İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   2   3   4   5   6   7   8   9   ...   51

 

mümkün  və  ya  çox-çox  məşəqqətlidir.  Müqəddəs  şəriət 
sahibi  (Allah-taala)  və  başda  həzrət  Muhəmməd  (s) 
olmaqla  Allah  yolunun  hidayətçiləri  sayılan  məsum 
imamlar  bu  işə  xeyli  əhəmiyyət  vermiş  və  bütün  nurani 
göstərişlərində,  sağlamlığa  riayət  etməyi  buyurmuşlar. 
Ümumiyyətlə  İslam  dininin  göstərişlərində  bir  çox 
məsləhətlər  vardır  ki,  bunlardan  biri  də  bədənin 
sağlamlığına dair məsləhətlərdir. 
Məhəmməd  ibni  Sənan  İmam  Rzaya  (ə)  yazdığı 
məktubda  bildirir  ki,  Məkkə  camaatı  düşünürlər  ki, 
İslamın halal və haramları, kortəbii itaətdən başqa bir şey 
deyil və İslamın göstərişləri dəlil-sübütsuzdur. 
İmam Rza (ə) cavabında yazır:  
"Məkkə camaatı belə fikirdədirlərsə, yollarını azmışlar 
və  aşkar  zərər  onlara  üz  gətirmişdir.  Əgər  İslamın 
göstərişləri  kortəbii  olsaydı  və  hikmətli  Allah  dəlil  və 
səbəbsiz  hər  hansı  bir  şeyi  halal  və  ya  haram  etsəydi,  o 
zaman  həzrəti  Haqq  əksinə  göstəriş  verməli  idi,  belə  ki, 
halalları  haram  və  haramları  halal  etməli  idi.  Sonra  da 
camaatı  kortəbii  olaraq  namazı,  orucu  tərk  etməyə  və 
oğurluq  etməyə  və  qanunsuz  cinsi  əlaqələr  qurmağa 
vadar edərdi. Halbuki belə deyil". 
Sonra İmam buyurur:  
"Biz bilirik ki, Allah-taalanın halal etdikləri, insanların 
məsləhəti və xoşbəxtliyi üçündür və cəmiyyətin yaşaması 
bu 
halallara 
bağlıdır. 
Camaat 
bu 
halal 
işlərə 
ehtiyaclıdırlar  və  onlardan  heç  zaman  ehtiyacsız 
olmayacaqlar. Lakin haram işlər isə, cəmiyyətin fəsadına 
gətirib çıxarır və xalqı həlakət və məhvə sürükləyir". 


 

Daha sonra həzrət buyurdu:  
"İslam  hökmləri  necə  dəlilsiz  ola  bilər?!  Bir  halda  ki, 
hikmət sahibi Allah, yalnız insanın məsləhətinə və onun 
bədəninin  sağlamlığına  faydalı  olanları  halal  etmiş  və 
haramları  isə,  onlarda  zərər  və  fəsadın  mövcudluğuna 
görə haram buyurmuşdur".
1
 
Bəzi  insanların  həzrətin  bu  buyuruğuna  etimadı 
olmadıqlarını  nəzərə  alaraq,  bizim  bəhsimizin  mehvəri 
bir tərəfdən vacib və müstəhəblərin  və digər bir tərəfdən 
günah  və  məkruhların  bədəninin  fəsada  və  xəstəliyə 
düçar  olmasında  ifa  etdikləri  rolu  isbat  etmək 
istiqamətindədir.  Bununla  da,  Allahın  köməkliyi  ilə, 
bacardığımız qədər onların şübhələrini azaltmaq istəyirik. 
 
Mehdi Tahiri 
 
 
 
 
                                                 
1
 "Selahe  Şeytan"  kitabı,  "İləl  əş-Şərayi"dən  nəql  edərək.  "İnna  vəcədna 
kullə  ma  əhəllalahu  təbarəkə  və  təala,  fəfihi  səlahul-ibad  və  bəqahum,  və 
ləhum iləyhil-hacəh la yəstəğnunə ənha, və vəcədnəl-muhərrəmə minlə-əşya 
la hacətə lil-ibad iləyhi və vəcədnahu mufsidən daiyən iləl-fina vəl-həlak... 
fəkəyfə ənnəd-dəlil əla ənnəhu ləm yəhillu illa lima fihi miəl-məsləhəti lil-
əbdan və hərrəmə lima hərrəmə fihi minəl-fəsad". 


 

 
 
 
BİRİNCİ FƏSİL 
 
 
 
 
Elmi sübutlara əsasən cismani xəstəliklərdə 
günahların rolu 
 
 
 
 
                     ŞORGÖZLÜLÜK 


 


مِهِراَصْبَأ ْنِم اوُّضُغَي َنيِنِمْؤُمْلِّل لُق

 
"Mömin  kişilərə  de  ki,  gözlərini  haram  edilmiş 
şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar)."
1
 
İslam  dinində  günah  sayılan  əməllərdən  biri  el 
arasında  şorgözlük  adlandırdığımız,  ləzzət  qəsdi  ilə 
naməhrəmə  baxmaqdır.  Bu  iş,  ictimai  və  axirətlə  ilgili 
çoxsaylı zərərləri ilə yanaşı, cismani zərərlərə də malikdir. 
Əldə  olan  statistikaya  əsasən,  şorgözlük  yol 
qəzalarının, 
boşanmaların 
və 
adını 
çəkmək 
istəmədiyimiz  bir  sıra  işlərin  əsas  səbəblərindən  biridir. 
Bundan  əlavə  şorgözlər  aşağıdakı  çətinliklərlə  də 
üzləşirlər. 
1. Ağır nəfəs alma 
2. Ürəkətrafı ağrılar 
3. Ürək döyüntüsü 
4. Ümumi halsızlıq, zəiflik 
5. Baş ağrısı 
6. Qərarsızlıq 
7. Yuxusuzluq və iştahasızlıq 
8. Zehni yorğunluq
2
 
Sadalanan  problemlərin  əksəriyyətinin  səbəbi  budur 
ki,  insan  naməhrəmə  baxmaqla  onun  vurğunu  olur  və 
ona  çatmağı  arzulayır.  Əksər  hallarda  isə,  ona  çata 
bilmədiyinə  görə,  yuxarıdakı  bəlalara  düçar  olur.  Bəzən 
"istəmək" həddində olduğundan göstərilən problemlərin 
yalnız 
bəzisinə, 
"eşq" 
dərəcəsinə 
çatdıqda 
isə, 
xəstəliklərin  hamısına  yoluxa  bilər.  Bəzən  də  intiharla 
                                                 
1
 "Nur" surəsi, ayə 30. 
2
 "İlk universitet sonuncu peyğəmbər", c. 19, səh.53.  


 
10 
nəticələnə  bilər.  İbrət  götürmək  üçün  bir  hadisəni  qeyd 
edirik.  İranın  cənub  şəhərlərinin  birində  bir  qız,  bir 
oğlana  baxmaqla  ona  aşiq  olur  və  ondan  gözünü  çəkə 
bilmir.  Oğlan  isə,  qıza  məhəl  qoymur.  Qız  dəfələrlə 
oğlana məktub yazmışdı ki, səni sevirəm, mən sənsiz heç 
nəyəm, sən mənim həyatımsan və s. Lakin oğlanın ürəyi 
ram olmur. Qız məşuquna çatmaq ümidilə işıq gələn hər 
bir  tərəfə  baş  vurur.  Ancaq  getdiyi  bütün  yollar,  dalana 
dirənir.  Sonda  çayın  kənarına  gələrək  özünü  çaya  atır. 
Yol  ötənlər  hər  nə  qədər  çalışırlarsa,  qızı  boğulmaqdan 
qurtara  bilmirlər.  Sonralar  ondan  tapılan  bir  məktubda 
yazmışdı  ki,  mən  sevdiyim  oğlanın  eşq  vüsalına  çata 
bilmədiyimə görə, dünya həyatını  istəmirəm. Ona deyin 
ki, mən ancaq ona qovuşa bilmədiyimdən dolayı, intihar 
edirəm, çünki dünya onsuz mənim üçün dəyərsizdir.
1
 
PAXILLIQ 
Paxıllıq 
və 
ya 
həsəd, 
əxlaqən 
mənfi 
xüsusiyyətlərdəndir,  belə  ki  bəzi  alimlər  onu  haram 
bilmiş, bəziləri isə həsədə əməl olunduğu təqdirdə günah 
və haram sayılacağını demişlər. 
Həsədə əməl etmək bu deməkdir ki, bir şəxs digərinə 
həsəd apararaq, paxıllığı üzündən onu öldürə, vura və ya 
arxasınca qeybət edə və s. 
Möminlərin əmiri Əli (ə) bu barədə buyurur: "Bədənin 
sağlamlığı az paxıllıq etməkdən asılıdır".
2
 
                                                 
1
 "Göz, baxış...", səh.222. 
2
 "Nəhcül-Bəlağə" (Feyz), Hikmət 248, " Sihhətul-cəsəd min qillətil-həsəd". 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə