İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

 
66 
Musiqi nədir?  
Musiqi  barəsində  çoxsaylı  təriflər  söylənilmişdir.  Bu 
təriflərdən hər biri, mənfi və müsbət yönümlərə malikdir. 
Biz  musiqi  anlamının  aydınlaşması  üçün,  iki  təriflə 
kifayətlənirik: 
1-  Bir  tərifə  əsasən,  musiqi  –  səslərin  ürəkaçan 
formada  tərkibidir.  Bu  baxımdan,  günah  məclislərilə 
münasib olarsa, haramdır.
1
 
2- Musiqi – insanı, onun üçün vəsfəgəlməz bir aləmdə 
seyr  etdirən  səslərdən  və  tonlardan  ibarətdir.  Musiqi 
insan  qəlbinə  hakim  kəsilərək,  bəzən  onu  ağladır,  bəzən 
güldürür, bəzən onun bədən üzvlərini ixtiyarsız hərəkətə 
gətirir  və  bəzi  hallarda  da,  eşq  və  şəhvəti  həyacana 
gətirir,  insanı  öz  quluna  çevirərək,  onun  əsəb  sisteminə, 
düşüncəsinə, əqlinə və ruhuna hökmranlıq edir.
2
 
Misal 
olaraq, 
Farabinin 
Seyf 
əd-Dövlənin 
qonaqlığındakı saz çalmasını göstərmək olar. Bir müddət 
hamı  güldü,  ritmi,  tonu  dəyişməklə  ağlamağa  başladılar 
və  sonda  digər  bir  avazı  çalmaqla,  bütün  məclis  əhli 
yuxuya daldı. 
Bu  kitabda  söhbət  açacağımız  mövzu,  birinci  tərifdə 
toxunduğumuz haram musiqidir. 
Sinir sisteminin fəaliyyəti 
Musiqinin  cismi  zərərlərini  bəyan  etmək  üçün,  öncə 
bir müqəddiməyə işarə edirik. 
Vegetativ sinir sistemi iki şöbəyə bölünür. 
                                                 
1
 "Cameul-məsail", Ayətullah Fazil Lənkərani. 
2
 "Negahi be musiqi" (musiqiyə bir baxış), səh.9. 


 
67 
1. Simpatik şöbə 
2. Parasimpatik şöbə 
Simpatik sinir sistemi 
32  cüt  simpatik  düyünə  malikdir  ki,  sinə  qəfəsinin  və 
qarın  boşluğunun  arxa  səthində  onurğa  sütunun  iki 
tərəfində  yerləşmişdir.  Simpatik  sinir  bel  tirinin 
əvvəlindən başlayıb, digər bədən üzvlərinə yayılır. Onun 
əsas  vəzifəsi  damarları  daraltmaq,  saf  əzələləri 
genişləndirmək,  göz  bəbəyinin  enləndirilməsi,  ifrazatın 
qarşısını  almaq,  qan  təzyiqini  yüksəltmək,  ürək 
döyüntülərini tezləşdirmək və s.-dən ibarətdir ki, insanın 
öz fəaliyyətində ayıq və fəal olmasına səbəb olur. 
Parasimpatik sinir sistemi: 
Sinir sisteminin bir şöbəsidir ki, simpatiklə birlikdə və 
çiyin-çiyinə bir sıra mühüm üzvlərə o cümlədən, ürək və 
böyrəyə  daxil  olaraq,  simpatik  əsəb  sisteminin  tam 
əksinə  hərəkət  edir.  Bu  sistemin  insanda  yaratdığı 
süstlük, 
tənbəllik, 
halsızlıq, 
yuxu, 
qəflət, 
səhv, 
unutqanlıq,  qəm-qüssə  və  huşsuzluqdan  ibarətdir.  Saf 
əzələləri  yığmaq,  ifrazat  yaratmaq,  qan  təzyiqini 
azaltmaq,  göz  bəbəyini  kiçiltmək,  ürək  döyüntülərini 
yavaşıtmaq və s. onun vəzifəsidir.
1
 
Aydındır  ki,  kənardan  əsəb  üzərində  təhriklər 
başlayırsa,  simpatik  və  parasimpatik  sinir  sistemi  xarici 
təhriklər  qədər  öz  müvazinətini  itirərək  aşağı  və  ya 
yuxarı  gedir.  Simpatik  və  parasimpatik  sinir  sistemində 
                                                 
1
 "Negahi be musiqi" (musiqiyə bir baxış), səh.36. 


 
68 
müvazinətsizlik  yaradan  xarici  amillərdən  biri  də, 
aşağıdakı 
zərərləri 
özündə 
yerləşdirən 
musiqi 
dalğalarıdır. 
Musiqinin cismi zərərləri 
1. Sinir sisteminin zəifləməsi 
 Simpatik  və  parasimpatik  sinir  sistemi  arasında 
müvazinətin  pozulması  nəticəsində  bədəndə  yaranan 
müvazinətsizlik,  sinir  sisteminin  zəifləməsinə  gətirib 
çıxarır.  Bu  səbəbdən,  musiqiçilərin  (musiqi  bilicilərinin) 
80%-i sinir sistemi zəifliyinə düçardırlar. 
Kolumbiya  universitetinin  professoru  doktor  Velf 
Adler sübut etmişdir ki, ən gözəl və ən ürəkaçıcı musiqi 
sədaları,  insanın  sinir  sistemi  üzərinə  ən  acı  təsirləri 
bağışlayır.  Xüsusilə  hava  isti  olarsa,  bu  mənfi  təsir  daha 
da  çoxalır.  Ərəbistan  və  İranın  bəzi  şəhərləri  kimi  isti 
yerlərdə son dərəcə mənfi təsirə malikdir. 
Doktor Adler musiqinin zərərləri haqda geniş bir yazı 
nəşr  etmiş  və  Amerikada  minlərlə  insan  onun  ardıcılı 
olaraq,  musiqini  özünə  haram  etmişdir.  Bunlar, 
mütərəqqi  dünyanın  bədbəxtçiliklərindən  biri  sayılan 
sinir  sistemi  zəifliyinin  qarşısını  almaq  və  cəmiyyətin 
qurtuluşu  üçün,  geniş  bir  layihə  hazırlayaq  Amerika 
senatoruna  təqdim  etmiş  və  bütün  növ  ümumi 
konsertlərin qadağan edilməsini istəmişlər.
1
 
Doktor  Arnold  Freydmani  Nyuyork  xəstəxanasının 
həkimi  və  başağrısı  klinikasının  baş  həkimi,  beyin 
                                                 
1
 "Böyük  günahlar",  "Musiqinin  sinir  sisteminə  təsiri"  və  "Musiqiyə 
bir baxış" kitablarından seçmələr. 


 
69 
dalğalarını  təyinləşdirən  elektron  cihazların  və  minlərlə 
xəstə  müraciətindən  əldə  etmiş  təcrübəsinin  köməyi  ilə, 
sübuta  yetirmişdir  ki,  psixoloji,  zehni  yorğunluqların  və 
əsəbi  başağrılarının  əsas  faktorlarından  biri  də,  radio  ilə 
yayımlanan  musiqini  dinləməkdir,  xüsusilə  də,  diqqətlə 
dinləyənlər üçün.
1
 
Doktor Aleksis Karlın sözü 
"Ümumiyyətlə, musiqi və konsertə qulaq asmaq, əsəb 
sistemində bir növ narahatçılıq yaradır. Bu təsir bəzən o 
qədər  kəskindir  ki,  dinləyicini  heyrətlənmiş  bir  şəxsə 
çevirir  və  ondan  alınan  fövqəladə  təsir  həmin  əsəb 
korlayıcı  amilin  nəticəsidir.  Aydındır  ki,  bu  cür 
korlayıcılar  xeyli  ziyanlara  malikdir  və  gücləndiyi 
təqdirdə  hətta  şüur  və  dərrakəni  də,  ifrat  musiqi 
sədalarının  cazibəsinin  köləsi  edə  bilər.  Bu  zaman  şəxs 
yaxşı  və  pisi  bir-birindən  ayırd  edə  bilməyəcək  və 
yaramaz  işləri  həyata  keçirməkdən  çəkinməyəcək  və  o 
halda onun acı sonunu düşünməyəcəkdir".
2
 
2 – Dəlilik
 
Musiqinin  xarici  təhriklərinin  sinir  sistemi  üzərində 
yaratdığı  yüksək  təzyiq  nəticəsində,  insan  şüur  və 
düşüncə  qüvvəsini  əldən  verir.  Çünki,  insanın  düşüncə 
qüvvəsi  musiqi  təhrikediciləri  arasında  əsirə  çevrilir  və 
tədricən  ruhi  və  şüuri  iğtişaşlara  səbəb  olur.  Sonda  isə 
                                                 
1
 "Beheşte  cəvanan",  səh.357,  "Musiqi  elm  və  din  baxımndan" 
kitabına istinadən, səh.48. 
2
 "Pasoxha və porseşhaye ruz" səh.125. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə