyirlərindən 
biri  də  budur  ki,  uzun  müddət  saqqallarını  qırxmayan 
şəxslərin  dəriləri  daha  sağlam  və  təravətli  qalır.  Çünki 
hazırda  isbat  edilmişdir  ki,  tüklər  havanın  ötürülməsi 
üçün  çox  xırda  dəliyə,  nəfəsliyə  malikdir.  Bu  nəfəslik 
vasitəsilə  oksigeni  dərinin  altına  ötürürlər.  Məhz  bu 
                                                 
1
 "Gigiyenik baxımdan üz qırxmaq", səh. 7. 


 
28 
cəhətdən  üzündə  tük  olan  şəxslərin  dəriləri  daha 
təravətli qalaraq, asanlıqla qırışmır. 
Saqqalın faydalarına dair yığıncaqların 
təşkili və məqalələr 
Saqqalın  faydaları  və  üz  qırxmağın  zərərləri  bir  çox 
həkimlərə  gizli  deyil.  Belə  ki,  hər  il  dünyanın  müxtlif 
nöqtələrində bu məsələ ilə bağlı məqalələr nəşr edilir. O 
cümlədən,  1911-ci  ildə  xarici  ölkələrdə  üz  qırxmağın 
yayılması  və  bu  işin  zərərli  olması  səbəbindən,  bir  sıra 
avropa alim və həkimləri İngiltərədə saqqalın qırxılması 
ilə  mübarizə  cəmiyyəti  yaradıldı  və  ümumi  gigiyenanın 
qorunması  və  bu  işin  qarşısını  almaq  məqsədilə  əsərlər 
nəşr edildi.
1
 
 
ZİNA 
Xeyli  sayda  zərərlərə  malik  olan  böyük  günahlardan 
biri də, zinadır. Burada yalnız onun cismi zərərlərinin bir 
hissəsinə toxunmaqla kifayətlənəcəyik. 
Zinanın cismi zərərləri 
Zinanın  acı  nəticələrindən  biri  də,  cinsi  əlaqə  yolu  ilə 
yaranan  zöhrəvi  xəstəliklərin  yayılması  və  ya  insan 
ömrünü zəiflik və xəstəliklə başa çatdıran onun yaratdığı 
çətinliklərdir.  Hətta  bir  qrup  insanlar,  bu  xəstəliklərdən 
                                                 
1
 "Gigiyenik baxımdan üz qırxmaq", səh. 10. 


 
29 
qaynaqlanan cismi və ruhi sıxıntının təsiri altında, intihar 
edərək bununla da həyat iplərini öz əlləri ilə kəsirlər.
1
 
Qeyri-qanuni  cinsi  əlaqənin  (zinanın)  törətdiyi 
yoluxucu  xəstəliklərdən  bir  sirası  aşağıdakılardan 
ibarətdir: 
1 – Sifilis 
2 – Süzənək 
3 – Şankr (yoluxucu zöhrəvi xəstəlik) 
4 – QİÇS (SPİD, AİDS). 
Zinanın  gigiyenik  cəhətdən  evlənmə  ilə  hansi  fərqi 
vardır? 
Bir  sıra  şəxslər  belə  söyləyirlər  ki,  zinada  olan 
xəstəliklər  evlənməkdə  də  ola  bilər,  demək  bu  ikisi  bir-
biri ilə fərqlənmirlər. 
Cavab:  
Əvvəla:  Zinayla  məşğul  olanlar,  istər  qız,  istərsə  də 
oğlan,  adətən  bir  nəfərlə  kifayətlənməyib,  müxtəlif 
adamlarla  cinsi  əlaqə  yaradırlar.  Bu  insanlardan  heç 
olmasa biri  infeksion xəstəliyə  malikdir və ya bu əməlin 
təsiri  altında  tədricən  infeksion  xəstəliyə  yoluxurlar.  Bu 
da,  xəstəliyin  həmin  şəxslə  əlaqə  yaradan  insanlara 
ötürülməsinə səbəb olur. Eləcə də  intim əlaqədə olan bu 
şəxslər kiçik mikroba malik ola bilərlər və bu mikroblar, 
xəstəliklər  bir-biri  ilə  qovuşduğu  surətdə  qarşısıalınmaz 
bir xəstəliyə çevrilə bilər. 
İkincisi:  "Üzünömürlülüyün  sirri"  kitabında  bu  sualın 
cavabına  dair  yazılır:  "Subaylıq  dövründə  (xüsusilə 
əməlin 
tam 
sərbəstlik 
və 
laqeydliyilə), 
cinsi 
                                                 
1
 "Uzunömürlülüyün sirri", səh. 79. 


 
30 
münasibətlərdə  ifratçılığın  mümkünlüyü,  özü  bir  çox 
cismi-ruhi  xəstəliyin  yaranmasının  amilidir.  Belə  ki, 
evlənmə  əlaqəsində  ərlə  arvad  arasında  ruhi  ünsiyyət, 
ülfət  və  davamlı  təmasda  olmaq,  cinsi  meyldə  bir  növ 
müvazinət  yaranmışdır.  Evliliyin  ilkin  mərhələsində 
müəyyən  ifratçılıqların  yaranması  mümkündür,  sonrakı 
dövrlərdə  isə  cinsi  meylin  təbii  ehtiyacından  başqa  cinsi 
ehtiras  yaratmaq  üçün  (qeyri-qanuni  münasibətlərdə 
olduğu  kimi)  maraq  olmayacaqdır  və  nəticədə  bu 
münasibətlərdə  mötədilliyi  qorumaq  şansı,  qeyri-qanuni 
əlaqələrdən daha çoxdur.  
Bu  baxımdandır  ki,  qərb  ölkələrində  cinsi  psixoloji 
xəstəliklərin  növləri  həddən  artıq  və  şərq  ölkələri  ilə, 
xüsusilə  İslam  ölkələri  ilə  (dini  məhdudiyyətlər  və 
qanuni  həyat  yoldaşına  bağlı  olmaq  səbəbindən,  qeyri-
təbii və xəstəlik yaradıcı cinsi qıcıqlanmalara yer qalmır) 
müqayisədə günbəgün artmaqda olan böyük statistikaya 
malikdir.  Uyğun  cismi  xəstəliklərin  statistikasının 
artması  da  eyni  səbəbdəndir.  Çünki  qərbdə  növbənöv 
münasibətlərdən  doğan  ruhi  qıcıqlanmalar  və  qeyri-
qanuni 
əlaqələrin 
mümkünlüyündən 
qaynaqlanan 
ifratçılıq, cavanlar arasında yorğunluq və təhlükəli cismi 
və ruhi zəifliyə bais olur. Halbuki, yalnız həyat yoldaşına 
bağlı olduğu və münasibətlərin yeknəsəq olduğu şəkildə, 
bu  tip  ruhi  təhriklər  və  çeşidliliyindən  doğan  cinsi 
həyəcanların  faizi  (  həssas  olduğu  üçün  kişi  üçün  daha 
zərərli olan) sıfra enəcəkdir".
1
 
                                                 
1
 "Uzunömürlülüyün sirri" azacıq dəyişiklə, səh.140 və 141 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə