№-li tapşırıqlar üçün təlimat



Yüklə 156,32 Kb.
Pdf görüntüsü
tarix08.03.2018
ölçüsü156,32 Kb.
#30984



 

 



 

 

 

 

 

 

 

1-24

№-li  tapşırıqlar  üçün  təlimat.    Hər  suala  ehtimal  olunan  dörd  cavab  verilmişdir.  Onlardan  yalnız  biri 

düzgündür.  Sizin  seçdiyiniz  cavabı  işarə  etməyin  yeganə  yolu  cavablar  vərəqindəki  müvafiq  xanada  X  işarəsi 

qoymaqdır. Heç bir başqa qeyd, üfüqi yaxud şaquli xətlər, dairəyə almaq və s. elektron proqramı tərəfindən qəbul 

edilmir. Əgər cavablar vərəqində işarə edilmiş cavabı düzəltmək istəyirsinizsə, xananı bütövlüklə rəngləyin və ona X 

işarəsi qoyun, sonra cavabın yeni variantını işarə edin (yeni xanada X işarəsi qoyun). Düzəltdiyiniz cavabı təkrarən 

seçmək qeyrü-mümkündür. Hər tapşırığa 1 xal verilir. 




 

1. 



Hiksoslar hansı çarlığı işğal etdilər? 

 

ა. Asureti 



 

ბ. Babil 

 

გ. Misir 



 

დ. Xetlər 



 

 

 

 

 

 

 

 


 

2. 



Şəkildə təqdim olunan hansı sivilizasiya abidəsidir?  

       


 

ა.  Əhəmənilər 

ბ. Misir 

გ. Etrusk 

დ. Minos 

 

 



 

3. 



Yunanlar hansı dənizi “Pont ekvsinosu” adlandırırdılar? 

 

ა. Ege dənizini 



 

ბ. İon dənizini 

 

გ. Aralıq dənizini 



 

დ. Qara dənizi 



 

 

 

 

 

 

 

 


 

4. Q



ədim Yunanıstanda tarix hesabı nə ilə əlaqələndirilirdi? 

 

ა. Olimpiya oyunları ilə 

ბ. Troyanın alınması ilə 

გ. Afinanın əsasının qoyulması ilə 

დ. Delfosta Samisnonun alınması ilə 

 

 



 

 

 

 

 

 


 

5. 



Romada mülki müharibələr dövrü kimlər arasında qarşıdurma ilə başlanırdı? 

 

ა. Sula və Pompey arasında 



 

ბ. Qeysər və Sertori arasında 

 

გ. Marius və Sula arasında 



 

დ. Brutus və Qeysər arasında 



 

 

 

 

 

 

 

 


 

6. 



İmperator Trayanın fəaliyyətinin başlıca nəticələrindən biri nə idi? 

 

ა. Dakların məğlub edilməsi 



 

ბ. Pont çarlığının darmadağın edilməsi 

 

გ. Tevtoburqun döyüşdə qələbəsi  



 

დ. Sonuncu Ellin dövlətinin işğal edilməsi 

 

 

 

 

 

 

 

 



 

7. 



Xeyirxah Farsman dövründə Kartli çarlığının güclənmə göstəricisini nə hesab edə bilərik? 

 

ა. Köçəri skiflərin hücumlarının qarşısının alınması 



 

ბ. Klarcetinin birləşdirilməsi və Artanucun əsasının qoyulması 

 

გ. Coroxinin mənsəbi yaxınlığında dənizin sahil zolağına sahib olunması   



 

დ. Fazisin sahillərində olan yeni tikintilərin mövcudluğu  



 

 

 

 

 

 

 

 


10 

 

8. 



Orta əsrlərin əvvəllərində Qərbi Avropada şəhər həyatının pozulmasına nə səbəb oldu? 

ა. Kollontayın iqtisadi sisteminin tənəzzülü 

ბ. İpək yolunun Şərqlə əvəz edilməsi  

გ. Bizans imperiyasının zəifləməsi və köçərilərin hücumları 

დ. Roma imperiyasının tənəzzülü və böyük xalq sürgünü  

 

 

 

 

 

 

 

 



11 

 

9. 



VI əsrin ortalarında Kartlidə çarlığın ləğv edilməsini hansı ədəbi abidə təsdiq edir? 

 

ა. Konstanti-Kaxiyə əzab verilməsi 



 

ბ. Serapion Zarzmelinin həyatı 

 

გ. Evstati Msxeteliyə işgəncə verilməsi 



 

დ. Gürcülərin və ermənilərin parçalanması 



 

 

 

 

 

 

 

 


12 

 

10. 



Şiələr sünnilərdən onunla fərqlənirlər ki, onlar: 

 

ა. Hicri tarixini Məhəmmədin vəfat etdiyi gündən hesablayırlar  



 

ბ. İlk dörd xəlifə arasında yalnız Əlini tanıyırlar 

 

გ. Quranın bir neçə surəsini qəbul etmirlər 



 

დ. Məkkəni Həcc ziyarəti ilə əlaqələndirmirlər 



 

 

 

 

 

 

 

 


13 

 

11. 



Səlcuqlar işğal yürüşlərinə başlayarkən ilk dəfə kiminlə vuruşmalı oldular? 

 

ა. Bağdad xəlifəliyi ilə 



 

ბ. Bizans imperiyası ilə 

 

გ. Sasanilər çarlığı ilə 



 

დ. Qəznəvilər dövləti ilə 



 

 

 

 

 

 

 

 


14 

 

12. 



Qriqol Bakurianisdze Bizans imperiyasının adından çar II Giorgiyə nə verdi? 

 

ა. Anakopiya qalasını 



 

ბ. Kurapalat rütbəsini 

 

გ. Kari qala-şəhərini  



 

დ. Magistros titulunu 



 

 

 

 

 

 

 

 


15 

 

13. 



XII əsrdə Gelati akademiyasında hansı məşhur gürcü mütəfəkkiri fəaliyyət göstərirdi? 

 

ა. Kiçik Yefrem 



 

ბ. İohan Petritsi 

 

გ. Ekvtime Mtasmindeli 



 

დ. Proxor Kartveli 



 

 

 

 

 

 

 

 


16 

 

14. 



Betaniya məbədinin freskasında çariça Tamarla birlikdə kimlər əks etdirilmişdir? 

          

    

 

ა.  I Demetre və III Giorgi 

 

ბ. III Giorgi və IV Giorgi 



 

გ. III Giorgi və David Soslan 

 

დ. IV Giorgi və David Soslan 



 

 

 

 

 

 

 


17 

 

15. 



Başqa səbəblərlə yanaşı səlibçilər tərəfindən Konstantinopolun alınmasına nə səbəb oldu? 

 

ა. Hanza ittifaqının ultimatumu 



 

ბ. Genuya ilə bağlanmış müqavilə  

 

გ. Latınlar imperiyasının tələbi 



 

დ. Venesiyanın ticarət mənafeləri 



 

 

 

 

 

 

 

 


18 

 

16. 



Xəritədə hansı dövlətin güclənməsi dövrü əks etdirilmişdir? 

           

 

 

ა. Reyn ittifaqının   



 

ბ. Franklar çarlığının 

 

გ. İlahi Roma imperiyasının 



 

დ. Avstriya-Macarıstan imperiyasının 




19 

 

17. 

“Biz çarlar çarı Giorgi bu müəyyən abidəni dağlılara nəzər salmağa başladığımız dövrdə ucaltmışıq... və bizə 

aydın oldu ki, bir-birimizə qarşı münasibətdə böyük qanunsuzluğa və zorakılığa yol verilir, qanunun yüngüllüyü, bir-

birinə xaincəsinə hücum, qalaların dağıdılması, adam öldürülməsi, arvadların oğurlanması və günahsız, çoxcəhətli 

ulusl


uq hökm sürürdü və ədalət tamamilə yox idi”.  

Gürcü hüququnun bir abidəsinin yuxarıda göstərilmiş bir parçasında təsvir olunmuş vəziyyətin başlıca səbəbi 

nə idi?  

 

ა. Feodalların üsyanları nəticəsində çar hakimiyyətinin zəifləməsi



  

 

ბ. Monqolların Şərqi Gürcüstanda uzun sürən ağalığı 



 

გ. İranlılar tərəfindən çarlığın ləğv edilməsi nəticəsində yaranmış anarxiya 

 

დ. Dağıstanlı feodalların lekianoba adlandırılan tez-tez baş verən hücumları  



 

 



20 

 

18. 



Monqolların  ağalığı  dövründə  Moskva  knyazlığının  güclənməsinə  başqa  səbəblərlə  yanaşı  nə  imkan 

yaratdı? 

 

ა. Aleksandr Nevskinin fəaliyyəti 



 

ბ. Opriçninanın tətbiqi 

 

გ. Vladimir Monomaxın islahatları 



 

დ. Mitropolitin iqamətgahının başqa yerə köçürülməsi 

 

 

 



 

 

 



 


21 

 

19. 



XVI əsrdə Fransanın və Osmanlının siyasi ittifaqına nə imkan yaradırdı? 

 

ა. Habsburqların qüdrəti və sahib olduğu sərvətin çoxluğu 



 

ბ. Mərkəzi Avropada mediçilərin fəallaşması 

 

გ. İtaliyanın savoyi sülaləsi tərəfindən birləşdirilməsi 



 

დ. Almaniyanın Hohensolernlərin rəhbərliyi altında güclənməsi 

 

 

 

 

 

 

 

 



22 

 

20. 



XVI Luinin dövründə Fransada yaranmış iqtisadi böhranın səbəbləri nə idi? 

 

ა. Yalnız üçüncü zümrə tərəfindən vergi verilməsi 



 

ბ. Otuzillik müharibə ilə əlaqədar çox böyük xərclər 

 

გ. Müxtəlif təbəqələr arasında islahatların doğurduğu daxili qarşıdurma 



 

დ. Jakeriya nəticəsində kənd təsərrüfatının inkişafının zəifləməsi 



 

 

 

 

 

 

 

 


23 

 

21. 



Fransada böyük inqilab zamanı inkişaf etmiş hadisələrlə əlaqədar hansı fikir düzgündür? 

 

ა. Termidorlara ölüm cəzası verildikdən sonra yakobinçilər yalqız qalmış jirondistləri asanlıqla məğlub etdilər 



 

ბ. Çara və çariçaya ölüm cəzası verildikdən sonra yakobinçilər və jirondistlər termidorçuları da məhv etdilər 

 

გ.  Yakobinçilərə  ölüm  cəzası  verdikdən  sonra  jirondistlər  digər  rəqiblərini  də  məğlub  etdilər  və  hakimiyyət 



başına gəldilər 

 

დ. Çara ölüm cəzası verdikdən bir neçə ay sonra jirondistlər hakimiyyəti itirdilər və yakobinçilər hakimiyyətə 



gəldilər 

 

 



 

 

 



 


24 

 

22. 1848-1849-



cu illərdə İtaliyada inkişaf edən inqilabi hadisələrdə kimlər iştirak edirdi? 

 

ა. Kavur və Vittorio-Emmanuel 



 

ბ. Vittorio-Emmanuel və Madzini 

 

გ. Madzini və Qaribaldi 



 

დ. Qaribaldi və Kavur 

 

 

 

 

 

 

 

 



25 

 

23. 



XX əsrin 10-cu illərində Balkan ölkələri nə üçün “ən partlayış qorxulu” bölgələrdən biri sayılırdı? 

 

ა. Balkanda mövcud olan kiçik dövlətlərin qarşılıqlı iradlarına Osmanlı, Avstriya-Macarıstan və Rusiyanın bu 



bölgəyə maraqları da əlavə olunurdu  

 

ბ.  Avstriya-Macarıstan  imperiyası  parçalandıqdan  sonra  yaranmış  dövlətlərin  bir-biri  ilə  sərhəd  toqquşmaları 



baş verirdi, onların arxasında isə Rusiya və Osmanlı dururdu 

 

გ.  Almaniyanın  birləşdirilməsi  qüvvələr  balansını  dəyişdirdi  və  onun  müttəfiqi  olan  Xorvatiya  və  Sloveniya 



Rusiyanın himayədarlıq etdiyi qonşu Bolqarıstanla müharibəyə başladılar 

 

დ.  Avstriya-Macarıstan  və  Rusiyanın  mənafeləri  xeyrinə  yeraltı  sərvətlərlə  zəngin  olan  bu  bölgəyə 



Yuqoslaviyanın öz qonşusuna qarşı təcavüzkar siyasəti də əlavə olunurdu 

 

 

 

 

 


26 

 

24. 1988-1989-



cu illərdə Şərqi Avropada inkişaf etmiş hadisələrlə əlaqədar hansı fikir düzgündür?  

 

ა.  SSRİ-nin  parçalanması  avtomatik  surətdə  onun  satellit  kommunist  rejimlərinin  digər  sosialist  düşərgəsi 



ölkələrində də parçalanmasına səbəb oldu 

 

ბ.  SSRİ-də  başlanmış  dəyişikliklər  Avropanın  sosialist  ölkələrinin  əksəriyyətində  məxməri  inqilablara  imkan 



yaratdı  

 

გ.  SSRİ-nin  zəifləməsi  Rumıniyada,  Polşada  və  Çexoslovakiyada  silahlı  üsyanlar  nəticəsində  kommunist 



rejiminin dağılmasına imkan yaratdı 

 

დ.  SSRİ-də  həyata  keçirilən  yenidənqurma  sosialist  düşərgəsinin  üzvü  olan  ölkələrin  müstəqillik  elan 



etmələrinə imkan verdi 

 

 



 

 

 




27 

 

 



 

 

 



 

 

 

 

 

 

 

25-28

№-li tapşırıqlar üçün təlimat.   

Tarixi hadisələri xronoloji qaydada yerləşdirin. Cavabları cavablar vərəqində verilmiş xanalarda yazın. Nəzərə alın 

ki, xanada yalnız qeyd olunmuş hadisənin müvafiq rəqəmi yazılmalıdır. Birinci xanada ən əvvəl baş verən hadisə ilə 

qeyd olunan rəqəm yazılmalıdır və s. Buna müvafiq olaraq, sonuncu, üçüncü xanada ən gec baş verən hadisə ilə 

qeyd olunan rəqəm yazılmalıdır. Hər tapşırığa 1 xal verilir.  



28 

 

25. 



Qədim Şərq dövlətlərində baş vermiş hadisələri xronoloji qaydada yerləşdirin: 

 

1. Midiyal

ılar tərəfindən Nineviya şəhərinin alınması 

2. 


II Kir tərəfindən Ekbatan şəhərinin alınması 

3. 


II Nabukodonosor  tərəfindən Yerusəlim şəhərinin alınması 

 

 

 

 

 

 

 

 

 


29 

 

26. 



V əsrdə Qərbi Avropada baş vermiş hadisələri xronoloji qaydada yerləşdirin: 

 

1. 


Frankların xristianlaşdırılması 

2. 


Qərbi Roma imperiyasının süqutu 

3. 


Katalaun çölündə vuruşma 

 

 

 

 

 

 

 

 

 


30 

 

27. XVI-



XVII əsrlərdə Fransada baş vermiş hadisələri xronoloji qaydada yerləşdirin: 

 

1. “Barfolomey 

gecəsi” 

2. 


IV Anri tərəfindən Nanti Ediktin nəşr olunması 

3. 


Rişelyenin rəhbərliyi ilə La-Roşel qalasının ələ keçirilməsi 

 

 

 

 

 

 

 

 

 


31 

 

28. 



XX əsrin 20-ci illərində Gürcüstanda baş vermiş hadisələri xronoloji qaydada yerləşdirin: 

 

1. Ümumi gürcü antisovet 

üsyanı 

2. 


“Hərbi mərkəzin” məhv edilməsi 

3. 


Müstəqillik komitəsinin (damkomun) yaradılması 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


32 

 

 



 

 

29

№-li tapşırıq üçün təlimat.   

Şagirdə xəritə verildi. O öz biliyinə və xəritədəki informasiyaya görə verilən suallara cavab verməlidir. 

Şagirdin verdiyi cavablarda iki (2) səhv vardır.  

Siz  bu  səhvləri  tapmalı,  onları  cavablar  vərəqinin  müvafiq  yerində  yazmalı  və  oradaca  düzgün  cavabı  qeyd 

etməlisiniz.

 

 

Tapşırıq 29. Xəritəyə və suallara növbəti səhifələrdə baxın  

 

 



33 

 

  



                                                                                          

Suallara növbəti səhifədə baxın

                                                                                                                                                                                    



 


34 

 

Şagirdə verilən suallar: 



29.1.  X

əritədə  tünd qəhvəyi rənglə  qeyd  olunmuş 

dövl

ətin hakimi kim idi? 



 

29.2. 

Toxtamış dövlətinin paytaxtı hara idi? 



 

 

29.3. 

Düşmənin hücumundan Gürcüstanın hansı şəhəri 

xilas oldu? 

 

29.4. 

Çayarasında  mövcud  olan  hansı  şəhərə  iki dəfə 

hücum edildi? 

 

29.5. X

əritədə təsvir olunmuş dövlətin hökmdarı Kiçik 

Asiyaya yürüş zamanı hansı dövlətlə vuruşmalı oldu?

 

Şagirdin verdiyi cavablar: 



29.1. Hulaqu xan 

 

 

29.2. Saray-Berke 

 

 

29.3. Sxumi 

 

 

29.4. Baxdad 

 

 

29.5. 

Rum sultanlığı ilə 

 



35 

 

 



 

 

 

 

Tapşırıq 30. İllüstrasiyalara və suallara növbəti səhifələrdə baxın 

 

                                                                            

 

 

 

30

№-li tapşırıq üçün təlimat 

İllüstrasiyada  verilmiş  informasiyanı  diqqətlə  təhlil  edin  və  suallara  cavab  verin.  Cavabları  cavablar  vərəqinin 

müvafiq yerinə yazın. Tapşırığa maksimum 7 xal verilir.

 

 




36 

 

Tapşırıq 30.  

   N1

  

 N2



   

N3

 



 

                                                                                     

Plakatlarda yazılar (rusca): 

N1

 “

Ural cəbhəyə”;    



N2

 “22 iyun 1941”; 

“XDİK (НКВД)”;  

N3 

“Stalinqrad” 

                                                                       

                                                                                                   



Suallara növbəti səhifədə baxın 


37 

 

Suallar: 

(2) 30.1. 

Hər üç plakat hansı tarixi prosesi əks etdirir, bu plakatların yaradıldığı ölkələrin adlarını çəkin. 

(2) 30.2. 

Verilən plakatlardan ikisi bir dövlətin təbliğat məqsədlərinə xidmət edir, bu plakatların nömrələrini göstərin 

və bu dövlətlərin adlarını çəkin. Fikrinizi hökmən plakatlarda mövcud olan informasiya ilə təsdiq edin. 

(2)  30.3. 

Qalan bir plakat hansı dövlətin təbliğat məqsədlərinə xidmət edir? Fikrinizi hökmən plakatlarda mövcud 

olan informasiya ilə təsdiq edin. 

(1) 30.4. 

Adını çəkdiyiniz iki dövlətdən plakatlarda əks etdirilmiş tarixi prosesdə hansı qalib gəlmişdi? 

 

 

 



 

 

 



 


38 

 

 



 

31

№-li  tapşırıq  üçün  təlimat.  Aşağıda  verilmiş  tarixi  sənədi  diqqətlə  oxuyun,  mətni  düşünün  və 

suallara cavab verin. Cavabları cavablar vərəqinin müvafiq yerinə yazın. Tapşırığa maksimum 19 xal 

verilir. 

 

 



 

 

Tapşırıq  31.



 

Tarixi sənədə və suallara növbəti səhifələrdə baxın

 

 



                                                                                                                  

 

 



 


39 

 

                       



“Kartlinin həyatı”ndan parça 

Bu  Giorgi  özünün  və  bütün  mülkünə  sahib oldu. Öz 

qocalıq və gənclik dövründə, çünki çar olanda onun 12 yaşı var 

idi. O zaman Heret-

Kaxeti ölkəsi ondan ayrıldı və  o dövrün 

aznaurlar

ının  köməyi  ilə  eristavlar  əsir  alındı,  onun  ölkəsini 

əvvəllər sahib olan hökmdarlar ələ keçirdilər.  

Hökmra

nlığının  yeddinci  ilində  Yunanıstan  çarı  Vasili 



özünün  bütün  yunan  qoşunları  və  saysız  hesabsız  yadellilərlə 

onun üzərinə hücuma keçdilər. Ancaq Giorgi özünün çoxsaylı 

qoşunu  ilə  ona  qarşı  çıxdı.  Və  uzun  müddət  ərzində  hər  iki 

tərəf  Basian  torpağında  düşərgəyə  çevrildi,  bir-birinə  qarşı 

hücuma keçmədi.  

Çar  Giorgi  ehtiyat  etdi,  Oltisi  şəhərinə  daxil  olub  onu 

yandırdı.  Oradan  Kolaya  keçdi.  Yunanıstan  Çarı  Vasili  onu 

addım-addım  izləməyə  başladı  və  onun  arxasına  keçdi. 

Giorginin  qoşunlarının  aryerqardı  və  Vasilinin  qoşununun 

avanqardları  döyüşə  girişdilər  və  Şirimni  adlandırılan  kənddə 

böyük vuruşma baş verdi. Hər iki tərəfdən çox adam məhv  

 

Suallara keçid: 

  

1

   



2

   


3

   


4

    


5

    


6

    


7

    


8

    


9

    


10

    


11

 

edildi. Ancaq xeyli sonra çar Giorgiyə xəbər çatdı ki, arxadan  



 

gələn döyüşçülərə qarşı mübarizə aparılır. Oradaca onun 

əmri  ilə  bütün  qoşun  silahı  döyüş  hazırlığına  gətirdi.  Çar 

Giorginin  ozü  öz  qoşununun  başında  irəli  cumdu.  O,  mərd, 

tamamilə  qorxu  bilməz,  sanki  cansız  idi  və  onunla  birlikdə 

döyüşçülərin  əksəriyyəti  də  belə  idi.  Vasili  özünün  bütün 

qoşunu ilə gəlib çatdı. Bir-birinə qarşı durdular və güclü döyüş 

baş  verdi.  Yunanların  əksəriyyətini  qırdılar,  qənimət  ələ 

keçirdilər. Onların arasında elə döyüş baş verdi ki, çar Vasili 

qaçmağa hazırlaşmağa başladı.  

Lakin 

gürcülər  zəiflik  göstərdilər  və  geri  döndülər. 



Yunanlar  onlara  çatıb  çoxunu  qılıncdan  keçirdilər.  Qoşunlar 

Ərdahana  çatdılar,  ələ  keçirib  darmadağın  etdilər.  Bu zaman 

çar  Giorgi  Trialetiyə  qayıtdı.  Onlar  yenidən  qarşılaşdılar, 

Giorgi  möhkəmləndi,  Kaxetidən  və  Heretidən  yardım  aldı. 

Lakin ona ikinci dəfə döyüşə girmək imkanı vermədilər.  

 

 

Mətnin davamına növbəti səhifədə baxın 



40 

 

Çar Vasili Trialetidən geri çəkildi, yenidən Cavaxetidən 



və  Ərdahandan  keçdi.  Yenə  də  bu  torpaqları  böyük 

amansızlıqla  darmadağın  etdi.  Və  gedib  Trabzon  şəhərinin 

yaxınlığında qışlamağa başladı. Onlar  sülh və məhəbbəti 

bərqərar etmək üçün səfir mübadiləsinə başladılar. 

Vasili yenidən geri qayıtdı, Basianiyə qədəm qoydu, sülh 

və  razılıq  vəd  edərək  torpaqlar  və  qalalar  ələ  keçirməyə 

b

aşladı. Çar Giorgi bundan xəbər tutaraq eristav Zviadı onun 



qoşunu ilə birlikdə göndərdi və barışıqlıq haqqında danışıqlarla 

Vasilini az müddətə saxlamağı əmr etdi, özü isə onun ardınca 

güclü  qoşunla  hərəkət  etdi.  Və  belə  düşünürdü:  “Əgər  çar 

Vasili sülh i

stəyirsə, belə də olacaqdır, əgər müharibə istəyirsə, 

ona  hazırlaşacağıq”.  Barışmaq  istəməyənlər  isə  döyüşə 

hazırlaşmağa  başladılar.  Onlar  döyüşə  hazır  olan  və  düşərgə 

salmış  Vasiliyə  yaxınlaşdılar.  Döyüş  başlandı.  Onların 

arasında  döyüş  davam  edərkən  gürcü  qoşunları  qaçmağa  üz 

qoyub  geri  çəkildilər.  Bir  çox  gürcü  qılıncdan  keçirildi, 

bəzilərini isə əsir aldılar. Böyük qənimət və Giorginin yanında 

olan çar xəzinəsini ələ keçirdilər.  

 

Suallara keçid:      

1

   



2

   


3

   


4

    


5

    


6

    


7

    


8

    


9

    


10

    


11

 

Və  yenidən  əvvəlki  kimi  sülh  danışıqlarına  başladılar, 



çünki Yunanıstanda qiyamdan çox qorxurdu. Sülh və müqavilə 

bağladılar.  Çar  Giorgi  öz  oğlu  üç  yaşlı  Baqratı  girov  qoyub 

qalaları,  habelə  David  Kuropalatın  malik  olduğu  torpaqları 

saxladı. Və çar Vasili oradan aralandı və şahzadə Baqratı özü 

ilə  girov  apardı,  özü  də  and  içdi:  “Üçüncü  il  sənin  oğlunu 

özünə  qaytaracağam”.  Və  o,  üç  il  ərzində  çar  şəhəri 

Konstantinopolda qaldı. Və üçüncü il vəd etdiyi kimi onu geri 

qaytardı. 

O ozünün malikanəsinə və çarlığına qayıdanda onu şərq 

katepanı özünün malikanəsinin sərhədlərinədək müşayiət etdi. 

O  geri  qayıdan  kimi  mandatur  ona  çatıb  çar  Konstantinin 

məktubunu katepana verdi.  

Məktub  aşağıdakı  qaydada  yazılmışdı:  “Allahın  iradəsi 

ilə arzu etdiyin qardaşın Vasili vəfat etdi və onun əvəzinə mən 

bütün  Yunanıstanın  çarı  oluram.  Baqrat,  abxazlar  hökmdarı 

Giorginin oğlu mənim malikanələrimin hansı hüdudlarına ayaq 

basdığına  baxmayaraq,  onu  tezliklə  geri  qaytarın  ki,  bizim 

qarşımızda dursun”.  



Mətnin davamına növbəti səhifədə baxın

 



41 

 

O çarın əmrini oxuduqdan sonra dərhal ona çatmaq üçün 



geri  qayıtdı.  O  yaxınlaşanda  böyük  çoxluğun:  eristavların  və 

aznaurların,  taoluların,  mesxlilərin  və  kartvililərin  onun 

qarşısında dayandığını gördü. Onların sayı-hesabı yox idi. Bu 

zaman  o  kənara  çəkilib  yanına  gələn  mandatura  dedi:  “Əgər 

gücün  çatırsa,  onu  apar,  Bu  mənim  üçün  daha  mümkün 

deyildir”. 

O  Kutatisidə  öz  atası  çar  Giorginin  evində,  onun 

qarşısında  dayandı.  Onu  görcək  təsvir  edilməz  dərəcədə 

sevindilər və allaha dua oxudular. O zaman iki yüz qırx beşinci 

kronikon idi. 

Bundan sonra patriarx Melxisedek Konstantinopola çar 

Konstantinin  yanına  getdi.  Yunanlar  çarı  onu  qəbul  etdi  və 

kilsələr  üçün  bəzək  əşyaları,  ikonalar  və  xaçlar  verdi.  O  öz 

ölkəsinə  gəldi,  Taoda,  Klarcetidə,  Cavaxetidə  və  Kolada 

kəndlər aldı, müqəddəs paytaxt Msxetaya, Həyat bəxş edən  

 

Suallara keçid: 

  

 

  



1

   


2

   


3

   


4

    


5

    


6

    


7

    


8

    


9

    


10

    


11

 

dirəyə  qurban  kəsdi.  İki  il  keçdikdən  sonra,  tamamilə  gənc 



yaşında  ikən,  hər  cür  xeyirxahlığı  bacaran,  nəsli  arasında 

gücünə,  gəncliyinə,  cürətliliyinə,  düşüncəsinə,  çarlığın  idarə 

edilməsində  göstərdiyi  hünərdə  demək  olar  ki,  tayı-bərabəri 

olmayan çar Giorgi iki 

yüz qırx səkkisinci kronikon, avqustun 

on  altısında,  Trialeti  torpağında  Mkinvari  yaxud  İtsroni 

adlanan yerdə vəfat etdi. Və o, adamlarda özü və çarlığı barədə 

kədər  və  qəm  qoyub  getdi.  Onun  bütün  xeyirxahları  onun 

gəncliyinə  və  rəşadətinə  görə  kədərlənirdilər.  Onu  aparıb 

Kutatisi məbədində dəfn etdilər. 

Onun  dörd  uşağı  qaldı:  oğulları  Baqrat  və  Demetre, 

qızları Quranduxt və Kata; onun beşinci uşağı Marfa isə vəfat 

etmişdi.  Böyük  çar  Giorginin  ölümündən  sonra  doqquz  yaşlı 

Baqrat  özünün  bütün  malikanəsinin  və  çarlığının  hökmdarı 

elan edildi.   

 

                   

Suallara növbəti səhifədə baxın

  

 




42 

 

Suallar:

 

 

(1)  31.1. 



Mənbəyə  əsasən,  bu  diyarların  III  Baqratın  hakimiyyəti  altına  keçdikdən  sonra,  Kaxet-Heretidə  yerli 

idarəetməni kimlər həyata keçirirdi? 

 

(1)  31.2. 



Əgər  siz  çar  Giorginin  didebulu  olsaydız,  ona  Şirimni  döyüşündən  sonra  yardımçı  qüvvə  aldığına  görə 

döyüşü davam etdirməyi məsləhət görərdinizmi? Öz fikrinizi hökmən əsaslandırın.  

 

(1) 31.3. 



Salnaməçinin “kartvililər  aznaurlar” sözlərində Gürcüstanın hansı guşəsinin sakinləri nəzərdə tutulur?  

 

 



Sənədin mətninin 

1-

ci səhifəsinə 



 keçid   

Sənədin mətninin 

2-

ci səhifəsinə 



 keçid   

Sənədin mətninin 

3-

cü səhifəsinə 



 keçid   

 

 



 

 



43 

 

(1)  31.4. 



Mənbəyə  əsasən,  şahzadə  Baqrat  hansı  ildə  vətənə  qayıtmışdır?  Cavabınızı  mənbədəki informasiya  üzrə 

əsaslandırın. 

 

(2) 31.5. 



Mənbəyə əsasən, sülh bağlamağın təşəbbüsçüsü kim idi və o nə üçün sülh bağlamağa tələsirdi? 

 

(2) 31.6. 



Çar Vasili hansı “ölkəni” (konkret tarixi guşənin adını çəkin) tələb edirdi və nəyin əsasında?  

 

(2) 31.7. 



Mənbəyə əsasən, çar Giorgi döyüşlərdə məğlubiyyətdən sonra hansı şərtlərə əməl etməli oldu  

 

 



Sənədin mətninin 

1-

ci səhifəsinə 



 keçid   

Sənədin mətninin 

2-

ci səhifəsinə 



 keçid   

Sənədin mətninin 

3-

cü səhifəsinə 



 keçid   

 

 



 

 



44 

 

(2) 31.8. 



Çar Giorginin çarlığında Vasili ilə döyüşün tərəfdarları və əleyhdarları olduğunu sübut edən mənbədən iki 

sitat gətirin. 

 

(2) 31.9. 



Mənbəyə əsasən, “Katabani şərqi üçün” yeni əmrin göndərilməsinə konkret nə səbəb oldu və onun həyata 

keçirilməsi nə üçün mümkün olmadı?  

 

(2)  31.10. 



Patriarxın  Konstantinopola  səfəri  hansı  konkret  nəticə  ilə  başa  çatdı  və  fikrinizcə,  səfərin  bu  cür  başa 

ça

tmasına hansı siyasi yaxud mədəni aspekt səbəb oldu? 



 

(3)  31.11. 

Mənbədə  mövcud  olan  informasiyaya  əsaslanmaqla,  Şirmin  ətrafında  döyüşün  üç  mərhələsini  ayırın  

(cavablar vərəqində döyüşün mərhələlərini hökmən nömrələyin) 

 

 



Sənədin mətninin 

1-

ci səhifəsinə 



 keçid   

Sənədin mətninin 

2-

ci səhifəsinə 



 keçid   

Sənədin mətninin 

3-

cü səhifəsinə 



 keçid   


45 

 

 



 

 

 



 

 

 



 

32

№-li tapşırıq üçün təlimat . Aşağıdakı tapşırığı diqqətlə oxuyun və suallara cavab verin. Cavabları cavablar 

vərəqinin müvafiq yerinə yazın. Hər suala tam və ətraflı cavab verin. Tapşırığa maksimum 4 xal verilir.   



 

 

 

 

 

 

 

 


46 

 

 



Tapşırıq 32. Diskussiya mövzusunun müəyyən edilməsi 

 

(1)  32.1. 

№31-li  tapşırıqda  verilmiş  “Kartlinin həyatı”ndan  parçada  tarixi  mənbədən  hansı  konkret  mövzunu 

müzakir


ə edərkən istifadə edərdiniz? 

 

(1)  32.2. 



Dərsdə müzakirə olunacaq mövzunun başlıca məsələsini nəzərə almaqla diskussiya mövzusunun başlığını 

müəyyən edin. 

 

(2) 32.3. 



Diskussiya zamanı qarşıya çıxa biləcək iki alternativ mövqe yaradın. 

 

 



Document Outline

  • TAVPURCELI-2017-MASC-Istoria-AZER.pdf
    • Page 1

Yüklə 156,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə