İnstitutu



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə17/27
tarix04.02.2018
ölçüsü0,77 Mb.
#24312
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

 

39 


«Xəzər  dənizi»  mövzusu  nümuunəsində  şaxələndirmə  aşağıdakı  kimi  ola  bilər 

(nəzərə alın ki, söz və ifadələrə heç bir məhdudiyyət qoyulmur).  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şaxələndirmə  fərdi olaraq tətbiq edilə bilər. Şagirdlərin özlərinin sevdikləri 

mövzu olduqda onlar bu problemin yerinə yetirilməsinə daha çox cəlb olunurlar.  

        Şaxaləndirmə dərs prosesi  üçün  mühüm  mərhələlərdən biri kimi son  dərəcə 

cevikdir,    şagird  aktivliyə  yönəldilmişdirdir.  Qrup  şaxələndirməsindən  sonra 

aparılan fərdi şaxələndirmələr əslində şagirdlər üçün istirahətdir.  



İNSERT 

     


 Fəal təlim metodlarından biri kimi, coğrafiya fənninin tədrisində  «Səmərəli 

Mütaliə və yazı üçün interaktiv Qeydetmə Sistemi» - dən ( İNSERT) geniş istifadə 

olunma  imkanları vardır. 

        Bu  metod  dərslikdəki  mətnin aktiv  fəaliyyətlə,  yəni şagirdin öz  münasibətini 

bildirərək  oxunmasıdır.  Şagird  mövzudakı  fikirlərə  olan  münasibətlərini  qəbul 

olunmuş işarələrlə («V» - bu məlumat mənə tanış idi, «- «-bu informasiya mənim  

əvvəllər  bildiyimi  rədd  edir,  «+»  -bu  informasiya  mənim  üçün  yenidir,  «?»  -bu 

məsələyə  dair  əlavə  məlumat  almaq  istərdim)  bildirir.  Dərslik  mətni oxunduqdan 

sonra ümumiləşmələr aparılır və qeyd olunur. 

 

      «V» 



         «- « 

            «+» 

              «?» 

 

 



 

 

 



 

 İlk  növbədə  məlum  biliklər  təsdiq    edilir,    yeni  bilik  və  informasiyaları 

öyrənmək üçün gələcək fəaliyyət planlaşdırılır.  

Venn diaqramı  

Hər  hansı    iki  mövzunun  (informasiyanın,  coğrafi  məlumatın,  anlayışın, 

obyektin  və  s.)  müqayisəli  səciyyəsini  əks  etdirən  «Venn  diaqramı»-nın  tətbiq 

edilməsi  tədris  baxımından  çox  maraqlıdır.  İki  mövzunun  oxşar  və  fərqli 



XƏZƏR

 

DƏNİZi 


Əsrin  

muqavil


əsi 

neft 


qız 

qalası 


Azəri 

Günəşli 


Çıraq 

 

İran 



Türkmənistan 

Russiya 


Qazaxstan 

yanacaq-


energetika 

sənayesi 




 

40 


cəhətlərinin üzə çıxarılmasına həsr olunan bu metod şagirdləri alternativ düşüncəyə 

cəlb edir, -onlarda qoyulmuş məsələnin daha çox cəhətli müzakirəsini tələb edir.  

  Coğrafiya  fənni  üzrə  təlimin  təşkili  formaları  tədris  prosesi  üçün  seçilmiş 

üsulların sayını  artırmaq olar. Nəzərə almaq lazımdır ki, müəllimlər hər hansı fəal 

təlim  üsulunu dərs prosesinə  tətbiq edərkən  yaradıcı şəkildə onu zənginləşdirmək 

və  ya  sinfin  səviyyəsindən  asılı  olaraq  sadələşdirmək  və  eləcə  də,  mövzu 

seçimində tam sərbəst  olmaq  hüququna malikdirlər. 

     

2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr 

 

Uğurlu  və  nəticəyönümlü  təlim  prosesinin  təşkili  əvvəlcədən  mükəmməl 



hazırlanmış  planlaşdırmadan  asılıdır.  Planlaşdırma  özü  isə  iki  cürdür:  illik 

(perespektiv) planlaşdırma; gündəlik (cari) planlaşdırma. 



 

İllik (perespektiv) planlaşdırma. 

 İllik  planlaşdırma  mahiyyət  etibarı  ilə  perespektiv  planlaşdırmadır.  Bu  növ 

planlaşdırma  özündə  müəllimin  hər  hansı  fənnə  aid  nəzərdə  tutulmuş  sinif  üzrə 

illik  fəaliyyətini  əhatə  edir.  Orada  konkret  sinif  üzrə  məzmun  standartları,  təlim 

məqsədləri,  tədris  vahidləri  və  mövzular  inteqrasiya,  qiymətləndirmə  və  sair 

məsələlər əhatı olunur. Bu növ planlaşdırmada yalnız məsələlərin adları çəkilir və 

müvafiq  qaydada  qısa  və  konkret  qeydlər  aparılır.    Illik  planlara  uyğun  tarixlər 

artırıldıqda  bu  sənəd  özünün  xarakterini  qismən  dəyişir.  Ona  konkret  olaraq 

təqvim-tematik  plan  da  deyilir.  Bu  növ  planları  hazırlamaq  üçün  coğrafiya 

müəllimi əvvəlcədən ciddi şəkildə hazırlıq işi aparmalı olur. Bu isə ondan bir sıra 

bacarıqların olmasını tələb edir.  

Perespektiv  planlaşdırma  hazırlamaq  üçün  müəllimdə  bir  neçə  bacarığın 

olması  vacibdir.  Tədris  vahidi  və  mövzuların  ardıcıllığının  düzgün 

müəyyənləşdirilməsi  mühüm  bacarıqlardan  biridir.  Müəllim  bu  ardıcıllığı 

müəyyənləşdirərkən  bir  neçə  prinsiri    nəzərə  almalıdır.Təbii  ki  birinci  prinsip 

məzmun  ardıcıllığı  baxımından  sadədən  mürəkkəbə  və  asandan  çətinə 

istiqamətində  fəaliyyətin  nəzərə  alınmasıdır.Məsələn,  VI  sinifdə  əvvəlcə  Yerin 

quruluşu,  sonra  onun  qabığını  yaradan  suxurlar  və  menirallar,  orada  baş  verən 

daxili  və  xarici  proseslər  və  s.  uyğun  ardıcıllıqla  planlaşdırılmalıdır.  Bu  isə  o 

deməkdir  ki,  əvvəlcə  zəruri  anlayışlar  öyrədilməlidir  və  bununla  sonrakı 

öyrəniləcək məsələlərə zəmin yaradılmalıdır. 

Məzmun  standartlarının  təlim  prosesinə  gətirilməsində  onun  təhsil 

proqramında  (kurikulumda)  verilmiş  ardıcıllığının  bütün  hallarda  olduğu  kimi 

saxlanılması    mütləq  deyil.  Müəllim  sinif  üzrə  fəaliyyətini  planlaşdırarkən,  bu 

nəticələrə yanaşmada müstəqildir. Zəruri olan hallarda onları müxtəlif səviyyələrdə 

inteqrasiya etməkdə sərbəstdir.  

 

 Müəllim  tədris  vahidlərini  (dərslər  bloku)  və  mövzuların  ardıcıllığını 



planlaşdırarkən aşağıdakıları nəzərə almalıdır: 

 



fəndaxili inteqrasiyanı 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə