İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

 
39 
istifadə edirlər. Belə olduqda, bu əməllərin zərərlərini də 
qumarın zərərlərinə əlavə etmək lazımdır.
1
 
Qumarın cinayətləri və intiharlarından 
statistika 
Beynəlxalq  statistika  müəssisələrindən  biri  isbat 
etmişdir  ki,  cinayətlərin  30%-i  qumarla  birbaşa 
əlaqədədir.  Qumar  eləcə  də,  digər  70%  cinayətlərin 
amilləri sırasındadır.
2
 
Çox  görülmüşdür  ki,  neçə  saatlıq  qumarda  neçə  illik 
zəhmətini uduzan bir kişi, xüsusilə möhtərəm, abırlı şəxs 
olduqda, özü ilə düşünür ki, artıq boş əllə işə başlaya və 
qazanc  üçün  fəaliyyətə  başlaya  bilməz,  çünki  şeytani 
əməllə  öz  sərvətini  itirmiş,  heysiyyəti  təhlükəyə 
düşmüşdür.  Belə  şəraitdə  nicat  yolunu  yalnız  intiharda 
görən şəxs, sonda bu fikri reallaşdıraraq öz düşüncəsinə 
əsasən, özünü cürbəcür fikirlərdən və daxili sıxıntılardan 
qurtarır.
3
 
Nəql  edilmişdir  ki,  dünyanın  tanınmış  qumar 
mərkəzlərindən sayılan Montikarlo şəhərində, bir şəxs 19 
saatlıq qumarbazlıqda, dörd milyon dollar pulunu əldən 
verir,  qumarxananın  qapıları  bağlandıqda,  yaxınlıqda 
olan  meşəyə  tərəf  üz  tutur  və  beyninə  açdığı  bir  güllə 
atəşi ilə həyatına son qoyur.
4
 
                                                 
1
 "Təfsire nomune", c. 2, səh. 126. 
2
 "Təfsire nomune", c. 2, səh. 127. 
3
 "Həkim və qocanın münazirəsi", səh. 343. 
4
 "Suallar və cavablar", səh.161. 


 
40 
Həftəlik  jurnallardan  biri  yazır:  "Qumardan  doğan 
intiharların  sayı  artmaqdadır,  bu  xəbərin  doğruluğunu 
Qalub  müəssisəsinin  nəşr  etdiyi  statistikadan  öyrənmək 
olar,  çünki  sözügedən  müəssisənin  statistikası  göstərdi 
ki,  1961-ci  ildə  başqa  illərdən  daha  artıq  qumarbazlar 
intihar  etmiş  və  1960-cı  ildə,  təkcə  Parisdə  12  qumarbaz 
özünü öldürmüşdür".
1
 
Qumarbazlıq haqda maraqlı əhvalat 
Tarixdə  yazılıb:  Məmun,  qardaşı  Məhəmmədəminin 
qətlindən  sonra  bir  gün,  Zübeydənin  (Əminin  anası) 
yanından keçərkən, Zübeydənin dodağının tərpəndiyini, 
özü  ilə  nəsə  dediyini  gördü.  Məmun  soruşdu:  Ey  ana 
mənə qarğış edirsən? 
Dedi: And olsun Allaha ki, xeyr. 
Məmun dedi: Bəs nə deyirdin? 
Zübeydə  dedi:  Deyirdim  ki,  Allah  inadkarlığa  lənət 
etsin. 
Məmun  bu  lənətin  səbəbini  soruşduqda,  Zübeydə 
həqiqəti  açıqlamaqdan  boyun  qaçırdı.  Məmun  israr 
etdikdə isə, Zübeydə dedi: Bir gün atan mənə əmr etdi ki
onun  qarşısında  lüt  yeriyim,  bu  göstəriş  isə,  qumarda 
ona  uduzduğumun  şərtinə  əsasən  idi.  O  məni 
udduğundan istəyinə əməl etməli idim. 
Mən  çarəsiz  saçlarımı  daradım,  onun  qarşısından 
keçdikdə, saçlarımı qarşıma tökür və ona arxa çevirdikdə 
                                                 
1
 "Həkimlə  qocanın  münazirəsi",  səh.  344,  "Həftəlik  informasiya" 
jurnalının1060-cı sayından nəql edərək. 


 
41 
isə,  saçlarımı  başımın  arxasına  atırdım,  şərtimə  əməl 
etməyimə baxmayaraq, atan məni lüt görə bilmədi. 
Ancaq  buna  baxmayaraq  əsəbi  və  qəzəbli  idim,  elə 
həmin  şərtlə  yenidən  oyunu  davam  etdirməyi  istədim 
(mən  udsaydım  mənim  istəyimə  əməl  olunmalı  idi).  Bu 
dəfə oyunu aparmağa çalışdım və sonda oyunu apardım, 
narahat  olduğuma  görə  atana  dedim:  Bu  dəqiqə  aşpaz, 
kənizlərin  ən  çirkini,  qaraüzlü  və  aybaşı  halında  olan  ... 
Faizə  ilə  cinsi  əlaqədə  olmalısan.  Atan  çox  yalvardı  ki, 
onu  üzrlü  hesab  etsin  və  mənə  ləl-cəvahirat  bağışlamaq 
vədəsi verdi. Lakin mən qəbul etmədim və inadkarlığım 
üzündən,  ona  dedim:  Bütün  var-dövlətini  mənə 
bağışlasan da faydasızdır. Mən öz şərtimə israr etdim və 
nəhayət  atan  o  kənizlə  əlaqədə  oldu.  Bu  əlaqəylə  sənin 
nütfən  bağlandı  və  nəhayət  sən  dünyaya  gəldin  və 
mənim oğlumu qətlə yetirdin.
1
 
Pasur oyunu (kart oyunu) 
Fəqihlər  kartla  oynamağı,  hətta  udub-uduzmaq 
olmasa  da,  düzgün  hesab  etmirlər.  Bu  fətvanın 
dəlillərindən  biri  də,  pasurun  qumar  aləti  sayılmasıdır. 
Əgər 
o, 
cəmiyyət 
arasında 
qumar 
alətlərindən 
sayılmazsa, caiz olacaqdır. 
Cismi zərərləri 
Əziz  oxucular,  deməyin  ki,  məgər  şərtsiz  kartla 
oynamaq  nə  kimi  zərərə  malik  ola  bilər?  Çünki  mən  bu 
cümləyə inanan çoxlarını tanıyırdım ki, gecənin yarısına 
                                                 
1
 "Məcalis əl-Muhibbin", c.1 səh. 221. 


 
42 
kimi  kartla  oynayır  və  səhər  görəcəyi  işdən  qalırdılar, 
tədricən  şərtlə  oynamaq  (hətta  bir  kq  şirniyyat  üçün) 
ortaya  gəldi  və  daha  sonra  az-az  şərab,  siqaret,  narkotik 
maddələrin büsatı açılaraq yaşayışları aradan getdi. 
Bu  oyunun  cismi  zərərləri  misal  olaraq,  sadalanan 
ziyanlardan  (narkotika,  şərab,  siqaretə...  qurşanmaq) 
əlavə bu oyunun yaratdığı yüksək stressi göstərmək olar. 
Bu  həyəcan  bir  çox  ürək,  beyin,  həzm  və  qan  təzyiqi 
xəstəliklərinə  səbəb  olur.  Kitabın  müxtəlif  yerlərində 
alimlərin  nəzərində  həyəcanın  törətdiyi  əngəllərdən  söz 
açdıq. 
LƏVAT (Homoseksualizm) 
Homoseksualizm,  kəskin  yasaq  qoyulmuş  böyük 
günahlardan  biridir.  Ləvat  edən  və  edilən  şüurlu  və 
həddi-büluğa  çatmış  olarsa,  şəri  cəzası  onu  qılıncla  ya 
daşqalaq  etməklə  yaxud  diri-diri  yandırmaqla  və  ya  əl-
ayağını 
bağlayaraq 
yüksəklikdən 
yerə 
atmaqla 
öldürməkdir. Qətlin növünü isə, şəriət hakimi seçməlidir. 
Bu 
əməldə 
zinada 
qeyd 
etdiyimiz 
bir 
çox 
xəstəliklərdən  əlavə,  anus  dəliyində  yığışan  mikroblar 
vasitəsilə ötürülən xeyli sayda xəstəliklər də vardır. 
SPİD (QİÇS)
1
 və homoseksualizm (ləvat) 
                                                 
1
 QİÇS Haqda qısa məlumat və statistika 
 Nədir  QİÇS?  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə